Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-388/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2018-ci il tarixdə İddiaçı adına verilmiş B 18 saylı 164978 nömrəli Bakalavr Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2018-ci il tarixdə İddiaçı adına verilmiş B 18 saylı 164978 nömrəli Bakalavr Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin fəlsəfə fakültəsinin “Palitologiya” ixtisasının qiyabi təhsil formasına, bakalavr təhsil pilləsinə 1 sentyabr 2013-cü il tarixdə qəbul olunmuşdur. Ukrayna Respublikasının Taras Şevçenko adma Kiyev Milli Univerisitetinin tam kursunu bitirmiş və Politologiya proqramı üzrə siyasi idarəetmə sahəsində “Politologiya” üzrə elmi işçi üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. İddiaçı 30 iyun 2018-ci il tarixdə Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin tam kursunu bitirməsi və “Politologiya” proqramı üzrə siyasi idarəetmə sahəsində “Politologiya” üzrə elmi işçi üzrə bakalavr dərəcəsinə yiyələnməsinə dair B 18 saylı 164978 nömrəli X5 verilmişdir. İddiaçı Taras Şevçenko adına Kiyev Milli Unverisitetinin tam kursunu bitirməsi və Politologiya proqramı üzrə siyasi idarəetmə sahəsində “Politologiya” üzrə elmi işçi üzrə bakalavr dərəcəsinə yiyələnməsinə dair B İ8 saylı 164978 nömrəli 30 iyun 2018-ci il tarixli X4 müsahibədən keçmədən tanınması və diplomunun tanınması barədə şəhadətnamənin verilməsi ilə əlaqədar olarq 09 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. İddiaçının müraciətinə cavab verilmədiyindən 09 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə təkrar müraciət edərək Taras Şevçenko adına Kiyev Milli Unverisitetinin tam kursunu bitirməsi və Politologiya proqramı üzrə siyasi idarəetmə sahəsində "Palitologiya” üzrə elmi işçi üzrə bakalavr dərəcəsinə yiyələnməsinə dair B 18 saylı 164978 nömrəli 30 iyun 2018-ci ıi tarixli X4 müsahibədən keçmədən diplomunun tanınması və diplomunun tanınması barədə şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin müraciətinə baxılması barədə cavabdeh tərəfindən hər hansı bir məlumatlandırma olmamış, inzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilməmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı müvafiq şəhadətnamənin verilməsi məqsədilə cavabdeh orqana 22.10.2018-ci il tarixində elektron qaydada müraciət etmişdir. İnzibati icraat zamanı iddiaçının tədris dili üzrə dil biliyinin qiymətləndirilməsi üçün o, 11.12.2018-ci il tarixində müsahibəyə dəvət edilmişdir. Lakin qeyd edilən tarixdə iddiaçı müsahibədə iştirak etmədiyi üçün sənədlərin icraatı dayandırılmışdır. Xarici ali təhsil ixtisasının tanınması və ekvivalentliyi ilə bağlı olaraq sənədlərin qəbulu və cavablandırılması yalnız elektron qaydada həyata keçirilir. İddiaçının müsahibəyə dəvət edilməsi, habelə müsahibədə iştirak etmədiyi üçün 21.01.2019-cu il tarixində inzibati icraatın dayandırılması barədə ona şəxsi elektron kabineti vasitəsilə də məlumat verilmişdir. Ötən dövr ərzində də iddiaçı müsahibəyə yenidən dəvət edilməsi ilə bağlı hər hansı müraciət etmədiyi üçün sənədlərin icraatı “dayandırılmış” statusunda saxlanılmışdır. Onunla tədris dili üzrə müsahibə aparılmadığı üçün müraciətinə yekun cavab - ixtisasın tanınması və ya ixtisasın tanınmasından imtina edilməsi barədə cavab verilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-cü mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, müvafiq məlumatı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1987-ci il təvəllüdlüdür. B18 saylı 164978 nömrəli bakalavr diplomu, diploma əlavə və apostilinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı 2018-ci ildə Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin tam kursunu bitirmiş və “Politologiya” proqramı üzrə Siyası idarəetmə sahəsində Politologiya üzrə Elmi İşçi üzrə Bakalavr dərəcəsinə yiyələnmişdir. Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin Fəlsəfə fakultəsinin 1248 nömrəli 06.02.2020-ci il tarixli arayışına əsasən, İddiaçı 4-cü akkredatsiya dərəcəli Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin fəlsəfə fakultəsinin “Politologiya” ixtisasının qiyabi təhsil formasının (distans deyil) Bakalavr təhsil pilləsi üzrə baza ali təhsili almışdır. 01.09.2013 təhsilin başlanğıcı 30.06.2018-ci il təhsil sonun olaraq göstərilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Univerisitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, müvafiq ekspertiza rəyi verilməsi üçün cavabdeh tərəfindən müsahibəyə dəvət olunsada iddiaçı müsahibədə iştirak etməmiş, hal-hazırda müsahibədən keçmədən onun diplomunun tanınmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının təhsil aldığı Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Univerisitetinin tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı müsahibəyə dəvət olunmuşdur. İddiaçı müsahibələdə iştirak etməmişdir. Belə olan halda iddiaçının ixtisasının tanınması üçün müsbət ekspert rəyi mövcud deyil. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınmaması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməməsi kimi hərəkətsizlik qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2018-ci il tarixdə İddiaçı adına verilmiş B 18 saylı 164978 nömrəli Bakalavr Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2018-ci il tarixdə İddiaçı adına verilmiş B 18 saylı 164978 nömrəli Bakalavr Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-388/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-388/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver