Məhkəmə qərarları › İş №2-1(112)-3895/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3895/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3895/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxs X13 Tağıyevnanın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X9, X13 Tağıyevna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə sərəncamın və onunla bağlı hüquqi nəticələrin ləvğ edilməsi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X9, X13 Tağıyevna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 a ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ona məxsus olan ünvan 4 ünvanda yerləşən yaşayış sahəsində 1991-ci ildən yaşayır. Ona aid yaşayış (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan evdən 13.6 kv.m sahə) sahənin bir hissəsini Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmayan X9 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə edilmişdir. Belə ki, əldə etdikləri sənədlərdən müəyyən olunur ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 359/59 saylı sərəncamı və xx xxxx 1994-cü il tarixli Cavabdeh nümayəndəsi ilə X9 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqaviləyə əsasən iddiaçının yaşadığı və pasport qeydiyyatında olan mənzilinin bir otağı X7 verilmiş və bu otaq 1994-cü ildə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Bu otağ X9 adından etibarnamə əsasında 1997-ci ildə X16 Tağıyevnaya satılmış və sonuncuda, həmin yaşayış sahəsi üzrə qeydiyyat çıxarışı almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-202/2011 saylı qətnaməsi ilə X13 Tağıyevnanın İddiaçı və başqalarına qarşı mübahisəli yaşayış yeri olan sahənin “özgənin qanunsuz istifadəsindən yaşayış mənzilinin geri tələb olunması haqqında” ilkin iddiası rədd edilmiş, İddiaçı və başqalarının X1rşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş ünvan 4 a ünvnda yerləşən yaşayış sahəsinə dair X3 X13 Tağıyevna arasında bağlanmış xx.xx.1997-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda yerləşən yaşayış sahəsinə dair verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə bu qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyətçisi olan X8 nəinki tapmaq, habelə onun şəxsiyyətini müəyyən etmək, hətta onu tanıyan belə bir şahid olmamışdır. Bundan sonra iddiaçı X4 axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmişdir. X4 itkin düşməsi faktının araşdırılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasında qeydiyyatda olmamış və onun ölkədə yaşaması da müəyyən edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli bildiriş məktubuna və ona əlavə edilmiş idida ərizəsinə əsasən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı “X10” MMC-də keçirilmiş hərrac nəticəsində bu mənzil 55000 manata hərraca satılmış və xx.xx.2019-cu ildə həmin yaşayış sahəsinə X13 Tağıyevnanın adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət Notariat Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-1539/14 saylı məktubdan görsənir ki, Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1994-cü ildə aparılmış daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən X9 barəsində müqavilənin rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Bunun əsasında hesab edirlər ki, xx xxxx 1994-cü il tarixli Cavabdeh Nümayəndəsi ilə X9 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilə qeydiyyata alınmamışdır. Digər bir tərəfdən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən və Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyindən aldıqları sorğu məktublarına cavab olaraq bildirilmişdir ki, X7 aid mühafizə (bron) şəhadətnaməsinin olması haqqında onlarda məlumat yoxdur və aşkar edilməmişdir. Yəni X7 aid mühafizə (bron) şəhadətnaməsi də qeydiyyata alınmamışdır. 1994cü ildə iddiaçıdan xəbərsiz olaraq Cavabdeh Başçısı olmuş T.M.Quliyev adlı şəxs tərəfindən imzalanmış xx.xx.1994-cü il tarixli, 359/59 nömrəli sərəncama əsasən 1991-ci ildən iddiaçının və onun ailəsinin yaşadığı mənzilin ayrılmaz bir hissəsi Azərbaycan Respubliksının vətəndaşı olmayan, burada yaşamayan X9 adlı şəxsə qanunsuz və əsassız olaraq verilmişdir. Bu qanunsuz sərəncamın ləğv olunması üçün Cavabdehnə müraciət edilsə də, cavab verilməmişdir. Belə olan halda hesab edir ki, iş üzrə sərəncamın ləğvi məhkəmə qaydasında həll edilməlidir. 3-cü şəxs məhkəməyə iddia tələbinə mülahizə təqdim edərək bildirmişdir ki, o, iddiaçı X6 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri,Nəsimi rayon Nizami küç, 137 saylı evin, 68a saylı mənzilindən çıxarılmaları və evin, 68 və 68a saylı mənzilləri açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.İddiaçı həmin mənzili almaq hüquq və vəzifələrinin ona keçirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək əvəzinə, öz iradəsi ilə özünəməxsus qaydada mənzili zəbt etməklə mənzili satın almaqda olan üstünlük hüququ vəzifəsini bitmiş hesab edərək, Bakı şəhəri, Nəsimi rayon Nizami küç,bina 137, 68a saylı mənzilin özəlləşdirilməsi ilə bağlı Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 359\59 saylı sərəncamın və onunla bağlı hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı, 26 il müddəti keçdikdən sonra maddi və prosessual hüquq normalarının tələbləri baxımından iddia tələbini əsaslandırmadan xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bildirir ki, Bakı şəhəri, Nəsimi rayon Nizami küç,bina 137-də, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli 68 və 68a mənzillərin sahəsi 13,6 kv.m. olan bir otağlı 68a saylı mənzilin 1962-ci ildən kirayəçisi X9 və 68 saylı sahəsi 32,7 kv.m.olan iki otağlı mənzilin 1980-ci ildən kirayəçisi A.Q.Sokolovskaya olmuşlar. xx.xx.1993-ci il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun əsasında Bakı şəhəri, Nəsimi rayon Nizami küç,bina 137,68a saylı məzilin 1962-ci ildən kirayəçisi olmuş X4 adına özəllişdirilməsi Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 359\59 saylı Sərəncamı ilə həyata keçirməmişdən əvvəl, qonşuluğunda sahəsi 32,7 kv.m. olan iki otağlı mənzilin 1980-ci ildən kirayəçisi olmuş A.Q.Sokolovskaya öz mənzilini özəlləşdirərkən mənzilin mülkiyyətçi kimi 1992-ci ildə (özəlləşdirmənin iştirakçısı omayan) iddiaçı Muradova (Babayeva) Natavan Muxtar qızına alğısatqı müqaviləsi əsasında satmışdır. Nəsimi rayonu İcra Hakimiyyəti başçısı, mübalıisələndirilən xx xxx 1994-ci il tarixli, 395\59nömrəli sərəncamı imzalayarkən səlahiyyətli şəxs olmuş və sərəncamında qərara almışdır ki, xx.xx.1993-cü il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunun əsasında Bakı şəhəri, Nəsimi rayon Nizami küç, bina 137 saylı evin, bir otaqlı, ümumi sahəsi 23.0 kv.m, yaşayış sahəsi 13.6 kv.m, olan ümumi kommunal şəraitli 68a saylı mənzilini əvəzsiz olaraq vətəndaş X7 şəxsi mülkiyyət kimi verilsin və mövcud sərəncama əsasən mənzilə qeydiyyat vərəqəsinin hazırlanması Bakı şəhəri Texniki İnvertarlaşma bürosundan xahiş olunsun.Bakı şəhəri Texniki İnvertarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli 30.34510 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m, köməkçi sahələri 18,8 kv.m, olan bir otaqlı 68a saylı mənzili isə xx.xx.1994-cü il tarixdə X4 adına özəlləşdirilərək, onun adına xüsusi mülkiyyət kimi ilkin hüquqi qeydiyyata almaqla bu sərəncamı rəsmiləşdirmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-202/2011 saylı qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2012-ci il tarixli 2(103)-2490\12 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarı ilə və İddiaçı özünün iddia ərizəsi ilə təsdiqlənir ki, 2010-cu ildə iddiaçı Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 359\59 saylı sərəncamı əsasında özəlləşdiriməsinin həyata keçirildiyini qanuniliyini qəbul edərək, göstərilən sərəncamın ləğv edilməsi il bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, əksinə özəlləşdirilmiş mənzili satın almaqda üstünlük hüququnun pozulduğunu əsas kimi göstərərək “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir.xx.xx.1993-cü il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanununa 19 sentiyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiiklərə əsasən, Dövlət mülkiyyətində, habelə ictima mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı orqanları (sonradan müvafiq icra hakimiyyəti orqanı) tərəfindən həyata keçirilir.Bakı şəhəri, Nizami küçəsi, 137 saylı evin, ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m, köməkçi sahələri 18,8 kv.m olan bir otaqlı 68a saylı mənzili Bakı şəhəri Tİ və MHQİ tərəfindən X4 adına özəlləşdirilərək, onun adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə ilkin hüquqi qeydiyyata alındığından və xx.xx.1995-ci il tarixdən ixtiyarında mənzil fondu olan müvafiq yerli dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri qanunla onlardan alınaraq mənzillərin özəlləşdirilməsini həyata keçirmək səlahiyyətləri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Orqanlarına verildiyindən, Bakı şəhəri Cavabdeh qanunvericiliyə görə inzibati iş üzrə ümumiyyətlə cavabdeh qismində cəlb edilə bilməz. Beləliklə, xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilmləsi haqqında” Qanun əsasında 1962-ci ildən mənzilin kirayəçisi olmuş X7 mənzilin əvəzsiz olaraq verilməsi barədə Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 359/59 saylı sərəncamı yalnız X9 üçün hüquq və vəzifələr yaratdığından sərəncamın İddiaçı aidiyyəti olmadığından subyektiv hüquqa malik olmamışdır. Subyektiv hüquq-subyektin dövlət tərəfindən verilən və qorunan obyektiv hüquqla nəzərdə tutulur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahtatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati ProsessualMəcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» xx xxxxxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamın iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də və bu barədə iddia ərizəsində də, hər hansı bir məlumat iddiaçı tərəfindən verilməsə də, iş materiallarından tərəflər arasında mübahisəli mənzillə bağlı məhkəmə mübahisələrinin uzun illər (2012-ci ildən) davam etməsi, mənzillə bağlı sənədlərdən iddiaçının məlumatlı olması (işdə olan məhkəmə qərarlarına əsasən) müəyyən edildiyindən, eləcə də, iş materiallarına əlavə edilmiş mübahisəli sərəncamın surətində Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən xx.xx.2017-ci il tarixdə, 3602 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilməsi barədə müvafiq qeydlər olduğundan, iddiaçının məhkəməyə illər sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan sərəncamla ilə onun hüquqlarının məhdudlaşdırıldığını uzun illərdir bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar