Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3891/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası riyaziyyat müəllimi, işləmir), cavabdehin nümayəndəsi Hüseynzadə Firuzə Amil qızının (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, baş mütəxəssis – böyük inspektor vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Sadıqov Ehtibar Ağababa oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının geri qaytarılması barədə məktubunun və 13.05.2021-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Sadıqov Ehtibar Ağababa oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubunun və 19 may 2021-ci il tarixli, 119 saylı qərarının qanunsuz hesab edilməsi, iddiaçının Bakı Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Sadıqov Ehtibar Ağababa oğlu öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur, 20.08.1976-cı ildə əmək fəaliyyətinə başlamışdır və 09.01.2019-cu ildə 64 yaşı tamam olduğu üçün ona əmək pensiyası təyin edilmişdir.İddiaçının 01.01.2006-cı ilə əmək stajı 25 ildən çox olduğu üçün iddiaçı əmək kitabçasının surətini sonuncu iş yerində təsdiq etdirərək DSMF-nin Nizami rayon şöbəsinə təqdim etmişdir. 25 ildən artıq olan əmək stajı 6 il 4 ay hesablanaraq iş stajına əlavə olunmuşdur. Bundan sonra da iddiaçı bir il işləmişdir. İddiaçı 09.01.2020-ci ildə 65 yaşı tamam olduqda işdən azad edilmuşdur. Sadıqov Ehtibar Ağababa oğlu 2020-ci ilin 06 iyun tarixində 2019-cu ilin iyul-dekabr və 03-09 yanvar 2020-ci il tarixnə qədər əmək haqları və istifadə olunmamış məziniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulan 3% və işəgötürənin ayırdığı 22 % məbləğləri nəzərə alınmaqla pensiya məbləğinin hesablanması haqqında DOST Mərkəzindən cavabdehə müraciət etmiş və diplomunun surətini də müraciətinə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi üçün əlavə etmişdir. Cavab məktubunda iddiaçıya bildirilmişdir ki, əmək kitabçasında olan 02.08.1993cü ildən 02.07.2005-ci ilə qədər işlədiyi müəssisələrin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün deyildir. 31.03.2021-ci ildə isə cavabdeh tərəfindən iddiaçıya göndərilən sms məktubda iddiaçıya bildirilmişdir ki, iddiaçıya pensiya təyin edilən zaman sosial sığorta stajı artıq hesablanmış və nəticədə iddiaçı artıq pensiya almışdır. 2021-ci ilin aprel ayı üçün pensiya alan zaman iddiaçıya məlum olmuşdur ki, pensiyasından təqribən 40 manat tutulmuşdur. Belə ki, iddiaçı 362 manat alırdı və növbəti dəfə isə 322 manat köçürülmüşdür. Sadıqov Ehtibar Ağababa oğlu cavabdehə müraciət etdikdə ona 06.05.2021-ci il tarixli cavab verilmişdir və 13.05.2021-ci il tarixli qərarı isə iddiaçı 20.05.2021-ci ildə almışdır. Cavabdan iddiaçıya məlum olmuşdur ki, 01.01.2006-cı ilə qədər iddiaçının sosial sığrta stajı əyani təhsil aldığı dövr 4 il 9 ay nəzərə alınaraq 23 il 7 ay 28 gün olmuşdur və 01.01.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində 20413,13 manat nəzərə alınaraq iddiaçının yekun pensiyası 345,99 manat hesablanmışdır. Sığorta stajı hesablanarkən "xxxx" ASC-də işlədiyi sosial sığorta stajı haqqında məlumat aşkar edilmiş və nəzərə alınmışdır. Lakin 02.08.1993-cü ildən 02.07.2005-ci illər arasında işlədiyi müəssisə və təşkilatlar sırasından "xxxx" ASC istisna olunmaqla iş yerləri aşkar əmək kitabçasında göstərilsə də onların faktiki ünvanları və arxivlərinin saxlandığı ünvanların aşkar edilə bilməməsi əsası ilə həmin müddətlər iddiaçının sosial sığorta stajından əsassız olaraq çıxarılmışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir ki, iddiaçının 09.01.2019-cu il tarixində pensiya hüququ yaranmış və Fondun müvafiq şöbəsi ona yaşa görə əmək pensiyası təyin etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə yenidən inzibati araşdırmalar apararkən iddiaçının 02.08.1993-cü ildən 23.11.1993-cü ilədək "xxxx" kiçik müəssisəsində, 01.04.1994-cü ildən 10.06.1996-cı ilədək X4 "xxxx" İcarə Müəssisəsində və 10.06.1996-cı ildən 17.08.1998-ci ilədək X4 Tikinti İdarəsində işlədiyini iddia etdiyi illəri müəssisələrin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün sosial sığorta stajına daxil etməmişdir. 07.07.2021-ci il tarixli **********4 nömrəli sorğu ilə Milli Arxiv İdarəsinin Bakı filialına, 07.07.2021-ci il tarixli **********1 nömrəli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumatların alınması məqsədi ilə müraciət olunmuşdur. Milli Arxiv İdarəsinin Bakı filialı "xxxx" kiçik müəssisəsinin, X4 "xxxx" İcarə Müəssisəsinin və X4 Tikinti İdarəsinin sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi cavabını bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" kiçik müəssisəsinin, X4 "xxxx" İcarə Müəssisəsinin və X4 Tikinti İdarəsinin arxiv sənədlərinin yeri məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını və əmək haqqından sosial sığorta haqlarının tutulubtutulmamasını yoxlamaq mümkün olmadığı üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasəm inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı Ağababa oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X1 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. 005954 nömrəli diploma əsasən iddiaçı 1971-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 10 iyun 1976-cı ildə həmin ali təhsil müəssisəni bitirmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 06.05.2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən Sadıqov Ehtibar Ağababa oğluna bildirilmişdir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iddiaçıya 09.01.2019-cu ildə ilkin əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq 325,18 manat məbləğində pensiya hesablanmışdır. İddiaçının 12.06.2020-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının əmək kitabçasında qeyd olunmuş 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər, 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər işlədiyi "xxxx" Kiçik Müəssisəsinin, UNTRA, Zərif Mahud, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi filial tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28.09.1998-ci ildən 08.12.1998-ci ilə qədər və 06.04.1999-cu ildən 27.09.2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əmək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir və 23 il 7 ay 28 gün sığorta stajı əsasında iddiaçıya 345,99 manat əmək pensiyası təyin edilmişdir. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Əmək pensiyası yenidən hesablanan zaman iddiaçının təqdim etdiyi əyani ali təhsil haqqında diplomun surətinə əsasən iddiaçının təhsil aldığı 01.09.1971-30.06.1976-cı illər nəzərə alınmışdır. Yenidən hesablama zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı sığorta stajının düzgün müəyyən edilməməsi (yuxarıda qeyd olunan təsdiqlənməyən staj illərinin daxil edilərək hesablanması nəticəsində) səbəbindən 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödəmə aşkar edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıya bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.03.2021-ci il tarixli, 119 nömrəli qərarına əsasən iddiaçıya ödənilmiş 19.01.2019-cu il tarixdən 31.03.2021-ci ilə qədər 171,11 manat hər ay iddiaçının əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödəniləcəkdir. Cavabdehin 19.05.2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarına əsasən iddiaçıya 19.01.2019-cu ildən 31.03.2021-ci il tarixinə qədər hər ay 171,11 manat artıq ödənilmiş məbləğin hər ay iddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır .Qərarda bunun əsası kimi aşağıda qeyd edilənlər göstərilmişdir: iddiaçının 01.01.2006-cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq 325,18 manat məbləğində pensiya hesablanmışdır. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər, 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər iddiaçının işlədiyi "xxxx" Kiçik Müəssisəsinin, UNTRA, Zərif Mahud, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi filial tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28.09.1998-ci ildən 08.12.1998-ci ilə qədər və 06.04.1999-cu ildən 27.09.2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əmək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər iddiaçının işlədiyi müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Yekun olaraq əmək pensiyası təyin olunan zaman təsdiqlənməyən illərin sığorta stajına daxil edilməsi nəticəsində 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödəmə aşkar edilmişdir. Qərarın nəticə hissəsinə əsasən Sadıqov Ehtibar Ağababa oğluna 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödənilmiş məbləğin hər ay əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin surətində olan: - cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.03.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına” əsasən iddiaçıya 19.01.2019-cu ildə yaşa görə 278,89 manat əmək pensiyası təyin edilmişdir, 01.01.2020-ci ildə pensiyası artırılaraq 325,18 manat müəyyən edilmişdir, 01.01.2021-ci ildə isə onun pensiyası artırılaraq 362,25 manat olmuşdur, lakin 19.03.2021-ci il tarixdən onun pensiyasının məbləği azaldılaraq 356,88 manat təyin edilmişdir; İddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun cavabdehə ünvanlanmış 12.06.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı 2019-cu ilin iyul-dekabr və 2020-ci ilin yanvar ayı üçün sığorta ödəmələrinin pensiyasının hesablanması zamanı nəzərə alınmasını və ali məktəbdə əyani təhsil illərinin də sığorta stajına daxil edilməsini xahiş etmişdir; Monitorinq və araşdırma sektorunun böyük mütəxəssisi V.Qasımovanın cavabdehin direktoruna xidməti məruzəsinə əsasən iddiaçının 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər və 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər işlədiyi "xxxx" KM-nin, UNTRA, Zərif- Mahud, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı yer məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün deyildir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun iddiasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona əmək pensiyasının məbləği cavabdeh tərəfindən müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 19.03.2021-ci il tarixli qərarı ilə əmək pensiyasının məbləği azaldılmışdır, həmçinin cavabdeh 19 may 2021-ci il tarixli, 119 saylı qərarı ilə iddiaçının əmək pensiyasının müəyyən hissəsinin tutulması haqqında qərar qəbul etmişdir ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında “ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın;n müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması kimi norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. Yuxarıda qeyd edilən qaydalarda “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı” kimi inzibati aktın forması müəyyən edilməmişdir. Faktiki olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki vəziyyətdə iddiaçıya münasibətdə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə 19 may 2021-ci il tarixli, 119 nömrəli qərar qəbul etmişdir ki, bu yuxarıda qeyd edilən normaya, habelə “İnzibati icraat haqqında” Qanunun normalarını pozmuşdir. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının mübahisələndirildiyi qərar və məktub (inzibati akt) iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir. Cavabdehin iddiaçıya artıq pensiya ödənilməsini hesab etməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır:37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Beləliklə, yuxarıda qeyd edilən hallar baş verdikdə (məsələn əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı yeni nikah bağladıqda, əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, əlilliyi olan şəxslərin əlillik müddəti bitmiş olduqda) həmin halların baş verdiyi andan sonra ödənilmiş pensiya məblləğləri artıq ödənilmiş pensiya hesab edilirlər. Lakin iddiaçıya münasibətdə qeyd edilən halların baş verməsi –yəni cavabdeh tərəfindən iddiaçıya artıq pensiya ödəməsi halları hazırki işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarı və məktubu inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla qəbul edildiyi üçün qanunsuz hesab edilməlidirlər. Bundan başqa işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətində ali təhsil almışdır. İddiaçı təhsil müddətinin sosial sığorta stajında nəzərə alınması üçün ona ilkin olaraq yaşa görə əmək pensiyası təyin edən zaman, yəni 19.01.2019-cu il tarixdə deyil, 13.06.2020-ci ildə müraciət etmiş və diplomun surətini cavabdehə təqdim etmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının ali təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı sığorta stajı kimi nəzərə alınmasını bildirsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, habelə məhkəmə onu da qeyd edir ki, cavabdeh həmin müddəti nəzərə alsa idi iddiaçının aldığı pensiyanın məbləği artmış olardı ki, bu da baş verməmişdir, əksinə yenidən hesablamadan sonra iddiaçının pensiyasının məbləği azaldılmışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubu və 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı qanunsuz hesab edilməli, iddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubu və 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı qanunsuz hesab edilsin; iddiaçı Sadıqov Ehtibar Ağababa oğlunun Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3891/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3891/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver