Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-391/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (böyük mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququ yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, həmin müraciətinin nəticəsi barədə 15 iyul 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1979-cu ildə M.Əzizbəyov adına X9 ordenli Azərbaycan Neft Kimya insitutunda təhsil almış və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə əmək stajı 25 ildən artıq təşkil edir. Əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının 57 yaşı 01 iyul 2019-cu il tarixdə olmuşdur. İddiaçının ümumilikdə əmək stajı 40 ildən yuxarı təşkil edir. Əmək stajı 20 ildən artıqdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “hidrogeoloq” vəzifəsində işləmişdir. İddiaçının 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1979-cu il tarixdən 15.06.1984-cü il tarixə kimi 5 il M.Əzizbəyov adına X9 ordenli Azərbaycan Neft Kimya İnsitutunda dağ-mühəndisi hidrogeoloq ixtisasına yiyələnmiş, 01 oktyabr 1984-cü il tarixdən bugünədək “hidrogeoloq” peşəsi vəzifəsi üzrə fəaliyyət göstərir. 01 oktyabr 1984-cü il tarixdən Azərbaycan SSR Geologiya idarəsinin Sənaye və Terminal suları axtarışı və kəşfiyyat ekpedisiyasının texniki-hidrogeoloq işə qəbul edimiş və bugünədək işləyir. Göründüyü kimi iddiaçının 57 yaşı 2019-cu il tarixdə olduğundan onun həmin tarixdə ümumi əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “hidrogeoloq” işi təşkil edir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun 04 mart 2020-ci il tarixli arayışından göründüyü kimi işlədiyi hidrogeoloq peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Nali qərarının 2 nömrəli əlavəsinin siyahısı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 2010100b-20591 və 2010100b-20591 kodu ilə qeyd edilmiş geoloqlar-sahə geoloqlar, hidrogeoloqlar-sahə hidrogeoloqlar işlərdə daim məşğul olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını birdəfəyə ödənilməsini xahiş etmişdir. İddiaçıya 17 iyul 2020-ci il tarixli cavab məktubu ilə əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən qanunsuz olaraq imtina verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 07.05.2021-ci il tarixinə 43400 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30945,23 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə" 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. İşdə olan M.Əzizbəyov adına X9 ordenli Azərbaycan Neft Kimya insitutu tərəfindən verilmiş ИB seriyalı 022874 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X9 ordenli Azərbaycan Neft Kimya insitutuna daxil olmuş və 15.06.1984-cü ildə hidrogeologiya və mühəndis geologiya ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.10.1984cü ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına texnik-hidrogeoloq təyin edilmiş, 01.07.1986-cı ildə həmin partiyanın hidrogeoloqu keçirilmiş, 01.05.1987-ci ildə Kür ətrafı hidrogeoloji kəşfiyyat partiyasına hidrogeoloq təyin edilmiş, 01.11.1987-ci ildə ikinci kateqoriyalı geoloq təyin edilmiş, 03.06.1991-ci ildə Dərin qazma üçün ekspedisiyasının Kür ətrafı partiyasının rəisi vəzifəsinə təyin edilmiş, 02.01.1997-ci ildə 1997-ci ilin yanvar ayına olan struktura əsasən Mişovdağ sahəsinə ştat cədvəlinə uyğun maaşla növbə rəisi keçirilmiş, 17.12.2001-ci ildə işdən azad olunmuş, 14.06.2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmiş, 01.05.2007-ci ildə Milli Kəşfiyyat Buruq X6 suların tədqiqi dəstəsinin (Goranboy) rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 14.08.2008ci ildə X7 ləğvi ilə əlaqədar işdən azad olunmuş, 08.09.2008-ci ildə X3 Azərbaycanın Termal suları partiyasına İ kateqoriya hidrogeoloq vəzifəsinə işə qəbul edilmiş, 08.09.2008-ci və 05.01.2009-cu illərdə çöl işlərinə ezam olunmuş, 04.03.2010-cu ildə işdən azad olunmuş, 04.03.2010-cu ildə Xidmətin Kompleks Hidrogeologiya və X1 Azərbaycan termal suları partiyasına 11-ci dərəcə ilə İ kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmiş, 05.03.2010-cu ildə həmin partiyada dəstə rəisi vəzifəsinə (müvəqqəti olaraq) təyin edilmiş, 15.04.2010-cu ildə həmin partiyada 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təsdiq edilmiş, 02.04.2012-ci ildə Ekspedisiyanın Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 12.07.2019-cu ildə müəssisə ləğv edildiyinə görə işdən azad olunmuş, 15.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin dəstə rəisi (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu tərəfindən verilmiş 04.03.2019-cu il tarixli 23/İ-007 saylı arayışdan görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr № 587k 01.10.1984-cü il), 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr № 76k 01.07.1986-cı il), 01 may 1987-ci ildə ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr № 40k 01.05.1987-ci il), 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir (əmr № 263k 03.11.1987-ci il), 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir (əmr № 114k 06.06.1991 -ci il), 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir (əmr № 2k 02.01.1997-ci il), 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 24 17.12.2001-ci il), 14 iyun 2002-ci il tarixində X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir (əmr № 1570k 14.06.2002-ci il), 01 may 2007-ci ildə Buruq X6 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir (əmr № 53k 30.04.2007-ci il), 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 476/ü 14.08.2008-ci il). Qeyd: İddiaçı 01.09.2004-cü il tarixdən (əmr № 7k 30.08.2004-cü il) və 13.07.2006-cı il tarixdən (əmr № 7k 17.07.2006-cı) ödənişsiz məzuniyyətdə olmuşdur. İşdə olan Kompleks Hidrogeologiya və X2 tərəfindən verilmiş 26.02.2019-cu il tarixli, 04 saylı arayışdan görünür ki, İddiaçı 2010-2018-ci illərdə 895 gün çöl işlərində olmuşdur. İşdə olan X4 tərəfindən verilmiş 29.08.2019-cu il tarixli 18 saylı arayışından görünür ki, İddiaçı 2008-2009-cu illərdə 230 gün çöl işlərində olmuşdur. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 19.02.2021-ci il tarixli 18/İ-026 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr № 587k 01.10.1984-cü il); 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr № 76k 01,07.1986-cı il); 01 may 1987-ci ildə ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr № 40k 01.05.1987-ci il); 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir (əmr № 263k 03.11.1987-ci il); 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir (əmr № 114k 06.06.1991-ci il); 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir (əmr № 2k 02.01.1997-ci il); 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 24 17.12.2001-ci il); 14 iyun 2002-ci il tarixində X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir (əmr № 1570k 14.06.2002-ci il); 01 may 2007-ci ildə Buruq X6 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir (əmr № 53k 30.04.2007-ci il); 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15.07.2021-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci, 9.1-ci və 9.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37440,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31606,49 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 18/İ-096 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik- hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr NQ587k 01.10.1984-cü il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr Nq76k 01.07.1986-cı il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 may 1987-ci ildə Ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr Ns40k 01.05.1987-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir, (əmr N°263k 03.11.1987-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 03 iyun 1991 -ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir, (əmr N°114k 06.06.1991 ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 1 2Nqİİ qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir. (əmrN°2k 02.01.1997-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°24 17.12.2001-ci il) 14 iyun 2002-ci il tarixində X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir. (əmrN°1570k 14.06.2002-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- 3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 may 2007-ci ildə Buruq X6 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir. (əmrN°53k 30.04.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12NQİİ qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 26.08.2021-ci il tarixli 18/337 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr N°587k 01.10.1984-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320Neli qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr N°76k 01.07.1986-cı il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 may 1987-ci ildə Ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr Ne40k 01.05.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir, (əmr N°263k 03.11.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20591 (geoloqlar, sahə geoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir, (əmr N°114k 06.06.1991 -ci il) - “Güzəştli şərtlərlə vasa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320Nsli qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—24097 (sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir. (əmrNQ2k 02.01.1997-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b— 24043 (növbə rəisləri) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°24 17.12.2001-ci il) 14 iyun 2002-ci il tarixində X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir. (əmrN°1570k 14.06.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—24097 (sahə rəisləri, onların müavinləri (köməkçiləri) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 may 2007-ci ildə Buruq X6 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir. (əmrNe53k 30.04.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nfili qərannın "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən təqdim edilmiş X7 30.08.2004-cü il tarixli 710 saylı, 31.01.2005-ci il tarixli 2 saylı, 17.07.2006-cı il tarixli 70 saylı və 02.02.2007-ci il tarixli 01 saylı əmrlərinin surətlərindən görünür ki, İddiaçı 01.09.2004-cü il tarixdən 01.02.2005-ci il tarixədək və 13.07.2006-cı il tarixdən 02.02.2007-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 01 iyul 2019-cu il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37440,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31606,49 manat təşkil etməsi əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması ilə, həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. Hazırki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 01.10.1984-cü ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına texnik-hidrogeoloq təyin edilmiş, 01.07.1986-cı ildə həmin partiyanın hidrogeoloqu keçirilmiş, 01.05.1987-ci ildə Kür ətrafı hidrogeoloji kəşfiyyat partiyasına hidrogeoloq təyin edilmiş, 01.11.1987-ci ildə ikinci kateqoriyalı geoloq təyin edilmiş, 03.06.1991-ci ildə Dərin qazma üçün ekspedisiyasının Kür ətrafı partiyasının rəisi vəzifəsinə təyin edilmiş, 02.01.1997-ci ildə 1997-ci ilin yanvar ayına olan struktura əsasən Mişovdağ sahəsinə ştat cədvəlinə uyğun maaşla növbə rəisi keçirilmiş, 17.12.2001-ci ildə işdən azad olunmuş, 14.06.2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmiş, 01.05.2007-ci ildə Milli Kəşfiyyat Buruq X6 suların tədqiqi dəstəsinin (Goranboy) rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 14.08.2008-ci ildə X7 ləğvi ilə əlaqədar işdən azad olunmuş, 08.09.2008-ci ildə X3 Azərbaycanın Termal suları partiyasına İ kateqoriya hidrogeoloq vəzifəsinə işə qəbul edilmiş, 08.09.2008-ci və 05.01.2009-cu illərdə çöl işlərinə ezam olunmuş, 04.03.2010-cu ildə işdən azad olunmuş, 04.03.2010-cu ildə Xidmətin Kompleks Hidrogeologiya və X1 Azərbaycan termal suları partiyasına 11-ci dərəcə ilə İ kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmiş, 05.03.2010cu ildə həmin partiyada dəstə rəisi vəzifəsinə (müvəqqəti olaraq) təyin edilmiş, 15.04.2010-cu ildə həmin partiyada 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təsdiq edilmiş, 02.04.2012-ci ildə Ekspedisiyanın Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 12.07.2019-cu ildə müəssisə ləğv edildiyinə görə işdən azad olunmuş, 15.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin dəstə rəisi (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir. İddiaçı 01.09.2004-cü il tarixdən 01.02.2005-ci il tarixədək və 13.07.2006-cı il tarixdən 02.02.2007-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının təhsil müddəti nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət istisna olmaqla 25 ildən artıq ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. Belə ki, iddiaçının 01.10.1984-cü il tarixdən 01.01.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olması və həmin müddətlərdə hidrogeoloq, geoloq, sahə rəisi və növbə rəisi vəzifələrində işləməsi ona məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş arayışlar ilə təsdiq olunur. İddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi hidrogeoloq, geoloq, sahə rəisi və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının İ bölməsində (şifrələr: 2010100b—20612, 2010100b—20591, 2010100b—24097, 2010100b—24043) nəzərdə tutulmuş və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 12 il 6 aydan artıq müddəti təşkil edir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 01 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 01 iyul 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququ yarandığı vaxtdan bugünədək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-391/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-391/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver