Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3906/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X22 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi və s.” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X22 üçüncü şəxs qismində göstərilməklə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair X9 adına DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və İddiaçı adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən evə dair X9 adına DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və X5 (və ya onun oğlu İddiaçı) adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1955-ci ildə Bakı şəhəri ünvan 3 ünvanına aid xx.xx.1975-ci il tarixli 14707 saylı orderdə atası X20, onun arvadı X28 və İddiaçı adları qeyd olunmuşdur. Bu da onun, yəni İddiaçı X5 varisi olduğunu göstərir. Dövlət Arxivinin Bakı Fililalı tərəfindən verilən arxiv arayışında atası X20 və onunla birlikdə 3 ailə üzvünün olduğu qeyd olunmuşdur ki, bunlardan biri odur. Bu da onun İddiaçı X5 varisi olduğunu göstərir. Dövlət Arxivi tərəfindən verilən arxiv arayışında atası X5 atası İddiaçıəli Zal oğlu olması göstərilmişdir. Yəni onların ailləliklə Rüstəmov olduğu bununla təsdiq olunmuşdur. Qarşı tərəf (iş üzrə üçüncü şəxs) isə Vəliyevdir. Təqdim etdiyi doğum haqqında şəhadətnamədə ata qrafasında X35 oglu qeyd olunmuşdur. Bu da onun da İddiaçı X5 varisi olduğunu göstərir. Təqdim etdiyi X5 İddiaçı atalığının müəyyən edilməsi haqqında şəhadətnamədə onun atası X20 olması öz əksini tapmışdır. Bu sənədə əsasən İddiaçı X5 tək oğlu və tək varisidir. Ölüm haqqında şəhadətnamədə atası X5 xx.xx.1986-cı ildə öldüyü qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə X15 xx.xx.2006-cı ildə dünyasını dəyişdiyi qeyd olunmuşdur. Sənədlərdən görüdüyü kimi X5 tək varisi odur. X5 adında olan xx.xx.1975-ci il tarixli, 14707 saylı ünvan 4 ünvanına aid olan orderə əsasən bu evin adına çıxarış almaq üçün əvvəlcə X5 adına daha sonra onun oğlu İddiaçı adına alınmalıdır. Bakı şəhəri Qaradağ rayon 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X3 Rayonu Qızıldaş qəsəbəsi ev 24, mənzil 2 ünvanına aid olan mənzili X6 adına çıxarış almaq üçün yəni bu işi qanuni yolla həll etmək üçün ondan xx.xx.2021-ci il tarixli, 7586 saylı etibarnamə almışdır. Lakin o, onun qeyri qanuni addımlar atdığını anlayaraq ona verdiyi etibarnamənin xitam verilməsi üçün müraciət etmişdir. Hüseynbala Əliyev bu məsələdə maraqlı şəxs qismində çıxış edərək ünvan 4 ünvanına aid olan mənzili X6 adına çıxarış almaq üçün qeyri qanuni yollarla sənədlər təqdim etmiş və bu ev üçün çıxarış almışdır. Hesab edir ki, bu prosesdə qanun pozuntusu olmuşdur. Çünki ilk öncə çıxarış X5 adına verilməsli, daha sonra isə onun varisinin yəni İddiaçı adına Daşınmaz əmlakın Dövlət Reyestrindən alınmış çıxarış əldə edilməli idi. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən müvafiq sənədlərin əldə edilməsində ona çətinliklər yaradılmasaydı o, vərəsəlik və ünvan 4 ünvanına aid olan mənzilin Çıxarış əldə edilməsinə nail olardı. Bu məsələ ilə əlaqadar Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən müvafiq sənədlərin əldə edilməsi üçün xüsusi ilə X5 ölümünə qədər yaşadığı evdə kimlərin olduğunu və ölümündən sonra kimlərin nəzərdə tutulan evdə yaşadıqları ilə bağlı arayış istəmişdir, nəticədə ona iki arayış verilmişdir ki, bunlar da bir-birinə ziddiyət təşkil edir. 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda Nümayəndə 1980-ci ildən nəzərdə tutulan evdə yaşadığı göstərilsə də, digər 258 saylı. xx.xx.2022-ci il tarixli arayışda 1986-cı ildə nəzərdə tutulan evdə qeydiyyatda olduğu göstərilmişdir ki, bu da həqiqəti göstərmir. Həmçinin 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvlərinin nəzərdə tutulan evdə yaşadıqları göstərilsə də, 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvləri ilə yanaşı Vəliyevlər ailəsinin üzvləri qeyd olunmuşdur. Həmçinin 250-saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarda X10 adı yoxdur. X24 nəzərdə tutulan evdə evin alnıdığı gündən X20 ölənə qədər yaşamışdır. O, həm qeydiyyatda olmuşdur, həm də, xx.xx.1975ci il tarixli 14707 saylı ünvan 4 ünvanına aid olan orderində adı olmuşdur. Yəni orderdə 3 ailə üzvü göstərilmiş, dördüncü olmamışdır. Bu da onun İddiaçı X5 tək varisi olduğunu göstərir. X31 doğum şəhadətnaməsinə diqqətlə baxılarsa burada görünür ki, X20 ona həm soyadını, həm də atalığını verməmişdir. Eyni zamanda onun anasının qızlıq soyadı Sərkərovadır. X2r. Cavabdeh inzibati orqana 31 saylı Vəkil Bürosundan 31VB-2Q3/22 saylı, xx.xx.2022-ci il tarixli sorğu əsasında qeyd olunan ünvana aid məlumat və sənədlərin surətinin verilməsi barədə xahiş olunmuşdur. Məlumatda ünvan 5 ünvanı xx.xx.1975-ci il tarixli orderin surəti, ünvan 6 BA-02086-2022 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışı və razılıq ərizələri əsasında xx.xx.2022-ci il tarixindən X11 adına qeydiyiyata alınması və mülkiyyətində olması göstərilmişdir. Həmçinin ona təqdim edilən bu sənəddə qeyd olunmuşdur ki, sənədlərin surətini məhkəmə sorğususu əsasında təqdim edilə bilər. Burada diqqəti çəkən BA-02086-2022 saylı. xx.xx.2022-ci il tarixli arxiv arayışıdır. Qaradağ rayonu. Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən alınmış 250 saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarla bağlı müqayisə aparılarsa burada çox böyük ziddiyətlərin olduğu görünər. Məsələn Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 250 saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarda X10 adı yazılmayıbdır. Bu anlamda BA-02086-2022 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışı həqiqəti əks etdirilməsi şübhə yaradır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X32 iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs X22 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin və üçüncü şəxsin izahatlarını dinləyərək iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemindən məlumatdan müəyyən olunur ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. DƏDKR 1 saylı ünvan 8 ünvanlanmış **********18 №-li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 9 ünvanı xx.xx.1975-ci il tarixli orderin surətinə, Bakı şəhəri 8 saylı notariat ofisinin məktubuna, BA-02086-2022 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2022-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********29 №-li, xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 147077 nömrəli, xx.xx.1975-ci il tarixli orderi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili X12 verilmişdir. Sonradan Qaradağ rayon XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 38 saylı qərarda Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 38 saylı evin 9 saylı mənzilinin X12 verildiyi, digər mənzildə isə (Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili) X9 və ailə üzvlərinin saxlanılması qeyd olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili üzərində X9 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********80 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - Qaradağ rayon İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 2 №li qərarına əsasən X5 adına verilmiş xx.xx.1975-ci il tarixli 147077 №li orderin surətindən görünür ki, qeyd olunan order X12 ailə üzvləri (arvadı X29 və oğlu İddiaçı) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilinə köçmək üçün verilmişdir. - Qaradağ rayon X45 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarının surətindən müəyyən olunur ki, ailə üzvləri 6 nəfərdən ibarət olan İddiaçı, ailə üzvləri 5 nəfərdən ibarət olan qardaşı (X25) ilə birgə Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilində yaşadığı və İddiaçı çoxsaylı ailə kimi 14 avqust 1979-cu ildən ev növbəsində olduğu nəzərə alınaraq, ona (İddiaçı) 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə mənzil növbəliyi qaydasında ünvan 10 ünvanında 50,4 kv metrdən ibarət 9 №li mənzilin təqdim olunması, bununla əlaqədar onların (İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 №li mənzilindən qeydiyyatdan çıxarılmaları və həmin mənzildə onun qardaşı X11 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə qalmaları qərara alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən ümumi sahəsi 42,4 kv. metr olan ev 24, mənzil 2 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 4089 nömrəli reyestr kitabının 381729 nömrəli vərəqində X11 adına qeydiyyata alınmışdır. Qaradağ rayon İcraiyyə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1990-cı il tarixli 026788 №li orderin surətindən görünür ki, qeyd olunan order İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 38 saylı evin 9 №li mənzilinə köçmək üçün verilmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 44 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q- 69/69 №-li arayışın surətindən müəyyən olunur ki, X29 xx.xx.2006-cı ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2006-cı il tarixli 03 №-li akt qeydi tərtib olunmuşdur. - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ №-li, 435262 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Xanım Qarakişi qızından doğulmuş İddiaçı atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 18-ci günündə 99 № ilə qeyd edilmişdir. - 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, X20 ilə X16 nikahı haqqında xx.xx.1976-cı il tarixdə 87 №-li akt qeydi tərtib olunmuşdur. Nikah Qaradağ rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikaha R.H.İgidəlinin xx.xx.1986-cı ildə ölməsi ilə bağı xitam verilmiş və ölüm xx.xx.1986-cı ildə 06 №-li akt qeydi ilə Bakı şəhər Qaradağ rayon Qızıldaş qəsəbə nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Qaradağ rayon İHB-nin Qızıldaş qəsəbə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 193506 №-li xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1986-cı ilin 04 ayının 03-cü günündə 06 № ilə qeyd edilmişdir. - 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmi 258 saylı arayışın surətindən müəyyən olunur ki, X20 ölən günə kimi ünvan 11 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Eyni zamanda arayışda həmin ünvanda ölən gündən bugünədək və halhazırda X33, X22, X34, X30, X26, X27, X21, X13 qeydiyyatda olduğu və yaşadığı qeyd olunmuşdur. Beləliklə işin araşdırılan hallarından göründüyü kimi, mübahisəli mənzilə dair adına xx.xx.1975-ci il tarixli order verilmiş şəxs X20 xx.xx.1986-cı ildə ölmüşdür. İddiaçı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 24 ünvanında yerləşən 2 №li mənzillə bağlı bütün hüquqlarına isə Qaradağ rayon X45 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı ilə xitam verilməklə yanaşı, o, ailəsi birlikdə digər bir bir mənzillə təmin olunması ilə əlaqədar qeyd olunan tarixdən mübahisəli mənzildən çıxmış və həmin vaxtdan mübahisəli mənzil 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə X17 məxsus olmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı DƏDKR 1 saylı ünvan 13 ünvanında yerləşən 2 №li mənzillə bağlı Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydlərin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X22 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi və s.” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3906/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3906/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver