Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3882/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olduğu tarixdən bugünə qədər (2006-2022-ci illər) Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1989-cu il tarixində Donetsk Ali Hərbi Məktəbinə daxil olmuşdur. 1993-cü il tarixində Donetsk Ali Hərbi Məktəbini bitirmişdir. 08 yanvar 1993-cü il tarixindən (əmr № 012) 19 sentyabr 1997-ci il tarixinə qədər (əmr № 089) X3 xidmət keçmişdir. 19 iyun 2001-ci il tarixində (əmr № 492) Cavabdehndə qulluğa qəbul edilmişdir. 19 sentyabr 2022-ci il tarixində isə (əmr № 662/k) “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 15 sentyabr tarixinə 2022-ci il tarixinə olan qulluq müddəti təqvimlə 29 il 4 ay 14 gün, güzəştli isə 37 il 02 ay 13 gün təşkil edir. Qeyd edir ki, 21 il müddət ərzində Cavabdehndə müxətlif vəzifələrdə çalışmışdır. 19 oktyabr 2013-cü il tarixdə xidmətdə olarkən dispanserizasiya zamanı orqanizmimdə “şəkərli diabet” (tip 2) xəstəliyinin olması faktı aşkar edilmişdir. Qeyd olunan tarixdə xəstəliklə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəz tərəfindən çıxarış verilmişdir. Daha sonra 17 yanvar 2020-ci il tarixindən 25 yanvar 2020-ci il tarixinə qədər “şəkərli diabet” (tip 2) xəstəliyi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Hospitalında müalicə almışdır. Bununla bağlı həmin hospital tərəfindən X/T № 12 çıxarış epikrizi verilmişdir. Bundan başqa, ədliyyə orqanlarında xidmət edərkən müxtəlif xəstəliklərdən müalicələr almış, həmçinin əməliyyat olunmudur. Belə ki, 31 avqust 2020-ci il tarixində “Davinci Hospital” özəl tibb mərkəzində həkim müayinəsində olmuş və həmin tarixdə “pararektal absessin açılması” əməliyyatı icra olunmuşdur. Bununla bağlı “Davinci Hospital” özəl tibb mərkəzi tərəfindən 01 sentyabr 2020-ci il tarixində tibbi arayış verilmişdir. Daha sonra 03 dekabr 2020-ci il tarixdə “Davinci Hospital” özəl tibb mərkəzinə “Pararektal absess” diaqnozu ilə müraciət etmişdir. Həmin tarixdə yerli anesteziya ilə absessin açılması və drenaj edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Bununla bağlı “Davinci Hospital” özəl tibb mərkəzi tərəfindən 03 dekabr 2020-ci il tarixində tibbi arayış verilmişdir. 2021-ci il 27 yanvar tarixində “COVİD-19” virusuna yoluxmuşdur. 08 fevral 2021-ci il tarixində təkrar test verərkən “COVİD-19” virusunun pozitiv olduğu müəyyən edilmiş və xəstəliklə bağlı 10 fevral 2021ci il tarixindən 16 fevral 2021-ci il tarixinə qədər təkrarən müalicə olunmuşdur. Bütün bu qeydlər ona məxsus TQS № 025 saylı X4 qeyd olunmuşdur. 2022-ci ilin fevral ayında “Omikron” virusuna yoluxduğu üçün müalicə kursu keçmişdir. 21 fevral 2022-ci il tarixində “Davinci Hospital” özəl tibb mərkəzinə təkrarən müraciət etmiş və həmin tarixdə “Absessin açılması və drenaj olunması” ilə bağlı əməliyyat olunmuşdur. 22 fevral 2022-ci il tarixində isə hospitaldan evə buraxılmışdır. Bununla bağlı “Davinci Hospital” özəl tibb mərkəzi tərəfindən ******* nömrəli epikriz verilmişdir. Göründüyü kimi, ədliyyə orqanlarında xidmət edərkən müxtəlif xəstəliklərdən müalicələr almış, həmçinin əməliyyat olunmuşdur. Bundan başqa viruslara yoluxduğu müddətlərdə ona mövcud 2-ci tip “Şəkərli diabet” xəstəliyi daha da, ağırlaşdığı üçün müalicə kursu keçmişdir. Həmin xəstəliklər və əməliyyatlarla bağlı bülletenlərdə mövcuddur. Lakin, Ədliyyə orqanlarında işlədiyi dövrlərdə qeyd olunan əməliyyatlarla bağlı birdəfəlik müavinətlar almamışdır. Bununla əlaqədar olaraq, 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası Cavabdeh 24 oktyabr 2022-ci il tarixli, № 17/7-17540 saylı cavab məktubuna əsasən, Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsindən imtina edilmişdir. Məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı müraciətinə Penitensiar Xidmətin Maliyyə-iqtisadiyyat İdarəsində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmış və tərəflərindən müvafiq araşdırma aparılmışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir”. Penitensiar xidmətdə qulluqda olduğu müddət ərzində 2017, 2019 və 2020-ci illərdə müavinət almışdır. Digər illərdə isə xəstəliklə bağlı müalicə olunması ilə əlaqədar rəsmi olaraq müraciəti olmadığından müavinət almamışdır. 2021-ci illər üzrə xəstəliklə bağlı sənədləri müvafiq Komissiyanın 5 nömrəli xx.xx.2021-ci il tarixli protokolunda qeydiyyata alınmış, lakin Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi məqsədi ilə müvafiq xərc maddəsinə kifayət qədər maliyyə vəsaiti ayrılmadığı üçün birdəfəlik müavinətin ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Qeyd etmək istərdi ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında belə bir hal nəzərdə tutulmamışdır. Çünki, həmin Qaydaların 1.3cü bəndində qeyd edilmişdir ki, işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə müavinət verilmir. Bundan başqa, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Yəni bu o deməkdir ki, hər iki qanunvericilik aktlarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməməsi nəzərdə tutulmamışdır. Bundan başqa, imtina məktubunda qeyd olunmuşdur ki, Penitensiar xidmətdə qulluqda olduğu müddət ərzində 2017, 2019 və 2020-ci illərdə müavinət almışdır. Digər illərdə isə xəstəliklə bağlı müalicə olunması ilə əlaqədar rəsmi olaraq müraciəti olmadığından müavinət almamışdır. Qeyd edir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydaların 2.1-ci maddəsində qeyd edilmişdir ki, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Lakin, həmin müraciətin şifahi və ya yazılı olması ilə bağlı hər hansı yazı qeyd edilməmişdir. İllər ərzində keçirdiyi xəstəlik və əməliyyatlara dair sənədlər ƏN Tibb baş idarəsinin poliklinikasına və xidmət etdiyi müəssisə rəhbərliyinə təqdim olunmuşdur. Bundan başqa, imtina məktubunda qeyd olunmuşdur ki, 2021-ci illər üzrə xəstəliklə bağlı sənədləri müvafiq Komissiyanın 5 nömrəli xx.xx.2021-ci il tarixli protokolunda qeydiyyata alınmış, lakin Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi məqsədi ilə müvafiq xərc maddəsinə kifayət qədər maliyyə vəsaiti ayrılmadığı üçün birdəfəlik müavinətin ödənilməsi mümkün olmamışdır. Qeyd etmək istəyir ki, Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydaların 3.1ci maddəsində qeyd edilmişdir ki, müavinət komissiyaların qərarına əsasən verilir. Həmin Qaydaların 3.2-ci maddəsində isə qeyd edilmişdir ki, Ədliyyə orqanının maliyyə xidməti komissiyanın protokolunu aldığı gündən 7 iş günü müddətində müavinətin köçürmə yolu ilə ödənilməsini təmin edir. Göründüyü kimi, həmin Qaydada ümumiyyətlə müavinətin kifayət qədər maliyyə vəsaiti ayrılmadığı təqdirdə ödənilməməsi qeyd edilməmişdir. Onda mövcud olan xəstəliklərin bir nömrəli sübutu “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri- mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsidir. Buna baxmayaraq müayinə və müalicə olunması ilə bağlı qanunda nəzərdə tutulmuş müavinətləri verilməmişdir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.5-ci maddəsində qeyd olunmuşdur ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət almış və əmlakına zərər vurulmuş ədliyyə orqanlarının işçilərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi "Məhkəmə və hüquq mühafizə orqanlan işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətdə xx.xx.2001-ci il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətda sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydalan”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçı xidmət etdiyi illər ərzində 2017, 2019 və 2020-ci illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, 2021 -ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmiş, digər illərdə İddiaçı müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. İş materiallarına iddiaçı tərəfindən sağlamlıq vəziyyətini əks etdirən 2013, 2020-2022-ci illər üzrə epikriz və çıxarışlar əlavə edilmişdir.
7. ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1989-cu il tarixdə Donetsk Ali Hərbi məktəbinin müdavimi olaraq qəbul edilmiş, xx.xx.1993-xx.xx.1997-ci illərdə X3 xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə Cavabdehndə qulluğa qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2022ci il tarixə qulluq müddəti, təqvimlə 29 il 04 ay 14 gün, güzəştli 37 il 02 ay 13 gün təşkil etmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli 17/7-17540 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar xidmətdə qulluqda olduğu müddət ərzində 2017, 2019 və 2020-ci illərdə müavinət almışdır. Digər illərdə isə xəstəliklə bağlı müalicə olunması ilə əlaqədar rəsmi olaraq müraciəti olmadığından müavinət almamışdır. 2021-ci il üzrə xəstəliklə bağlı sənədləri müvafiq Komissiyanın 5 nömrəli xx.xx.2021-ci il tarixli protokolunda qeydiyyata alınmış, lakin Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi məqsədilə müvafiq xərc maddəsinə kifayət qədər maliyyə vəsaiti ayrılmadığı üçün birdəfəlik müavinətin ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunması ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilər.
9. cavabdeh tərəfindən məhkəməyə 2017, 2019 və 2020-ci illər üzrə iddiaçıya müalicə pulunun ödənilməsini təsdiq edən ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
16. Belə ki, hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı tələbi 2006-cı ildən 2022-ci ilə qədər müalicə ilə əlaqədar ona verilməli olan 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlıdır.
17. Azərbaycan Respublikası Kontitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
19. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.
20. Azərbaycan Respublikasının Cavabdeh Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyəti müstəqil struktur qurumudur.
21. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər.
22. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir.
23. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.
24. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.
25. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən tələblərində ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırki iş üzrə iddiaçıya bu hal 2021-ci il üzrə tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilən hal öz təsdiqini tapmışdır. Bu səbəbdən də, iddiaçıya 2021-ci il üzrə ödənilməmiş 2 (iki) aylıq əmək haqqı məbləğində müavinət ödənilməlidir.
26. Digər tərəfdən məhkəmə iddiaçının digər illər üzrə (2021-ci il istisna edilməklə) müalicə olunması ilə əlaqədar ona ödənilməmiş 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı tələbini əsassız hesab edərək qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin (Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir) icrasınının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəflik müavinətin verilməsi Qaydaları” təsdiq edilmişdir.
27. Həmin Qaydaları 1.2-ci bəndinə əsasən müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir.
28. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən müraciət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.
29. Həmin Qaydaların 2.2-ci bəndinə müavinət verilməsi üçün müraciətə əlavə edilməli sənədlər sadalanmışdır.
30. Hazırda iş materialları ilə müəyyən olunur ki, 2017, 2019 və 2020-ci il üzrə iddiaçının müraciəti əsasında ona 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət ödənilmiş, digər illər üzrə isə (2021-ci il istisna edilməklə) sözügedən müavinətin ödənilməsi ilə bağlı ümumiyyətlə iddiaçı tərəfindən həmin müavinətin verilməsi üçün əsas olan sənədlər əlavə edilməklə cavabdeh inzibati orqana müraciət etməsi müəyyən edilmir. Bu səbəbdən də, həmin illər üzrə iddiaçıya müavinətin ödənilməsi ilə bağlı tələbi əsassızdır.
31. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2006-2012, 2014- 2019-cu illərdə müalicədə olmasını təsdiq edən hər-hansı tibbi sənədi məhkəməyə təqdim etmədiyindən onun müalicə alması iş materialları ilə təsdiq edilmir, həmin sənədləri təqdim etsə idi belə həmin sübutlar yenə də, iddianın əsaslı olmasına dəlalət etməyəcəkdi. Belə ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsi ilə bağlı müraciəti yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir ki, bu da, öz növbəsində müavinətin ödənilməməsi üçün əsasdır.
32. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
34. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
35. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 2021-ci ildə üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva