Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3869/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Özbəkstan küçəsi, ev 21, 69 saylı mənzilinə dair iddiaçı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti arasında (1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi) kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “çilingər”, daha sonra körpülü kran sürücüsü” vəzifəsində işləmiş. 1992-ci ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının 105 saylı mənzili ailəsinə orderlə verilmişdir. Ailəsi ilə birlikdə 2002ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmişdir. Geri qayıdanda, məlum olmuşdur ki, ona məxsus mənzil Zəngilan rayonundan məcburi köçkün X25 və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. O zaman bu barədə yataqxanın və zavodun rəhbərliyinə müraciət edərək mənzili boşaldılmasına köməklik edilməsini xahiş etmişdir. Zavodun rəhbərliyi onu sakitləşdirmiş və tezliklə çıxaracağını bildirsələr də, lakin çıxarmamışlar. Belə ki, həmin vaxtı “Məcburi qaçqın və köçkünlərin yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə” Fərmanına əsas gətirərək onları çıxarmaq mümkün olmamışdır. Lakin buna baxmayaraq o müxtəlif instansiyalara müraciət edərək ona köməklik edilməsini xahiş etsə də, nəticəsi olmamışdır. Belə ki, ona verilən cavablarda, birmənalı olataq bildirilirdi ki, məcburi qaçqın və köçkünlərin torpaqları geri qaytarılaraq onları öz yurd yuvalarına qaytarandan sonra mənzil ona qaytarılacaqdır. Həmçinin o zaman o bir neçə dəfə təşəbbüs edərək evin boşaldılmasına cəhd etdikdə, məcburi koçünlər “biz mənzildən çıxmayacağıq, özümüzü balkondan yerə atacağıq, özümüzü öldürəcəyik və ya bədənimizə xəsartlər yetirərək səni günahladıracağıq “ deyə şantaj etdikləri üçün o məcbur olub geri çəkilmişdir. Ona görə bu vaxta kimi gözləmişdir. Lakin, onun qeydiyyatı həmin evə olduğu üçün daimi, həmin yataqxanaya gəlib getmiş, arayışlar almış, evin kommunal xərclərini ödəmiş və hər dəfə mənzilin nə vaxt boşaldılacağını soruşmuşdur. Yataqxanaın rəhbərliyi bildirmişdir ki, məsələ tezliklə öz həllini tapacaqdır və iddiaçı öz mənzilinə köçəcəkdir. O ailəsi ilə birlikdə artıq 20 ildən çoxdur ki, adına mənzil ola-ola ailəsilə birlikdə kirayədə qalır. 2015-ci ildə bədbəxt hadisə zamanı o ağır Kəllə beyin xəsarətləri (Kəllə beyin, Bud, çanaq, qılçanın, oynağı, beş qabırğa sınığı, kor bağırsaq və böyrək əməliyyarları keçirmiş) almış və uzun müddət yataq xəstəsi olmuşdur. O zaman mənzilini özbaşnalıqla zəbt edən Ruslan İsa oğlunu çıxarılması ilə məşğul ola bilməmişdir. Bununla bağlı o aidiyyatı qurumlara müraciət etdikdə, bildirilmişdir ki, “ünvan 1 ünvanda yerləşən və X19 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli Dövlət Əmlaknın İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001 ci il arixli, 197 saylı sərancamı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli, 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və Birliyin 117 sayl MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin sturukturunda qismən dəyişiklik edilmiş, 117 saylı MKİS ləğv edildiyindən, MKİS-nin mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdir. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. Ona görə də mənzilə olan qeydiyyatında və mənzilin onun istifadə verilməsi barədə orderində ziddiyyət təşkil etdiyindən, həmin ziddiyyətin aradan qaldırılması zərurəti vardır. Belə ki, ona verilmiş order binanın 105-saylı mənzili, binada aparılan inventarizasiya nəticəsində ilkin olaraq X6 və daha sonra isə alqı-satqı əsasında X8 məxsusdur. Hazırda orderlə onun istifadəsinə verilmiş mənzil invertarizasiya nəticəsində 69 saylı olması bildirildiyi üçün, həmin mənzilin onun istifadəsinə verilməsi barədə Kirayə müqaviləsi bağlanmalıdır. Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyim müddətdə 1992-cu ildən yataqxananın 4-cü mərtəbəsində orderlə ailəsinə ayrılmış 105 saylı mənzilinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən saxtakarlıqla başqa şəxsin adına sənədləşdirlməsi qanunsuzdur və ləğv edilməlidir. Mənzilin ailəsinə verilməsi barədə orderin olmasından məlumatları olmasına baxmayaraq, sonradan saxta yolla həmin mənzili başqa adla adına sənədəşdirilməsi onun qanunla qorunan hüquqlarımın kobud pozuntusu hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamı ilə əvvəllər "xxxx" ASC-nin X19 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş, aparılan təhvil-təslim zamanı İddiaçı orada yaşamamış və adına yaşayış sahəsi olmamışdır. Yataqxana binasında aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq təhviltəslim zamanı binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Bina balansa qəbul edilməmişdən əvvəl, 2002-ci ildən hal-hazıradək 69 (keçmiş 105) saylı otaqda Zəngilan rayon məcburi köçkünü X25 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır. X2 isə 1993-cü ildən digər ailə üzvləri ilə birlikdə 1-ci mərtəbədəki 33 saylı otaqda məskunlaşmışdır. İddiaçı ərizəsində ona məxsus mənzilin 4-cü mərtəbədə yerləşdiyini və orada məcburi köçkün R.İ.İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etməsinə baxmayaraq, əsassız olaraq 5-ci mərtəbədə yerləşən 105 (keçmiş 116) saylı otağın başqa şəxsin adına qanunsuz olaraq özəlləşdirildiyini bildirmiş, lakin həmin ünvanda yaşayış otağı ilə təmin olunması barədə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Keşlə Maşınqayırma zavodu tərəfindən 105 saylı otaq order əsasında müəssisədə işləmiş X7 istifadəsinə verilmiş, o, faktiki olaraq yaşadığı mənzili özəlləşdirdikdən sonra 2016-cı ildə alqı-satqı müqaviləsi ilə X3. Hazırda mənzilin mülkiyyətçisi olan X22 105 saylı mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh İddiaçı qarşı qeydiyyatın ləğvinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində göstərdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmamış, həqiqəti əks etdirmir və əsassız hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara bilər. Son qoyması üçün iddia verə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə 50-ci maddəsinə görə, qaydasında etibarsız hesab oluna bilər. Həmin Mənzil Məcəlləsinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadı edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2-ci bəndinin İİİ hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar, yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”.Qanunvericiliyin qeyd edilən normaların tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanması Qaydalarının 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasının 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır.İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 21 saylı evin 69 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanması barədə iddia ərizəsində göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiıliyinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarlarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə muqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Yuxarıda göstərilənlərə əsasən İddiaçı mənzilinə dair kirayə müqaviləsinin adına bağlanması öhdəliyinin cavabdeh Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Özbəkistan küçəsi, ev 21, 69 saylı mənzilin onun adına sənədləşdirilməsi üçün sərəncamın verilməsi və həmin mənzilə dair onunla Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında (1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatə Birliyi) arasında kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X27 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı X12 29 nömrəli orderinin surətindən görünür ki, zavodda krançı işləyən İddiaçı iş dövründə yataqxanada 3 nəfər ailə tərkibində (özü, arvadı və oğlu) yaşaması üçün Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, 105 saylı mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1993-cü il tarixli zavodun direktoru və həmkarlar komitəsinin sədri tərəfindən imzalanmış və zavoda aid möhürlə təsdiq edilmiş köçmə orderinin surətində qeyd edilmişdir ki, verilmişdir: X12 işçisi İddiaçı ondan ötrəri ki, ona Özbəkistan küçəsi ev 21, mənzil 105, mərtəbə 4 ünvanında yerləşən zavodun yataqxanasından otaq ayrılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 83 saylı Mənzil Kommunal İstismar X13 xx.xx.2023-cü il tarixli, 1072 nömrəli arayışından görünür ki, Şahmarov X5 küçəsi, 21 nömrəli evin yataqxana nömrəli mənzilində otaq 105 ünvanında qeydiyyatdadır, inventarlaşdırma zamanı 105 saylı otaq, 69 saylı otaq kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən vaxtı ilə X19 məxsus yataqxana binası Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 197 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və həmin Birliyin 117 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin strukturunda qismən dəyişiklik olunaraq 117 saylı MKİS ləğv edilmişdir. Həmin MKİS-ə aid mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdır. Bina Birliyin balansına qəbul edilərkən aparılmış inventarizasiya zamanı sıralarına ardıcıllığına uyğun olaraq binanın 4- cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 saylı, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq isə 105 sayla nömrələnmişdir. Vətəndaş İddiaçı ərizəsində göstərdiyi otaq hazırda 69 saylı otaqdır, bina balansa qəbul ediləndən bu günədək həmin otaqda Zəngilan rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı və 2 oğlu) X25 yaşayır. Bina balansa qəbul ediləndən bu vaxtadək İddiaçı həmin binada yaşamamışdır. Əvvəllər 116 saylı olmuş, inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq 105 sayla nömrələnmiş otaq isə Keşlə Maşınqayırma zavodu tərəfindən X7 istifadəsində olmuş və o, faktiki olaraq həmin otaqda yaşamışdır. Qeyd edilən 105 saylı otaq Ş.Q.Hüseynova tərəfindən özəlləşdirilmiş, alqı-satqı yolu ilə X1 və onun adına xx.xx.2016-cı il tarixli, Seriya RX ******* çıxarış vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komrnunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamı ilə əvvəllər "xxxx" ASC-nin X19 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Yataqxana binasında aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq təhvil-təslim zamanı binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Bina balansa qəbul edilməmişdən əvvəl, 2002-ci ildən halhazıradək 69 (keçmiş 105) saylı otaqda Zəngilan rayon məcburi köçkünü X25 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır. X2 isə 1993-cü ildən digər ailə üzvləri ilə birlikdə 1-ci mərtəbədəki 33 saylı otaqda məskunlaşmışdır. İddiaçı ərizəsində guya ona məxsus mənzilin 4-cü mərtəbədə yerləşdiyini və orada məcburi köçkün R.İ.İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etməsinə baxmayaraq, əsassız olaraq 5-ci mərtəbədə yerləşən 105 (keçmiş 116) saylı otağın başqa şəxsin adına qanunsuz olaraq özəlləşdirildiyini bildirmiş, lakin həmin ünvanda yaşayış otağı ilə təmin olunması barədə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Keşlə Maşınqayırma zavodu tərəfindən 105 saylı otaq order əsasında müəssisədə işləmiş X7 istifadəsinə verilmiş, o, faktiki olaraq yaşadığı mənzili özəlləşdirdikdən sonra 2016-cı ildə alqı-satqı müqaviləsi ilə X3. Hazırda mənzilin mülkiyyətçisi olan X22 105 saylı mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh İddiaçı qarşı qeydiyyatın ləğvinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 83 saylı Mənzil Kommunal İstismar X13 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 69 (keçmiş 105) saylı mənzildə faktiki olaraq yaşayanlar: Zəngilan rayonu məcburi köçkünləri; X25 -1981, X15 – 1983, X20 – 2004, X16 – 2007. Daimi qeydiyyatda olanlar: Asan 5 tərəfindən xx.xx.2023-cü ildə verilmiş arayışa əsasən: İddiaçı Ümidəli oğlu -1968, X9 – 1998, X10 – 1995, X32 – 1968. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2247/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinə daxil olmuş 2024-cü il 17 may tarixli, 2-1(112)-3869/2024 saylı məktubunuza baxılmışdır.Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş X25 ailə üzvləri ilə birlikdə 1995-ci il 25 sentyabr tarixindən ünvan 4 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Məlumatı nəzərə almağınızı xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-32378/2023 nömrəli məktubunda qeyd edilmişdir ki ,xx.xx.2023-cü il tarixli 2-1(112)-13944/2023 nömrəli məktuba DİN-in Baş Pasport. Qeydiyyat və Miqrasiya İdarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2004-cü il tarixdən, X17 xx.xx.2005-ci il tarixdən, X10 xx.xx.2011ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-52/2-6592/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında aşağıda adları qeyd olunan şəxslər: xx.xx.1968-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü X17, xx.xx.1995-ci il təvəllüdlü X10 və xx.xx.1998-ci il təvəllüdlü X9 ünvan 6 ünvanından yaşayış yeri üzrə xx.xx.2024- cü il tarixdə qeydiyyatdan çıxarılmışdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, X7 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 22.4 kvadrat metr olan mənzilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində tam xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı X18 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 22.4. kv/m, yaşayış sahəsi 22.4 kv/m olan 1 otaqlı mənzilin (sıxlaşdırılmış) tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini “Alıcının”- X11 mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, X11 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 22.4 kvadrat metr olan mənzilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixində tam xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən yaşayış binası yataqxana tipli bina olmaqla "xxxx" ASC-nin X19 məxsus olmuş, daha sonra bina Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən dövlət mənzil fonduna aid edilməklə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə təhvil verilmiş, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda sözgüdən bina, o cümlədən həmin binada 69 nömrəli mənzil Birliyin balansındadır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1989-xx.xx.2000-ci illərdə Bakı Keşlə Maşınqayırma Zavodunda işləmiş və ona işlədiyi dövrdə Bakı X12 balansında olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən yataqxana binasında, 4-cü mərtəbədə 105 saylı mənzil 3 nəfər ailə tərkibində yaşaması üçün verilmiş, İddiaçı xx.xx.2004-cü il tarixdən, X17 xx.xx.2005-ci il tarixdən, X10 xx.xx.2011-ci il tarixdən ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İşin hallarından müəyyən olunur ki, yataqxana binası dövlət mənzil fonduna aid edildikdən və cavabdehin balansına qəbul edildikdən sonra balanssaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Beləliklə, sözügedən yataqxana binasının 4-cü mərtəbəsində olan iddiaçıya orderlə istifadəsinə verilmiş 105 nömrəli mənzilin ünvanı 69 nömrəsinə dəyişilmiş, iddiaçıya verilmiş orderdə qeyd edilən 105 nömrəsi isə binanın 5-ci mərtəbəsində yerləşən 116 nömrəli mənzilə verilmiş və həmin mənzil ilkin olaraq X7 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, daha sonra alqı-satqı əsasında X11 mülkiyyətinə keçmişdir. Hazırkı halda iddiaçının hüquqi marağı ona vaxtilə işlədiyi idarə tərəfindən istifadəsinə verilmiş yataqxana binasının 4-cü mərtəbəsində yerləşən əvvəllər 105 nömrəsi ilə nömrələnmiş, hazırda isə ünvanı 69 olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi ilə bağlıdır. İddiaçı sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin balansaxlayıcı olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsini mübahisələndirir. Eyni zamada müəyyən olunur ki, iddiaçının naturada tələb etdiyi 4-cü mərtəbədəki 69 saylı mənzildə 2002-ci ildən hal-hazıradək Zəngilan rayon məcburi köçkünü X25 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır. Beləliklə, işin mübahisələndirilməyən halı iddia olunan mənzilin iddiaçıya işlədiyi idarə tərəfindən order əsasında verilməsi, mənzilin yataqxana binasında olan otaq olmaqla idarə mənzil fondundan çıxarılaraq hazırda dövlət mənzil fonduna aid olması, mənzilin iddiaçının faktiki istifadəsində olmamaqla bəhs edilən mənzildə 2002-ci ildən Zəngilan rayon məcburi köçkünü X25 ailə üzvləri ilə birlikdə müvəqqəti qeydiyyatda olmaqla faktiki məkunlaşmalarıdır. İşin mübahisələndirilən halı 1993-cü ildən "xxxx" ASC-nin Keşlə Maşınqayırma zavodu tərəfindən verilmiş orderin iddiaçıya mübahisəli mənzilin kirayəçisi kmi tanınmaq onunla hazırkı balansaxlayıcı arasında mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsinə əsas verib-verməməsidir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının istinad etdiyi adıçəkilən orderin hazırkı halda sözügedən dövlət mənzil fonduna aid edilmiş yataqxananın balansaxlayıcısıidarəedicisi olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsinə əsas vermədiyi nəticəsinə gəlir. Belə ki, orderin verildiyi qüvvədə olmuş mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş): -4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu) (.......); Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər (.....). -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -8-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -11-ci bəndinə görə vətəndaşlar yaşayış yerində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə və ya iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər. -12-ci bəndinə əsasən verilmiş ərizə vətəndaşların ərizələrinin qeydiyyatı kitabında qeyd edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə vermiş hər vətəndaş üçün uçot işi açılır və burada vətəndaşın uçota götürülməsinə, ona mənzil sahəsi verilməsinə aid bütün materiallar saxlanır. -14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. -15-ci bəndinə əsasən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin mənzil məsələləri üzrə komissiyası, vətəndaşların yaşayış yerində uçota götürülmək haqqında ərizələrini, bu vətəndaşların mənzil şəraitinin yoxlanması materiallarını, habelə iş yerində uçota götürülən vətəndaşların müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən təqdim edilmiş siyahılarını və onların uçot işlərini nəzərdən keçirir və ərizənin, ya da siyahının daxil olduğu gündən bir ay ərzində yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müzakirəsinə müvafiq təkliflər verir. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin bu məsələlərə dair qərarı materialın komissiyadan daxil olduğu gündən bir aydan gec olmayaraq qəbul edilməlidir. -16-cı bəndinə görə iş yerində uçota götürülmüş vətəndaşların yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş siyahıları və onların uçot işləri müəssisə, idarə, təşkilat müdiriyyətinə qaytarılır. -17-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış yerində uçota götürülən vətəndaşların uçot kitabı yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində, iş yerində uçota götürülənlərin uçot kitabı isə müəssisədə, idarədə, təşkilatda və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində aparılır. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində uçota götürülmədir. İşçi iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə təqdim edir, həmin ərizə və işçinin mənzil-məişət komissiyasının apardığı yoxlamanın nəticəsində müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə mənzil uçotuna götürülür, uçota götürülmüş vətəndaşların siyahıları, uçot işləri müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Bundan sonra ictimai mənzil fondu evlərində yaşayış sahəsi müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında müvafiq rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir, həmin order əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə icarə müqaviləsi bağlanır. Qeyd edilən normaları işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, hazırkı iş üzrə təqdim edilmiş order iddiaçının iş yerində mənzil növbəsində olması, ona iş yerində mənzil uçotuna götürülmüş mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olan şəxs kimi qeydiyyata alınaraq mənzil verilməsi ilə əlaqədar olmamışdır. Orderin məzmunu konkret olaraq otağın zavodun balansında olan ailə yataqxanasından işçinin işlədiyi dövrdə ailə üzvləri ilə birlikdə yaşaması üçün verilməsi barədədir ki, bu order yalnız zavod rəhbərinin və Həmkarlar İttifaqı Komitəsinin sədrinin möhürü və imzası ilə təsdiq edilmişdir. Order iddiaçının mənzil növbəliyinin təsdiq edilərək iş yerində mənzil uçotunda olan şəxs kimi idarə mənzil fonduna aid mənzillə təmin olunması və mənzil verilməsinin normalarının tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini sübut etmir. Başqa sözlə, iddiaçının yerli icra hakimiyyəti orqanında iş yeri üzrə mənzil növbəsinə götürülmüş şəxs olması ilə bağlı məlumat, uçot qovluğu olmamışdır. Təqdim olunmuş order verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə əsasən müəssisə rəhbərliyi, həmkarlar ittifaqının birgə qərarı, yerli icra hakimiyyəti orqanında təsdiq edilmiş siyahı üzrə verilmiş və iş yerində uçota götürülmüş şəxslərə verilən order qismində çıxış etmir. Beləliklə, iddiaçı qeyd edilən zavod işçisi kimi mənzil növbəsində olması və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi məhz onun mənzil növbəsində olması ilə əlaqədar olmamışdır ki, mənzilin balanssaxalayıcısı dəyişdikdə dövlət mənzil fondunun idarəedicisinin iddiaçı qarşısında mənzillə təmin etmə öhdəliyi yaranmış olsun. İddiaçıya mənzil verildiyi vaxt qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Sadalanan normalara və işin faktiki hallarına əsasən qiymətləndirmə apardıqda müəyyən olunur ki, hazırkı iş üzrə iddia edilən mənzil (otaq) yataqxana binasında yerləşir, eyni zamanda yuxarıda da qeyd edildiyi kimi həmin mənzilin iddiaçıya iş yerində mənzil növbəsində olması səbəbindən növbəlilik qaydasında verilməsi sübut olunamamışdır. Belə olan halda hesab edilir ki, qeyd edilən order öz təyinatına görə keçmiş Mənzil Məcəlləsinin 106 və 107-ci maddələrinin tələblərinə uyğun olaraq müəssisə müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş və işçinin işlədiyi dövrdə yaşaması üçün yataqxanalardan istifadəsinə əsas verən sənəddir. Bu tip yataqxana otaqları isə qeyd edildiyi kimi daimi istifadə hüququ ilə deyil, yalnız işlədiyi dövr ərzində müvəqqəti istifadə hüququ ilə işçinin istifadəsinə verilir və əmək müanasibətləri xitam olunduqda mənzil geri təhvil verilməlidir. Bundan əlavə qüvvədə olan Mənzil Məcəlləsinin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən də görünür ki, iddiaçı xx.xx.2000-ci ildə işçilərin sayı ixtisar edildiyindən işdən azad edilmişdir və həmin vaxtdan da iddiaçının "xxxx" ASC-nin Keşlə Maşınqayırma zavodu ilə əmək münasibəti mövcud olammışdır. Başqa sözlə, yataqxanaya aid mənzilə kirayə müqaviləsi əmək münasibətlərində olan dövrü əhatə etdiyinə görə işçinin işdən çıxması onun həmin mənzilə kirayə müqaviləsini bağlamasını mümkün etmir. İddiaçının kirayə müqaviləsini bağlamaq istədiyi yataqxana binası 2007-ci ildən cavabdehin balansındadır və iddiaçı 2007-ci ildən cavabdehlə əmək münasibətlərində olmamışdır. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı qərarda ifadə olunan mövqe Azərbaycan Respubliaksı Ali Məhkəməsinin 2-1(102)-1265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında ifadə olunan mövqeyə də uyğundur. Eyni zamanda məhkəmə hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən də qiymətləndirmə aparmağı zəruri hesab edir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -4.0-cı maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. -17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Sadalanan normalardan görünür ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması müəyyən olunmamışdır. Beləliklə, hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3869/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3869/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver