Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3872/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təmsilçiliyin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 XX” (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), “X6 PP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və “X10 ZM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) şirkətlərinin təmsilçiliyinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(00)-6281/18 saylı qətnaməsi ilə onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddiaçı-Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin ərizəsi təmin edilmişdir. Ərizəçi Bakı şəhər Lokal Gəlirlər Departamenti ərizəsini onunla əsaslandırmışdır ki, guya o, vergi ödəyiçisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə 29700.87 manat məbləğində olan vergi borcunu ödəməkdən yayınmış, bu səbəbdən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”nın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsində 12 aprel 2019-cu il tarixdə şikayətinə baxılaraq, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin məlum qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)-5345 saylı qərarı ilə qarşı tərəfin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Sonradan, qondarma ərizə ilə iddiaçı, Bakı Kommersiya Məhkəməsinə eyni tələb üzrə şikayət vermiş, şikayətləri təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsində şikayəti qismən təmin olunmuşdur. Onun cavabdeh təşkilatın qarşısında heç bir öhdəliyi olmayıb və o, hər hansı fəaliyyətlə məşğul olmamışdır, adına VÖEN açdırmamışdır, qaldı ki, “X10 ZM” MMC, “X11 XX” MMC və “X6 PP” Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx", Qladiator MMQ”nin mövcudluğu, fəaliyyət növü, yerləşdiyi yer barədə, bir mənalı, nə adını eşitmişdir, nə də xəbəri olmayıb. Həmin qeyd etdiy şirkətlərin dövlət büdcəsinə olan borclar əsassız olaraq, guya o bu şirkətin, icra orqanının rəhbəri olmuşdur və dövlət büdcəsinə olan, ümumilikdə 36996.04 manat borcu yaranmış və dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmin borcla bağlı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin İstintaq və Təhqiqat İdarəsində ********* saylı cinayət işinin yekun qərarında iştirakı və öhdəlik götürməyi sübuta yetməmiş və barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1-(001)-50/2019 saylı, 08 aprel 2019-cu il tarixli hökmü ilə “X10 ZM” MMC-nin direktoru X4 barəsində ittiham hökmü çıxarılmış və 5 il, 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yuxarıda qeyd etdiyi kimi onun cavabdeh təşkilat qarşısında heç bir öhdəçiliyi və fəaliyyəti olmamışdır, bu mənada, həmin şirkətlərə borcun kim tərəfindən yarandığı ona məlum deyil, əsassız olaraq onun adına, şirkəti kimin tərəfindən təsis edildiyi bilmir, çox guman ki, onun imzası kənar şəxslər tərəfindən saxtalaşdırılmışdır. İşə əlavə olunmuş mötəbər sübutlardan da, görünür ki, o hər hansı hüquqi şəxslərin icra orqanlarına rəhbərlik etməmişdir, yaranmış borcların ona aidiyyatı bir mənalı yoxdur, cavabdeh təşkilat əsl cavabdehin müəyyənləşdirilməsini bilərəkdən istəmir, bu səbəbdən ərizəsi təmin olunmalı, qondarma vəzifəyə, hüquqi şəxslərin icra orqanına rəhbərlik edilməsinə xitam verilməlidir. Onun qeyd olunan şirkətlərlə bağlı yaranan borclarda günahı yoxdur, o, təsis və rəhbərlik etməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən, tərtib olunmuş rəsmi sənəd üzrə xəbərdarlıqda, onun “X10 ZM” MMCyə olan borcu - 23480.95 (iyirmi üç min dörd yüz səksən manat doxsan reş qəpik) manat, “X11 XX” MMC-yə - 770,68 (yeddi yüz etmiş manat, altmış səkkiz qəpik), “X6 PP” MMC-yə - 82.98 (yüz səksən iki manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. Halbu ki, ona bu şirkətlər tamamilə yaddır, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə bu şirkətlərin fəaliyyəti haqqında, ərizə ilə müraciət etməmişdir, hər hansı VÖEN almamışdır və heç bir öhdəliyi olmamış və təsis etməmişdir. Odur ki, bu şirkətlərdə təmsilçiliyinə dərhal xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın təqdim etdiyi **********194800 saylı, xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı etirazda (münasibətdə) göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "X10 ZM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), “X6 PP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), “X12 XX” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 5 və 6 noyabr 2016-cı il tarixlərdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün direktor - İddiaçı barədə məlumat təsisçi X1 tərəfindən elektron qaydada daxil edilmişdir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Həmçinin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnamənin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir.İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub - olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. X2 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün yuxarıda qeyd olunan hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi iddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən deyil, cəmiyyətlərin təsisçiləri tərəfindən pozulmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təqdim olunmuş etiraza uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə İddiaçı “X5 XX” (VÖEN: **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), “X6 PP” MMC (VÖEN **********) və “X10 ZM” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi kimi qeyd olunmasının ləğv edilməsini tələb edir. Məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********388400 №-li xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş: xx.xx.2016-cı il tarixli **********835000 №-li çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin hüquqi ünvanı-Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Kamran Əfpari, ev 15 ünvanı, təsisçisi X1, qanuni təmsilçisi X9 qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli **********841900 №-li çıxarışdan müəyyən olunur ki, “X10 ZM” MMC xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin hüquqi ünvanı-Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Kamran Əfpari, ev 15 ünvanı, təsisçisi X1, qanuni təmsilçisi X9 qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli **********844000 №-li çıxarışdan müəyyən olunur ki, “X6 PP” MMC xx.xx.2016-cı il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin hüquqi ünvanı-Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Kamran Əfpari, ev 15 ünvanı, təsisçisi X1, qanuni təmsilçisi X9 qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli **********868200 №-li çıxarışdan müəyyən olunur ki, “X12 XX” MMC xx.xx.2016-cı il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin hüquqi ünvanı-Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Kamran Əfpari, ev 15 ünvanı, təsisçisi X1, qanuni təmsilçisi X9 qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli **********929800 №-li çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin hüquqi ünvanı-Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Kamran Əfpari, ev 15 ünvanı, təsisçisi X1, qanuni təmsilçisi X9 qeyd olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin: **********373100 saylı, xx.xx.2023-cü il tarixli “Hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə (AVİS zeydiyyatı: xx.xx.2023-cü il tarixli **********314900 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, rəhbəri olduğu “PARTNYOR NŞAAT HOLDİNG XX” (VÖEN **********), "xxxx" (VÖEN **********), ‘QLADİATOR MMQ” (VÖEN **********), “HALİNQA SERVİS QURAŞDİRMA PP” (VÖEN 5********) və “XƏZƏR SERVİS QURAŞDİRMA ZM” (VÖEN **********) adlı məhdud məsuliyyətli cəmiyyətlər xx.xx.2016-cı il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir və o həmin hüquqi şəxslərə rəhbər təyin edilmişdir. X2 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Hazırki tarixədək vergi orqanına dəyişikliyin aparılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edilməmişdir. Bu səbəbdən hüquqi şəxslərlə aralarında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. **********211500 №-li xx.xx.2023-cü il tarixli “Hüquqi şəxslər haqqında” Təsisçisi və rəhbəri olduğu hüquqi şəxslər barədə müraciətinə (AVİS qeydiyyatı xx.xx.2023-cü il tarixli **********405000 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təsisçisi və rəhbəri olduğu “X12 XX” (VÖEN **********), "xxxx" (VÖE *6********), "xxxx" (VÖEN **********), “HALİNQA SERVİ 3URAŞDİRMA PP” (VÖEN **********) və “XƏZƏR SERVİS QURAŞDİRMA ZM” VÖEN:6********) adlı məhdud məsuliyyətli cəmiyyətlər 5 və 6 noyabr 2016-cı il tarixlərdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və müvafiq sənədlər ona aid olan elektron imza ilə imzalanmışdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi öz adından və ya qanunverici nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, elektron imza yaratma məlumatlarından istifadə etmə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Qanunun 20.3-cü maddəsinə əsasən, imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələri qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Məktubda qeyd edilən hüquqi şəxsləri ləğv etmək istədiyi təqdirdə, tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedurlar yerinə yetirilməlidir. Belə ki, hüquqi şəxslərin ləğv edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 60.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, həmin Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (kommersiya qurumlarına münasibətdə Dövlət Vergi Xidmətinə) müraciət etməlidir. Həmin Qanunun 16.1-1 və 16.1-2-ci maddələrinə əsasən, Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür əlavə olunur, təqdim edilmiş sənədlər həmin Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Qeyd edilənləri nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulmuş prosedurların yerinə yetirilməsi, habelə hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatı olmadığı təqdirdə, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq vergi orqanına hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayış verilməsi tövsiyə olunur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi– nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 №-li 19 dekabr 2022-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilməsi qərara alımışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının hazırda təmsilçiliyinin ləğv edilməsini xahiş etdiyi yuxarıda adları qeyd olunmuş 5 müəssisə xx.xx.2016-cı il tarixdə X1 tərəfindən təsis edilmiş və məhz onun tərəfindən həmin müəssisələrin qanuni təmsilçisi kimi X9 göstərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, təmsilçiliyin ləğv edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3872/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3872/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver