Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-391/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlliliyə görə aldığı pensiyanın bərpa edilməsi, ödənilməyən aylara görə pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli, **********46 saylı məktubla iddiaçının əlilliyi X10 və X6 etibarsız hesab edildiyindən, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək almış olduğu 38748,97 manat vəsaitin Nazirlik yanında DSMFnin Nizami Rayon Şöbəsinin hesabına geri qaytarılması xahiş edilmişdir. İddiaçının xəstəliyi ilə bağlı X12 Komissiyası tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən (forma 88 nömrə: 4083003AACC7) ikinci dərəcə əlillik verilmişdir. Əlilliyinin səbəbi olaraq ürəyin xroniki işemik xəstəliyi, ÜİX, stabil gərginlik stenokardiyası, sakitlik stenokardiyası, ürək çatmamazlığı, miokardiodistrofiya diaqnozu qoyulmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin yuxarıda göstərilən tarixdə bitməsini və yenidən Tibbi X4 keçməli olduğunu nəzərə alsaq, bu hal qeyri-hüquqi, ədalətsiz və qanunsuz hərəkət və ya hərəkətsizlikdir. Artıq bir neçə aydır ki, iddiaçının əlilliklə bağlı aldığı pensiya dayandırılmışdır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin, 2.2.9-cu bəndinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9) olduqda ikinci dərəcə əlillik təyin edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryol xəstəxanasının 4083003AACC7 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu ıl tarixli NVS-46 saylı məktubu ilə, xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə İddiaçı rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında X2 tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryol xəstəxanasının 4083003AACC7 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4083003AACC7 saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz ürəyin xroniki işemik xəstəliyi, ÜİX, stabil gərginlik stenokardiyası f.s.İİİ, sakitlik stenokardiyası tez-te tutmalarla. Ürək çatmamazlığı, ÜÇ İİ, QDÇ İİ, miokardiodistrofiya (forma 88 № 4083003AACC7). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında DSMF-nun Bakı şəhər Nizami rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubda qeyd edilir: Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Bakı şəhəri Nizami rayon şöbəsi bildirir ki, Sizin əlilliyinizin X10 və X6 etibarsız edildiyi üçün, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək almış olduğunuz 38748,97 manat vəsaitin Nazirlik yanında Dövlət X11 Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edəsiniz. Artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəkdir. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu X3 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 98 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı dəmir yolu xəstəxanası tərəfindən verilmiş göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər müəyyən edilmədiyindən, göndərişin etibarsız hesab edilməsi üçün Əmək və X8 Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Cavabdeh haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Cavabdeh (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə X2 tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) X2 (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti Bakı Dəmir Yolu Xəstəxanasının 4083003AACC7 saylı göndərişi (forma 088) əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin məlumatına əsasən iddiaçının xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə iddiaçıya rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir və bununla əlaqədar iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu X3 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda da iddiaçıya Bakı dəmir yolu xəstəxanası tərəfindən verilmiş göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər müəyyən edilmədiyindən, göndərişin etibarsız hesab edilməsi üçün Əmək və X8 Nazirliyinə müraciət edildiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər müəyyən edilməmişdir, ona görə də həmin göndəriş əsasında həyata keçirilmiş iddiaçının əlillik vəziyyəti barədə qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-391/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-391/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver