Məhkəmə qərarları › İş №2-1(112)-391/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-391/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-391/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “cavabdehin imtinası əsassız hesab edilsin və iddiaçının faktiki yaşayış yeri olan, yaşayış sahəsinə istifadə hüququ olan ünvan 1 ünvandakı yaşayış binasının 24 nömrəli mənzilinə pasport qeydiyyatının bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “cavabdehin imtinası əsassız hesab edilsin və iddiaçının faktiki yaşayış yeri olan, yaşayış sahəsinə istifadə hüququ olan ünvan 1 ünvandakı yaşayış binasının 24 nömrəli mənzilinə pasport qeydiyyatının bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2023 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilməsi, Nizami rayon Polis İdarəsinin imtinası əsassız hesab edilməsi və İddiaçı faktiki yaşayış yeri olan, yaşayış sahəsinə istifadə hüququ olan ünvan 1 ünvandakı yaşayış binasının 24 nömrəli mənzilinə pasport qeydiyyatının bərpası vəzifəsi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

3. 24 iyul 2023-cü il tarixdə X10 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2252/2023 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2-1(112)-2252/2023 saylı qərarının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2023 saylı iş üzrə icraatın təzələnməsi və X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilməsi qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 14 sentyabr 2023-cü il tarixli Qərardadı ilə, hazırkı inzibati iş üzrə icraat, iddiaçı X8 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə tələbi üzrə Nizami rayon Məhkəməsinin 2(007)-261/2023 saylı işi üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

6. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 mart 2024-cü il tarixli Qərardadı ilə, hazırki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış sahəsinə istifadə hüququ olan ünvan 1 ünvanındakı yaşayış binasının, 24 №-li mənzilinə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır. Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsindən ona bildirilib ki, pasport qeydiyyatına alındığı ünvan 1 ünvanındakı yaşayış binasının, 24 №-li mənzilinin “mülkiyyətçisi" X3 İdarəsinə şikayət edərək iddiaçının qeydiyyatının razılığı alınmadan aparıldığını bildirib və qeydiyyatının silinməsini tələb edib. İdarə tərəfindən də tələb əsaslı hesab edilib, X8 şikayəti təmin olunub. Halbuki, X8 iddiaçının qeydiyyatının əsassız olduğunu təsdiq edə biləcək heç bir sübutu ola bilməz. Əvvəla ona görə ki, mənzilə qeydiyyata alındığı zaman sözügedən mənzilin ümumiyyətlə mülkiyyətçisi olmayıb. Mənzilin mülkiyyət hüququ üzrə dövlət reyestrində sonradan (mərhum) Arif Bayramovun (keçmiş əri, İ.Rzayevanın atası) adına aparılmış ilkin qeydiyyatı isə tamamilə qanunsuz yolla aparılıb və bundan sonra da Arif Bayramovun mənzili qızının, X8 adına qeydiyyata aldırıb. Hazırda dövlət reyestrində aparılmış həmin qeydiyyatlar tərəfindən məhkəmədə mübahisələndirilir. Pasport qeydiyyatına gəldikdə isə, sözügedən mənzilə iddiaçının istifadə hüququ var və bu hüququ məhkəmə tərəfindən də tanınıb. X2 iddiaçının mənzilə olan istifadə hüququnun itirilməsi barədə məhkəmədən tələbi təmin olunmayıb, onun məhkəmənin rədd qərarından verdiyi apellyasiya şikayəti də təmin olunmayıb və hər iki məhkəmənin yekdil nəticəsi belədir ki, iddiaçının ünvan 1 ünvanındakı yaşayış binasının, 24 №-li mənzilinə tam qanuni istifadə hüququ var. Cavabdeh Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin onun ünvan 1 ünvanındakı yaşayış binasının, 24 №-li mənzilinə olan pasport qeydiyyatını silməsi, başqa ünvana dəyişdirməsi tamamilə qanunsuz hərəkətdir və yaşayış sahəsinə məhkəmə tərəfindən də tanınan istifadə hüququ olan ünvan 1 ünvanındakı yaşayış binasının, 24 №li mənzilinə pasport qeydiyyatının bərpası tələbindən cavabdehin 22 avqust 2022-ci il tarixli, 087-26337B-3222 saylı məktubla imtinası əsassız olmaqla yanaşı, qanunsuz hərəkətsizlikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

9. Üçüncü şəxs iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun mərhum atası X1 həyat yoldaşıdır və onların arasındakı nikaha xx.xx.2019-cu il tarixində xitam verilmiş və xx.xx.2021-ci il tarixli Nikahın pozulması haqqında Şəhadətnamə alınmışdır. Mübahisəli mənzil, yəni Bakı şəhəri, Nizami rayonu, Bəkir Çoban-zadə küçəsi, ev 17, mənzil 24 xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, mərhum atası tərəfindən ona bağışlanmışdır və həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********04-05301-093063 reyestr nömrəsi ilə qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmışdır.Ərizəçinin atası - X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edənədək qanunsuz üsullar sözügedən mənzilə qeydiyyata düşmüş və bu hal tərəfindən aşkar olunduqdan sonra şikayət ərizəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət olunaraq, qeydiyyat prosesi zamanı mülkiyyətçinin razılığı alınmadığına görə, İddiaçı mübahisəli mənzilə dair qeydiyyatının silinməsini tələb etmişdir. Şikayəti əsaslı olduğundan cavabdeh orqan tərəfindən təmin olunmuş və iddiaçı həmin mənzildə qeydiyyatdan çıxarılmışdır. Lakin, bundan sonra iddiaçı gizli yollarla qeydiyyatının bərpası barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Əlavə olaraq tərəfindən İddiaçı qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(007)-261/2023 saylı qətnaməsi ilə, iddia təmin edilmişdir. Qətnaməyə əsasən, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 17, mənzil ünvanında yerləşən mənzildən istifadə hüququna 15840 manat kompensasiya verilməklə xitam verilməsi, X6 15840 manat kompensasiya məbləğinin alınıb İddiaçı verilməsi ilə eyni vaxtda onun, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 17, mənzil ünvanında yerləşən mənzildən çıxarılması, X6 15840 manat kompensasiya məbləğinin alınıb İddiaçı verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Göründüyü kimi, inzibati iş davam edərkən, paralel olaraq da iddiaçının mənzilə dair istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi məsələsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmaqda idi və iddiaçı bundan məlumatlı olsa, məhkəməni yanıltmaq üçün bu barədə Bakı İnzibati Məhkəməsinə məlumat verməmişdir. Hazırda digər məhkəmə qətnaməsi ilə İddiaçı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə iş davam edərkən, o cümlədən mülkiyyətçinin razılığı olmadan hazırki işdə iddiaçının iddia tələbi təmin edilə bilməz.

İİ. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin izahat və çıxışını dinləyərək, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 087-26337B-3222 saylı məktubunda bildirilmişdir ki, aparılmış daxili araşdırma zamanı, eləcə də müraciətdən məlum olur ki, iddiaçının və başqaları barədə məhkəmə mübahisəsi olduğuna görə onun ünvan 3 ünvana qeydiyyata alınmağı hələ ki, mümkün deyildir. Belə ki, məhkəmə mübahisəsi başa çatdıqdan sonra həmin ünvana qeydiyyata alınmağı barədə məhkəmə qərarı icraya yönələrsə tərəflərindən qeydiyyatı dərhal icra olunacaqdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı X8 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə” ilk, cavabdehin iddiaçıya və "xxxx" Mənzil Tikinti Kooperativinə, Bakı Şəhəri 50 saylı Notariat Kontoruna, X7 qarşı “alğı-satqı və bağışlama müqavilələrin etibarsız hesab edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı İradə Rzayevanın və ilk iddia üzrə cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən 2(103)-3361/2022 saylı işə baxaraq xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsini, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı 12 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı "ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 24 №-li mənzilinin cavabdeh X9 ilə birgə nikahda olduqları, birgə təsərrüfat apardıqları dövrdə əldə olunduğunun müəyyən edilməsi və həmin mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması, eləcə də ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 20 №-li mənzilinin satışından əldə olunmuş 85.000 (səksən beş min) manat pulun 1/2 hissəsi, yəni 42.500 (qırx iki min beş yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdirÜçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş: Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X10 xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 16 oktyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən (X9) Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 17, mənzil 24 (yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 47 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın (X10) mülkiyyətinə verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 17, mənzil 24 (yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ ilə X8 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehin mübahisələndirilən mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir, cavabdehin mübahisəli mənzildən istifadə hüququna 15840 manat kompensasiya verilməklə xitam verilməsi, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə eyni vaxtda cavabdehin mübahisəli mənzilindən çıxarılması, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3882/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №-li mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləği 18.000 (on səkkiz min) manat müəyyən edilmiş və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2023-cü il tarixli 2(103)- 3882/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-144/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarı ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3882/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AZ-İ 379232 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən X9 ilə İddiaçı Ciqqar qızı ilə olan nikahı xx.xx.2019-cu ildə pozulmuşdur. AZ-İİ 204614 nömrəli “ölüm haqqında şəhadətnamə”yə əsasən, X9 21 noyabr 2021-ci ildə ölmüşdür. Məhkəmə sorğusu əsasında Bakı şəhər Nizami rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-52/2-1271/24 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 6 ünvanından yaşayış yeri üzrə xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanladığı 2(007)-261/2023 saylı, 23 fevral 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-261/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin mübahisəli mənzildən istifadə hüququna 15840 manat kompensasiya verilməklə xitam verilməsi, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə eyni vaxtda cavabdehin mübahisəli mənzilindən çıxarılması, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb caavbdehə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3882/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №-li mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləği 18000 (on səkkiz min) manat müəyyən edilmiş və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-144/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İV. Məhkəmənin mövqeyi

11. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən:

- 1.Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. -2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisəli ünvan (ünvan 8lə üçüncü şəxsə məxsusdur. Hazırki iddiaçının qeydiyyata alınmasını arzu etdiyi ünvanla bağlı iddiaçı və üçüncü şəxs arasında məhkəmə mübahisələri olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-144/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarı ilə “İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, X6 18000 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə eyni vaxtda cavabdehin mübahisəli mənzilindən çıxarılması, iddiaçıdan 18000 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunması” barədə mübahisə ilə bağlı yekun mövqe bildirilmişdir. Belə ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun məhkəmənin qərarı ilə tanınsa da, hazırki mərhələdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3882/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №-li mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləği 18.000 (on səkkiz min) manat müəyyən edilmişdir. Odur ki, göstərilən məhkəmə qərarı icra olunduğu halda iddiaçının mübahisəli mənzilə istifadə hüququna xitam veriləcəyindən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvandakı yaşayış binasının 24 nömrəli mənzilinə pasport qeydiyyatının bərpası üçün əsaslar aradan qalxacaqdır.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

13. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi)qanunauyğun olmuşdur, belə ki, iddiaçı ünvan 9 ünvanınamülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı cavabdehin imtinası əsassız hesab edilsin və iddiaçının faktiki yaşayış yeri olan, yaşayış sahəsinə istifadə hüququ olan ünvan 1 ünvandakı yaşayış binasının 24 nömrəli mənzilinə pasport qeydiyyatının bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar