Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3893/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçılar İddiaçı1in, İddiaçı2, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X12, X18) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi, ev 7 ünvana qeydiyyata alınmaları öhdəliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar iki ildən artıqdır ki, ünvan 2 ünvanda yaşayırlar. Həmin ev bacılarının qızı X10 məxsusdur. O, iddiaçıların özünə məxsus evə qeydiyyata alınmaqlarına razılıq vermişdir. Həmin razılıq ərizəsi xx.xx.2023cü il tarixdə imzalanıb. Onlar dərhal daimi yaşadıqları mənzilə qeydiyyata alınmaları ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişlər, lakin xahişləri təmin olunmamışdır. Xahişləri əsassız təmin olunmayıb və qeydiyyata alınmaqlarının təmin olunmaması qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-16180/2023 nömrəli qərardadı ilə X12, X18 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X12 iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş və bildirmişdir ki, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi olan otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca girişi və qapısı mövcud olan fərdi yaşayış evinə verilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydəalma 02 №-li R/K 296-cı səhifədə 30 N 1195, xx.xx.1998-ci il tarixli Qeydiyyat vəsiqəsində onun adından əlavə, yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi olan otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca qirişi və qapısı mövcud fərdi yaşayış evi olan (Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu İcra Hakimiyyətinin Başçısının №753 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ev 7a olduğu halda) eyni ünvanla qonşusu X23 (X18) adı qeyd olunmuşdur. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin İş № 2-119/98 saylı Qətnaməsi ilə X3 hissəsinə və X23 hissəsinə ayrı-ayrılıqda Qeydiyyat vəsiqəsi verilməsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tapşırılması qət edilmişdir. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu İcra Hakimiyyətinin Başçısının №753 saylı xx.xx.2000-ci il tarixli Sərəncamında Binə qəsəbəsi, S.M. Əfəndiyev küçəsi, 7 saylı evin texniki pasportları və qeydiyyat vəsiqələri ayrılaraq vətəndaş X6 Əfəndiyev küçəsi, ev 7, X19 isə Əfəndiyev küçəsi, ev 7”a” ünvanının verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qeyd edilmişdir. Hazırda həmin fərdi yaşayış evlərinin ayrılıqda onların adlarına reyestrdə qeydə alınması və ünvanın verilməsi üçün strukturca ayrıca Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq fərdi yaşayış evlərindən ibarətdir. Bu baxımdan, fərdi yaşayış evlərinin ayrılıqda adlarına qeydə alınmalı və ünvan verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********63 nömrəli məktubu ilə göndərilmiş ünvan 8nə dair hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsində yerləşən 128.50 kv.m sahəsi olan ev 7 nömrəli fərdi yaşayış evinin 2 otaq (17.0 kv.m. və 7.6 kv.m.), bağlı eyvan 16.5 kv.m., dəhliz 10.4 kv.m., giriş 6.0 kv.m. X8 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə, 2 otaq 47.8 kv.m., bağlı eyvan 23.2 kv.m. X4 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 128.5 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (578.5 kv.m. 2 otaq) alıcı X5 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş X5 16A ******* nömrəli RF, Tatarıstan Respublikası, Naberejnıye Çelnı şəhəri notariat dairəsinin notariusu tərəfindən təsdiq edilmiş razılıq ərizəsində X15 mülkiyyət hüququna əsasən ona məxsus olan Azərbaycan Respublikası, ünvan 5 ünvanına aşağıdakı şəxslərin qeydiyyata alınmasına razılıq verir və onların qeydiyyata alınmasını xahiş edir: xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 Yakuboviç, xx.xx.1969-cu il təvəllüdlü X11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-38724/2023 nömrəli məktubunda bildirilmişdir ki, X21 xx.xx.2004-cü il tarixdən, X25 xx.xx.2015-ci il tarixdən, X22 xx.xx.2003-cü il tarixdən, X26 xx.xx.2017-ci il tarixdən, X27 xx.xx.2015-ci il tarixdən, X13 xx.xx.2005-ci il tarixdən, X16 xx.xx.2015-ci il tarixdən, X17 xx.xx.2015-ci il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X38 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-12-6/2-745/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan məsələlərlə bağlı tərəfimizdən araşdırma aparıldı və sözügedən ünvana baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həmin ünvanda bir birmərtəbəli (mansarlı) fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin iki ayrı-ayrı çıxışlı həyətyanı sahəsi var. Hər iki həyətdə yaşayan şəxslərin və ünvana aid olan sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı 148368 nömrəli Qeydiyyat vəqisəsində qeyd edilmişdir ki, verilir X7 ondan ötrü ki, o Bakı şəhəri, Binə qəsəbəsi, Əfəndiyev küçəsindəki 7 nömrəli yaşayış evində 2 (iki) y/otağı X12 və digər paylar üzrə 2 (iki) y/otağı X20 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 5 X18 və başqalarının adına **********66- 10303 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X38 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 418 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, verilir X1 ötəri ki, o həqiqətən Xəzər rayonu, Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi ev 7-də müvəqqəti qeydiyyatdadır (xx.xx.2023-xx.xx.2024-cü ilədək (əsas müvəqqəti qeydiyyat vəsiqəsi). Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-45/2-A-253xx/xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olduğu üçün sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağınız mümkün hesab olunmur. Qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. İşin hallarından müəyyən olunur ki, ünvan 8 X2 (2 otaq 47.8 kv.m, bağlı eyvan 23.2 kv.m.) və X8 (2 otaq (17.0 kv.m. və 7.6 kv.m.) paylı mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportuna əsasən qeyd edilən ünvanda birmərtəbəli fərdi yaşayış evi olmaqla iki ayrı-ayrı giriş-çıxışı olmaqla vahid dam altında yerləşir Sözügedən ünvanda paylı mülkiyyətçilərdən X12 və onun qohumları X21, X25, X22, X26, X27, X13, X16, X17 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Hazırkı halda iddiaçılar İddiaçı1, İddiaçı2 fərdi yaşayış evinin paylı mülkiyyətçisi olan X8 qohumları olmaqla ünvan 8 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh həmin ünvan üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi ilə nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Halbuki, işin hallarından müəyyən olunur ki, yerli icra nümayəndəliyinin verdiyi arayışa əsasən İddiaçı1, İddiaçı2 mübahisəli ünvanda faktiki yaşayırlar. Eyni zamanda iddiaçılar həmin ünvana qeydiyyata düşmələrinə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilən-fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışı və həmin çıxarışda paylı mülkiyyət hüququ qeydiyyata alınmış X8 iddiaçıların sözügedən ünvana qeydiyyata alınmasına notarial qaydada verdiyi razılıq ərizəsini təqdim etmişlər. Göründüyü kimi iddiaçıların həmin ünvana qeydiyyatlarına əsas verən Qanunla nəzərdə tutulmuş vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mövcuddur. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. -215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. -215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, paylı mülkiyyətçilər öz paylarına mütənasib əşyaya sahiblik və istifadə hüququna malikdirlər, qanunvericilik yalnız ümumi paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verildiyi, özgəninkiləşdirildiyi, yüklü edildiyi halda digər mülkiyyətçilərin razılaşmasını, eyni zamanda satın almaqda üstünlük hüququnu tanıyır. Hazırkı halda mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi paylar müəyyən edilməklə paylı mülkiyyətdə olduğundan və əmlaka qeydiyyat hüququ əşya hüququ olmamaqla əmlaka sərəncam verilməsini ehtiva etmədiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə X18 paylı mülkiyyətçi kimi sözügedən ünvana digər şəxsləri, o cümlədən iddiaçıları qeydiyyata alınmlarına razılıq vermək hüququna malikdir və bu halda digər paylı mülkiyyətçi-üçüncü şəxs X2 razılıq verməsinə zərurət yoxdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan mübahisəli ünvana X2 qohumlarını qeydiyyata alarkən digər paylı mülkiyyətçinin razılığını tələb etmədiyi halda iddiaçıları həmin ünvana qeydiyyata almaq üçün digər paylı mülkiyyətçinin razılığını tələb etməsi iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Məhkəmə üçüncü şəxsin etirazının əsası kimi istinad etdiyi Bakı şəhər Əzizbəyov (Xəzər) RİH-nin xx.xx.2000-ci il tarixli sərəncamında Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi, 7 saylı evin texniki pasportları və qeydiyyat vəsiqələri ayrılaraq X7 Əfəndiyev küçəsi ev 7, X24 isə Əfəndiyv küçəsi ev 7a ünvanının verilməsinin Bakı şəhər Texnki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsinin göstərilməsi ilə bağlı qeyd edir ki, mübahisəli fərdi yaşayış evi ünvanının ayrılması ilə bağlı müraciətə dair sərəncamın olması hazırkı halda iddiaçıların mövcud olan Əfəndiyev küçəsi ev 7 ünvanlna qeydiyyata alınmalarına mane olmur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlaka yeni ünvan verilməsi həm də daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə bölünmüş hissəyə münasibətdə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən verilir. Hazırkı halda iddiaçılar və üçüncü şəxsin yaşadıqları fərdi yaşayış evi ayrı girişçıxışı olsa da vahid dam altında yerləşən bölünməmiş daşınmaz əmlak olmaqla paylı mülkiyyət hüququ üzrə vahid ünvan-Əfəndiyev küçəsi ev 7 ünvanı altında qeydiyyata alındığı və ünvan reyestrini aparan səlahiyyətli inzibati orqan tərəfindən sözügedən fərdi yaşayış evinə 2 fərqli ünvan verildiyi müəyyən olunmur. Belə olan halda üçüncü şəxsin etiraz dəlili qeydiyyatı istisna edən qanuni şərt kimi çıxış etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evi bölündüyü və daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən yeni ünvan verildiyi təqdirdə bu hal gələcəkdə üçüncü şəxsin “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada ünvan üzrə qeydiyyatdan çıxarılma tələbi ilə bağlı inzibati orqana müraciət etmək hüququna təsir etmir. Belə ki, İİQ-nun 35.1ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1969-cu il təvəllüdlü İddiaçı2 ünvan 5 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3893/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3893/2024
02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver