Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3906/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı cavabdehin 17.09.2020-ci il tarixli, 623/20 saylı məktuba cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 17.09.2020-ci il tarixli, 623/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə münasibət (etiraz) təqdim edilərək iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvalayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 17.09.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən X1 ünvanlanmış Ə-181/8-068/8t/1 nömrəli, 24.09.2020-ci il tarixli məktubdan görünür ki, X2 yaşadığı ünvan 2 ünvanında yataqxana binasının sökülərək yerində inşa olunacaq çoxmərtəbəli binada ailələr üçün nəzərdə tutulmuş sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzillə razılaşmadığı üçün əlavə otağın artırılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən cavab verilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Ə- 191/10-152/2 nömrəli, 13.04.2021-ci il tarixli məktubdan görünür ki, Cəmiyyətin X3nın mənzil məsələsi barəsindəki məktubuna Bakı şəhəri Xətai rayon İcra Hakimiyyət tərəfindən cavab verilmiş, eyni zamanda Cəmiyyətə bildirilmişdir ki, müraciətdə qeyd edilənlərlə bağlı X3 dəfələrlə Rayon İcra Hakimiyyətində qəbulda olmuş, müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmiş və müraciətində qeyd edilən eyni məzmunlu müraciətinə Rayon İcra Hakimiyyəti tərəfindən Ə-191/8-068/8-t/1 saylı, 24.09.2020-ci il tarixdə rəsmi olaraq ətraflı cavab məktubu ünvanına göndərilmişdir. Göründüyü kimi, iddiaçının müraciəti aidiyyəti üzrə cavabdeh tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı cavabdehin 17.09.2020-ci il tarixli, 623/20 saylı məktuba cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 17.09.2020-ci il tarixli, 623/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-3906/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3906/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3906/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver