Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3892/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqi müraciət etdiyi tarixdən geriyə 3 (il) üçün ödənilməsi öhdəliyini cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlür.Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyinə görə onun ümumi iş stajı 38 il 06 ay 21 gün olmaqla zərərli işlərdə 33 il 05 ay 12 gün sosial sığorta stajı vardır. Həmin sığorta stajını nəzərə alaraq iddiaçı Bərdə Regional “ASAN xidmət” mərkəzi vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 20.11.2020-ci il tarixli **********4 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” rəsmi məktubla bildirmişdir ki, 28.11.2001-ci il tarixdən 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində iddiaçının iş icraçısı deyil sahə rəisi vəzifəsində işlədiyi müəyyən edilmişdir.Bu fakt "xxxx" ASC tərəfindən 12.06.2020-ci il aktla təsdiq edilmişdir. İddiaçı hesab edir ki sözügedən imtina məktubu qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki,iddiaçı "xxxx" ASC-nin 25.02.2020-ci il tarixli Güzəştli arayışına əsaslanaraq hesab edir ki, çalışdığı peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Eyni zamanda, "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 saylı,18 mart 2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Bu cavab məktubu iddiaçının daha əvvəl təqdim etdiyi arayışla eyniməzmunludur. Lakin nəzərə almaq lazımdır ki, istər güzəştli arayışda, istərsə də, məhkəmənin sorğusuna cavabda NK-nın 320 saylı 21 iyun 1993-cü il tarixli Qərar ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdaki konkret kod altında nəzərdə tutulmuş hər hansı peşəyə istinad etməyib.Dolayısı ilə, həmin sənədlərin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışdığını təsdiqləyən sübut qismində qəbulu mümkün deyildir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 25.05.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 01.12.1980-ci il tarixdə Yevlax şəhər sektoruna texnik vəzifəsinə qəbul olunmuş, 02.02.1981-ci il tarixdə həmin sektora baş texnik vəzifəsinə keçirilmiş və 05.01.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 04.05.1982-ci il tarixdən 25.08.1982-ci il tarixədək üçüncü dərəcəli dülgər vəzifəsində işləmiş; 09.09.1982-ci il tarixdə Azqlavenerqo elektromontaj sahəsinin X4 idarəsinə 3-cü dərəcəli montyoru qəbul olunub, 01.12.1982-ci il tarixdə ştat cədvəlinə əsasən iş icraçısı vəzifəsinə keçirilmiş, 02.03.1998-ci il tarixdə 1-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş və 17.08.2001-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi(iş icraçısı) vəzifəsində işləyir. -"xxxx" ASC tərəfindən verilmiş 25.02.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı 09.09.1982-ci il tarixdən hal-hazıra kimi trest sistemində çalışır. Müəssisə 35-500 kV-luq elektrik veriliş xətlərinin və yarımstansiyaların tikinti-quraşdırma işlərini yerinə yetirir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli 243 saylı Sərəncamı ilə "xxxx" trestinin bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Azbaşenerji “Elektrik Quraşdırma İdarəsi” X4 Sahəsində: 09.09.1982-01.12.1982-ci il tarixə qədər 3-cü dərəcəli elektrik montyoru, 01.12.1982-ci il tarixdən 02.03.1998-ci il tarixədək iş icraçısı vəzifəsində, 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi-iş icraçısı vəzifəsində işləyir. İddiaçı 38 il 06 ay 21 gün ümumi iş stajı, 33 il 05 ay 12 gün güzəştli iş stajı vardır. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 noyabr 2020-ci il tarixli, **********4 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim olunan əmək kitabçasında 28.11.2001-18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində "xxxx" trestinin Yevlax Elektrik Tikinti-Təmir sahəsində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı 06.04.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. Bundan başqa Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı yerində baxış keçirərkən əmək kitabçasında qeyd edildiyi kimi 28.11.2001-18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı deyil, sahə rəisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 12.06.2020-ci il tarixli aktla təsdiq edilmişdir.Qeyd olunanlara əsasən əmək kitabçasının və ondaki məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü 28.12.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun güzəştli iş staının 12 il 06 aydan az təşkil etdiyi göstərilərək, müraciətindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçı 01.09.1975-ci il tarixdən 27.03.1980-ci ilə qədər Dadaşev adına tikinti texnikumunda təhsil almışdır. (04 il 06 ay 27 gün) Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illərininin sığorta stajına daxil olunub-olunmamasına münasibət bildirir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı tərəfindən təqdim olunmuş 12.02.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 14 may 1976-cı il tarixdən 16.05.1978-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Lakin, həmin dövr iddiaçının təhsil aldığı dövr ilə üst-üstə düşür. Bu səbəbdən iddiaçının seçimi əsasında hərbi müddət sığorta stajına daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasından görünür ki, iddiaçı pensiya hüququ yarandığı tarixədək, müxtəlif yerlərdə müvafiq vəzifələrdə işləmişdir. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 28.11.2001-ci il tarixdən 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı deyil də, sahə rəisi kimi işləməsidir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.01.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsələnin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında hansı bölməyə və peşəyə uyğun olması barədə arayışın təqdim olunması xahiş olunmuşdur. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan da göründüyü kimi, İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Azbaşenerji “Elektrik Quraşdırma İdarəsi” X4 Sahəsində: 09.09.1982-01.12.1982-ci il tarixə qədər 3-cü dərəcəli elektrik montyoru, 01.12.1982-ci il tarixdən 02.03.1998-ci il tarixədək iş icraçısı vəzifəsində, 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi-iş icraçısı vəzifəsində işləyir. Arayışda əlavə olaraq bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı bölməyə və peşəyə uyğun olması pensiya təyinatı üzrə aiddiyyəti Dövlət qurumlarının səlahiyyətinə daxil edilmişdir. Əvvəla, Məhkəmə qeyd edir ki, təqdim olunmuş güzəştli arayışda iddiaçının işlədiyi peşələrin məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında hansı bölməyə və peşəyə uyğun olması konkret olaraq göstərilməsə belə, həmin peşələrin güzəştli peşələrə aid olması sözügedən Siyahıda öz əksini tapmışdır. Belə ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 27-ci bölməsindən (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) görünür ki, 2290100b—24441 kodu altında olan iş icraçıları və 2290000a—19855 kodu altında olan 5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları güzəştli pensiya hüququ verən zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. İddiaçının 09.09.1982-ci il tarixdən 01.12.1982-ci il tarixə qədər 3-cü dərəcəli elektrik montyoru, 01.12.1982-ci il tarixdən 02.03.1998-ci il tarixədək iş icraçısı vəzifəsində işləməsi və həmin vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olması işin mübahisəz halıdır. İddiaçının 28.11.2001-ci il tarixdən 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində sahə rəisi-iş icraçısı vəzifəsində işləməsi ilə bağlı bildirir ki, hər iki vəzifə oxşar əmək funksiyalara malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasında iş icraçısı ilə sahə rəisi (böyük iş icrasının) əmək funksiyaları eyni xarakter daşıyırlar. Belə ki, hər iki vəzifə üzrə işləyənlərin vəzifə borcları odur ki, onlar sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edərək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edirlər. Sahə rəisi (böyük iş icraçıları) ilə iş icraçıların vəzifələrində fərqlilik təşkil edən ən mühim funksiya odur ki, böyük iş icraçıları iş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Beləliklə işin xarakteri haqqında arayış (güzəştli arayış), həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının işlədiyi sahə rəisi-iş icraçıları vəzifəsi pensiya hüququ verən vəzifəyə aiddir. Məhkəmə hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi iddiaçı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 19 il 06 ay 28 gün iş stajına malik olmuşdur. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının təhsil dövrü nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumilikdə 25 ildən (29 il 07 gün) çox ümumi stajı vardır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 09.09.1982-ci il tarixdən 02.03.1998-cı il tarixədək və 28.11.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək elektrik montyoru və sahə-rəisi - iş icraçıları vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, -"xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 23 sentyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 10 mart 2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 10.03.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Məhkəmə araşdırılması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni pensiya hüququ yarandığı 23.09.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 10.03.2017-ci il tarixdən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşdan, yəni pensiya hüququ yarandığı 23.09.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 10.03.2017-ci il tarixdən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3892/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3892/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver