Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3877/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X9 Universitetinin neft-qaz işi ixtisası üzrə 04 iyul 2024-cü il tarixdə ona verilmiş 100534 ******* seriyalı 600 №-li bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 2019-cu il tarixdə X9 Universitetinin neftqaz işi ixtisasına qəbul olunmuşdur. Təhsil aldığı müddət ərzində bütün semestrlərdə iştirak etmişdir. Bunu təsdiq edən ümumvətəndaş pasportundan çıxarışları ərizəyə əlavə edir. İddiaçı 2024-cü ildə sözügedən Universiteti həmin ixtisas üzrə bitirmişdir və bunu təsdiq edən 100534 ******* seriyalı 600 №-li 04 iyul 2024-cü il tarixli Diplom və eyni tarixli Diploma əlavə (Qiymət cədvəli) iddia ərizəsinə əlavə edilmişdir. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı həqiqətən həmin Universiteti yaxşı qiymətlərlə bitirmiş və bütün təhsil müddətində həmin ölkənin ərazisində olmuşdur. Lakin daha sonra diplomumu təsdiq üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) təqdim etdikdə TKTA tərəfindən mənə təqdim olunan NA00033344 №-li 15 oktyabr 2024-cü il tarixli “ŞABLON” Qərardan görünür ki, tamamilə əsassız olaraq iddiaçının Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Qərar qəbul edilmişdir. Bu qərarın qəbul olunmasına səbəb kimi isə iddiaçının təhsil aldığı ölkənin ərazisində normativlə müəyyən edilmiş vaxt həcmində olmamağı göstərilmişdir. İddiaçı bir daha qeyd edir ki, təhsil aldığı bütün müddət ərzində, belə ki, 2019-2020-ci il tarixlərində başlanğıc sessiyada 2 dəfə, 2020-2021-ci il tarixlərində 1 dəfə, 2022-ci il tarixdə qış sessiyasında 1 dəfə və son olaraq isə 2024-cü ildə 2 dəfə olmaqla bütün sessiyalarda iştirak etmişdir. İlk təhsil aldığı dövrdə sessiyalar müxtəlif tarixlərdə olsa da, sonrakı sessiyalar müəyyənləşdirilmişdir. Eyni zamanda 2023-cü il tarixində bütün dünyanı bürümüş məlum pandemiya ilə əlaqədar olaraq iştirakı mümkün olmamışdır. Bundan əlavə məhkəmənin diqqətinə çatdırlır ki, iddiaçının əyani şəkildə iştirakı həmin tarixlərdə mümkün olmasa da, təhsil aldığı Universitetin xx.xx.2022-ci il tarixli, 255 №-li; xx.xx.2022-ci il tarixli, 607 №-li; xx.xx.2023-cü il tarixli, 192 №-li əmrlərinə əsasən Universitetdə təhsil alan xarici tələbələrə 2022-2023-cü illər ərzində olan bütün sessiyalarında iştiraklarının məsafədən (distantonline) olması nəzərdə tutulduğundan, iddiaçının dərsləri Zoom tətbiqi vasitəsilə həyata keçirilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Rusiya Federasiyası X9 Universiteti tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, № 100534 ******* nömrəli diplom üzrə eldə etdiyi “Neft-qaz işi” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarfna (bundan sonra-Qaydarlar) uyğun olaraq aparılmışdır. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qəran ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bununla bağlı bildirilir ki, Qaydalann 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yansı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir (Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Bu Qaydaların 4.1.5-ci yarımbandina asasan digər talablardan biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin en azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X1 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 24 gün; İİ il – getməyib; İİİ il – 25 gün; İV il – getməyib; V il – 2 ay, 9 gün. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alma bilər”. Eyni qərarın 29-cü bəndində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-2377/2023 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: "Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir." “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-2762/2023 saylı qərarının 28-ci bəndində: uEkvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır Yekun olaraq qeyd edilir ki, Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskreslon səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən ve Azərbaycan Respublikası inzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq,habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir.
4. “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin “Xarici dövlətin ali təhsilə aid kvalifikasıyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasmın tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.
5. Rusiya Federasiyası X9 Universiteti tərəfindən verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), xx.xx.2024-cü il tarixli Bakalavr Diplomuna əsasən İddiaçı 21.03.01 neft-qaz işi hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Bakalavr (26 iyun 2024-cü il tarixli protokol № 28) dərəcəsi verilmişdir.
6. X9 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2550 nömrəli Arayışda qeyd olunmuşdur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 2019-2024-cü illərdə X9 Universitetində təhsil alıb. Mehdiyevaya xx.xx.2024-cü il tarixli 600 qeydiyyat nömrəli 100534 ******* nömrəli diplomun "Neft-qaz işi" ixtisası üzrə bakalavr ixtisası verilməsi faktını təsdiq edilir. Nəzərinizə çatdırılır ki, koronavirus infeksixasının yayılmasının qarşısının alınması və əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi məqsədi ilə 2020-ci ildən etibarən AT FDBTM “DDTU”-nin tələbələri universitetin aşağıdakı əmrləri əsasında vaxtaşırı olaraq distant təhsil texnologiyalarından istifadə etməklə təlimə keçirilirlər.
1. 08.05.2020-ci il tarixli, 120 nömrəli əmr;
2. 29.05.2020-ci il tarixli. 129 nömrəli əmr;
3. xx.xx.2022-ci il tarixli. 269 nömrəli əmr:
4. xx.xx.2022-ci il tarixli, 607 nömrəli əmr. Obyektiv səbəblərdən universitetin əcnəbi tələbələrinə təhsil aldıqları bütün müddət ərzində distant rejimdə və ya universitetə gəldikdən sonra yay və qış imtahan sessiyalarında iştirak etməyə icazə verilib.
7. X9 Universitetinin “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” xx.xx.2022-ci il tarixli 269 nömrəli Əmrinə əsasən:
1. Obyektiv səbəblərdən Rusiya Federasiyasının hüdudlarından kənarda yerləşən xarici universitet tələbələri üçün elektron və distant təhsil texnologiyalarından istifadə etməklə qarışıq təhsil formasını təşkil etmək.
2. Universitetin professor-müəllim heyəti (müəllim heyəti) əcnəbi tələbələri /əruri tədris və metodik vəsaitlərlə təmin etməklə tədris olunan akademik fənlərin (modulların) keyfiyyətini təmin etməlidir, universitetin tədris prosesinə və distant təhsilə elektron dəstək sistemi “Moodle” və (və ya) Zoom onlayn dərslər platforması vasitəsilə aralıq attestasiyanı təşkil etmək, X2-Elmi Cəmiyyətində tədris prosesinin gedişatmın uçotunu təmin etmək.
3. Qarışıq tədris formatına keçid zamanı professor-müəllim heyətinə və əcnəbi tələbələrə Kafedra müdirləri tərəfindən təşkilati-metodiki dəstəyi təmin etmək, “Moodle” universitetinin tədris prosesi və distant təhsilinə elektron dəstək sistemi vasitəsilə təsdiq edilmiş cədvələ, iş proqramlarına və fənlərin (modulların) qiymətləndirmə vasitələrinin fondlarına uyğun olaraq aralıq attestasiyanı təşkil etmək, mövcud tədris-metodiki sənədləşmənin koordinasiyası, planlaşdırılması və yenilənməsi və keyfiyyətinin yoxlanılması üzrə işləri gücləndirmək.
4. Fakültə dekanları və filial direktorları qarışıq təlimdə tədris prosesinin həyata keçirilməsinə nəzarəti təmin etməli, universitetin TİEC-da yerləşdirilməsi üçün sənədlərin vaxtında və keyfiyyətli təqdim edilməsinə nəzarəti gücləndirmək.
5. Xarici tələbələrin davam edən kurs layihələri (işləri) və hesablama-qrafik işləri üzrə distant konsultasiya təşkil etmək.
6. Əcnəbi tələbələr cari tədris ilinin sonunadək tamamlanmış bütün tənlər (modullar) üzrə akademik borcunu aradan qaldırmalıdırlar.
7. Beynəlxalq Əməkdaşlıq və Marketinq Departamenti bu sərəncamı nəzərə alaraq dəyişikliklərin izahı ilə bağlı əcnəbi tələbələrlə məqsədyönlü işi təmin etməlidir.
8. X9 Universitetinin “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” xx.xx.2022-ci il tarixli 607 nömrəli Əmrinə əsasən:
1. Obyektiv səbəblərdən Rusiya Federasiyasının hüdudlarından kənarda yerləşən xarici universitet tələbələri üçün elektron və distant təhsil texnologiyalarından istifadə etməklə qarışıq təhsil formasını təşkil etmək.
2. Universitetin professor-müəllim heyəti (müəllim heyəti) əcnəbi tələbələri zəruri tədris və metodik vəsaitlərlə təmin etməklə tədris olunan akademik fənlərin (modulların) keyfiyyətini təmin etməlidir, universitetin tədris prosesinə və distant təhsilə elektron dəstək sistemi “Moodle” və (və ya) Zoom onlayn dərslər platforması vasitəsilə aralıq attestasiyanı təşkil etmək, X2-Elmi Cəmiyyətində tədris prosesinin gedişatmın uçotunu təmin etmək.
3. Qarışıq tədris formatına keçid zamanı professor-müəllim heyətinə və əcnəbi tələbələrə Kafedra müdirləri tərəfindən təşkilati-metodiki dəstəyi təmin etmək, “Moodle” universitetinin tədris prosesi və distant təhsilinə elektron dəstək sistemi vasitəsilə təsdiq edilmiş cədvələ, iş proqramlarına və fənlərin (modulların) qiymətləndirmə vasitələrinin fondlarına uyğun olaraq aralıq attestasiyanı təşkil etmək, mövcud tədris-metodiki sənədləşmənin koordinasiyası, planlaşdırılması və yenilənməsi və keyfiyyətinin yoxlanılması üzrə işləri gücləndirmək.
4. Fakültə dekanları və filial direktorları qarışıq təlimdə tədris prosesinin həyata keçirilməsinə nəzarəti təmin etməli, universitetin TİEC-da yerləşdirilməsi üçün sənədlərin vaxtında və keyfiyyətli təqdim edilməsinə nəzarəti gücləndirmək.
5. Xarici tələbələrin davam edən kurs layihələri (işləri) və hesablama-qrafik işləri üzrə distant konsultasiya təşkil etmək.
6. Əcnəbi tələbələr cari tədris ilinin sonunadək tamamlanmış bütün tənlər (modullar) üzrə akademik borcunu aradan qaldırmalıdırlar.
7. Beynəlxalq Əməkdaşlıq və Marketinq Departamenti bu sərəncamı nəzərə alaraq dəyişikliklərin izahı ilə bağlı əcnəbi tələbələrlə məqsədyönlü işi təmin etməlidir.
8. Bu əmrin icrasına nəzarəti universitetin beynəlxalq əməkdaşlıq və marketinq şöbəsinə və tədris-metodiki həvalə etmək.
9. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən ki, İddiaçı xx.xx.2019-cu il tarixindən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X13 Departamentinin Qazın Balansı, Satışı və Müştəri Xidmətləri şöbəsində texnik vəzifəsində işləyir.
10. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “Təhsil məzuniyyətinin verilməsi haqqında” Arayışlar iş materiallarına əlavə olunmuşdur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı 2019-2024cü illər ərzində X9 Universitetində “neft-qaz işi” ixtisası üzrə təhsil almışdır və hazırda ixtisası üzrə “Azəriqaz” İstehsalat Birliyində işləyir. İddiaçının tədris prosesində əyani iştirakının təin olunması məqsədilə iş yerindən mütəmadi olaraq təhsil məzuniyyəti verilmişdir və müvafiq faktı təsdiq edən arayışlar iş materiallarına əlavə olunmuşdur. İddiaçı bütün illər üzrə tədris prosesində iştirak etmişdir, sadəcə İV kursda olarkən COVİD-19 pandemiyası ilə əlaqədar dərslər distant keçirilmişdir. Bununla bağlı X9 Universiteti tərəfindən arayışlar təqdim olunmuşdur. Müvafiq arayışlar inzibati icraat zamanı cavabdeh orqana təqdim edilmiş və hazırda məhkəmə iş materiallarına əlavə olunmuşdur.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının diplomunun tanınmaması onun əmək fəaliyyətinə heç bir məhdudiyyət yaratmır. Belə ki, diplomun tanınması könüllü olaraq həyata keçirilir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının İV kursda X9 Universitetinə əyani olaraq getməməsinin səbəbi olaraq Covid-19 pandemiyasının qeyd olunması ağlabatan deyil. Belə ki, iddiaçı Covid-19 pandemiyasının baş verdiyi dövrdə İİİ kursda Rusiya Federasiyasında 24 gün olmuş, lakin daha sonra İV kursda tədris prosesində əyani olaraq iştirak etməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, şəxs məhz Covid-19 pandemiyası ilə əlaqədar distant təhsil aldığı təqdirdə həm İİİ kursda, həm də İV kursda tədris prosesində əyani olaraq iştirak etməməli idi. Nəticə etibarilə şəxsin yalnız İV ildə təhsil aldığı ölkədə olma müddəti (heç olmamışdır) tələblərə cavab vermir, digər illər üzrə təhsil aldığı ölkədə olma müddəti yetərli hesab edilir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
15. Odur ki, hazırki iddia zahirən məcburetməyə dair iddia olsa da, məhkəmə hesab edir ki, tələb şəxsin həyatı boyu onu müşayiət edən hüququn təmin edilməsi ilə bağlı olduğundan öhdəliyin icrasına dair iddiadır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.
18. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
20. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
21. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 22.2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
25. Rusiya Federasiyası X9 Universiteti tərəfindən verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), xx.xx.2024-cü il tarixli Bakalavr Diplomuna əsasən İddiaçı 21.03.01 neft-qaz işi hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Bakalavr (26 iyun 2024-cü il tarixli protokol № 28) dərəcəsi verilmişdir.
26. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının İV kursda (2022/2023-cü tədris ili üzrə) təhsil aldığı ölkədə (Rusiya Federasiyasının ərazisində) olmadığını qeyd etmiş və bu fakt əsasında tədris normativlərinə uyğun olmayan iştirak səbəbilə diplomun tanınmasından imtina etmişdir.
27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyinə uyğun olaraq iddiaçının təhsil prosesindəki ümumi iştirakı nəzərə alınmadan yalnız bir tədris ilində təhsil aldığı ölkədə təhsil prosesində əyani iştirak etməməsi faktına əsaslanılması hazırki işin hallarına münasibətdə hüquqi və faktiki baxımdan ədalətli və mütənasib deyil.
28. Məhkəmə nəzərə alır ki, ədalətlilik prinsipinin təməlində duran əsas anlayışlardan biri fərdi hallara qiymət verilməsi zərurətidir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı Rusiya Federasiyasında təhsil aldığı müddətdə dörd tədris ili ərzində (2019/2020-ci tədris ili üzrə, 2020/2021-ci tədris ili üzrə, 2021/2022-ci tədris ili üzrə və 2023/2024-cü il tədris ili üzrə) təhsil prosesində ardıcıl və hər tədris ili üzrə qanunvericilikdə müəyyən edilmiş minimum tələblərə uyğun şəkildə iştirak etmişdir (ümumi tədris prosesi 5 ildir). Müvafiq fakt cavabdeh orqan tərəfindən də təsdiq edilmişdir. Eyni zamanda iddiaçının təhsil müəssisəsinin daxili qaydalarına və dövlət standartlarına uyğun olaraq təhsilini uğurla tamamladığı hüquq müəyyənedici sənədlərlə təsdiqlənir. Bu müddət ərzində onun akademik fəaliyyətinin keyfiyyəti və yekun attestasiyanın alınması, onun təhsil proqramını tam mənimsədiyi və müvafiq biliklərə malik olduğunu göstərir. X9 Universiteti tərəfindən İddiaçı verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), xx.xx.2024-cü il tarixli Bakalavr Diplomu səlahiyyətli orqan – Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə 757601 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Bu baxımdan yalnız bir tədris ilində iştirakın olmamasının bütün tədris prosesinin mənimsənilməsinə və keyfiyyətinə mənfi təsir göstərməsi ağlabatan deyil.
29. Məhkəmə hesab edir ki, dörd tədris ili ərzində təhsil prosesində davamlı iştirak etmiş şəxsin yalnız bir tədris ilindəki iştirakına görə diplomun akademik tanınmasından imtina edilməsi tələbənin təhsil prosesində uzunmüddətli iştirakının və əldə etdiyi akademik nəticələrin inkar edilməsi ilə nəticələndiyindən iddiaçının konkret fərdi situasiyasına münasibətdə ədalətli deyil.
30. Məhkəmə eyni zamanda nəzərə alır ki, mütənasiblik prinsipi inzibati orqanların tətbiq etdiyi tədbirlərin qanuni məqsədə uyğun, eyni zamanda şəxsin hüquqlarına mümkün olan ən az müdaxilə edən üsulla həyata keçirilməsini tələb edir. Hazırda işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə (kvalifikasiyanın tanınmasında əsas məqsəd şəxsin həmin ixtisas (təhsil proqramı) üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər bilik və bacarıqları mənimsəmiş olduğuna əmin olmaqdır) mütənasib deyil. Belə ki, beş illik təhsil müddətində 4 il ərzində davamlı iştirak göstərmiş bir tələbənin bir tədris ilində əyani iştirak etməməsinə görə təhsili mənimsəməməsi ehtimalı ilə ümumi tədris prosesini təsdiqləyən diplomun tanınmasından imtina edilməsi müvafiq tədbirin tətbiqi ilə bağlı ziddiyyət təşkil edir.
31. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf edir. Qlobal miqyasda olduğu kimi, iddiaçının təhsil aldığı Rusiya Federasiyasında da ali təhsil müəssisələri həmin dövrdə tədris prosesinin elektron və distant formada həyata keçirməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçının İV kursda (2022/2023 tədris ili üzrə) Rusiya Federasiyasında dərslərdə əyani iştirak edə bilməməsinin səbəbi Covid-19 pandemiyası olmuşdur.
32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, X9 Universitetinin müvafiq əmrləri əsasında qlobal miqyasda baş vermiş Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması və əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi məqsədi ilə tədris prosesinin vaxtaşırı olaraq distant təhsil texnologiyalarından istifadə edilməklə təmin edilməsi nəzərdə tutulmuş və universitetin əcnəbi tələblərinə təhsil aldıqları bütün müddət ərzində tədris prosesində distant rejimdə iştirak etməyə icazə verilmişdir. X9 Universitetinin müvafiq faktı təsdiq edən “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” xx.xx.2022-ci il tarixli, 607 nömrəli Əmri; xx.xx.2022-ci il tarixli, 269 nömrəli Əmri və xx.xx.2024-cü il tarixli, 2550 nömrəli Arayış iş materiallarına əlavə edilmişdir. Nəticə olaraq, tələbənin təhsil aldığı ölkədə fiziki olaraq qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur.
33. Odur ki, məhkəmə hesab edir ki, belə bir şəraitdə tələbənin (iddiaçının) təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər.
34. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının İV kursda X9 Universitetinə əyani olaraq getməməsinin səbəbi olaraq Covid-19 pandemiyasının qeyd olunması ağlabatan deyil. Belə ki, iddiaçı Covid-19 pandemiyasının baş verdiyi dövrdə İİİ kursda Rusiya Federasiyasında 24 gün olmuş, lakin daha sonra İV kursda tədris prosesində əyani olaraq iştirak etməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, şəxs məhz Covid-19 pandemiyası ilə əlaqədar distant təhsil aldığı təqdirdə həm İİİ kursda, həm də İV kursda tədris prosesində əyani olaraq iştirak etməməli idi.
35. Məhkəmə bu konteksdə qeyd edir ki, tələbənin (iddiaçının) Covid-19 pandemiyasının davam etdiyi 2021/2022 tədris ilində (İİİ kursda) təhsil prosesində iştirakı onun tədris proqramına məsuliyyətli münasibətini, eləcə də təhsil prosesindən yayınma niyyətinin olmadığını sübuta edir. Qeyd olunan fakt tələbənin (iddiaçının) təhsil aldığı universitet tərəfindən yaranmış vəziyyətlə əlaqədar təmin edilmiş distant təhsil imkanından növbəti tədris ilində istifadə etməməsi üçün əsas hesab oluna bilməz.
36. Məhkəmə nəzərə alır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının yalnız bir tədris ili üzrə təhsil aldığı ölkədə olmamasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz.
37. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X13 Departamentinin Qazın Balansı, Satışı və Müştəri Xidmətləri şöbəsində texnik vəzifəsində işləyir. Belə olan təqdirdə İddiaçı “neft-qaz işi” ixtisası üzrə bilik və bacarıqlara sahib olduğu məhkəmədə şübhə yaratmır. İddiaçının həmin ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması əsası ilə həmin eyni ixtisası mənimsəməsinin mümkünsüzlüyü ilə bağlı qənaət qanuni hesab edilə bilməz.
38. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Rusiya Federasiyası X9 Universiteti tərəfindən verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), xx.xx.2024-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (21.03.01 Neft-qaz işi) Azərbaycan Respublikasının ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməlidir.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. İPM-in 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Rusiya Federasiyası X9 Universiteti tərəfindən İddiaçı verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), xx.xx.2024-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (21.03.01. Neft-qaz işi) Azərbaycan Respublikasının ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi- 540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva