Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3884/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Məlumata cavab verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyi müddətdə son 2 ildə məzuniyyətdə olma tarixləri və müddətləri; son il müddətində aldığı əmək haqqı və məzuniyyət ödənişləri məlumatların ona təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Ximətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Silahlı Qüvvələrdə və Dövlət Təhlükəsizlik Orqanlarında işləmişdir. Silahlı Qüvvələrdə xidmət edərək general-leytenant Rövşən Əkbərov tərəfindən xidmətdə göstərdiyi nailiyyətlərə görə təltif edilmiş, Dövlət Təhlükəsizlik Orqanlarında işləyərkən Silahlı Qüvvələr münasibətilə xidmətdə göstərdiyi nailiyyyətlərə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev tərəfindən təltif edilərək pul mükafatı almışdır. Sonuncu iş yeri Dövlət Təhlükəsizliyi Xidməti olmuşdur. O, xx xxxx 2018-ci il tarixdə məzuniyyətə çıxmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlliyinin xx.xx.2018-ci il tarixli, 1094 şh nömrəli əmri ilə “Hərbi xidmətkeçməhaqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyyata buraxılmış və xx.xx.2018-ci il tarixdə isə hərbi xidmətdən təxris edilmişdir.Onun ehtiyyata buraxılmağı barədə Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Şərafət Həsənov tərəfindən xx.xx.2019-cu il tarixli 17/ə-3170 nömrəli məktub göndərilmişdir. Cavabdeh orqanda işlədiyi müddətdə son haqqhesab ona düzgün hesablanıb verilməmişdir. Bununla əlaqədar olaraq müqavilə bağladığı vəkil cavabdehə sorğu göndərərək pul təminatı və sair məlumatların verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktub göndərərək həmin məlumatların ancaq məhkmə hakimiyyəti orqanlarının sorğusu ilə verilə biləcəyini bildirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X2 iş üzrə vəsatət verərək, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı işin obyektiv araşdırılması məqsədi ilə iddiaçı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyi müddətdə son 2 ildə məzuniyyətdə olma tarixləri və müddətləri barədə ətraflı məlumatın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilmişdir. Sorğuya xx xxxxxx 2020-ci il tarixli 20/778 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx xxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək 45 gün ərzində növbəti məzuniyyətdə olmuşdur. Həmçinin, xx xxxx 2018-ci il tarixində növbəti məzuniyyətə çıxmış, DTX-nin xx xxxx 2018-ci il tarixli 1094 şh nömrəli əmri əsasında məzuniyyətdən geri çağırılaraq ehtiyyata buraxılmışdır. Məzuniyyətə çıxarkən 6 ay ərzində hərbi xidmətdə olduğuna görə məzuniyyət müddəti 23 gün hesablanmış, həmin il üçün nəzərdə tutulmuş məzuniyyətin istifadə olunmamış hissəsi 17 gün və icraatında olan sənədlərin təhvil verilməsi üçün 2 gün nəzərə alınmaqla xx xxxx 2018-ci il tarixindən şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 123-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə ehtiyyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul etdikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti zabitlərin xidmət etdikləri hər tam ay üçün 3,75 gün müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 19 nömrəli xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək İddiaçı 11.683,75 manat (9578,65 manat və başqa ödəmələr 2105,10 manat) ödəniş edilmişdir. (yanvar-784,05; fevral-784,05; mart-784,05; aprel-784,05; may-784,05; iyun-793,00; iyul- 810,90, başqa ödəmələr-2.105 manat; avqust-810,90; sentyabr-810,90; oktyabr-810,90; noyabr-810,90; dekabr-810,90 manat) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 20 nömrəli xx xxxxx 2020ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı 11.332,76 manat ödəniş edilmişdir. (yanvar-810,90; fevral-810,90; mart-810,90; aprel- 926,90; may-868,90; iyun-868,90; iyul-728,76, başqa ödəmələr: mükafat 300 manat, 5.206,60 manat ) Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyi müddətdə son 2 ildə məzuniyyətdə olma tarixləri və müddətləri; son il müddətində aldığı əmək haqqı və məzuniyyət ödənişləri barədə məlumatların ona təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Ximətinin üzərinə qoyulması barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Məlumata cavab verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3884/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3884/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver