Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3870/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildən etibarən ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, 13.5 sot torpaq sahəsinin istifadəçisidir. Həmin torpaq sahəsində iki qız övladına ailə qurduqdan sonra hər birinə ayrıca ev tikib yaşayırlar. Hər bir ev bir-birindən hasar vasitəsilə ayrılır, ayrıca girişi, işıq, qaz və su sayğacları var, hər ailənin öz mənzilinə qeydiyyatı var. İddiaçının özünə qalan 6 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki ikimərtəbəli yaşayış evinin layihələndirilməsi və sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddiaçının istifadə hüququnu təsdiqləyən, 1985-ci - 1988-ci illərdə ödəmiş olduğu əmlak və torpaq vergisinin tədiyə bildirişləri var, həmin torpaq sahəsinin və onun üzərindəki tikiliyə dair Yasamal rayon Bələdiyyəsi tərəfindən situasiya planı tərtib edilmiş və Yasamal rayonu 56 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən 23.08.2017-ci il tarixində eskiz tərtib edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, torpaqdan və onun üzərindəki tikilidən 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız sahiblik etdiyinə görə iddiaçının mülkiyyətçi kimi qeydə alınmağını tələb etmək hüququ vardır, belə olduğu təqdirdə iddiaçıdan torpağa və fərdi evə dair hüquqmüəyyənedici sənədlərin tələb olunması əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, İddiaçı istifadəsində olan və ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərindəki evinə dair hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyesirindən çıxarışın verilməsi vəzifəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin üzərinə inzibati öhdəlik qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət leyestrində qeydiyyata alınması ilə bağlı 20 10.2021-ci il tarixli, ********** nömrəli müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan soma tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təiəb olunur.) təqdim edilməlidir. İdarəyə ünvanlanmış ərizəyə hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə texniki baxışın keçirilməsi mümkün olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarında olan: - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26.10.2021-ci il tarixli **********13 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 20.10.2021-ci il tarixli ********** nömrəli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) təqdim edilməlidir. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. - 11 yanvar 1985-ci il tarixli 652-4 saylı, 27 yanvar 1987-ci il tarixli 662-4 saylı və 02 yanavr 1988-ci il tarixli 662-4 saylı tədiyə bildirişlərindən görünür ki, iddiaçı 2-ci Alatav 10c ünvanında yerləşən torpaq sahəsindən istifadə üçün vergiləri ödəmişdir. - Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş situasiya planından görünür ki, ünvan 6 ünvanda yaşayan X1 məxsus fərdi yaşayış evi 273.22 kv.metr torpaq sahəsi 600 kv.metr ibarətdir. - Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş 07.08.2017-ci il tarixli şəhadətnamədən yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki uçota alınması haqqında şəhadətnamədən görünür ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka görə X2 yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal rayonu 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 23.08.2017-ci il tarixli eskizdən görünür ki, ünvan 4 ünvanında yerləşən iddiaçının yaşadıgı fərdi yaşayış evi 600 kv.m torpaq sahəsi üzərində yerləşir. - Azərbaycan Respublikası Milli X4 Qanunvericilik Şöbəsinin 27.12.2017-ci il tarixli QM/1-174 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin əsasların (sənədlərin) olması tələb olunur. Bu sənədlərin dairəsinin əhatəliliyi vətəndaşların daşınmaz əmlaka hüquqlarının qeydiyyatı üçün geniş imkanlar yaradır. Qeyd olunan əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. (Mülki Məcəllə, maddə 139-1.1.4). Odur ki, 178.6-cı maddəyə uyğun olaraq qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarı olarsa və bu qərar aidiyyəti üzrə təqdim olunarsa, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən qurum daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydiyyatını və reyestrdən çıxarışın verilməsini təmin etməlidir. İddiaçının tələbinin əsaslandığı hallara görə, cavabdehə müraciət edərək torpaq və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün ərizənin icra edilməsinin qeyrimümkünlüyü bildirilmişdir. Məhkəmə arardrıması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə torpaq və onun üzərindəki fərdi yaşayış evinə dair ona subyektiv hüquq verən sənəd təqdim edilməmişdir. Həmçinin, bu cür sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya dəfələrlə təklif edilsə də, məhkəməyə heç bir sübut təqdim edilməmiş və məhkəmənin özü tərəfindən aparılan araşdırma zamanı heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. İddiaçının Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad edərək, heç bir hüquqmüəyyənedici sənədi olmadan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun cavabdeh tərəfindən qeydiyyata alınmasını tələb etməsi də əsassızdır. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə olan halda iddiaçının da istinad etdiyi Mülki Məcəllənin 178.6-cı maddəsi 2030-cu ilin sentyabrın 1-dən etibarən realizə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3870/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3870/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver