Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3867/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən bu günədək ödənilməmiş məbləğin hesablanaraq, bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinəazaldılmasına (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, onun pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş məbləğin hesablanaraq, bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X5, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində xüsusi rütbəli şəxs kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Ümumilikdə xidmət müddəti AR FHN tərəfindən təqdim olunmuş 12/12/xr- 1960 nömrəli məlumat vərəqəsinə əsasən 20 il 17 gün təşkil edir. Belə ki, tərəfindən xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyasının təyin olunması, 13 oktyabr 2021-ci il tarixdə isə hüquqlarının yarandığı andan etibarən ödənilməli olan fərq məbləğinin bir dəfəyə ödənilməsi üçün müraciət edilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli cavab məktubundan da göründüyü kimi cavabdeh təşkilat tərəfindən yalnız keçmiş 3 il ərzində ödənilməmiş əmək pensiyasının hesablanaraq hər ay hissə-hissə ödəniləcəyi qeyd edilmişdir. Cavabdeh öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Belə ki, Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən də göründüyü kimi xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmət etmişdir. Pensiya hüququ da məhz həmin vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən yaranmışdır. Belə ki, xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Nəticədə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaşa görə pensiya hüququna əsasən ona ödəniləcək məbləğ yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən hesablanmalıdır. Bundan başqa “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi 2018-ci il tarixdə həmin qanuna əlavə edilmişdir. Yəni onun pensiya hüququ yarandığı an həmin maddə qanunvericilkdə öz əksini tapmamışdır. Həmçinin xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yəni cavabdeh təşkilatın pensiya hüququnun yarandığı vaxt qüvvədə olmayan maddi hüquq normalarına istinad edərək, hüquqlarını məhdudlaşdırılması tamamilə əsassız və qanunsuzdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi fiziki şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, pensiya hüququ yarandığı, yəni xx.xx.2013-cü il tarixdən bu günədək ödənilməmiş məbləğin bir dəfəyə ödənilməsi öhdəliyininin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddiaçı 13 oktyabr 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, iddiaçı 02 sentyabr 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-1690 nömrəli məlumat vərəqəsində xidmət müddəti 20 il 17 gün, vəzifə maaşı 454,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəsi-120,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-68,10 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 852,10 manat göstərilmişdir. Mərkəzi Filial tərəfindən ona 5 oktyabr 2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 20 il 17 gün xidmət müddətinə görə təminat xərcliyinin (852,10 manat) 50 faizi- 426,05 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 14.571,71 manat fərq məbləği cari aydan etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 393,83 manat) pensiyasının (426,05 manat) üzərinə əlavə olunmaqla (426,05+393,83=819,88 manat) müvafiq kart hesabına köçürülür. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən; - iddiaçı X3 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. - cavabehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1972-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı eyni məzmunlu xx.xx.2021-ci il tarixli **********0 və xx.xx.2021-ci il tarixli **********5 №-li cavab məktublarında qeyd olunmuşdur ki, müraciətə baxılaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı qulluqçuların (hərbi rütbələrdən mərhum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır; -hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmətdən xəstəliyə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın ən azı 13 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqəsi tərtib edilərək, Mərkəzi Filiala təqdim edildikdən sonra əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 saylı məktubu ilə təqdim olunmuş 008359 №-li pensiya işinin materiallarında olan: - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 14/xx-xx/02947 №li məktubla DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və xx.xx.2021-ci il tarixdə adı çəkilən Filiala daxil olmuş 12/12/xr-1690 №-li “Məlumat vərəqəsi”ndən müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü daxili xidmət kapitanı İddiaçı Rəfayıl (Rəfael) oğlunun təqvim üzrə xidmət illəri 17 il 07 ay 17 gün, təhsil müddəti 02 il 05 ay 00 gün, cəmi iş stajı və xidmət illəri 20 il 00 ay 17 gün təşkil edir. Ehtiyata buraxıldığı il xx.xx.2013-cü ildir. Pul təminatı- vəzifə maaşı 454 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə 120.00 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, məharət dərəcəsinə görə əlavə 68,10 manat, cəmi 852,10 manat pul təminatı hesablanmışdır. - Qeyd olunan “Məlumat vərəqəsi” əsasında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən İddiaçı 426,05 manat yaşa görə əmək pensiyası təyin olunmuş və pensiyanın pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fğvqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli 14/xx-xx/040425 saylı məktubunda İddiaçı pensiya təminatı məqsədilə məlumat vərəqəsinin göndərilməsi ilə bağlı xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli müraciətlərinin tərəflərindən xx.xx.2019-cu il tarixdə 14/06- N/01044 №-li məktubla cavablandırıldığı qeyd olunmuşdur. Qeyd olunan məktuba əlavə olunmuş Fövqəladə Hallar Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 14/06-N/01044 №-li məktubda onun xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə pensiya təyin edilməsi barədə göndərdiyi müraciətlərə baxıldığı, hərbi və xüsusi rütbəli vəzifələrdə xidmət müddətinin Azərbaycan Respublikasının “Əmək Pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi və müvafiq olaraq pensiya hüququnun yaranmadığı səbəbindən xahişinə mahiyyəti üzrə baxılmasının imkan xaricində olduğu bildirilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 №-li məktubda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli müraciətinə baxılmışdır. O, 02 sentyabr 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-1690 nömrəli məlumat vərəqəsində xidmət müddəti 20 il 17 gün, vəzifə maaşı 454,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə- 120,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-68,10 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 852,10 manat göstərilmişdir. Mərkəzi Filial tərəfindən ona 5 oktyabr 2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 20 il 17 gün xidmət müddətinə görə təminat xərcliyinin (852,10 manat) 50 faizi-426,05 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyas təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrlərdəki ayların sayına bölünərək ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 14.571,71 manat fərq məbləği cari aydan etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (hər ay 393,83 manat) pensiyasının (426,05 manat) üzərinə əlavə olunmaqla (426,05+393,83=819,88 manat) müvafiq kart hesabına köçürülür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 24.2. Fövqəladə hallar orqanlarında 35 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. https://eqanun.az/framework/19958 25.1. Fövqəladə hallar orqanları əməkdaşlarının pul təminatı vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, fasiləsiz xidmət illərinə, məharət dərəcəsinə, elmi dərəcəyə və elmi ada görə əlavələrdən, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərdən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. Əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.7-2. (10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır; 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında. 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Fğvqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş “Məlumat vərəqəsi”nə əsasən sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq, həmin tarixdən hesablanmaqla ödənilməsi həyata keçirir. Hazırda iddiaçı onun pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş məbləğin hesablanaraq, bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarla iddiaçıya pensiya hüququnun yarandığı tarix kimi xx.xx.2018-ci il qeyd olunmaqla həmin tarixdən yaşa görə əmək pensiyasının ödənildiyini və iddiaçı tərəfindən qeyd olunan halın (yəni pensiyanın təyin olunma tarixinin) mübahisələndirilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq, bir dəfəyə ödənilməsi barədə tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev