Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3908/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı pensiyasnın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əmək haqqının məcmusuna (tərkibinə) daxil edilməsini və bu qaydada müəyyən edilmiş əmək haqqının məbləği meyar (əsas) götürülərək, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə müəyyən edilmiş qayda əsasında hesablanmaqla məzuniyyət haqqının, iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının göstərişlərinə əmək etməklə xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1987-1990-cı illərdə hakim, 1999-2000-ci il ərzində isə məhkəmə sədrinin müavini vəzifəsində işləmişdir. 2008-ci il tarixdən pensiyaçıdır. Hazırda 2812 AZN məbləğində pensiya alır. xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə qədər olan dövr üçün pensiyası hesablanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154 və 157-ci maddələrinin tələblərinə riayət edilmədən, yəni həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsilə nəzərdə tutulmuş hakimlik səlahiyyətinin yerinə yetirilməsi xərcləri üçün vəzifə maaşının 15 %-i həcmində ödənilməli əlavə məbləğ əmək haqqının məcmusuna daxil edilmədən hesabat aparılması səbəbindən bu Məcəllənin 107-ci maddəsi üzrə hər il məzuniyyət haqqı olaraq 2 aylıq əmək haqqı miqdarında 109-cu maddəsinə uyğun olaraq müalicə olunmaq üçün 2 aylıq pul təminatının miqdarının da - il ərzində cəmi 4 aylıq əmək haqqı həcmində ona ödənilməli olan müavinatın məbləği azaldıldığından əmələ gəlmiş fərqin 5.135 AZN məbləğində pulun (iddia ərizəsinə əlavə edilmiş 1 saylı hesablama cədvəli əsasında) ona ödənilməsi, habelə xx xxxxxxxx 2019-cu il tarixdə pensiyasının yenidən hesablanarkən təkrarən qanunvericiliyin tələbləri pozulmaqla xx xxxx 2019-cu il tarixli Qanun əsasında «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq edilmiş əlavələr, o cümlədən vəzifə maaşına ödənilən 1 aylıq vəzifə maaşı həcmində əlavə və səlahiyyətlərin verinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında hakimlərə ödənilən aylıq pul təminatı, əmək haqqının məcmununa daxil edilmədiyindən 107-ci və 109-cu maddəyə uyğun olaraq məzuniyyət və müalicə edilmək üçün hər il 4 aylıq əmək haqqı miqdarında müavinatın məbləğinin düzgün müəyyən edilməməsi, həmçinin 107-ci maddəyə edilmiş dəyişiklik əsasında hər il məzuniyyətə çıxarkən hakimlərə qırx təqvim günü üçün «məzuniyyət haqqının ödənilməməsi səbəbindən pensiyanın miqdarının azaldılması üzrə əmələ gələn fərqin ona ödənilməsi, həmçinin qanunun tələbinə əsasən pensiyanın yenidən hesablayaraq hər ay üçün sabit məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat Qanuna uyğun olaraq 15 iş gün ərzində ona cavab verməli olduğu halda bu günə qədər dəfələrlə müraciət etsə də cavabını müxtəlif bəhanələrlə ləngitməyə üstünlük verməkdədir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı işə götürən tərəfindən ödənilən gündəlik və ya aylıq məbləğ, habelə əlavələrin, mükafatların və digər ödənişlərin məcmuudur. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinin göstərişinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157-ci maddənin 5-ci hissəsində qeyd edilir ki, əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına əmək haqqında müəyyən edilən əlavə ödəncdir. “Əmək pensiyası haqqında” Qanunun 20.7-ci maddəsində sabiq hakimlərin pensiyası hesablanarkən əmək haqqındakı sonrakı artımların mütləq nəzərə alınması təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenimu tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edilmiş Qərarda «Əmək pensiyası haqqında» Qanunun 20-ci maddəsində, o cümlədən tərəfindən iddianın hüquqi əsasına qoymuş olduğu 20.7-ci maddəsində təsbit edilmiş «Əmək haqqının sonrakı artımı» müddəasına verilmiş təfsir (izah) belə artımı müəyyən şərtlərlə əlaqələndirdiyindən və nəticədə xx xxxxxx 2005-ci il tarixədək təyin edilmiş hakimlərin, konkret olaraq onun Konstitusiyada təsbit edilmiş sosial müdafiə təminatının pisləşməsinə yönəldiyindən Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasən tətbiqi yolverilməzdir və bu nöqteyi nəzərdən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq iddiasının hüquqi əsasını dəyişərək, Konstitusiya Məhkəməsinin Plenimunun xx xxxx 2008-ci il tarixli Qərarının göstərişinə və tələbinə əsasən xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsini qoymağı zəruri sayır. İlk dəfə xx xxxxxxx 2008-ci il tarixdə ona pensiya təyin edilərkən də düzgün olaraq həmin maddənin müddəaları tətbiq edilmişdir. Konstitusiya Məhkəməsi xx xxxx 2008-ci il tarixli Qərarını onunla əsaslandırır ki, xx xxxxxx 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş «Əmək pensiyası haqqında» Qanundan fərqli olaraq, xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsində təsbit edilmiş müddəalar heç bir qeyd, şərt, tələb qoyulmadan əmək haqqının sonrakı artımındakı dəyişiklərin xx xxxxxx 2005-ci il tarixədək təyin edilmiş pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə əlavə edilməsini birmənalı olaraq mütləqləşdirir.Həmin müddəadan məlum olur ki, «Pensiya yaşı çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir». Qeyd edilən müddəanın məzmunundan aydın olur ki, qanunverici əmək haqqının sonrakı artımındakı dəyişikliklərin sabiq hakimlər tərəfindən hakim vəzifəsində işlədikləri dövrdə vəzifə maaşı, ona əlavələr, digər ödənclər və təminatlar qismində ahb-almamasmm, habelə onlar üçün sığorta haqqı ödəyibödəməməsinin fərqinə varmır, bu asılılığı pensiya təminatında mütləq şərt olaraq nəzərə almır. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixindən hakim kimi pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, tələb etdiyi əlavələr əmək haqqı anlayışının tərkibinə daxil olduğundan onun da pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Halbuki, iddiaçı həmin məbləğləri almamış, onlardan sığorta haqqı ödəməmişdir. “Əmək pensiyaları haqqında’' Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə görə sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında" Qanunun 4-cü maddəsinə görə sosial sığorta hadisəsi elə hir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni əmək haqqı vəzifəyə deyil, şəxsə bağlı anlayışdır. Eyni vəzifə tutan iki şəxsin əmək haqqısı fərqli ola bilər. İddiaçının almış olduğu əmək haqqının komponentlərinin tərkibində hər hansı artım baş verdikdə bu “əmək haqqındakı sonrakı artım” kimi qiymətləndirilərək iddiaçının pensiyasında da artıma səbəb olur. Hazırda isə iddiaçı öz əmək haqqının komponentlərinin tərkibinə daxil olmayan, heç vaxt almadığı, sığorta haqqı ödəmədiyi məbləğlərin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsini və onun pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb edir. Bunun isə heç bir hüquqi əsası yoxdur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci madddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bununla əlaqədar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin qanunvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi və vəkili X7 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. - Qanuni qüvvəsini almış məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4883/2014 №-li, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X6 Səbail rayon Şöbəsinə qarşı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə əsasən xx.xx.2010-cu il tarixdən müvafiq olaraq yerli məhkəmə hakimlərinin vəzifə maaşının 15 %-i miqdarında edilmiş artımlar nəzərə alınmaqla əmək pensiyasının xx xxxxxx 2010-cu il tarixdən dəyişdirilərək yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4902/2016 №-li, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X6 Səbail rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması barədə iddiası təmin edilərək İddiaçı pensiya hesablanmasında hakimlər məzuniyyətə çıxdıqdan sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi cavabdehə həvalə edilmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət X6 Səbail şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə İddiaçı Hüseyn oğluna xx.xx.2008-xx.xx.2009-cu il tarixədək 1178 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət X6 Səbail şöbəsinin pensiya dəyişdirilməsi haqqında xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı Hüseyn oğluna xx.xx.2013xx.xx.2014-cü il tarixədək 1586,41 manat, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən xx.xx.2010-xx.xx.2013-cü il tarixədək 1743,48 manat pensiya, 07.2018-ci il tarixli sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən ömürlük 2472,5 manat, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən xx.xx.2019-cu il tarixdən ömürlük 2687,30 manat pensiya təyin edilmişdir. - İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X5 İdarəsinə ünvanlandığı və cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş ərizəsindən görünür ki, iddiaçı cavabdehdən xx xxxxxxx 2010-cu-xx xxxxxxxx 2019-cu il dövr üçün pensiyasının yenidən hesablayaraq (əlavə edilmiş cədvəl üzrə) orada qalan fərqin, yəni 5136,77 AZN məbləğin ona verilməsi, habelə xx xxxxxxxx 2019-cu il tarixdən cədvəldə göstərilən qaydada əmək haqqına edilmiş artırmaları (bir vəzifə maaşını, səlahiyyətlərin icrası üçün vəzifə maaşının 25 %-ni) əmək haqqına daxil etməklə pensiyasının yenidən hesablanıb mütləq məbləğini müəyyən etməyi xahiş etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 10/136 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, 1995-2000-ci illərdə Nizami rayon məhkəməsində hakim vəzifəsində işləyən İddiaçı pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 12040255 (on iki milyon qırx min iki yüz əlli beş) AZN qeyd edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X5 İdarəsinin № **********3 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı vaxtilə hakim kimi işlədiyi vəzifə üzrə x xxxxxxxx 2019-cu il tarixində vəzifə maaşı 1559,25 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 701,66 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 389,81 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,81 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,81 manat pul təminatı və mükafatlara görə əlavəsi 110,11 manat olmaqla orta aylıq əmək haqqı məbləğini 3514,45 manat təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli, 1647-VQD №-li “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 106-ci maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. - 107-ci maddəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxx 1951-ci ildə Cəlillabad şəhərində anadan olmuş İddiaçı 1987-ci ildə Əli-Bayramlı şəhər məhkəməsində hakim, 1990-2000-ci illərdə isə Bakı şəhəri Nizami rayon məhkəməsində sədrin müavini vəzifələrində işləmiş, xx xxxxxxxx 2000-ci ildə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətinə xitam verilmiş, xx.xx.2008-ci il tarixdə cavabdeh tərəfindən 13 illik hakimlik stajı nəzərə alınmaqla 2-ci qrup əlilliklə ona xx.xx.2008-ci il tarixdən pensiya təyin edilmişdir. Məhkəmə qərarlarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Qeyd olunan dəyişikliyə əsasən aylıq vəzifə maaşlarında olan dəyişiklik nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2019-cu ildən yenidən hesablanmışdır (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl). Hazırda İddiaçı xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5136,77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, xx xxxxxxxx 2019-cu il tarixdən «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq pensiyasının yenidən hesablanmasını cavabdehdən tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının bu tələbindən sonuncunun həmin məbləğləri almamasını və onlardan sığorta haqqı ödəməməsini əsas gətirərək imtina etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 2000-ci il tarixədək hakim işlədiyindən, bununla da “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106 və 107-ci maddələrinə edilmiş dəyişikliklərlə nəzərdə tutulmuş əlavələri işlədiyi dövrdə almadığı üçün həmin əlavələr iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3908/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3908/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver