Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3874/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı (üçüncü şəxs Yasamal rayon qeydiyyat şöbəsi) “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı (üçüncü şəxs Yasamal rayon qeydiyyat şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimimin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 4 (dörd) ay müddətində almadığı 190 manat birdəfəlik ödəmənin, ümumilikdə 760 manat məbləğin ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 11.11.2008-ci il tarixdə X1 ilə Bakı Nikah Evində nikaha daxil olmuşdur. Bir müddət sonra müəyyən səbəblərə görə X1 nikahın pozulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 27.01.2015-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən nikahın pozulmasına dair qətnamə çıxarılmışdır. Qətnamə icra edilməsi üçün Kərimova Gülnar 09.04.2015-ci il tarixdə qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə 148 saylı akt qeydi tərtib edilərək, ona AZ-İ seriyalı 215466 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Daha sonra ona məxsus olan şəhadətnaməni götürmək üçün 09.06.2015-ci il tarixdə qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona AZ-İ seriyalı 220598 saylı şəhadətnamə verilmişir. Hal-hazırda o, işsizdir. 190 manat birdəfəlik ödəmə üçün müraciət edərək qeydiyyatdan keçmişdir. Ancaq cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada aztəminatlılıq meyarına uyğun gəlmədiyi, arvadının işlədiyi bildirilmişdir. O, 2015-ci ildən boşanmışdır. Onun haqqında məlumatların yoxlanılması üçün Ədliyyə Nazirliyinə müraciəti olmuşdur. Məhkəmə qərarı dövlət orqanlarının səhvi ucbatında icra edilməyibsə və sistemdə onun boşanmağı qeydiyyata alınmayıbsa, burada onun günahı yoxdur. Onun hal-hazırda 190 manat yardıma olduqca ehtiyacı var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən İddiaçı həyat yoldaşının adına əmək müqaviləsi olduğuna görə ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Lakin iddiaçının bildirdiyinə görə o, X2 ilə nikahda olmuş, nikahları 09.04.2015-ci il tarixdə pozulmuşdur. Ona cavabdeh tərəfindən imtina verilərkən o, nikahda olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı X2 ilə aralarında olan nikahın pozulmasını, hazırda nikahda olmamasını bildirsə də, bununla əlaqədar sənədləri cavabdehə təqdim etməmiş, cavabdehə müraciət etməmişdir. İddiaçı nikahda olmaması ilə əlaqədar olaraq cavabdehə müraciət etdiyini bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3874/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3874/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver