Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3871/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə ünvan 1 ünvanda anadan olmuş və hazırda da həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. 21 noyabr 2001-ci ildə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum edilmiş və xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında xx.xx.2004-cü il tarixli 119 saylı Əfv sərəncamına əsasən xx.xx.2004-cii il tarixdə cəzanın çəkilməmiş qalan 8 ay 17 gün hissəsində 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Bundan sonra cəzaçəkmə yerindən qanunla azadlığa buraxılma haqqında arayışı ona məlum olmayan şəraitdə itirdiyindən heç yerə işə düzələ bilmədi, şəxsiyyət vəsiqəsi ala bilmədi və indiyədək şəxsiyyət vəsiqəsi olmadan yaşayır. Heç yerdə işə götürülmür, ona görə ki, şəxsiyyət vəsiqəsi yoxdur. Doğum haqqında şəhadətnaməmin də əsli elə həmin arayışla birlikdə itdiyindən onda olan doğum haqqında şəhadətnamənin surətini Bakı şəhəri Cavabdehnə təqdim edib doğum haqqında şəhadətnamənin dublikatını istədikdə, şəxsiyyət vəsiqəsini tələb etdilər və şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyinə görə doğum haqqında şəhadətnamənin də dublikatını ona verməkdən imtina etdilər. Daha sonra doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4nın Reyesteri Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət edib Bakı şəhəri Cavabdeh onun doğum haqqında şəhadətnaməsinin dublikatının verilməsinə məcbur edilməsi barədə məhkəməyə müraciət olunması tövsiyə edilir. Doğum haqqında şəhadətnaməmin surətini təqdim etdiyi halda, həmçinin hərbi biletinin surətinin təqdim olunması və yaşadığı yerdən arayış verməyinə baxmayaraq, doğum haqqında şəhadətnamənin dublikatının verilməməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X4nın dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə əsasən,X4nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.15-ci bəndinə uyğun olaraq X4nın qeydlərinin surətləri yalnız qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyəti nümayəndəliyi, məhkəmə, prokurorluq, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirlyinin, Naxçıvan MR Ədliyyə Nazirliyi və notariusların sorğuları üzrə göndərilir. Həmçinin həmin qaydaların 9.16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu “Qayda”nın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla digər təşkilatlara verilməsi qadağandır. Yuxarıda göstərilənləri nəzərə alaraq, X1 doğumu haqqında şəhadətnaməsinin və ya arayışının Sizə təqdim edilməsi mümkün deyil.”
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın dövlət qeydiyyatı Qaydasının 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. X4nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. V.Braqinin şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğumu haqqında şəhadətnaməni təqdim edə bilmədiyini, eləcə də şəxsiyyəti təsdiq edən sənəd olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq "şəxsiyyətin müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmənin qərarından asılı olaraq V.Braqinə doğumu haqqında şəhadətnamənin verilməsi məsələsinə onun seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən baxılacaqdır.”
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. Məhkəmənin sorğusuna əsasən Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.1979-cu il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarın və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.
12. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 sentyabr 2021-ci il tarixli ******* nömrəli qərarına əsasən 21 oktyabr 1979-cu il təvəllüdlü X1 Azərbaycan Respublikasına vətəndaşlığa mənsubiyyəti tanınmışdır.
13. Vİ-JQ 460804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 oktyabr 1979-cu il tarixində Azərbaycan SSR Bakı şəhəri Şaumyan rayonunda anadan olmuşdur və bu barədə 1979-cu il noyabr ayının 13-cü günündə doğum aktlarının qeydiyyatı kitabında 4280 saylı akt qeydi aparılıb. Valideynlərindən atası X7 milliyəti rus, anası X10 milliyəti azərbaycanlıdır, X1 qeydiyyat yeri Bakı şəhəri Şaumyan rayon VVAQ şöbəsi, şəhadətnamənin verilmə tarixi 13 noyabr 1979-cu il qeyd olunmuşdur. VVAQ şöbəsinin müdirinin imzası, dairəvi möhür mövcuddur.
14. “X4” AQİS-dən çıxarışında 4280 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X3 xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur, atası xx.xx.1957-ci il təvəllüdlü X7, anası xx.xx.1958-ci il təvəllüdlü X9r, akt əsasında 460804 nömrəli xx.xx.1979-cu il tarixli şəhadətnamə verilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə məhkəməyə təqdim edilən doğum haqqında 4280 nömrəli xx.xx.1979-cu il tarixli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Şaumyan rayonunda anadan olmuşdur, atası xx.xx.1957-ci il təvəllüdlü X7 milliyəti rus, anası xx.xx.1958-ci il təvəllüdlü X6 millyəti azərbaycanlıdır, akt əsasında 460804 nömrəli şəhadətnamə verilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1979-cı il təvəllüdlü X5 xx.xx.1999-cu il tarixdə K- 1/12 komandayla Xətai RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətkeçməsi və hərbi qeydiyyatı haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində heç bir məlumat yoxdur.
17. Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsi xx.xx.2023-cü il tarixli məktubu ilə 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş X3 barəsində olan uçot kartoçtasından məlumat məhkəməyə təqdim edilmişdir. Həmin məlumatda qeyd olunur ki, X3 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, milliyəti rus, orta təhsilli, ailəli, ünvan 3 ünvanında yaşamışdır. Tərtər Hərbi məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir, (cəzasının əvvəli xx.xx.2001-ci il, cəzasının sonu xx.xx.2005-ci il). “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 119 saylı əfv sərəncamına əsasən X3 xx.xx.2004-cü il tarixdə cəzanın çəkilməmiş qalan 8 ay 17 gün hissəsindən 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X4nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X4nın dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X4nın dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X4nın dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X4nın dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 9.1-ci bəndinə əsasən, X4nın qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X4nın qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X4nın qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 13-cü bəndinə əsasən, X4nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X4nın qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X4nın itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
20. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh doğum təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.
21. Hazırkı iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
22. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
23. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
24. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
25. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.
26. İddia tələbin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir:
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:
13. X4nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
29. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qeyd olunan hallar ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən cavabdehin imtinasının əsassız olmasını təsdiq edir.
30. Belə ki, iş materiallarında olan X2 məxsus 4280 saylı, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1979-cu ildə Bakı şəhərində indiki Xətai rayonu ərazisində anadan olmuşdur, atası xx.xx.1957-ci il təvəllüdlü X7 milliyəti rus, anası xx.xx.1958-ci il təvəllüdlü X6 millyəti azərbaycanlı qeyd olunmuşdur, bu akt əsasında 460804 nömrəli Vİ-JQ 460804 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, qeyd olunan sənədlər ilə qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qərardan görünür ki, sonradan, X1 Azərbaycan Respublikasına vətəndaşlığa mənsubiyyəti tanınmışdır.
31. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, həmin sənədin (doğum haqqında akt qeydi) mötəbərliliyi Dövlət Miqrasiya Xidməti Vətəndaşliq Məsələləri Baş İdarəsinin və Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi məlumatı ilə təsdiq olunur.
32. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə iddiaçı haqqında müvafiq məlumatlar (müddətli həqiqi hərbi xidmətə göndərilməsi, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olması, milliyətinin rus, ailəli, orta təhsilli olması) daxil olmuşdur. Bu da bir daha şəxsin şəxsiyyət vəsiqəsinə sahib olmuş olmasını təsdiq edir. Belə ki, vətəndaşa şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınır.
33. Odur ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin hazırda olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
34. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.
35. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
36. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı X3ə doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva