Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3904/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq staj və yaş tələbləri əsas götürülməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli iş stajım olduğu üçün 52 yaşdan 12 mart 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Cavabdeh isə özünün 06 oktyabr 2023- cü il tarixli, 3-17-1/2-M-232549/2023 nömrəli məktubu ilə xahişini rədd etmiş və bunu öz mülahizəsinə görə onunla əsaslandırmaq istəmişdir ki, guya iddiaçının ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinə kimi 20 ildən az- 19 il 8 ay 15 gün təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatını mümkün saymır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi və onun tərəfindən konstitusion hüquqları kobud şəkildə pozulduğu üçün mhəkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 16 oktyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə almış və zərfin üzərində yaşadığı ərazi poçt şöbəsinin möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31 -ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. xx xxxx 1970-ci ildə Dəvəçi rayonunun Uzunboyad kəndində doğulmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Hələ orta məktəbdə təhsil aldığı dövrdə Dəvəçi rayonu, Rəhimli südçülük- tərəvəzçilik sovxozunda şagird istehsalat manqası tərkibində həmin sovxozda 23 aprel 1984-cü il tarixindən əmək fəaliyyətinə başlamışdır. 15 may 1985-ci ildən isə həmin sovxozda fəhlə kimi əmək fəaliyyətinə davam etmişdir. Həmin sovxozda əmək fəaliyyəti 11 avqust 1987-ci il tarixinə - Bakı Neft Texnikumuna daxil olana qədər davam etmişdir. 11 avqust 1987-26 aprel 1988-ci il tarixlərində həmin texnikumda əyani formada təhsil aldıqdan sonra hərbi xidmətə getməyi ilə bağlı akademik məzuniyyət verilmişdir. 22 may 1988-28 may 1990-cı il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 05 oktyabr 1990-cı ildə Bakı Neft Texnikumuna öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyul 1992-ci il tarixində həmin kursu əyani formada bitirmişdir. Bundan dərhal sonra səfərbərliklə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb edilmiş və 07 iyul 1992-09 sentyabr 1992-ci il tarixlərində döyüş bölgəsində xidmət etmiş və müharibə veteranı statusu almışdır. 14 sentyabr 1992-12 avqust 1993-cü il tarixlərində 15 nömrəli İxtisaslaşdırılmış Təmir Tikinti Sahəsində tikinti ustası vəzifəsində çalışmışdır. 16 avqust 1993-cü il tarixində 28 May adına NQÇİ-nə neft-qaz operatoru vəzifəsinə qəbul edilmiş və 28 yanvar 2005 tarixinə kimi həmin vəzifədə çalışmışdır. 28 yanvar 2005-ci il tarixində həmin sahədə neft qaz hasilatı üzrə usta vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajı müvafiq dövrlərdən ibarətdir: 23 aprel 1984 -11 avqust 1987-ci il - sovxozdan texnikuma daxil olana qədərki dövr - 3 il 3 ay 19 gün; 11 avqust 1987- 26 aprel 1988-ci il - texnikuma qəbuldan akademik məzuniyyətə qədər - 8 ay 15 gün; 22 may 1988-28 may 1990-cı il- Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət - 2 il 6 gün; 05 oktyabr 1990 - 02 iyul 1992-ci il texnikumda təhsilin bərpası və bitməsi - 1 il 8 ay 27 gün; 07 iyul 1992 - 09 sentyabr 1992ci il - döyüş bölgəsində xidmət 2 ay 2 gün; (bir qat ölçüdə) 14 sentyabr 1992-12 avqust 1993-cü il - tikinti ustası - 10 ay 29 gün; 17 avqust 1993 - 01 yanvar 2006-cı il - neft qaz operatoru və ustası kimi staj - 12 il 4 ay 15 gün. Üst-üstə topladıqda qeyd edilən staj dövrləri 21 il 17 gün təşkil edir. Döyüş bölgəsində hərbi xidmət dövrü güzəştli şərtlərlə hesablanmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinin “bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir” müddəasına əsasən 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajının 20 ildən az olması qənaətinə əsas formalaşdırmaq istəmişdir. Digər tərəfdən cavabdeh iddiaçının göstərilən əmək stajı dövrlərini öz mülahizəsinə əsasən hesablamış və bu mənada bəzi məsələlərə münasibət bildirməmişdir. Belə ki, iddiaçının 23 aprel 1984- 11 avqust 1987-ci il tarixləri arasındakı sovxozda əmək fəaliyyəti dövrünü yalnız əməkhaqqı cədvəllərinə əsasən mülahizə yürütməklə imtinasını əsaslandırmaq istəmişdir. Halbuki iddiaçı 23 aprel 1984-cü ildən həmin sovxozda işləmiş və bu Şabran Rayon Arxivinin arayışı ilə təsdiq edilir. Cavabdeh 23 aprel 1984-15 may 1985-ci il tarixləri arasındakı dövrə ümumiyyətlə münasibət bildirməyərək həmin dövrü stajına hansı səbəblə aid etmədiyini imtina məktubunda bildirməmişdir. Bu isə 1 il 22 günlük bir dövrdür və cavabdehin qəbul etdiyi staj dövrlərinin üzərinə gəldikdə 20 illik staj toplanmış olur. Cavabdeh guya apardığı araşdırma nəticəsində 15 may 1985-11 avqust 1987-ci illər arasındakı dövrdə 1985-ci ildə 7 ay, 1986-cı ildə 5 ay, 1987-ci ildə 4 ay əməkhaqqı ödənilmədiyini aşkara çıxarmışdır. Üst-üstə əməkhaqqı barədə qeyd olmayan dövrlər 1 il 4 ay təşkil edir. Bu dövrü qeyd edilən 21 il 17 günlük əmək stajından çıxdıqda 19 il 8 ay 15 günlük əmək stajı ortaya çıxır ki, bura döyüş bölgəsində xidmət dövrünü üçqat ölçüdə hesabladıqda 20 il 19 günlük əmək stajı formalaşır. Əməkhaqqı cədvəllərində iddiaçıya cavabdehin iddia etdiyi kimi hansısa aylar üçün əməkhaqqı qeyd edilməməsi iddiaçının günahı deyil və həmin aylarda işləmədiyi anlamına gələ bilməz. Belə ki, Şabran Rayon Arxivinin arayışında da qeyd edilir ki, iddiaçıya 1985-ci ilin oktyabr ayının sonunda - 28 oktyabr tarixində 40 manat məbləğində pul mükafatı verilmişdir. Cavabdehin fikrinə görə isə iddiaçıya 1985-ci ildə son dəfə sentyabr ayında əməkhaqqı verilmişdir. Sual olunur ki, iddiaçı oktyabr ayında əgər işləmirdisə, mükafatı necə alırdı? Üstəlik, həmin arayışdan da görünür ki, iddiaçının işdən çıxması barədə əmrlər aşkarlanmayıb, əgər işə qəbul barədə əmrlər mövcuddursa, lakin işdən çıxma əmrləri aşkarlanmırsa, bu o deməkdir ki, iddiaçı 23 aprel 1984-cü il tarixdən həmin sovxozda çalışmışdır. Cavabdehin imtina məktubundan aydın görünür ki, 1 nömrəli Siyahı üzrə güzəştli iş stajına irad tutmadığı üçün, bu halhazırkı iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Güzəştli iş stajı dəniz şəraitində işlədiyi üçün işlədiyi neft və qaz hasilatı operatoru, neft və neft-qaz hasilatı ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (2) neft-qaz və qaz kondensatının hasilatı yanmbölməsində qeyd edilmiş neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə və həmin yanmbölmədə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri ilə eynilik təşkil edir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-232549/2023 nömrəli məktubda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17- 1/2-M-232549/2023 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı R.X3 təqdim etdiyi Şabran rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədəki iş stajına aid sənədlərdə məlumatların dəqiqləşdirilməsi üçün tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvaravqust ayları üzrə iddiaçıya əməkhaqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin 1988-ci il və digər dövrlərdə əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi bildirilmişdir. Bu fakt Şabran rayon Dövlət Arxivinin 23 avqust 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi is stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan şərt ödənilmir. Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı yazılı izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin iddiaçının 14 yaşdan əmək fəaliyyətini ümumi əmək stajına daxil etməməsinə qarşı bildirmişdir ki, keçmiş Sovet dövründə qüvvədə olmuş Azərbaycan Respublikasının 1971ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (işə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilməməsi bildirilir. İddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu məntiqi cəhətdən də ona görə doğrudur ki, məktəb yaşında olarkən oxuduğu Uzunboyad kənd məktəbinin direktorunun əmri və həmin əmr əsasında digər bir əmr - Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunun əmri o dövrdə qüvvədə olan bir qanuni əsasa görə verilməli idi. İddiaçının xx.xx.1984-cü il tarixində 14 yaşı tamam olduğundan yuxarıda qeyd edilən hər iki əmr - istər orta məktəb direktorunun, istərsə də sovxozun əmri qeyd edilən 193-cü maddənin tələbləri (icazəsi) əsasında verilmişdir. Bu səbəblə də iddiaçının 23 aprel 1984-15 may 1985-ci il tarixləri arasındakı dövr ümumi iş stajına daxil edilməlidir. Bu mənada surəti hazırkı ərizəyə əlavə edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-cil tarixli, 2-1(102)-1475/2022 nömrəli qərarı presedent rolunu oynayır. İddiaçının əmək kitabçasında qeydiyyatı aparılmamış iş stajı olmuşdur ki, həmin əmək fəaliyyəti 15 may 1990-15 oktyabr 1990-cı il tarix intervalında Biləcəri Mülki Qurğular Distansiyasında fəhlə işləməyidir. Həmin 5 aylıq intervalda indiki Şabran şəhərində məktəb təmiri işləri ilə məşğul olmuşdur. Bu barədə arxiv arayışı əldə etmək üçün 17 aprel 2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları QSC-yə ərizə ilə müraciət etmiş və müraciəti hazırda baxılmaqdadır. Həmin iş stajı ortaya çıxarsa, ümumi iş stajı 20 ildən çox olması təsdiqini tapacaq. Digər bir məsələ isə ondan ibarətdir ki, cavabdeh iddiaçının döyüş bölgəsindəki hərbi xidmət dövrünü ikiqat ölçüdə hesaba almışdır. Halbuki həmin dövrdə qüvvədə olan “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajını qəsdən 2 ay 2 gün az göstərmişdir. Üçqat hesablanacağı təqdirdə, cavabdehin özünün qəbul etdiyi 19 il 8 ay 15 günlük staj əslində 19 il 10 ay 17 gün kimi formalaşmalı idi. Bu halda 20 il stajın tamamlanması üçün 1 ay 14 günlük staj qalır ki, bu da yuxarıda qeyd etdiyi dövrlərdə artıqlaması ilə oraya çıxmışdır. Cavabdeh özünün imtina məktubunda göstərir ki, guya iddiaçı 1985-ci ildə may-sentyabr aylarında əməkhaqqı aldığı üçün həmin ayları əmək stajına daxil edir. Elə isə, onda sual olunur ki, niyə cavabdeh Şabran Rayon Dövlət Arxivinin 31 mart 2023-cü il tarixli, 61 nömrəli arayışının 3-cü bəndində göstərilən 28 oktyabr 1985-ci il tarixli əmrdə əgər iddiaçıya mükafat verilməsi qərara alınırsa, necə olur ki, həmin ay iddiaçının əmək stajına daxil edilmir? Bu, əlavə olaraq bir ay staj deməkdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, iddiaçının həqiqətən də 01 yanvar 2006cı il tarixinə kimi 20 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1992-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1992-ci il tarixdə 40 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən 15 nömrəli ixtisaslaşdırılmış təmir-tikinti sahəsinə tikinti ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993cü il tarixli 34 nömrəli əmrə əsasən işdən azad edilmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1993-cü il tarixdə 189 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən 28 May adına NQÇİ-də bir il müddətinə 2 nömrəli NQÇS-nın 8 nömrəli DDÖ-nə 2-ci dərəcəli operator qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə 06 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən həmin peşə üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1995-ci il tarixdə 54k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar 15 nömrəli DDÖ-də 4-cü dərəcə operatoru vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixdə 69 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən həmin peşə üzrə 5-ci dərəcə təqdim edilmişdir. xx.xx.2005-ci il tarixdə 13-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən əmək müqaviləsində qeyd edilmiş dəyişikliyə müvafiq olaraq həmin özüldə 11-ci dərəcəli neft-qaz çıxarma ustası keçirilmişdir. xx.xx.2008-ci il tarixdə 423 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən əməyin ödənilməsi üzrə 12-ci dərəcə verilmişdir. xx.xx.2023-cü il tarixdən hal-hazıradək işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-M-232549/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən Şabran Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar-avqust ayları üzrə əmək haqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin 1988-ci il və digər dövrlərdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi bildirilib. Bu fakt Şabran Rayon Dövlət Arxivinin 23 avqust 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv arayışından görünür ki, Uzunboyad kənd orta məktəbinin əmrinə əsasən şagird istehsalat manqası təşkil edilmişdir (Əmr № 78; 23 aprel 1984-cü il). İddiaçı verdiyi ərizəsinə əsasən 4 saylı briqadaya fəhlə qəbul edilmiş, əmək haqqı işlədiyi gündən verilmişdir (Əmr № 85; 15 may 1985-ci il). Məntəqənin fəhlələrinin maddi marağını artırmaq üçün sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı (40 manat) maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 217; Oktyabr 1986-cı il). Meyvə tərəvəz çeşidləmə məntəqəsinin fəhlələrinin yaxşı işlərinə görə sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 155; 18 avqust 1987-ci il). İddiaçı (15 manat) pul mükafatı ilə mükafatlandırılmışdır (Əmr № 196; 22 oktyabr 1989-cu il). Rəhimli südçülük-tərəvəzçilik sovxozunun 1990-ci ilə kimi olan əmrlər kitablarına tam baxılmış, lakin vətəndaş İddiaçı işdən azad olması barədə əmrə təsadüf olunmamışdır. İddiaçı dair H3 seriyalı ******* saylı hərbi bilet iddiaçı tərəfindən təqdim edilmişdir. İddiaçı dair PT-İ seriyalı 095585 saylı xx.xx.1992-ci il tarixli diplom iddiaçı tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən təqdim edilmiş 2085 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Ağabəy oğlu həqiqətən 11 avqust 1987-ci il tarixində 482 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 26 aprel 1988-ci il tarixində 222 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 05 oktyabr 1990-cı il tarixdə 535 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyul 1992-il tarixdə 232 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və PT-1 № 095585 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft- Qaz Çıxarma İdarəsi tərəfindən təqdim edilmiş 01-03/61 saylı xx.xx.2023-cü il tarixli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: Neft və qazçıxarma üzrə operator, 11OOOOOa -15824 neft və qaz hasilatı üzrə operatorlar, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, № 189-k xx.xx.1993. Neft və qazçıxarma üzrə operator, 1100000b-23187 - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft- qaz mədənlərində) məşğul olan ustalar xx.xx.2005-ci il tarixdən hal-hazıradək, № 13-k xx.xx.2005. Siyahıda nəzərdə tutulmuş peşələrdə ümumi sığorta (əmək) stajı 29 il 10 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsi tərəfindən təqdim edilmiş 111 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı həqiqətən 1988-ci ilin may ayının 22-dən 1990-cı ilin may ayının 28-dək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ilin iyul ayının 7-dən 1992-ci ilin sentyabr ayının 9-dək xidmət keçmiş və Azərbaycan Respublikasının müharibə veteranıdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. 15 avqust 1992-ci il tarixdə əməliyyatlarda sol əlində və dizində qəlpə yarası almışdır (Əsas: "Müharibə veteram” vəsiqəsi MA/ № 068194 və hərbi bilet H3 №-5693552). Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 32 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı X6 Rayon Filialında onun Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatlar var: 23 aprel 1984-cü ildə 78 nömrəli əmrlə Rəhimli Südçülük-Tərəvəzçilik Sovxozuna şagird istehsalat manqası tərkibində olmaqla fəaliyyətə başlamışdır. 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilmişdir. 30 oktyabr 1985-ci ildə 195 nömrəli əmrlə sovxozda tərəvəz məhsullarının yığılmasında və göndərilməsində işçi qüvvəsinə ehtiyacın olmasını nəzərə alaraq Uzunboyad məktəbinin yuxarı sinif şagirdlərinin qüvvəsindən də istifadə olunması zəruridir. Ona görə də adları aşağıda qeyd olunmuş yuxarı sinif şagirdlərinə dərsdən sonra əlavə və istirahət günlərində işləmək üçün icazə verilməlidir. Dərsdən sonra və istirahət günlərində 4 saat işləmək üçün icazə verilməlidir. İddiaçı 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilmişdir. 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilmişdir. 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmış, lakin vətəndaş İddiaçı işdən azad olma əmrinə təsadüf olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-3130/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 saylı xx.xx.2024cü il tarixli arayış ilə İddiaçı iş stajı və əmək haqqı barədə arxiv çıxarışı təqdim edilmişdir. Şabran (keçmiş Dəvəçi) rayonu Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmək haqqı kitablarından 4 saylı tərəvəzçilik briqadasında və meyvə tərəvəz çeşidləmə məntəqəsində fəhlə işləmiş İddiaçı əmək haqqına dair arxiv çıxarışından görünür ki, 1985ci il üzrə may ayında 85,19 manat, iyun ayında 106,24 manat, iyul ayında 149,75 manat, avqust ayında 181,51 manat, sentyabr ayında 42,09 manat, 1986-cı il üzrə may ayında 31,88 manat, iyun ayında 121,32 manat, iyul ayında 207,42 manat, avqust ayında 308,64 manat, sentyabr ayında 303,54 manat, oktyabr ayında 205,26 manat, noyabr ayında 69,93 manat, dekabr ayında 76,13 manat, 1987-ci il üzrə yanvar ayında 64,66 manat, fevral ayında 29,89 manat, mart ayında 36,22 manat, aprel ayında 65,28 manat, may ayında 48,75 manat, iyun ayında 55,20 manat, iyul ayında 191,40 manat, avqust ayında 201,60 manat əmək haqqı almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli xidməti məktubun təsdiq edilmiş surətindən görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 04 ay 15 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X7 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “X1 haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “X1 haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “X1 haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); Hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki (xx.xx.2017-ci ildən qüvvədə olan) redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə iş stajının xx.xx.2006-cı ilədək ən azı 10 il təşkil etməsi ( 12 il 04 ay 15 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) işin mübahisəsiz halıdır. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı tələb olunan 20 il müddətindən az, 19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar- avqust ayları üzrə iddiaçıya əməkhaqqı ödənildiyi qeyd edilən dövrlər nəzərə alınmış, digər dövrlər isə nəzərə alınmamışdır. edilmişdir. Bu səbəbdən də İddiaçı 20 ildən az təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda 1984- 1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatların X6 Rayon Filialında olması, onun 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilməsi, 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilməsi, 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilməsi, 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmasına baxmayaraq onun işdən çıxması ilə bağlı əmrin və ya hər hansı bir qeydin olmaması iddiaçının ən azı xx.xx.1985xx.xx.1987-ci illər arasında Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda fasiləsiz və sabit şəkildə işləməsini təsdiq edir və həmin dövr bütövlükdə onun iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı ən azı 20 il təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirakı dövrünü ikiqat deyl, üçqat ölçüdə hesablanmalıdır. Belə ki, “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən: Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə; ... Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının ən azı 20 il olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə artıq yük qoymuşdur. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.2022-ci ildə anadan olub və inzibati orqana müvafiq tələblə ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3904/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3904/2024
05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver