Məhkəmə qərarları › İş №2-1(112)-3883/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3883/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3883/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, üçüncü şəxslər X3 və X8 qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, üçüncü şəxslər X3 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X2 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə dair bağışlama müqaviləsi bağlamaq üçün notariat kontoruna müraciət edərkən məlum olmuşdur ki, F.Rüstəmov küçəsi 27 saylı ünvana iddiaçıya məlum olmayan səbəbdən xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1982-ci il təvəllüdlü X5 qeydiyyata düşmüşlər. Mülkiyyətində olan evdən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2019-cu il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir. Üçüncü şəxslər onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olsalar da faktiki olaraq həmin ünvanda yaşamırlar. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh qeydiyyatdan çıxarılmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 avqust 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X7 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 30 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan şifahi dinləmələr keçirmədən baxılmasına etirazı olmadığını bildirmiş, digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş FM seriyalı, 040950 saylı qeydiyyatda vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 09 saylı reyestr kitabının 1281-ci səhifəsində 30/25669 saylı nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X5 və xx.xx.1988-ci il təvəllüdlü X1 Alidə Mikayıl qızına məxsus ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 059-44817V saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq, şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı, bununla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə baxışı dövründə məhkəmə tərəfindən cavabdehdən sorğu əsasında üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 3 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 059-16728 saylı məktubla məhkəmə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdən və xx.xx.1988-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. Qeydiyyata alınma barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunmasının imkan xaricində olması bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X5 və X9 iddiaçının razılığı və xəbəri olmadan ona məxsus fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin onun razılığı və xəbəri olmadan ona məxsus mənzilə qeydiyyata alınması, göstərilən şəxslərin həmin mənzildə yaşamaması, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X5 və X9 iddiaçıya məxsus mənzildə yaşamadıqları halda onun razılığı olmadan formal olaraq ona məxsus mənzilə pasport qediyyatına alınmışdır. Üçüncü şəxslər X5 və X9 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, onların qeyd edilən mənzilə istifadə hüquqları olmadığından və qeydiyyatları formal xarakter daşıdığından iddiaçının həmin şəxslərin iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 3 ünvanından X5 və X4qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar