Məhkəmə qərarları › İş №2-1(112)-3903/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3903/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3903/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı İddiaçının vəkili X4 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabehin xx.xx.2019-cu il tarixli, 0895 nömrəli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra Müdafiə Nazirliyi) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsi üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019cu il tarixli, 0895 nömrəli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv olunması və onun xx.xx.2019-cu il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,iddiaçı 26 ildən artıq həqiqi hərbi xidmət keçmişdir. Xidmətinin 23-cü ilini zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X5 şöbəsinin rəisi vəzifəsində xidmət edərkən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-MTT Baş İdarəsinin rəisinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin “n” saylı hərbi hissəsinin kargüzarlığında xx.xx.2019-cu il tarixdə 190N nömrəsi ilə qeydiyyata alınmış və üzərinə müvafiq qaydada icra olunması barədə Maddi - Texniki Təminat Baş İdarəsi rəisinin müvafiq dərkənarı qoyulmuşdur. Lakin iddiaçının raportu cavabsız və nəticəsiz qalmışdır. Raporta əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq ehtiyata buraxılmaq əvəzinə iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0895 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı haqqında əmr iddiaçı növbəti əmək məzuniyyətində olarkən verilmişdir. Ehtiyata buraxılmağı haqqında əmrin verilməsi iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata durmaq üçün xidmət yerində təyinat vərəqəsi ona verilərkən məlum olmuşdur. Lakin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 0895 nömrəli əmri ilə iddiaçı indiyədək tanış edilməmişdir. Hesab edilir ki, iddiaçının Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqlarım kobud şəkildə pozulmuşdur. İddiaçı ilə heç bir söhbətləşmə aparılmamış, onun tərxis olunmaq barədə müvafiq vəzifəli şəxs tərəfindən barəsində yuxarı instansiyaya müvafiq təqdimat göndərilməmişdir. İddiaçının “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsas olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yol verilməmişdir. Azərbaycan Respublikası Silahlı X1 67-ci bəndinə əsasən zabitlər üçün 7 növ intizam cəzası nəzərdə tutulmuşdur. Həmin Nizamnamənin 85-ci maddəsinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmalıdır, 89-cu maddəsinə əsasən, dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud sürətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir. Lakin iddiaçı xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, birdən-birə heç bir intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 0895 nömrəli əmrinin ona aid hissəsində qanunsuz hesab edilərək ləğv olunması və onun xx.xx.2019-cu il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi ilə bağlı göstəriş verilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixli, 2/514 №li məktubla imtina cavabı verilmişdir. İmtina əsassız və qanunsuz hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair yazılı xx xxxx 2020-ci il tarixli, 11/3040 nömrəli etirazında bildirilmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0895 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cü il tarixli 0139 nömrəli əmri olmuşdur. Lakin iddiaçı tərəfindən Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli 019 nömrəli əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cü il tarixli 0139 nömrəli əmri mübahisələndirilməmişdir. Ona görə də, komandanlıq öz səlahiyyətlərindən istifadə edərək, iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə öz arzusu ilə ordu sıralarından təxris olunmaq xahişi ilə raport yazmış və bu raportun surətini məhkəməyə təqdim etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı qabaqcadan onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılmasından xəbərdar olmuş və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə bir raport yazmışdır. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Etirazın sonunda İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbinin əsassız olduğuna görə rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə iddia ərizəsinə əlavə təqdim etmişdir. İddia ərizəsinə əlavədə göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0895 nömrəli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv olunması və onun xx.xx.2019-cu il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ehtiyata buraxıldığı tarixə qədər xx.xx.2018-ci il tarixdən etibarən xidmət etdiyi Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, Müdafiə nazirinin madditexniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun imzası və möhürlə təsdiqlənmiş xasiyyətnaməni təqdim etmişdir. Həmin xasiyyətnamədə o, intizamlı işçi kimi səciyyələndirilmişdir. Bu xasiyyətnamənin cavabdehin məhkəmədə gətirdiyi dəlilləri tamamilə təkzib etdiyini nəzərə alaraq, cavabdehin nümayəndəsi X8 Nazirliyinin blankında 11/3039 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir və məhkəmədən xahiş etmişdir ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun imzası və möhürlə təsdiqlənmiş xasiyyətnamə nəzərə alınmasın və bunun əvəzində iddiaçının xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinin təsdiqlədiyi xasiyyətnamə nəzərə alınsın. Cavabdehin nümayəndəsi vəsatətində qeyd etmişdir ki, onun qənaətinə görə N nömrəli hərbi hissəsinin komandirinin təsdiqlədiyi xasiyyətnamə iddiaçının xasiyyətini daha dolğun əks etdirir. Cavabdehin vəsatəti tamamilə əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. Birincisi, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixdə təsdiqlədiyi xidməti xasiyyətnamədə qeyd olunub ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Xasiyyətnamədə iddiaçının konkret hansı hərbi hissələrdə, hansı vəzifələrdə xidmət etdiyi qeyd olunmamışdır. Eyni zamanda, iddiaçının barəsində xasiyyətnaməni birbaşa rəisi, xidmət etdiyi hərbi hissənin komandiri deyil, həmin komandirin tabe olduğu yuxarı komandir imzalamışdır. Yuxarı komandir iddiaçı ilə şəxsi ünsiyyətdə olmamışdır və buradan da görünür ki, bu xasiyyətnamə sifarişlə hazırlanmışdır. İkincisi, xasiyyətnamədə iddiaçının xidmət etdiyi hərbi hissələr, xidmət dövrləri əks olunmamışdır. Belə ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi N nömrəli hərbi hissənin qərargah rəisinin baş köməkçisi vəzifəsində, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə kimi N nömrəli hərbi hissənin şəxsi heyət bölməsinin rəisi - qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində, xx.xx.2014-ci ildən xx.xx.2015-ci ilə kimi N nömrəli hərbi hissənin avtomatlaşdırılmış komanda məntəqəsi rəisi - qərargah rəisinin döyüşü idarəetmə üzrə köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci ildə iddiaçı yuxarı vəzifəyə çəkilərək Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin Məxfilik rejiminə nəzarət bölməsinin baş zabiti vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci ilə kimi həmin vəzifədə xidmət etmişdir. Bundan sonra, xx.xx.2018-ci ildə iddiaçı təkrarən yuxarı vəzifəyə çəkilərək, Müdafiə Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsinin Əlaqələndirmə şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci il tarixə kimi həmin vəzifədə xidmət etmişdir. Nəhayət, xx.xx.2019-cu il tarixdə iddiaçı Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş X5 şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və ehtiyata buraxıldığı tarixə qədər həmin vəzifədə xidmət etmişdir. Beləliklə, N nömrəli hərbi hissənin tabeçiliyində olan hərbi hissələrdə xidmət etdikdən sonra xx.xx.2017-ci il tarixdə iddiaçı Müdafiə Nazirliyində baş zabit, daha sonra isə şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Buradan görünür ki, cavabdeh iddiaçının xidməti fəaliyyətini müsbət qiymətləndirmişdir və dəfələrlə onu yuxarı vəzifələrə təyin etmişdir. Cavabdeh bu faktları qəsdən məhkəmədən gizlədərək, iddiaçının haqqında mənfi fikir yaratmağa çalışır. Üçüncüsü, iddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0187t nömrəli xx xxxx 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 094t nömrəli xx xxxx 2019-cü il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0254t nömrəli xx xxxxxxxx 2018-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif olunmağı haqqında vəsiqənin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi A.Babayev tərəfindən iddiaçıya verilmiş Silahlı Qüvvələrin Veteranı S/V seriyalı 003273 nömrəli xx.xx.2018-ci il tarixli vəsiqənin surətlərini məhkəməyə təqdim etmişdir. Bu vəsiqələrdən də görünür ki, cavabdeh iddiaçını dəfələrlə mükafatlandırmışdır. Dördüncüsü, N nömrəli hərbi hissənin komandirinin təsdiqlədiyi xasiyyətnamədə qeyd olunmuşdur ki, iddiaçıya Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı tərəfindən xx.xx.2014-cü il tarixdə töhmət, xx.xx.2015-ci il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq və xx.xx.2016-cı il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq cəzaları verilmişdir. Azərbaycan Respublikası Silahlı X2 3 saylı əlavəsinin (xidmət vərəqəsi) qeydində müəyyən olunmuşdur ki, gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun. Beləliklə, cavabdehin nümayəndəsinin istinad etdiyi cəzalar müvafiq olaraq, xx.xx.2015-ci ildə, xx.xx.2016-cı ildə və xx.xx.2016-cı ildə qüvvədən düşmüşlər və cavabdehin bu cəzalara istinadı tamamilə əsassızdır. Eyni zamanda, bildirilir ki, qeyd edilən intizam tənbehləri N nömrəli hərbi hissə komandirinin əmri ilə iddiaçının üzərindən götürülmüşdür. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi 11/3040 nömrəli xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli 019 nömrəli əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0139 nömrəli əmrini mübahisələndirməmiş və komandanlıq öz səlahiyyətindən istifadə edərək, onun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 166-cı bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). İddiaçı məhs mübahisələndirdiyi əmrlə cəza növü kimi xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixli 0139 nömrəli əmr xidməti yoxlamanın nəticələrini təsdiq edib və iddiaçını Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli 019 nömrəli əmrinin tələbini pozduğunu, hərbi hissədə mobil telefondan istifadə etdiyini təsdiqləmişdir. İddiaçı sonuncu əmri mübahisələndirməmişdir. Çünki o, qeyd olunan intizam pozuntusuna yol verdiyini təsdiq edir. Lakin iddiaçı hesab edir ki, onun uzun müddət qüsursuz xidməti, dəfələrlə mükafatlandırıldığı nəzərə alaraq, bu çür kiçik bir intizam pozuntusuna görə bu cür ağır intizam cəzasının tətbiq edilməsi ədalətsiz idi. Belə ki, eyni intizam pozuntusuna görə cavabdeh dəfələrlə zabitlərə xəbərdarlıq elan etməklə kifayətlənmişdir.Bundan başqa cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərini pozaraq, iddiaçını ehtiyata buraxmamışdan əvvəl ən azı iki fərdi söhbəti aparmamış, bu barədə söhbət vərəqələri tərtib etməmiş, həmin söhbət vərəqələrini məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 163-cü maddəsinin tələblərini pozaraq, iddiaçını ehtiyata buraxmamışdan əvvəl səhhətinin hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün onu hərbi-həkim komissiyasının müayinəsinə göndərməmiş, müvafiq müayinə aktını almamışdır. Eyni zamanda, cavabdeh “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 4cü, 57-ci maddələrini, Azərbaycan Respublikası Silahlı X1 117-ci, 118-ci maddələrinin, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci maddəsinin tələblərini pozaraq, iddiaçının öz arzusu ilə ehtiyata buraxılmağı barədə xx.xx.2019-cu il tarixli raporta baxmamış, ona cavab verməmişdir. Sonda iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin işdə üçüncü şəxs kimiprosessual iştirakına xitam verilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində və iddia ərizəsində əlavədə yazılanlara uyğun izahat verdi vəiddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili çıxışında hüquqlarını qoruduğu İddiaçı izahatında qeyd etdiyi halları təsdiq edərək, iddia əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6iddianı qəbul etməyərək iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Maddi-Texniki Təminat Baş İdarəsində cəmi 1 il 1 ay xidmət keçmiş və qısa müddətdən sonra Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə 5 ildən çox xidmət etmişdir. Bu səbəbdən işin tam və obyektiv araşdırılması məqsədilə N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xasiyyətnamənin daha dolğun və iddiaçının xidmətini dəqiq əks etdirdirdiyini nəzərə alaraq qəbul edilməsini və Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş xidməti xasiyyətnamənin məhkəmə tərəfindən nəzərə alınmaması xahiş edilir. Xüsusi olaraq vurğulayır ki, hərbi xidmətkeçmə yerlərində hərbi qulluqçulara “istifadəsinə icazə verilmiş və qeydiyyatdan keçirilmiş” informasiya vasitələrindən istifadəyə icazə verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli, 0166 saylı “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinə əsasən Müdafiə Nazirliyinin bütün idarələrinə məlumat sızmasının qarşısının alınması məqsədilə müxtəlif növ şəkil, videoçəkmə, CPS naviqasiya və internetlə əlaqəsi olan smartfon tipli əşyaların istifadə edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli, 019 saylı “Məlumatların sızmasının qarşısının alınması haqqında” digər əmri ilə hərbi hissələrin dislokasiya ərazilərində mobil telefonların istifadəsi qadağan edilmişdir. İddiaçı isə məhz həmin əmrlərin, o cümlədən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2014-cü il 17 dekabr tarixli, 030 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərini pozmaqla hərbi xidmətkeçmə yerində internetlə əlaqəsi olan smartfon tipli əşyadan istifadə etmişdir. Cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Hazırki iş üzrə iddiaçının əsas tələbi – həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin ləğv edilməsi ilə yanaşı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə əlavə tələb də irəli sürmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və “AZEMİS” elektron məhkəmə sisteminin “şəxsiyyət vəsiqəsi məlumatları” bölməsindən iddiaçıya aid şəxsiyyət vəsiqəsinin çıxarışından müəyyən edilir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X5 şöbəsinin rəisi vəzifəsini tutmuş İddiaçı Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli raportda onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Bakı şəhəri Yasamal rayonu İdarəsində qeydiyyata duracağı barədə üzərinə öhdəlik götürmüşdür. Raporta icra edilmiş ştampın surətindən aydın olur ki, iddiaçının qeyd edilən müraciəti xx xxxxxx 2019-cu il tarixdə 190N nömrəsi ilə “n” saylı hərbi hissəyə daxil olmuşdur. - Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən Şəxsi heyətin uçot bölməsinin rəisinə xx.xx.2019-cu il tarixdə İddiaçı raportuna baxılması və icra edilməsi barədə əmr verilmişdir. - Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2/514 saylı məktubdan müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Müdafiə nazirinə, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Maddi-Texniki Təminat Baş idarəsinin rəisinə və Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı şikayət ərizənizə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş idarəsində baxılmışdır. Ərizə öyrənilərkən məlum olmuşdur ki, o, xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etməmişdən öncə 3-x xxxxxx 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində olarkən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2014cü il tarixli 019 nömrəli və xx.xx.2014-cü il tarixli 0166 nömrəli əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün barəsində xidməti araşdırma aparılmışdır. Aparılan araşdırmaların nəticəsindən görünür ki, o, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin yuxarıda qeyd olunan əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılmışdır. - Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2/1986 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli 0895 saylı şəxsi heyət üzrə əmrindən çıxarışdan müəyyən edilir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin (Q4) (136 nömrəli hərbi hissə) Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, ali hərbi təhsilli, ailəli, ehtiyatda olan polkovnik-leytenant İddiaçına verilmiş xx xxx 2020-ci il tarixli xidməti xasiyyətnamədə aşağıdakılar göstərilmişdir: “ehtiyatda olan polkovnik-leytenant İddiaçı Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsində çalışdığı müddət ərzində özünü intizamlı, savadlı və işgüzar bir zabit kimi göstərmişdir. Zabit kimi öz vəzifəsini yaxşı bilir, verilən əmrləri və tapşırıqları sərbəst, tələb edilən səviyyədə keyfiyyətlə və vaxtında yerinə yetirir. Daima öz üzərində çalışır və biliklərini artırır. Rəhbəredici sənədlərin tələblərini bilir, tutduğu vəzifə üzrə nəzəri və praktiki biliklərə malikdir və həmin bilikləri əmək funksiyalarının icrası zamanı düzgün tətbiq etməyi bacarır. Xidməti sənəd və faktları diqqətlə təhlil edir, cari tapşırıqları və problemləri müəyyən edir, düzgün nəticəyə gəlmək üçün müxtəlif mənbələrdən olan məlumatlarla müqayisə edir və problemlərin həlli yollarını müəyyənləşdirir, qanunauyğun və məntiqi qərarlar qəbul edir. Səliqəli və intizamlıdır, subordinasiya qaydalarına və etik davranış qaydalarına riayət edir. Malik olduğu iş təcrübəsini kollektiv üzvləri ilə bölüşür və yeni təcrübəyə yiyələnməyə çalışır. İş yoldaşları arasında hörmətə malikdir. Mənəvi və fiziki cəhətdən sağlamdır. Dövlət sirrini qorumağı bacarır. Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ehtiyata buraxılmışdır. - Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsi tərəfindən açılmış iddiaçıya aid xidmət vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Əlaqələndirmə şöbəsinin rəisi vəzifəsini tutmuş polkovnik-leytenant İddiaçı barəsində 2018-ci tədris ilinin yekunlarına görə MTTBİ-nin rəisinin xx.xx.2018-ci il tarixli 052 saylı əmri ilə “qiymətli hədiyyə”, Müdafiə nazirinin 094t saylı, xx.xx.2019-cu il tarixli əmri ilə hərbi xidmətdə fərqlənməyə görə “3-cü dərəcəli medal” həvəsləndirmə tədbirləri tətbiq edilmiş, həmçinin cəzalandırılmamışdır. Yuxarıda göstərilənlərdən başqa Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/3813 saylı məktublarına əlavə edilərək məhkəməyə təqdim edilmiş: - Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi tərəfindən verilmiş 324 saylı, xx xxxxxx 2019-cu il tarixli nizami hissə üzrə əmrdən çıxarışdan görünür ki, 9915 daxilolma nömrəli raportuna əsasən Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş X5 şöbəsinin rəisi, polkovnikleytenant İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, Bakı şəhərində keçirməklə 25 (iyirmi beş) təqvim günü müddətinə, 2019-cu ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. - Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi tərəfindən verilmiş 348 saylı, xx xxxxxx 2019-cu il tarixli nizami hissə üzrə əmrdən çıxarışdan görünür ki, polkovnik-leytenant Cəfərov X7 Nazirliyi Maddi-Texniki Təminat Baş X5 şöbəsinin rəisi, 2019-cu ilin hesabına növbəti məzuniyyətdən xx xxxxxx 2019-cu il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Beləliklə işdə olan sənədlərdən məlum olur ki, cavabdeh orqanda bir sıra vəzifələrdə xidmət etmiş iddiaçı xx.xx.2019-cu il tarixli raportla aidiyyəti qaydada müraciət edərək, onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, 9915 daxilolma nömrəli raportuna əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olmuş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli 0895 saylı əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Hazırkı işdə iddianın mümkünlüyünə dair digər xüsusi mümkünlük şərtləri də mövcuddur. Belə ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə qaldırılmışdır (İPM-in 38.1-ci maddəsi). Belə ki, mübahisələndirilən əmr iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan (təqdim) edilmədiyindən və yalnız vəkil sorğusuna əsasən məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçının vəkilinə təqdim edildiyindən iddiaya mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Həmin Əsasnamənin 20-ci maddəsinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu hesab edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 6 saylı Əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 9-cu hissəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) göndərilir. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dairtəqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona hərbi hissə komandiri (rəisi) tərəfindən elan olunmalı idi. Lakin yuxarıda qeyd edilmiş ilk dörd qaydaya (beşinci qaydaya dair məhkəmənin hüquqi mövqeyi aşağıda ifadə edilmişdir) iddiaçının barəsində əmri vermiş cavabdeh orqan tərəfindən riayət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan müvafiq əmri qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Cavabdehin mübahisələndirilən əmri qanunaziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə, xüsusi olaraq o halı qeyd edir ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olması, mübahisələndirilən əmrin isə xx xxxxxx 2019-cu il tarixdə, başqa sözlə iddiaçının növbəti əmək məzuniyyətində olduğu dövrdə verilməsi işin mübahisəsiz hallarıdır. Yəni iddiaçının ehtiyata buraxılması barədə əmrin onun faktiki olaraq xidmətdə olmadığı vaxtda verilmişdir ki, bu hal da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnir. İşin sonuncu şərh edilən halından belə nəticəyə gəlmək olur ki, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı tələskənliyə yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmiş, beləliklə, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə və 60-cı maddəsinin 1-ci hissəsinə əsasən öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququndan istifadə etməsinə əsassız maneə yaratmış, başqa sözlə, sözügedən mümkün davranış qaydasının iddiaçı tərəfindən vaxtında və maksimal dərəcədə realizə edilə bilməsinə heç bir hüquqi əsası olmadan məhdudiyyət yaratmışdır. Halbuki “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.6-ci maddəsinə görə sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 59.1.5-ci maddəsinə görə, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat yazılı inzibati aktda əks olunmalıdır. 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3-cü maddəsində qeyd edilmişdir ki, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.9-cu maddəsinə görə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Məhkəmə göstərilən hüquq normalarının tələbləri və işin sübutetmə vasitələri ilə öz təsdiqini tapan faktiki halları baxımından belə qənaətə gəlir ki, iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən ehtiyata buraxılmaq hüququna malik olmuş, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasənhəmin hüququn realizəsi üçün aidiyyəti qaydada yuxarı komandanlığa raportla müraciət etmiş, lakin həmin raporta baxılması üzrə cavabdeh inzibati orqan tərəfindən icraat başlanılmamış, sözügedən müraciətə dair heç bir hərəkət edilməmiş, hərəkətsizliyə yol verilmiş, başqa sözlə, raport üzrə heç bir qərar qəbul edilməmişdir. Raporta baxılması və onun nəticəsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin nəticəsinə təsir göstərməsə də, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən iddiaçı barəsində verilmiş onu müsbət xarakterizə edən xx xxx 2020-ci il tarixli xidməti xasiyyətnamədə qeyd edilənləri təkzib edən və digər sübutetmə vasitələri ilə öz təsdiqini tapan sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçı barəsində yuxarıda qeyd edilmiş xasiyyətnamədən sonrakı tarixdə tərtib edilmiş Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədə göstərilənləri əsassız hesab edir. Bundan başqa cavabdehin yazılı münasibətində iddiaçının onun barəsində araşdırma aparılmasından xəbərdar olması və cəzadan boyun qaçırmaq məqsədilə raportla müraciət etdiyi göstərilsə də, məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı barəsində toplanmış xidməti araşdırma materiallarında olan və iddiaçının əleyhinə olan raportlar, izahatı və digər sənədlər də işin hüquqi nəticəsinə təsir edə bilməyəcək materiallar kimi qəbul edir, ona görə ki, həmin sənədlər iddiaçının barəsində onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlığa ünvanladığı raportun Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsinə daxil olma tarixindən sonrakı tarixlərdə tərtib edilmişdir. Məhkəmə şərh edilən bu halla bağlı, həm də, onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun barəsində intizam icraatı başlanılmamışdan əvvəl, xx.xx.2019-cu il tarixdə ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. Qısacası, iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması barədə dəlilləri o vaxt əsassız hesab edilə bilər ki, intizam icraatı iddiaçının müvafiq raportla müraciət etmədən əvvəl başlanmış olardı. Həmçinin, cavabdeh tərəfin iddiaçının 03-xx xxxxxx 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində aparılmış yoxlamalarda iştirak edərkən xidməti vəzifələrinin icrası zamanı xidmət yerində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli, 0166 saylı “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli, 019 saylı “Məlumatların sızmasının qarşısının alınması haqqında” digər əmrinin tələblərini pozaraq internetlə əlaqəsi olan smartfon tipli əşyadan (telefondan) istifadə etməsi ilə bağlı cəzalanma haqqında cavabdehin xx.xx.2019-cü il tarixli 0139 nömrəli əmrini mübahisələndirilmədiyinə görə komandanlığın öz səlahiyyətlərindən istifadə edərək iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmasını tamamilə əsassız hesab edir. Ona görə ki, konkret olaraq hazırkı işə münasibətdə iddiaçı öz barəsində qəbul edilmiş inzibati aktın mübahisələndirilməsində tam olaraq sərbəstdir. Başqa sözlə, iddiaçının barəsində verilmiş bir məhdudlaşdırıcı inzibati aktın - intizam tənbeh tədbirinin verilməsi barədə əmrin mübahisələndirilməməsi onun barəsində digər məhdudlaşdırıcı inzibati aktın - "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin qəbul edilməsinə əsas ola bilməz. Çünki iddiaçı artıq intizam tənbeh tədbirinin verilməsi ilə müəyyən hüquqi məhrumiyyətlərə məruz qalır ki, iddiaçı əlavə xidməti pozuntu etmədiyi halda onun barəsində yenidən məhrumiyyətə məruz qalması ilə nəticələnən əlavə aktın qəbul edilməsi, ümumiyyətlə, anlaşılan deyildir və hüquqi baxımdan qəbuledilməzdir. Beləliklə, cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanunsuz olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərinə inzibati orqan tərəfindən riayət edilməmişdir. Məhkəmə, həmçinin, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının əsas, yəni “həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi” tələbi əsaslı olduğundan həmin tələblə bilavasitə bağlı olan əlavə, yəni onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi də tam olaraq əsaslıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş X5 şöbəsinin rəisi polkovnikleytenant İddiaçı"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli 0895 saylı şəxsi heyət üzrə əmri qanunsuz hesab edilməklə ləğv edilməli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş X5 şöbəsinin rəisi polkovnikleytenant İddiaçı"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin " j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş X5 şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli “0895” saylı şəxsi heyət üzrə əmri qanunsuz hesab edilsin və həmin əmr ləğv edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş X5 şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar