Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3904/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.2010cu il tarixədək Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2010-cu il tarixdə öz xahişi ilə polkovnik-leytenant rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ona qanunla nəzərdə tutulmuş mənzil və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilməmişdir. Ailə tərkibi 4 nəfərdən ibarətdir, hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. İddiaçı ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməyi barədə dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsə də, məsələ öz həllini tapmamışdır. Bununla əlaqədar iddiaçının yazılı müraciətindən sonra xx.xx.2019-cu il tarixdə İcra Hakimiyyəti tərəfindən 02/09-11-1 l-B-6-059 saylı imtina məktubu aldığına görə o zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Müraciəti əsasında 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iddiaçının 4 nəfər ailə üvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə 2- 1(81 )-4426/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərar qəbul edilərək iddia tələbi təmin olunmuşdur. Lakin, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti qəbul olunmuş qərarla razılaşmayaraq, apellyasiya şikayəti vermişdir. Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti üzrə işə baxılara. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-234/2020 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(81)-4426/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qərarı ilə də razılaşmayaraq Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət etmişdir. Kassasiya şikayətinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1187/2020 saylı qərarı ilə Binəqədi rayon İcra Hakimiyyətinin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1 (103)-234/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında xx.xx.2020- ci tarixdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 91 saylı sərəncamına əsasən ehtiyatda olan zabit qismində güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və 2022-ci ilin yanvar ayınadək Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən kirayə pulu ilə təmin olunmuşamdur. Lakin, ona məlum olmayan səbəbdən xx.xx.2022-ci il tarixdən kirayə pulu ödənişi dayandırılmışdır. Bu səbəbdən Binəqədi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmiş və 10 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2022ci tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunaraq yuxarıda qeyd olunan məhkəmə qərarlarının tələblərini pozan, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının “xx.xx.2020-ci il tarixli 91 saylı sərəncamının ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 258 saylı güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş güzəştli şəxslərin siyahısından çıxarılma və kirayə xərci kimi xx.xx.2020-ci il tarixdən ödənilmiş vəsaitin Dövlət büdcəsinə geri qaytarılması barədə sərəncamının surəti inzibati binada, qeydiyyat kitabına imza etməklə rəsmi qaydada iddiaçıya təqdim olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
5. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
6. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
8. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
III. İş materiallarında olan sənədlər:
12. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
13. SQ seriyalı, 0058 nömrəli, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin vəsiqəsinə əsasən, iddiaçı silahlı qüvvələrinin veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
14. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-4426/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-234/2020 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2020-ci il tarixli qərarı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4426/2019 nömrəli iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Bakı Şəhəri Binəqədi Rayon icra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1-2)- 1187/2020 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2020-ci il tarixli qərarı ilə, cavabdehin kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2- 1(103)-234/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli, 258 nömrəli “Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 91 saylı Sərəncamının ləğv olunması” barədə Sərəncamından çıxarışa əsasən, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 91 saylı Sərəncamının ləğv edilməsi, İddiaçı mənzil növbəsinə götürülmüş güzəştli şəxslərin siyahısından çıxarılması, kirayə xərci kimi xx.xx.2020-ci il tarixdən ödənilmiş vəsaitin Dövlət büdcəsinə geri qaytarılması İddiaçı həvalə edilməsi, Sərəncamın surətinin məlumat üçün vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır.
18. Məhkəmə sorğusu əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Qeyd olunan fiziki şəxslərə dair məlumatların verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X1, xx.xx.1989-cu il təvəllüdlü X6 və xx.xx.1995-ci il təvəllüdlü X2 adlarına ölkə ərazisi üzrə hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
19. Məhkəmə sorğusu əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş “Məlumatın təqdim edilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X1, xx.xx.1989-cu il təvəllüdlü X6 və xx.xx.1995-ci il təvəllüdlü X2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
21. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
22. İddia ərizəsindən göründüyü kimi iddiaçının cavabdeh inzibati orqana qarşı hazırki iddiası aşağıdakı iki tələbdən ibarətdir: 1) Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi; 2) ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması;
23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan ziyan vurmadığı hallarda. Maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalavağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
24. Məhkəmə hesab edir ki, iddiaçının ehtiyatda olan zabit kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə sərəncamın ləğv edilməsinə dair qəbul edilmiş sərəncam əlverişsiz inzibati akt kimi qiymətləndirilməlidir. Belə ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Lakin, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə də dinlənilmə hüququnu təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq barədə əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının mənzil uçotuna alınması barədə sərəncamı sonradan, iddiaçının razılığı və məlumatı olmadan, ləğv edilməsi ilə “İnzibati icraat haqqında” Qanununun və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
25. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2020-ci il tarixli, 91 nömrəli sərəncamın ləğvi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 258 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, 258 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamın ləğv edilməsi tələbində iddiaçı haqlıdır.
26. İddiaçının digər, yəni ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi barədə tələbində məhkəmə iddiaçını haqlı hesab edir.
27. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.
28. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 172 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq məbləğlərdə, yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2- ci hissəsinə əsasən, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
30. Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi)
31. Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
32. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. (Mənzil Məcəllənin 51.1-ci maddə)
33. Mənzil Məcəllənin 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; həmin məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.
34. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
36. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, hərbi qulluqçusunun güzəştli mənzil növbəsinə alınması üçün aşagıdakı şərtlər mövcud olmalıdır: 15 il və daha çox hərbi xidmət etməsi, yaşayış sahəsinə ehtiyacı olması.
37. İş üzrə mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 15 ildən artıq müddət ərzində hərbi xidmət etmişdir, zabitdir, hal-hazırda yaşadığı mənzilin mülkiyyətçisi deyil, nə onun, nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisidir, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir.
38. İddiaçıya eyni zamanda yaşayış sahəsi ilə təmin edilməməsi əsası ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə kompensasiya cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tələb edir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 258 nömrəli Sərəncamının qəbul edilməsinə əsas olan hal torpaq sahəsinin iddiaçı tərəfindən xx.xx.2019-cu ildə özgəninkiləşdirilməsi olmuşdur. Halbuki bu hal 2019-cu ildə ilikin məhkəmə araşdırılması zamanı da mövcud idi və iddiaçının xeyrinə qərar çıxarılmasına təsir etməmiş və nəticədə xx.xx.2020-ci il tarixdə iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə 91 saylı sərəncam qəbul edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməli, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
41. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
43. Azərbaycan Respublikasının İPM-nin 2, 32,33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilsin. İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova