Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3900/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı və nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair iddia tələbi üzrə iş materialına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparalı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini “müharibə veteranı adı və vəsiqəsini verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin N saylı fexnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda xx.xx.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun cəbhə bölgəsində döyüş əməliyyatlarını aparan hissələrinin maddi-texniki təminatlarının həyata keçirilməsi üçün iddiaçı sürücü kimi işlədiyi N saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 244N saylı ezamiyyət vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi və xx.xx.2020 ci il tarixli,2542 saylı ezamiyyət vəsiqəsi əsasında 01.1 1.2020-ei il tarixindən 30.1 1.2020-ci il tarixinə kimi olan müddətdə sürücüsü olduğu Man TGA markalı, 90AM110 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə hərbi əməliyyatların aparıldığı bölgəyə ezam edilmişir. İddiaçı Füzuli rayonunun işğal altında olan ərzilərində, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüş əməliyyatlarını həyata keçirən hərbi hissələrin maddi-texniki təchizatının təmin edilməsi üzrə tapşırıqları həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarında dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 saylı Qərarına əsasən iddiaçının müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi almaq hüququ vardır. İddiaçı bu hüququn həyata keçirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi barədə xx.xx.2024-cü il tarixində poçt vasitəsilə göndərilən ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq imtina edilmişir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhərində maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün onun həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissəvə ya bölmələrə ezam olunlamılıdır. Şəxsi bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Odur ki iddiaçının Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhərində ərazisindədöyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hərhansı bir məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçı X5 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. II. Tədqiq edilən sübutlar və faktiki hallar: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 340 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə ezamiyyətdə olub və təminat bölmələrində sürücü vəzifəsində xidmət edib. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 67 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında xx.xx.2024-cü il tarixli Akt № 2654 d/o 2654 qeydiyyatında olan N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonları və Şuşa şəhərinlərinə döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu barədə Arayışda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissədə sürücü vəzifəsində (rütbəsi: mülki) xidmət etmişdir. Döyüş əməliyyatları aparılan zaman (01.10-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə sürücü vəzifəsində (rütbəsi: mülki) xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması: xx.xx.2020-xx.xx.2020; Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: xx.xx.2020-ci il; Həmin dövrdə şəxsin maddi texniki təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunması xx.xx.2020-ci il; İştirak etdiyi ərazilər: Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhərində. N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş “Vətəndaş İddiaçı N nömrəli hərbi hissəsinin tərkibinə Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” xx.xx.2024-cü il tarixli 2654 nömrəli Aktda qeyd edilmişdir ki, “Biz aşağıda imza edənlər komissiyanın sədri: N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi kapitan X11, hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-pisixoloji təminat üzrə köməkçisi vəzifəsini icra edən kapitan X10, hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi vəzifəsini icra edən kapitan X9, hərbi hissənin nizami hissə rəisi baş leytenant X14, qərargah taqımının, rabitə manqasının manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X1, bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətəndə vətəndaş İddiaçı,xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonlarının, Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətə gəlməsi,hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 340 nömrəli arayışına əsasən xx.xx.2020-ci il tarixdə gəlməsi,hərbi hissədən getməsi isə xx.xx.2020-ci tarixdə hərbi hissə komandirinin möhürü ilə təsdiq olunub, vətəndaş İddiaçı, gəlməsi və getməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir. Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin N saylı Texnoloji Nəqliyyat departamentinin” şəxşi nümayəndəsi vətəndaş İddiaçı ezamiyyət vərəqəsini Cəbrayıl rayonu Daşkəsən kəndində yerləşən N nömrəli hərbi hissəyə gətirməmiş və Beyləqanda yerləşən N nömrəli hərbi hissədə möhür vurdurmuşdur. Vətəndaş İddiaçı, N nömrəli hərbi hissənin tərkibində ezamiyyətdə olub təminat bölmələrində sürücü kimi fəaliyyət göstərib. Lakin vətəndaş İddiaçı “Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin N saylı Texnoloji Nəqliyyat departamentinin" tərəfindən 2444 nömrəli ezamiyyət vərəqəsində N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdə gəlməsi və xx.xx.2020-ci il tarixdən hərbi hissədən getməsi barədə hərbi hissənin möhürü ilə təsdiq olunmamışdır”. N nömrəli hərbi hissənin qərargah taqımının rabitə manqa komandiri tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sokar Nəqliyyat İdarəsinin N saylı Texnoloji Nəqliyyat Departamentinin’ mülki sürücüsü vətəndaş İddiaçı .MAN-TQ A33480 markalı **-AM-*** nömrə nişanlı maşınla 01.10. 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Vətəndaş İddiaçı , N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları və Şuşa ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərdən təminat bölmələrinə nasaz və vurulmuş avtomobil texnikaları daşımışdır. Lakin vətəndaş İddiaçı, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin texniki təminat xidmət rəisi tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sokar Nəqliyyat İdarəsinin N saylı Texnoloji Nəqliyyat Departamentinin mülki sürücüsü vətəndaş İddiaçı .MAN-TQ A33480 markalı **-AM-*** nömrə nişanlı maşınla 01.10. 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Vətəndaş İddiaçı , N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları və Şuşa ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərdən təminat bölmələrinə nasaz və vurulmuş avtomobil texnikaları daşımışdır. Lakin vətəndaş İddiaçı, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. N nömrəli hərbi hissənin təminat bölüyünün komandiri tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sokar Nəqliyyat İdarəsinin N saylı Texnoloji Nəqliyyat Departamentinin’ mülki sürücüsü vətəndaş İddiaçı .MAN-TQ A33480 markalı **- AM-*** nömrə nişanlı maşınla 01.10. 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Vətəndaş İddiaçı , N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları və Şuşa ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərdən təminat bölmələrinə nasaz və vurulmuş avtomobil texnikaları daşımışdır. Lakin vətəndaş İddiaçı, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Nefi Şirkəti (SOCAR) Nəqliyyat idarəsinin N saylı Texnoloji nəqliyyat departamentinə daxil olmuş 03 iyul 2025ci il tarixli məktubda qeyd edilən işçi X6 ikinci Qarabağ döyüşləri vaxtı ezamiyyətdə olduğunu sübut edən sənədlər hazırlanmışdır. 2444 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı Nİ 4 TND 4AXTS 90AM110 sürücü vəzifəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur (Əmr xx.xx.2020, № 423-e). Ezamiyyət Vəsiqəsi N nömrəli hərbi hissə və SOCAR N saylı X4 tərəfindən təsdiq edilmişdir. 2542 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı N saylı AXTS 1 saylı XT dəstəsi Man TGA 90 AM sürücü vəzifəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur (Əmr xx.xx.2020, № 493-e). Ezamiyyət Vəsiqəsi N nömrəli hərbi hissə və SOCAR N saylı X4 tərəfindən təsdiq edilmişdir. SOCAR tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 14-2-18-4/2-109/2025 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, İddiaçı MAN TGA markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə təhkim edilərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən 31.2.2020-ci il tarixinədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin sərəncamına verilib (Əmr № 423-e, 493-e, 554-e) III. Tərəflərin iştirakı və izahatları: İddiaçı və nümayəndəsi qismində vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş verərərk iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia məcburetmə haqqında iddia olmaqla mümkündür. V. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. Məhkəmə nəzərə alır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı – döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə maddi-texniki, mənəvipsixoloji və tibbi təminat üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ prafilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyyəsini, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətinin saxlanılması məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Yuxarıda qeyd edilmiş Əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1562/202N saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki şəxslərə müharibə veteram adı və vəsiqəsinin verilməsi üçün həmin şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, başqa sözlə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı və bu fakt həmin şəxsə məxsus hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Hazırkı işin hallarından müəyyən olunur ki, SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Nefi Şirkəti (SOCAR) Nəqliyyat idarəsinin N saylı Texnoloji nəqliyyat departamentinə daxil olmuş 03 iyul 2025ci il tarixli məktubda qeyd edilən işçi X6 ikinci Qarabağ döyüşləri vaxtı ezamiyyətdə olduğunu sübut edən sənədlər hazırlanmışdır. 2444 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı Nİ 4 TND 4AXTS 90AM110 sürücü vəzifəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur (Əmr xx.xx.2020, № 423-e). Ezamiyyət Vəsiqəsi N nömrəli hərbi hissə və SOCAR N saylı X4 tərəfindən təsdiq edilmişdir. 2542 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı N saylı AXTS 1 saylı XT dəstəsi Man TGA 90 AM sürücü vəzifəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur (Əmr xx.xx.2020, № 493-e). Ezamiyyət Vəsiqəsi N nömrəli hərbi hissə və SOCAR N saylı X4 tərəfindən təsdiq edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu barədə Arayışda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissədə sürücü vəzifəsində (rütbəsi: mülki) xidmət etmişdir. Döyüş əməliyyatları aparılan zaman (01.10-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə sürücü vəzifəsində (rütbəsi: mülki) xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması: xx.xx.2020-xx.xx.2020; Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: xx.xx.2020-ci il; Həmin dövrdə şəxsin maddi texniki təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunması xx.xx.2020-ci il; İştirak etdiyi ərazilər: Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhərində. Hazırki mübahisə üzrə İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhərində N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı (mülki sürücü kimi maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərdən təminat bölmələrinə nasaz və vurulmuş avtomobil texnikaları daşınması) faktı iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 340 nömrəli, xx.xx.2024-cü il tarixli 67 nömrəli Arayışlarda; N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş “Vətəndaş İddiaçı N nömrəli hərbi hissəsinin tərkibinə Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” xx.xx.2024-cü il tarixli 2654 nömrəli Aktda; N nömrəli hərbi hissənin qərargah taqımının rabitə manqa komandiri, maddi-texniki təminat bölməsinin texniki təminat xidmət rəisi və təminat bölüyünün komandiri tərəfindən yazılmış izahatlarda öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yetirilməsi məqsədi ilə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarına ezam edilmişdir. Bu baxımdan iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks, tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3069/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 33-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"), mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində sürücü kimi silah-sursatın və digər hərbi əmlakların daşınmasını təmin edərək döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir, iddiaçın xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəfin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №2-1(112)-3900/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3900/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver