Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3896/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi Qədirova Lalə Arifovnanın iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “adının “Tələbə Məzun” dövlət elektron sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun adının X6 Elektron Sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universtitetinin Fizika- Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasının qiyabi şöbəsinə 2005-ci il tarixdə qəbul olmuş, 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar həmin institutdan Azərbaycan Beynəlxalq Universtitetinə köçürülmüşdür. Universtitetin 26 oktyabr 2006-cı il tarixli 3/707-1 saylı əmri əsasında hərbi xidmətə getmə ilə əlaqədar xidmət müddəti başa çatana qədər Akedemik məzuniyyət müddəti almışdır. Azərbaycan Beynəlxalq Universtitetinin 29 aprel 2008-ci il tarixli 3/1368-2 saylı saylı əmri əsasında 2-ci kurs tələbəsi kimi hərbi xidmət müddəti başa çatdığına görə təhsilini 2009-cu tədris ilinin 3cü smestrindən həmin fakültənin qiyabi şöbəsi üzrə kursunu davam etdirmişdir. Azərbaycan Beynəlxalq Universtiteti ilə bağladığı 15.09.2006-cı il tarixli müqavilə əsasında təhsili ödənişli olmuş, təhsil ödənişləri ödənilmişdir. 2010-cu ilin 16 iyun tarixli qeydiyyat nömrəsi olan 06/517 olan B №192236 seriya təhsil haqqında dövlət sənədi əldə etmişdir. Hal-hazırda Qobustan rayon İcra hakimiyyəti başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində çalışır. Qobustan İcra Başçısının Azərbaycan Respublikasının Dövlət İmtahan mərkəzinə ünvanladığı Dövlət Qulluqçularının Reyestri - informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün Dövlət imtahan mərkəzi tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki , «Qobustan rayon İcra hakimiyyətində çalışan xx xxxx 1988-ci il təvəllüdlü İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universtiteti tərəfindən verilmiş B seriyalı 1922363-№li diplom blankının huquqi əsası yoxdur, Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Mərkəzin elektron arxiv məluatlarına əsasən S.Ə.Ələkbərov hər hansı Ali Təhsil müəssisənə qəbul olunmamış və onun barəsində Dövlət İmtahan mərkəzi tərəfindən qəbul əmri verilməməmişdir». İddiaçı hüquqlarının pozulduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsini, adının X6 Elektron Sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3896/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra 26.08.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək onun adının X6 elektron məlumat sisteminə daxil edilməsi üçün DİM-nə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Təhsil Nazirliyinin nümayəndəsi iddiaçı tərəfindən hazırki tələb üzrə hər hansı bir müraciətin olmadığını bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu , təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18.05.2021-ci il tarixdə daxil olmuş məktubda bildirilmişdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında 2006-cı ildə ABU-ya Təhsil Nazirliyinin razılığı ilə köçürülən şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı ilk öncə ərizə və sənədlərlə hazırki tələb üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməli, müraciətinə baxılmadığı və ya imtina edildiyi halda həmin iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3896/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3896/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver