Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3881/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik təyinatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən 3-cü qrup, 2014-cü ildən isə 2-ci qrup əlildir. 2020-ci ilin avqust ayından etibarən ona əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. Bundan təxminən iki ay sonra Xəzər rayonunda yerləşən “DOST” mərkəzinə və Binəqədi rayonunda yerləşən TSEK-na müraciət etmişdir. Hal-hazırda onun bütün sənədləri həmin TSEK-dir. Lakin, bu günə kimi iddiaçıya heç bir məlumat verilməmiş və problemi həll edilməmişdir. Əlillik təyinatının bərpa edilməsi barədə nümayəndəsi vasitəsi ilə ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir, 3-17-4/2- 26040/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın ona verdiyi imtina əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Məhkəmənin 2-1(112)-3881/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçını əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmənin qərardadının icra olunması barədə vətəndaşın əyani müayinə olunmasına dair məktubunda bildirilmişdir ki, Ə.İddiaçıllik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 100011486XPB nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
5. Məhkəmənin tibbi ekspertizanın təyin edilməsinə dair 2-1(112)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının icrası əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X6 X3” X5 məhkəməyə təqdim etdiyi T407/2024 saylı ekspert rəyinə əsasən komissiyanın gəldiyi nəticə: 1.2. Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertizası və X3” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İ00011486XPB saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır KBT-nın qalıqları. G40.2- Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Qıcolma sindromu; G93.2- Xoşxassəli kəllədaxili hipertenziya. Kəllədaxili hipertenziya; G93.8- Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri. Posttravmatik ensefalopatiya; H90.3- Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağtərəfli neyrosensor ağır stenoz; F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli xəstəlik, travma mənşəli qabarıq asteno nevrotik sindrom.” diaqnoz ona stasionarda müayinə və müalicəsi əsasında müəyyən edilsədə əyani müayinədə öz təsdiqini tapmamaış, əlillik təyinatına əsas verməmişdir. Odur ki, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, №-li 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №-li 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın bəndlərindən birinə aid etmək mümkün olmadı.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır KBT davamlı qalıqları.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 100011486XPB nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 816 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Təkrari qapalı kəlləbeyin travması. Kəskin asteno-nevrotik vəziyyət, dərin isterik reaksiyalarla. Təbil pərdəsinin cırılması ilə hər iki qulağın hava kontuziyasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Kəllədaxili travmaların nəticələri. Keçirilmiş aqır KBT davamlı qalıqları" diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı başağrısından, eşitmənin zəifləməsindən şikayət etmiş, mütəmadi qəbul etdiyi medikamentoz preparatlarının olmadığını ifadə etmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim edilməmişdir. Psixi statusunun araşdırılması zamanı aktiv psixopraduktiv əlamətlər, kobud davranış pozuntusu aşkar edilməmiş, ixtisaslaşmış tibb müəssisəsindən müalicə və müayinə sənədi təqdim edilməmişdir. Şikayətlərinə uyğun olaraq ƏƏSMN tabeliyində DTSERA xx.xx.2022-ci il tarixli Audiometriya müayinəsi aparılmış, nəticəsi “Saq qulaq 45 dB -İİ dərəcə, sol qulaq 35 dB -İ dərəcə neyrosensor aqıreşitmə qeyd edilir” kimi qeyd olunmuşdur. Vətəndaşın təqdim etdiyi hərbi bilet əvəzi Arayışda onun 8 il müddətinə azadlıqdan məhrum olunması və cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə məlumat qeyd olunmuşdur. Vətəndaşın psixi statusunu qiymətləndirilməsi üçün ekspertiza üçün əhəmiyyətli ixtisaslaşmış tibb müəssisəsinin müayinə müalicə sənədi təqdim edilməmiş, tərəfimizdən göndəriş verilmiş, lakin bu zamana kimi müayinələr təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir.
7. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-450/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) müxtəlif tarixlərdə aşağıda adı göstərilən 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 14) Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 100011486XPB nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 816 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Təkrari qapalı kəllə-beyin travması. Kəskin asteno-nevrotik vəziyyət, dərin isterik reaksiyalarla. Təbil pərdəsinin cırılması ilə hər iki qulağın hava kontuziyasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş aqır KBT davamlı qalıqları” diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı başağrısından, eşitmənin zəifləməsindən şikayət etmiş, mütəmadi qəbul etdiyi medikamentoz preparatlarının olmadığını ifadə etmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim edilməmişdir. Psixi statusunun araşdırılması zamanı aktiv psixopraduktiv əlamətlər, kobud davranış pozuntusu aşkar edilməmiş, ixtisaslaşmış tibb müəssisəsindən müalicə və müayinə sənədi təqdim edilməmişdir. Şikayətlərinə uyğun olaraq ƏƏSMN tabeliyində DTSERA xx.xx.2022-ci il tarixli Audiometriya müayinəsi aparılmış, nəticəsi "Saq qulaq 45 dB -İİ dərəcə, sol qulaq 35 dB dərəcə neyrosensor aqıreşitmə qeyd edilir” kimi qeyd olunmuşdur. Qeyd etməliyik ki, vətəndaşın təqdim etdiyi hərbi bilet əvəzi Arayışda onun 8 il müddətinə azadlıqdan məhrum olunması və cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə məlumat qeyd olunmuşdur. Vətəndaşın psixi statusunu qiymətləndirilməsi üçün ekspertiza üçün əhəmiyyətli ixtisaslaşmış tibb müəssisəsinin müayinə müalicə sənədi təqdim edilməmiş, tərəfimizdən göndəriş verilmiş, lakin bu zamana kimi müayinələr təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2017-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Əsas diaqnoz - “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları”. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsasə xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. xx.xx.2022-ci il tarixdə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Əsas diaqnoz - “T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş ağır KBT davamlı qalıqları”. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: Ağırlaşmalar ətraflı qeyd olunsun və müayinələrlə əsaslandırılsın.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. İddia tələbi iddiaçının 2-ci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
13. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. Hazırkı iddia məcburetməyə dair iddiadır.
16. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
19. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
20. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
21. Məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli 100011486XPB nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilərəkəlilliyin təyin edilməsindən imtina olunmuşdur.
22. Daha sonra iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Tibbi-Sosial Ekspert Komissiyasının3-17-4/3-450/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, psixi statusunu qiymətləndirilməsi üçün ekspertiza üçün əhəmiyyətli ixtisaslaşmış tibb müəssisəsinin müayinə müalicə sənədi təqdim edilməmiş, komissiya tərəfindən göndəriş verilmiş, lakin bu zamana kimi müayinələr təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
23. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir.
24. İddiaçı əlilliyinin qiymətləndirildiyi tarixdən 1 ildən çox müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
25. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva