Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3888/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək “özü və ailə üzvlərinin 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o və 7 nəfər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. X1 2019-cu il tarixdə öldükdən sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamdan çıxarışa əsasən X1nun vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı dəyişdirilməsi və o, xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır. Bir neçə müddət əvvəl ona məlum olmudur ki, mənzil növbəsində o və ailə üzvləri 1 (bir) otaqlı mənzilə görə növbə siyahısına götürülmüşlər. Bununla narazı olduğu üçün cavabdehə 13.10 və xx.xx.2023-cü il tarixli ərizələrlə ilə müraciət edərək o və ailə üzvlərinin 1 (bir) otaqlı deyil, 2 (iki) və daha çox otaqlı mənzilə görə növbə siyahısına götürülməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-3/2-71-31911/202 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, "mövcud qanunvericiliyə uyğun olaraq" baxılacaqdır. İkinci müraciət ərizəsinə isə telefonla bildirimişdir ki, müraciəti cavablandırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı 26 may 2006-cı il tarixində Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə dayanmış və hal-hazırda Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamı ilə həmin növbəni yenidən öz adına keçirmişdir. Müharibə iştirakçısı olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifə səlahiyyətlərinin xaricindədir. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixli 11/2- 462/2023 məktubla Agentliyə təqdim olunmuş siyahıda İddiaçı adı öz əksini tapmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
8. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.
9. İddaçı tərəfindən məhkəməyə Xətai RİHB 309 nömrəli, xx.xx.2021-ci il tarixli, sərəncamdan çıxarış, DİN “yaşayış yeri üzrə qeydiyyatı haqqında” ******* nörməli arayış, cavabdehin imtina məktubu təqdim edilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 309 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından (sərəncamdan çıxarışdan) görünür ki, X3 vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar – X12, X8, X6, X9, X15, X13, X14 və X10. Cavabdeh Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, xx.xx.2006-cı il tarixində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan mərhum X1nun mənzil növbəliliyi xx.xx.2021-ci il tarixdə adına keçirilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
10. Məhkəmənin müvafiq sorğusuna əsasən Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-11/2-435/2024 nömrəli məktubu ilə 309 nömrəli, xx.xx.2021 tarixli “Yaşayış yeri üzrə mənzil növbəsinin vət. İddiaçı adına dəyişdirilməsi haqqında” sərəncamdan çıxarış və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş: - Xətai RİHB-nın 447 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, vət. İddiaçı Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsi yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların mənzil-uçot siyahsına daxil edilməsi və onun, mənzil növbəsində 5 nəfər olmaqla xx.xx.2006-cı il tarixindən güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. - Xətai RİHB-nın 406 nömrəli,xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, vət. İddiaçı razılıq ərizəsini nəzərə alaraq, yaşayış yeri üzrə mənzil növbəsi X1nun adına 6 nəfər (özü, oğlu, gəlini, nəvəsi, 2 nəticəsi) ailə tərkibi ilə dəyişdirilməsi və onun, 2-ci qrup əlil kimi xx.xx.2006-cı il tarixdən yaşayış yeri üzrə güzəştli mənzil siyahısına daxil edilməsi qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçının və cavabdehin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
14. ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrinin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır.
15. Yuxarıda göstərilənlərə əsasən iddiaçının yuxarıda qeyd edilən sərəncamın tələblərinin şamil edildiyi şəxs kimi mənzillə təmin edilməsi üçün iki şərtin mövcud olması zəruridir: 1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və şəhid ailəsi, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs (ailəsi) olması; 2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması. Hal-hazırda inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, hər iki şərt iddiaçıya münasibətdə mövcuddur. Belə ki, İddiaçı Qarabağ müharibəsi iştirakçısı, atası güzəştli mənzil növbəsinə alınmış İ qrup gözdən əlil X4 vəfatı ilə bağlı, 7 nəfər ailə tərkibi ilə xx.xx.2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Xətai rayon İcra Hakimiyyətində mənzil növbəsindədir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
17. Məhkəmə son olaraq qeyd edir ki, cavabdeh qanunvericiliklə məhz onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, məsələsini tam araşdırmadan, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilən şəxslər kateqoriyasına aid olmasını və mənzil uçotinda mənzil sahəsinə ehtiyacı olan şəxs kimi dayanmasını nəzərə almadan qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, iddiaçı X2 iddiа tələbi təmin еdilməli, cavabdeh imtinası qanunsuz hesab edilərək, İddiaçı və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq məhkəmə
QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа