Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3906/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının qanuni nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı (qanuni nümayəndəsi X3 vasitəsi ilə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının qanuni nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57.54 manat pulun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1999-cu ildə anadan olmuş və uşaqlıqdan gözləri zəif gördüyünə görə 18 yaşı tamam olanadək sosial müavinət almış, onaTİbbi Sosial Ekspert Komissiyasının 31 iyul 2018-ci il tarixli qərarına əsasən 21 iyul 2018-ci il tarixdən başlayaraq, 5 il müddətinə gözdən əlillik diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarı ilə 21 iyun 2018-ci il tarixdən 5 (beş) il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin iddiaçının 18 yaşının tamam olduğu tarixdən, yəni 29 noyabr 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, qərar qanuni qüvvəyə minmişdir. Qərar qanuni qüvvəyə minməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ailə başçısını itirməyə görə əmək pensiyası ödənilməmişdir. Göstərilən müddətlər üçün əmək pensiyasının ödənilməsi barədə qanuni nümayəndəsi cavabdehə müraciət etsə də, cavabdeh 07 oktyabr 2021-ci il tarixli imtinasını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubuna əsasən İddiaçı ailə başçını itirməyə görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən xx.xx.2019-ci il tarixədək ödənilmişdir. Lakin əslində pensiya ödənilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və mümkün hesab edilməməlidir. İddiaçı xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının qanuni nümayəndəsinin müraciəti xx.xx.2021ci il tarixli **********1 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277.54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. Bu səbəbdən iş üzrə iddiaçının iddia tələbi mübahisə predmetini təşkil etmədiyindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçının qanuni nümayəndəsinə ünvanlanmış **********1 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatmamış və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq övladı İddiaçı mərhum əri X7 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar övladının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli №xxxxxxx0007 saylı müayinə aktından çıxarışa əsasən övladı İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən (gözdən əlil) İİ dərəcə əlillik müəyyən edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubuna əsasən övladı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası üzrə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277.54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. - Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış **********8 saylı xx.xx.2021ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qeyd olunan Qanunun tələblərinə uyğun olaraq ona və övladları X1, İddiaçı, X5, X6 mərhum əri X7 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mərhum ərinin AT-İ № ******* saylı əmək kitabçası, HƏ №4872258 saylı hərbi biletin surəti və onlara əlavə edilmiş sənədlərə əsasən xx.xx.2006-cı il tarixinə kimi 21 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 738,80 manat pensiya kapitalı nəzərə alınmaqla ona və övladlarına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 saylı və xx.xx.2022-ci il tarixli **********1 saylı pensiya məbləği barədə arayışları ilə iddiaçıya bildirilmişdir ki, İddiaçı əmək pensiyası üzrə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277.54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2376/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiası təmin edilərək cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya beş il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin onun 18 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçının qanuni nümayəndəsinə bildirilmişdir ki, övladı İddiaçı xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ötən dövr üçün əmək pensiyası ödənilmişdir. - Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı mərhum atası X7 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın baza hissəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər 220 manat, sığorta hissəsi 57.54 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdən isə baza hissəsi 275 manat sığorta hissəsi 57.54 manat təşkil etmişdir. - DSMF-nun Sabunçu rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 277,54 manat məbləğində pensiya təyin edilmişdir. İndeksləşdirilmə ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli №xxxxxxx0007 saylı müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən (gözdən əlil) İİ dərəcə əlillik müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçının oglu İddiaçı xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı qanuni nümayəndəsi X3 cavabdehə müraciət edərək 2017-ci il dekabr ayı üzrə, 2018-ci il yanvar-may ayları üzrə ailə başçısını itirməyə görə pensiya ödənişinin həyata keçirilməsini xahiş etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı mərhum atası X7 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın baza hissəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər 220 manat, sığorta hissəsi 57.54 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə baza hissəsi 275 manat, sığorta hissəsi 57.54 manat təşkil etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi hesablamaya görə İddiaçı ailə başçısını itirməyə görə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277.54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. Halbuki, həmin tarixdən əvvəlki dövrlərdə 332.54 manat məbləğində pensiya ödənilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən iddiaçının ogluna həmin məbləğdə pensiya ödənilməsi həm iddiaçıya məxsus kart hesabından çıxarışdan, həm də pensiya işində olan uçot vərəqəsindən müəyyən olunur. 2017-ci il dekabr, 2018-ci il yanvar-may ayları üzrə pensiya ödənişinin 57.54 manat azaldılması məhz İddiaçı 18 yaşının tamam oldugundan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun dayandırıldıgı və 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi əlilliyin təyin edildiyi dövrlərdir. Lakin cavabdeh onu nəzərə almamışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2376/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya beş il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin onun 18 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57.54 manat pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57.54 manat pulun ödənilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva