Məhkəmə qərarları › İş №2-1(112)-3876/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3876/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3876/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11nə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11nə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə inzibati işə 30 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni xx.xx.N70ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Agentliyin Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 № li Qərarının ona aid olan hissədə ləğv edilməsini və ona yəni, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, rəsmi olaraq xx.xx.N93-cü il tarixdə Cəbrayıl RHK-ı tərəfindən səfərbər olunmuş, 722 (896) nömrəli, N saylı hərbi hissələrdə xidmət etmişdir. xx.xx.N93-cü il tarixdə Cəbrayıl rayonunun müdafiəsi zamanı ağır yaralanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndinə əsasən “Müdafiə nazirliyi mərkəzi hərbi həkim komissiyasının 1526 nömrəli, xx.xx.2017-ci tarixli protokoluna uyğun olaraq, aldığı xəsarətlər-diaqnoz: - "Qapalı kəllə- beyin travması, baş beyinin silkələnməsi, kontuziya” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 650 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 217 nömrəli arayışı, 3 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli çıxarış epikrizi, 3 nömrəli şəhər klinik xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 917 nömrəli məktubu əsasında MN MHHK-nın həkim mütəxəssis heyəti tərəfindən təsdiq edilmiş, “Hərbi travmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; Diaqnozun mətni: İrsi retinal distrofiyalar, Vis OU =0.05 k\e (yüzdə altı) . OU-Tapetoretinal abiotrofiya.İrsi retinal distrofiya.; Meyar: 8.Gözün və gözün əlavə aparatının xəstəlikləri=>Görmə pozğunluqları və korluq=>Binokulyar, ağır görmə pozğunluğu=>daha yaxşı görən gözün görmə itiliyinin korreksiya ilə 0,1-0,05=>" səbəbilə 2 il müddətinə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayıs ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bakı şəhər sakini xx.xx.N70-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 1646 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Bas-beyin silkələnməsi. Kontuziva” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı görmə zəifliyi, ürəkbulanma, başda səs, başgicəllənmədən şikayətlənmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verə biləcək defisit qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını söyləyə bilməmiş, zəif görmə ilə əlaqələndirmişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 11234 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.06 k/e (yüzdə altı), irsi retinal distrofivalar” kimi müəyyənləşdirilmişdir. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziva, qarısıq davranış pozuntuları. Beloma fəqərələrinin osteoxondrozu. L4-L5-S1 disklərin protruzivası. Diskoqen radikulopativa” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi emosional-labil pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Serebral atrofiva qeyd olunur. Lateral mədəciklərin və subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində periventrikulvar və subkortikal lokalizasivalı yayılmış fokal subsantimetrli gliotik ocaqlar təyin olunur” kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS QU=0,05 k/etmir. OU-Tapeto retinal abiotrofivalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 5317 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.05 k/e (yüzdə beş). İrsi retinal distrofiyalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ona aid olan hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növlərinin mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı Cəbrayıl rayonu, Qumkaq ərazi Dairəsi, Qumlaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 0535 №-li, xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarından (surəti) müəyyən olunur ki, Komissiya belə nəticəyə gəlmişdir ki, Cəbrayıl RHK tərəfindən N93-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü il tarixə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: "Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 650 nömrəli göndərişi, xx.xx.2017- ci il tarixli 217 nömrəli arayışı, 3 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli çıxarış epikrizi, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017ci il tarixli 917 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin a yarımbəndi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1526 nömrəli xx.xx.2017-ci il tarixli protokolu. Tibbi-sosial Ekspert Komissiyasında müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatdan müəyyən olunur ki, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X11nin 3456 №-li,xx.xx.2023-cü il məktubu ilə Həkim Psixiatr Komissiyasının 69 №-li xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 16182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhər sakini xx.xx.N70-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1646 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Bas-beyin silkələnməsi. Kontuziya" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı görmə zəifliyi, ürəkbulanma, başda səs, başgicəllənmədən şikayətlənmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verə biləcək defisit qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını söyləyə bilməmiş, zəif görmə ilə əlaqələndirmişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 11234 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.06 k/e (yüzdə altı). İrsi retinal distrofiyalak kimi müəyyənləşdirilmişdir. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-bevin travmasının davamlı nəticələri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziva, qarısıq davranış pozuntuları. Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5-S1 disklərin orotruzivası. Diskoqen radikulopatiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi emosionallabil pozuntu. koanitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Serebral atrofiya qeyd olunur. Lateral mədəciklərin və subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində periventrikulvar və subkortikal lokalizasivalı yayılmış fokal subsantimetrli qliotik ocaqlar təyin olunur” kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS 00=0,05 k/etmir. OU-Tapeto retinal abiotrofiyalar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 5317 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.05 k/e (yüzdə bes). İrsi retinal distrofivalak kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təvin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N98 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 3043-14/2-1365/2023cü il tarixli məktubun səbəb əlaqəsinin təyin edilməsi üçün göndərilmiş vətəndaş İddiaçı aid sənədlər Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi vətəndaş İddiaçı, xx.xx.2017-ci ildə Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etdiyi sənədlər əsasında, aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi barədə qərar "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilmişdir. 1646 nömrəli xx.xx.2017-ci il tarixli səbəb əlaqəsi haqqında qərar xx.xx.2023-cü ildə altsistemə vurulmuşdur. Həmin qərar düzgün verilmiş və yenidən təyin edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı aid aşağıdakı; - xx.xx.2018-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98-Travmaların=> zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın…..Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri ( N93). Postravmatik kontuziya. Postravmatik kontuziya. Postravmatik ensefalopatiya. Kəskin asteno nevrotik sindrom.Qaraciyərin piy distrofiyası.OU-Tapeto retinal abiotrofiya. Görmə itiliyi sağ gözdə 0,08 k/e ( yüzdə səkkiz) sol gözdə 0,08 k/e ( yüzdə səkkiz). Görmə sahəsi hər iki gözdə konsentratik 20 dərəcəyə qədər. Akad. Z.Əliyeva adına MOM-un tibbi rəyinə əsasən. OU-Hipertonik angiopatiya.Xroniki xolesisit. Xroniki pankeatit….Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg… xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, İrsi retinal distrofiyalar, OU-Tapetoretinal abiotrafiya, İrsi retinal distrofiya.Vis OU=0,05 k/e ( yüzdə altı)… İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəbi: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar-Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. Əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, İrsi retinal distrofiyalar, OU-Tapetoretinal abiotrafiya, İrsi retinal distrofiya…..Meyar: 8.1.2. H54.1-Ağırlaşdırma..*.Gözün və gözün əlavə aparatının xəstəlikləri=>Görmə pozğunluqları və korluq=>Binokulyar, ağır görmə pozğunluğu=>daha yaxşı görən gözün görmə itiliyinin korreksiyası ilə 0,1-0,05….. OFP yekun faiz 80 faiz….Yekun əlillik səbəbi ümumi xəstəlik….OFP müddəti: 2 il. Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0004 №-li, xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı 2 (iki) il müddətinə əlilliyin səbəbi- ümumi xəstəlik =>gözdən əlilliklə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilmiş T/208/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. N70-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.2. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlərin nəticələri sonuncunun gözlərində müəyyən olunan oftalmoloji xəstəliklərə səbəb ola bilməzdi, belə ki, həmin xəstəliklər irsidir. 3.4. SN “MTE və PA Birliyin” phş-in müalicə müəssisəsi olmadığından hazırda onun hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin iş materiallarında olan tibbi sənədlərə əsasən adına müvafiq tibb müəssisəsində tərtib edilib Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli Z00125693AGG (Forma TQŞ № 088) saylı göndərişdə qeyd edilən “Əsas diaqnoz: H35.5 İrsi retinal distrofiyalar. Vis OU=0,05 k/e (yüzdə altı) Tapetoretinal abiotrofiya. (Akad. Z.Əliyeva adına MOM-nin xx.xx.2023-cü il tarixli 5317 saylı Tibbi rəyinə əsasən). Ağırlaşma: H54,1 Binokulyar ağır görmə pozğunluğu. OU-Binokulyar korluq, (Akad. Z.Əliyeva adına MOMnin xx.xx.2023-cü il tarixli 5317 saylı Tibbi rəyinə əsasən). Yanaşı xəstəliklər: F06-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnutiv funksiyaların enməsi ilə (KRX-RƏY №:367). T90.5 Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posstravmatik ensefalopoatiya” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı qoyulmuşdur. Odur ki, onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda inkar etmək də olmaz. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər İddiaçı müəyyən olunur və həmin xəsarətlərin yaratdığı nəticələr isə Forma 088 saylı göndərişin “F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnutiv funksiyaların enməsi ilə (KRX-RƏY №: 367). T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posttravmatik ensefalopatiya” yanaşı xəstəliklər hissəsində qeyd edilmişdir. Həmin xəsarətlərin yaratdığı yuxarıda qeyd edilən nəticələr əlilliyin təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Agentliyin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli N-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına görə, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya 2 (iki) il müddətinə ümumi xəstəlik səbəbilə - gözdən əlilliklə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının əlavə əyanı müayinəsi ilə aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 № li Qərarla aşağıdakı nəticəyə gəlinmişdir: Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təvin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli N-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə "Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya" diaqnozu ilə xəstəlik müəyyən edilmişdir. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir. Göründüyü kimi, iddiaçının diaqnozunda qeyd olunan xəstəliklərin səbəbi kimi hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir. Lakin cavabdeh iddiaçıya əlillik təyin edərkən həmin diaqnozun əlilliyə əsas vermədiyini qeyd etmişdir. Halbuki iş üzrə verilmiş ekspert rəyi ilə də müyyən olunmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər İddiaçı müəyyən olunur və həmin xəsarətlərin yaratdığı nəticələr isə Forma 088 saylı göndərişin “F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnutiv funksiyaların enməsi ilə (KRX-RƏY №: 367). T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posttravmatik ensefalopatiya” yanaşı xəstəliklər hissəsində qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 № li Qərarı xx.xx.N70-ci il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilsin. xx.xx.N70-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi X11n üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar