Məhkəmə qərarları › İş №2-1(112)-3871/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3871/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3871/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı iki il sovet ordusunda hərbi xidmət etmiş, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N nömrəli hərbi hissədə Çernobl AES baş vermiş qəzanın nəticələrinin aradan qaldrıılmasında 30 km zonada iştirak etmişdir. Halhazırda 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. xx.xx.2002-ci il tarixdən 2-ci dərəcə müddət Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsinə ehtiyac vardır. Bununla bağlı cavabdeh inzibati orqana dəfələrlə müraciət edilsə də, bir nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İİİ. Tədqiq edilmiş sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 405901 nömrəli arayışına əsasən, İddiaçı müddətsiz ikinci qrup əlilliyinin səbəbi – ÇAES-də qəzanın ləğvi ilə əlaqədar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 176 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N saylı hərbi hissənin tərkibində xidmət edərkən 30 km əhatə dairəsində Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. İddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsinə, 2-ci dərəcə müddətsiz Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 22 noyabr 2022-ci il tarixli, **********2 nömrəli “Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması haqqında” məktubuna əsasən bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası tibbisosial ekspert komissiyasının 22 may 2002-ci il tarixli 405901 nömrəli müayinə aktından çıxarışa əsasən əlillik səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olduğuna və Nazirliyin “Əlillik” altsistemində əlilliyə dair hər hansı bir məlumat aşkar edilmədiyinə görə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyə uyğun deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-P04365/2023 saylı məktubu ilə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində ona dair məlumat və ya göndəriş aşkarlanmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 3-17-7/2-P-16968/2023 saylı arayışına əsasən göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə 327,21 manat (üç yüz iyirmi yeddi manat 21 qəpik) əmək pensiyası alır;təyinatın bitmə tarixi müddətsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 05 may 2023-cü il tarixli, 3-17-1/2-P-99644/2023 nömrəli “Əlilliyə görə əmək pensiyası haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ilk artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manat çatdırılmışdır.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

5. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

6. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

7. İşin faktiki hallarına əsasən, iddiaçı 1966-cı il təvəllüdlü şəxsdir, ona 1993-cü ildə müddətsiz ikinci qrup əlilliyi müəyyən edilmişdir. Bu haqda məlumat X3 Sistemində (müvafiq “Əlillik ”altsistemində) öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyasının hesablanması zamanı elektron altsistemində əlavə məlumatın mövcud olması zəruri olduğundan, onun Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirmə səbəbi qeydinin Əlillik” altsisteminə daxil edilməsini tələb edir.

8. İddiaçının tələbi ilə bağlı məhkəmə aşagıda göstərilən qanunvericilik normalarını nəzərə alınmasını vacib hesab edir.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aiddir.

10. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə X3 Sisteminin ilkin altsistemləri, o cümlədən Sosial Xidmətlər Vahid Sistemi yaradılmışdır. Həmin Fərman ilə Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatorunun funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.1. – ci bəndinə əsasən, MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:2.1.1. “Sənəd dövriyyəsi” altsistemi; 2.1.2. “Əmək müqaviləsi bildirişi” altsistemi; 2.1.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi;2.1.4. “Sosial ödənişlər” altsistemi;2.1.5. “Əlillik” (TSERAS) altsistemi, 2.1.5-1. Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi; 2.1.6. “Sığorta” altsistemi; 2.1.6-1. “Dövlət icbari şəxsi sığorta” altsistemi; 2.1.7. “Monitorinq” altsistemi;2.1.8. “Pensiya” altsistemi;2.1.9. “Məşğulluq” altsistemi;2.1.10. “Sovqat” altsistemi;2.1.11. “Çağrı mərkəzi” altsistemi;2.1.12. “Tapşırıqlar" altsistemi;2.1.13. “Vətəndaşların qəbulu” altsistemi;2.1.14. “Sanatoriya-kurort” altsistemi;2.1.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi; 2.1.15-1. “Zəfər” altsistemi; 2.1.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı. Həmin Əsasnamənin 2.3.-cü bəndinə əsasən, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; Həmin Əsasnamənin 4.1.-ci bəndinə əsasən, nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir.

11. Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydasını, o cümlədən məlumatların mübadiləsi mexanizmini müəyyən edir. Həmin Qaydalarda göstərilmişdir: 1.2.4. dövlət informasiya sisteminin aparılması – dövlət informasiya sistemində olan informasiya ehtiyatlarında informasiya proseslərinin həyata keçirilməsi, informasiya ehtiyatından istifadənin və informasiya sisteminin fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi; 1.2.6. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası – dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün mübadiləsinin təmini məqsədi ilə informasiya ehtiyatları və sistemləri arasında qarşılıqlı əlaqələrin yaradılması; 1.2.14. informasiyanın ilkin mənbəyi – informasiyanın ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemi; 2.6. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması onların sahibləri, operatorları və ya müqavilə əsasında qeyd edilən sahə üzrə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən həyata keçirilir. 2.7. Bu Qaydaların 2.6-cı bəndində qeyd edilən subyektlər müəyyən edilən müddətdə layihə üzrə nəzərdə tutulan işlərin görülməsini tamamlayır və istismara verilməzdən əvvəl Əlaqələndirici qurumun iştirakı ilə dövlət informasiya ehtiyatının və sisteminin sınağını həyata keçirir. 3.4.5. informasiya ehtiyatında və sistemində dəyişikliklər müvafiq qeydlər edilməklə aparılmalı, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilməlidir; 3.5. Dövlət informasiya sistemində olan ehtiyatlara informasiyanın daxil edilməsində aşağıdakı tələblərə riayət edilməlidir: 3.5.1. dövlət informasiya ehtiyatına daxil edilən məlumatlar dürüst, dəqiq və tam olmalıdır; 3.5.2. dövlət informasiya ehtiyatına məlumatlar səlahiyyətli qurumlar tərəfindən gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır; 3.5.3. dövlət informasiya ehtiyatına daxil edilən informasiya həmin ehtiyatın fəaliyyət sahəsinə uyğun olmalıdır; 3.5.6. yeni yaradılan informasiyanın (cədvəl, sütun və s.) ilkin mənbəyi Əlaqələndirici qurum tərəfindən müəyyən edilməli və digərləri tərəfindən informasiya həmin mənbədən əldə edilməlidir. 3.6. Dövlət informasiya ehtiyatına və sisteminə onun sahibinin normativ hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın daxil edilməsi qadağandır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə görə iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.1993-cü ildə yaranmışdır. Sözügedən sistemin “Pensiya”altsisteminə əsasən iddiaçı Dövlət Sosial Müdafiə Fondundan 327.21 manat məbləğində əmək pensiyasını Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə alır.

13. Məhkəmə hesab edir ki, cavabdeh “Əlillik” altsisteminə iddiaçının istədiyi məlumatın daxil edilməsi üçün zəruri informasiyanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə etməli və ya iddiaçının təqdim etdiyi müvafiq arayışları nəzərə almalı idi. Lakin cavabdeh dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi barədə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçıya münasibətdə əsassız hərəkətsizliyə yol vermişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16-ci maddəsində göstərilmişdir: ”16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.”

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, iddiа tələbi təmin еdilməli, İddiaçı xx.xx.1993-cü il tarixdən, 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq məhkəmə

QƏRARA ALDİ:

İddiа tələbi təmin еdilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinə dair məlumatın Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar