Məhkəmə qərarları › İş №2-1(112)-3888/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3888/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3888/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Razzad oğlu xx xxxxxxx 1990-cı il tarixdə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdur. 25 may 2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatsız yaşasa da, 13 sentyabr 2021-ci il tarixdən həmin ünvanda pasport qeydiyyatına da alınmaqla, hal-hazırda da, ailəvi və daimi olaraq həmin ünvanda yaşayır. 2008-ci ildən hal-hazıra qədər yaşadığı həmin mənzil qohumlarına məxsus olub, özlərinin yaşaması üçün mənzilləri olmadığından, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kostitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup Qarabağ müharibəsi əlili kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində onun mənzil növbəsinə götürülməsi ilə bağlı, rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Hesab edir ki, cavabdehin 01.11,2022-ci il tarixli imtinası əsassız və qanunsuz sayılmalı və onun 3-cü qrup Qarabağ müharibəsi əlili kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, o, İddiaçı Razzad oğlu 2008 ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub, 2012-ci ildə həmin univerisİtetin texnoloji maşınlar və avadanlıqlar fakültəsini bitirmişmişdir. xx.xx.2012-ci il tarixdə hərbi xidmətə çağrılıb, 09 avqust 2012-ci il tarixdən - 26 sentyabr 2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən “Avtomobil tağım komandiri” kursunu bitirib, Azərbaycan Respublikası MN-nin xx.xx.2012-ci il tarixli, 0386 saylı əmri ilə verilmiş leytenant hərbi rütbəsində Bakı şəhəri ərazisində yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib, Azərbaycan Respublikası MN-nin xx.xx.2014- cü il tarixli 0267 saylı əmri ilə müqavilə müddəti bitdiyi üçün hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, ayrı-ayrı sahələrdə fəhlə işləməklə, daimi olaraq Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal -2 küçəsi ev 7, mənzil 199-da yaşayıb, 28 sentyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi Milli Ordu sıralarına çağrılıb, Azərbaycan Respublikası MN-nin 19.12 2020-ci il tarixli, 02122t saylı əmri ilə Baş leytenant hərbi rütbəsi verilməklə, N saylı hərbi hissənin tərkibində, bölük komandiri vəzifəsində Fizuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 04 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə, düşmən tərəfindən atılan artleriya atəşi nəticəsində ağır yaralanıb 4 aya yaxın Müdafiə Nazirliyinin hərbi hospitallarında müalicə almaqla, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası MN-nin xx.xx.2020-ci il tarixli, 01443 saylı əmri ilə ordu sıralarından təxris olunub, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İİİ qrafasının 14B maddəsinə əsasən “Sülh dövrü hərbi xidmətə yararsız”, “Müharibə dövrü məhdud yararlı” hesab edilmişdir. Hazırda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 39 və 3 saylı poliklinikalarda qeydiyyatda olmaqla, mütəmadi olaraq, hər 6 aydan bir Bakı şəhərində yerləşən 1 saylı, 2 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda öz müayinə və müalicələrini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 saylı Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, 24 iyun 2021-ci il tarixli, 2712 saylı Sərəncamı ilə isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etməyərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış R-77-174 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, ididaçının müraciətinə baxılaraq bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. İşdə olan iddiaçıya məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan ünvan 3cra Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfinən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 492132 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışdan görünür ki, İddiaçı əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 5 il müddətinə, 3-cü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İşdə olan EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı SHXÇDXnin Biləsuvar İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2012-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.2012-ci il tarixdə leytenant hərbi rütbəsi verilmişdir. SHXÇDXnin Biləsuvar İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 01443 nömrəli əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi biletin 20-ci səhifəsində qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Azərbaycan Reespublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırıqlarının yerinə yetirilməsi və döyüş əməliyatları zamanı şəxsi heyət üzrə müavini vəzifəsində iştirak etmişdir. Hərbi biletin 22-ci səhifəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci ildə düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində xəsarət almışdır. İşdə olan Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş B № 236844 nömrəli xx.xx.2012-ci il tarixli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı 2008-2012-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil almış, Texnoloji maşınlar və avadanlıqlar (plastik və rezin emalında texnoloji maşınlar və avadanlıqlar sahəsi üzrə) ixtisası üzrə texnika və texnoloji bakalavr akademik dərəcə və mühəndis-mexanik ixtisas dərəcəsi verilmişdir. İş materiallarına iddiaçının sağlamlıq vəziyyətini əks etdirən, xəstəlik haqqında şəhadətnamə, travma haqqında arayış və digər tibbi sənədlər əlavə edilmişdir. İşdə olan 185 saylı MTK-nın sədri tərəfindən verilmiş 091 nömrəli, oktyabr 2022-ci il tarixli forma 2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, 7 nömrəli evin, 199 nömrəli mənzilində yaşayır. O, 2008-ci ildən 13 sentyabr 2021-ci ilədək göstərilən ünvanda qeydiyyatsız yaşayıb. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 nömrəli cavab məktubundan görünür ki, İddiaçı adına Biləsuvar rayonu, Bağbanlar kəndində 6 nəfər ailə üzvləri ilə ümumibirgə payda xx.xx.2021 ci il tarixli, ********** qeydiyyat nömrəli 0.2835 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Əkin) hüquqi qeydiyyata alınmışdır. İddiaçı adına Biləsuvar rayonu, Bağbanlar kəndində 6 nəfər ailə üzvləri ilə ümumbirgə payda 2.215399 ha (JN-113, Kod: ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Əkin) vardır. İddiaçı adına hazırda ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak, X3 adına isə hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 2747/d nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməsi barədə rayon İcra Hakimiyəti tərəfindən imtina verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş, 3-cü qrup müharibə əlilidir. O, müharibə əlili kimi dövlət hesabına mənzillə təmin olunmaq üçün yaşadığı rayon üzrə İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi, mövcud mənzil qanunvericiliyinə əasən onun son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığına istinad edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi). Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü madəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Mənzil Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uçota alınmanın həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdiklkəri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismidnə uçota götürülür. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2.müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Mənzil Məcəlləsinin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməkdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunn yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilatı, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçı müharibə əlili olduğundan, ailənin yaşayış sahəsi olmadığı üçün, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı hazırda qeydiyyatda olduğu ünvana xx.xx.2021-ci il tarixdə qeydiyyata düşsə də, sözügedən ünvanda 10 ildən artıqdır ki, yaşayır. Onun adına paylı torpaq sahəsi olsa da, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub, əkin üçün ayrılmış torpaq sahəsidir. Onun adına digər, arvadının adına isə Azərbaycan Respublikasında qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlak mövcud deyildir. Bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Sözügedən dəlillər isə cavabdehin imtinasını bütünlükdə əsassız edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüuqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar