Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3891/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «müavinətin verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinə ərizəçi İddiaçı maraqlı şəxs DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı göstərilməklə “məcburetmə vəzifəsi qoyulması” barədə ərizəsi daxil olmuşdur. Ərizədə bildirilmişdir ki, İddiaçı 5 aprel 1968-ci il tarixdə doğulmuşdur, birinci dərəcə əlil olmaqla ümumi xəstəlikdən əziyyət çəkir. 13 noyabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair “Dərinin Kapoşi sarkoması, Kapoşi sarkoması. Klassik tip şiş mərhələsi İV mər, Aşağı ətrafların, əllərin, xayaların dərisinin, ağız boşluğunun selikli qişasının zədələnməsi ila KDTdan s/v.proqressivləşmə. Çox saylı bədənin müxtəlif nahiyyə dərisinə yeni zədələnmə ocaqların əməla gəlməsi. Histoloji-kapcşi sarkoması, lakali-düyüncüklü forması. Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahida olunan varikoz genəlməsi, Aşağı ətraf venalarının varikoz genişlənməsi.Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, Aşağı ətraflarda hərəkət funksiyasının çətinləşməsi” rəyi verilmişdir. Ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməsi tələbi ilə əlaqədar DSMF Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir. 11 may 2021-ci il tarixdə müraciətə cavab olaraq əsasən bildirilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamədə göstərilən qaydada həyata keçirilir. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən işləyən əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları məhdud uşaqlara) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir. 20 dekabr 2019-cu il tarixdən 16 yanvar 2020-ci il tarixədək olan dövru əhatə edən SN 00006 seriyalı 584587 nömrəli 17 yanvar 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı ******* nömrəli, 14 fevral 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyall 683147 nömrəli, 13 mart 2020-ci il tarixdən 9 aprel 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı el 299994 nömrəli, 10 aprel 2020-ci il tarixdən 14 may 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 800180 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri üzrə 6 ay tamam olduğundan və tibbi sosial ekspert komissiyasının müvafiq rəyi “X1 Sistemi”nin sığorta (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmədiyi üçün haqq-hesab cədvəlləri icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 8-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi Qaydaları»nın 6-ci bəndinin 3-cü abzasına əsasən uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, SN 00006 seriyalı 584587 nömrəli, SN 00006 seriyalı ******* nömrəli, SN 00006 seriyalı ******* nömrəli, SN 00006 seriyalı 799994 nömrəli, SN 00006 seriyalı M799994 nömrəli, SN 00006 seriyalı 800180 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri və tibbi sosial ekspert komissiyasının müvafiq rəyi “X1 Sistemi”nin sığorta (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. 1 yanvar 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək onun işləyən əlil kimi müavinət almaq hüququ var. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 149 – 152-ci maddələrinə əsaslanaraq, ona (İddiaçı) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməsi öhdəliyinin DSMF Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə görə aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İPM-in 45.1-ci maddəsinə görə iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. İPM-in 46.1-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəməyə ərizə ilə müraciət edərək yol verilmiş müvafiq xüsusatları formal xəta kimi qiymətləndirmiş və ərizəçi İddiaçı “iddiaçı”, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialını “cavabdeh”, məhkəməyə təqdim olunmuş ərizəni isə “iddia ərizəsi” qismində qəbul etmişdir. Cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilmişdir ki, İddiaçı ərizəsində 20 dekabr 2019-cu il tarixdən 16 yanvar 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 584587 nömrəli, 17 yanvar 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 584816 nömrəli, 14 fevral 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 683147 nömrəli, 13 mart 2020-ci il tarixdən 9 aprel 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 799994 nömrəli, 10 aprel 2020-ci il tarixdən 14 may 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 800180 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri üzrə müavinətin ödənilməsinin Filialın üzərinə öhdəlik olaraq qoyulması xahiş edilmişdir. Sığortaedən "xxxx" MMC (SUN: **********9, VÖEN: **********) tərəfindən İddiaçı aid ərizədə qeyd edilən və əlavə olaraq 15 may 2020-ci il tarixdən 18 iyun 2020ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 800375 nömrəli və 19 iyun 2020-ci il tarixdən 2 iyul 2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 820301 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə haqq-hesab cədvəlləri X1 sisteminin “sığorta” (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə 21 dekabr 2021-ci il tarixdə daxil edilmiş və müvafiq cədvələ uyğun olaraq 24 dekabr 2021-ci il tarixdə ödənişə göndərilmişdir. Yuxanda qeyd edilənlərə əsasən bildirilir ki, İddiaçı tələbi Filial tərəfindən tam təmin edilmiş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh -iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-in 47.2, 48, 58, 60-cı maddələrinə əsaslanaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPm-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün saydlı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iddiaçının tələb etdiyi müvafiq dövr üzrə müavinət məbləği məhkəməyə müraciətindən sonra ona ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsaəsn hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə iddiaçının arzuladığı hərəkət, yəni ona müvafiq dövr üzrə müavinətin verilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tərəflər arasında mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «müavinətin verilməsi» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3891/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3891/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver