Məhkəmə qərarları › İş №2-1(112)-3909/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3909/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3909/2020 05.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İş materiallarından görünür ki, inzibati iş Koronavirus (Covid-19) İnfeksiyasına qarşı mübarizənin təşkili məqsədilə X1 tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin təşkil edilməsi həmçinin Nazirlər Kabinetinin yanında Operativ Qərargahın “xüsusi rejimli iş normalarına” dair 17 mart 2020-ci il tarixli Təlimatda göstərilənlərin icrası səbəbindən, eləcə də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 06 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən həmin iş üzrə xx.xx.2020-ci il tarixə saat 09:45-ə təyin edilmiş məhkəmə iclası keçirilməmişdir. Lakin iddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək inzibati işin baxılmamış saxlanılması barədə akt çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati prosessual qanunvericilikdə iddianın “baxılmamış saxlanılması” institutu nəzərdə tutulmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Lakin, iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsini “cavabdehlə iddiaçı arasında danışıqların aparılması” ilə əsaslandırdığından, həmçinin iş hazırlıq icraatında olduğundan, hazırkı ərizənin baxılmasında MPM-in 259-cu “Ərizənin baxılmamış saxlanılması” maddəsi deyil, MPM-in 170-ci “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” maddəsi tətbiq edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi özündə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını ehtiva etdiyindən, ərizə təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalıdır. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının nümyəndəsinin (vəkilinin) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi təmin edilməli, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar