Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-390/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsi, 102 nömrəli BTK-nın nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsinə dair mərhum əri Qulu-zadə Ramiz Rəcəb oğlunun hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK-nın nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsinin mərhum əri Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və X9 bağlar sahəsindəki 102 №-li X1 14 fevral 1991-ci il tarixli B/C №li orderinə əsasən, Binəqədi rayonu, Görədil bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan, 255d №-li bağ sahəsi əri Qulu-zadə Ramiz Rəcəb oğlunun istifadəsinə verilmişdir. 1991-ci ildən istifadələrinə verilmiş bağ sahəsində ev tikib yaşamışlar, hazırki vaxtadək də həmin bağ sahəsi onların sahibliyində və istifadəsindədir. Qulu-zadə Ramiz Rəcəb oğlu xx.xx.2020-ci il tarixində ölmüşdür. Ərinin ölümündən sonra o, ünvan 2tariat ofisinə ərizə ilə müraciət edərək, qanun üzrə vərəsə kimi qeydiyyata alınmağını xahiş etmişdir və 11 saylı Notariat ofisində mərhumun adına vərəsəlik işi açılmışdır. 11 saylı Notariat ofisi vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli məktub verərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK-nin nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsinə dair mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun adına daşınmaz əmlakın dövlət reyetrindən çıxarış verilməsini xahiş etmişdir. DƏDX-nin 1 saylı Bakı Ərazi İdarəsi ona xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş verərək bildirmişdir ki, “ümumi ərazi və göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğun hasarlanmadığından yerləşməsində uyğunsuzluqlar yaranmışdır. Bundan əlavə, bağ sahəsinin 260.0 kv metr hissəsi 6.0 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, İdarənin arxivində eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur”. Hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. İdarə onu əlverişsiz vəziyyətə salmışdır. Belə ki, cavabdehin hərəkətsizliyi ucbatından qanuni əsaslarla mərhum ərindən miras qalmış bağ sahəsini qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın reyestrinə qeydiyyata aldıra bilmir. Bu da onun mülkiyyətə sahib olmaq, ondan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Onlar 30 ilə yaxındır ki, həmin bağ sahəsində yaşayırlar, orada 30 ildir ki təsərrafat aparıblar, 0,12 ha bağ sahəsi hasarın içərisindədir, bağın yanından keçən elektrik xətti isə 2 il bundan öncə çəkilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01 oktyabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, X8 inzibati məhkəmə icraatına cəlb olunmuş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair **********57 №-li xx.xx.2020ci il tarixli yazılı münasibət (etiraz) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılı etirazında göstərmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ümumi ərazi və göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğun hasarlanmadığından yerləşməsində uyğunsuzluqlar yaranmışdır. Bundan əlavə, bağ sahəsinin 260.0 kv. metr hissəsi 6.0 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, idarənin arxivində eyni nömrəli bağ sahəsinə dair X4 adına müqavilə mövcuddur. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********79 saylı cavab ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7.-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Üçüncü şəxs X8 tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (notarial qaydada təsdiq olunmuş ərizə) göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 departamenti X6 və istismarı Birliyi ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 35709 saylı müqaviləyə əsasən istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonunun Goradil ərazisində yerləşən sahəsi 0,12 ha olan 255d nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və X9 bağlar sahəsindəki 102 №-li X1 14 fevral 1991-ci il tarixli B/C №-İi Orderinə əsasən, mərhum Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus Binəqədi rayonu, Görədil bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan, 255d №-li bağ sahəsindən aralıda yerləşir. Mərhum Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus bağ sahəsinin onun istifadəsində olan bağ sahəsinə heç bir aidiyyatı yoxdur. Onun Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və X9 bağlar sahəsindəki 102 №-li X1 14 fevral 1991-ci il tarixli B/C №-li Orderinə əsasən, mərhum Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus Binəqədi rayonu, Görədil bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan, 255d №li bağ sahəsinə və bağın içərəsində yerləşən fərdi yaşayış evinə dair heç bir iddiası, tələbi və şikayəti yoxdur. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X13 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Xankəndi şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2tariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış XK-536 №-li, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qulu-zadə Ramiz Rəcəb oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən ünvan 2tariat ofisinə müraciət daxil olmuşdur. Mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun birinci növbədən vərəsəsi İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK nəzdində 0.12 ha ölçülü 255D nömrəli bağ sahəsi mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun adına olmuş, lakin həmin bağ sahəsinə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK nəzdində 0.12 ha ölçülü 255D nömrəli bağ sahəsinə dair mərhum X10 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********79 №li xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ümumi ərazi və göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğun hasarlanmadığından yerləşməsində uyğunsuzluqlar yaranmışdır. Bundan əlavə, bağ sahəsinin 260.0 kv. metr hissəsi 6.0 kV- luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, İdarənin arxivində eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli xx-xx-1765 nömrəli məktubunda göstərilmişdir ki, Görədil bağlar sahəsi, 255D saylı bağ sahəsinin yerləşdiyi ərazidən keçən 6 kV-luq elektrik xətti "xxxx" ASC-yə məxsus deyil. "xxxx" ASC-nin 01/xx-xx/3754 nömrəli 04 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, X17 Təchizatı və Satışı İdarəsinin ərazisindən keçən 6 kV-luq Görədil- Bağlar hava xəttinin "xxxx" ASC-nin balansındadır və elektrik qurğularının mühafizə zonaları “Elektrik qurğularının quraşdırılması Qaydası”, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2014-cü il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən müəyyən edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil müraciəti əsasında X3 43 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş ekspert rəyindən müəyyən olunur ki; - xx.xx.1991-ci il tarixli B/C nömrəli orderlə, xx.xx.2020-ci ildə vəfat etmiş X10 istifadəsinə ayrılmış, hal-hazırda mərhum arvadı İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi ünvanında yerləşən, faktiki olaraq 0,12 ha ölçüyə malik olan bağ torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun döngə nöqtələrinnin koordinatları (sahə sərhədləri) müəyyən edildi. Həmin koordinatlar rəyin tədqiqat hissəsində qeyd edilmişdir. -xx.xx.1991-ci i tarixli B/C nömrəli Orderlə, xx.xx.2020-ci ildə vəfat etmiş X10 istifadəsinə ayrılmış, hal-hazırda mərhumun arvadı İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi ünvanında, 102 nömrəli BTK-nin nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsi və X5 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış Görədil ərazisindəki 255d nömrəli bağın istifadəyə verilməsi haqqında 35709 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən X4 istifadəsində olan 0.12 ha bağ sahəsi elektron xəritə məlumatlarında 255D saylı bağ sahəsi kimi qeydə alınmamışdır. - Elektron xəritə məlumatlarına əsasən, mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun arvadı İddiaçı faktiki istifadəsində olan 0,12 ha bağ torpaq sahəsi 255V saylı bağ torpaq sahəsi ilə həmsərhəddə və 255Z saylı bağ torpaq sahəsi ilə qonşuluqda yerləşir. - Elektron xəritə məlumatlarına istinadən, koordinatları müəyyən edilmiş İddiaçı faktiki istifadəsində olan 0,12 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüququ digər şəxslərin adına reyestrə qeydə alınmamışdır. - Belə olan halda, xx.xx.1991-ci i tarixli B/C nömrəli Orderlə mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun istifadəsinə ayrılmış və hal-hazırda mərhumun arvadı İddiaçı istifadəsində olan 0,12 ha bağ torpaq sahəsi ilə X5 və İstismarı Birliyinin 35709 nömrəli, xx.xx.2005-ci il tarixli Müqaviləsi ilə X4 icarəsinə verilmiş 0.12 ha bağ sahəsinin üst-üstə düşmədiyi və İddiaçı istifadəsində olan 0,12 ha bağ torpaq sahəsinin X4 icarəsində olduğu kimi təqdim edilmiş bağ torpaq sahəsindən təqribən 480 metr aralıda yerləşdiyi müəyyən edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci.il 11 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 2.5.14.9-cu bəndinin tələblərinə müvafiq olaraq, mərhum Qulu-zadə Ramiz Rəcəb oğlunun istifadəsinə ayrılmış və hal-hazırda onun arvadı İddiaçı istifadəsində olan 0,12 ha bağ torpaq sahəsi, ərazidən keçən hava elektrik xəttinin (xətt 6 kV Görədil bağlar hava veriliş xəttinin 0212 dispetçer saylı KTM-nə gedən budaqlanmadır) mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 771 №-li, xx.xx.2020-ci il tarixli cavab məktubunda keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 7/439 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 7/439 saylı qərarının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə olunmuş Bakı şəhər X15 İcraiyyə Komitəsinin 7/439 №-li xx.xx.1990-cı il tarixli qərarında 2.5.117 . sırada X20 tərəfindən X12 Gorədil bağlar massivində 102 №-li BTK nəzdində bağ sahəsi ayrıldığı qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********764 №-li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı Birliyi Görədil bağlar sahəsindəki 102 №-li kooperativ tərəfindən verilmiş Б/С 14 fevral 1991-ci il tarixli orderin surətindən müəyyən olunur ki, Bakı şəhər icrayyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən Qulu-zadə Ramiz Rəcəb oğluna Görədil bağlar sahəsində 102 №-li БТК nəzdində 0,12 hektar torpaq sahəsi olar 255 D №-li bağ ayırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********66 №-li xx.xx.2020-ci tarxli və **********32 №-li xx.xx.2021-ci tarixli məktubları ilə məhkəməyə təqdim olunmuş X5 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2005ci il tarixli, 35709 №-li müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 255 d №-li bağ sahəsi X4 istifadəsinə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin BC-22/0136, xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı mərhum əri Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus torpaq sahəsinin yanından 2,5 metrlik məsafədən keçən xətt 6 kV Görədil bağlar hava veriliş xəttinin 0212 dispetçer saylı KTM-nə gedən budaqlanmadır. Budaqlanma 2018-ci ilin iyun ayında quraşdırılaraq istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 № li Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış Azərbaycan Respublikasında Elektrik qurğularının quraşdırılması üzrə münasibətləri təmzimlənmə məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 Fevral tarixli 40 №li qərarı ilə təsdiq edilmiş qaydaların 2.5.14.9. gərginliyi 20 kV-а qədər olan hava xətlərinin kənar naqilərinin ən böyük meyilənməsi zamanı onlardan şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfiqi istiqamətdə məsafə 2 (iki) metr müəyyən edilir. İddiaçı mərhum əri Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus torpaq sahəsinin yanından keçən xətt 2,5 (iki, onda beş) metrlik məsafədə olduğu üçün bağ sahəsi mühafizə zonasına düşmür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********99 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində göstərilən bağ sahəsinin sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq beton panel piltələrlə hasar daxilində 0.1821 ha təşkil etdiyi. Bağ sahəsində 1 (bir) mərtəbəli, mansardlı bağ evi və həyət tikilisi mövcud oğlduğu, bağ sahəsinin sərhədlərini və koordinatlarını əks etdirən sxemin əlavə olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1730 №li və xx.xx.2022-ci il tarixli 10/5876 №-li ekspert rəylərindən görünür ki, müvafiq olaraq ekspert belə nəticəyə gəlmişdir ki: - "xxxx" ASC X16 və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli, BÇ- 22/0136 nömrəli rəyində qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral 40 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 2.5.14.9 gərginliyi 20 kV-a qədər olan hava xəttlərinin kənar naqillərinin ən böyük meyillənməsi zaman onlardan şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinin sərhədlərinə kimi üfiqi istiqamətdə məsafə 2 metr müəyyən edilir. İddiaçı mərhum əri Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus torpaq sahəsinin yanından keçən xətt 2,5 metrlik məsafədə olduğu üçün bağ sahəsinin mühafizə zonasına düşmədiyi müəyyən edilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağlar sahəsi ünvanında, 102 №li BTK nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsi sənəd üzrə 0,12 ha olsada faktiki olaraq beton panel piltələrlə hasar daxilində 0,1821 ha təşkil etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə bağ sahəsinin faktiki kordinatları aşağıdakı kimi göstərilmişdir: XY
1. 400353.2253 4490833.6505
2. 500353.2993 4490789.8679
3. 400380.6072 4490789.1115
4. 400380.8279 4490832.7464
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. “Axverdiyev Azərbaycana qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.0.11, 3.0.23, 3.0.24 və 3.0.29-cu bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Cavabdeh inzibati orqan tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina bildirişində, həm iddiaya dair yazılı etirazda göstərilmiş dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı mərhum əri X12 qanuni əsaslarla ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK-nın nəzdində olan 0,12 ha ölçüdə 255D nömrəli bağ sahəsinə dair məxsusluq barədə arayışın verilməsini tələb etmişdir ki, cavaabdeh inzibati orqanın yuxarıda qeyd olunan Əsasnaməsinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər Belə ki, İddiaçı (mərhum Qulu-zadə Ramiz Rəcəb oğluna) ayrılmış bağ sahəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan əlavə iddiaçının mərhum ərinə ayrılmış bağla eyni nömrəli bağ sahəsinə malik olan X14 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədə bağ sahələrinin bir-birindən aralıda yerləşməklə, bir-birinə heç bir aidiyyatının olmadığını bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsi, 102 nömrəli BTK-nın nəzdində olan 0,12 ha ölçülü 255D nömrəli bağ sahəsinin mərhum Qulu-zadə Ramiz Rəcəb oğluna məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595 VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev