Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3911/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildən-xx.xx.1991-ci ilə qədər SSSR tərəfindən Almaniya şəhərində Hərbi hissədə olmuşdur. xx.xx.1992-ci il tarixdən könüllü olaraq İ Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlı rayonunu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-eii il tarixli, 168 nömrəli əmri ilə şəxsi heyətinin sıralarından azad edilmişdir. İddiaçı Əlicuvan oğluna müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/3-11268 saylı məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, döyüş əməliyyatları aparan zaman 1993-cü ilin iyul ayında N nömrəli hərbi hissəyə daxil olmağı və xidməti barədə arxiv sənədlərində məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya müharibə veteranı statusu verilməlidir. Belə ki, 1992-ci ilin avqust ayında N nömrəli hərbi hissəyə daxil olmağı barədə qeyd ona verilmiş H3 seriyalı, ******* nömrəli hərbi biletin 3-cü səhifəsinin 13-cü qrafasında öz əksini tapmışdır. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-4954 nömrəli arayışda göstərilmişdir ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-cü il tarixli, 158 nömrəli əmri ilə şəxsi heyətinin sıralarından azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli, 11/178 nömrəli məktubu və xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1706/2023 nömrəli məktubu ilə göndərdiyi yazılı etirazlarında bildirilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasmda əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasmda göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş'dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci i! tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8851 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlicuvan oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Eyni zamanda iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı" na əsasən N dekabr 1993-cü il tarixdən-12 may 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin, iddiaçının N iyul 1993-cü il tarixdən sonraki xidməti və ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinin Mərkəzi arxivinin 03 avqust 2022-ci il tarixli 4/2-4954 nömrəli arayışında məlumat mövcud deyildir. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 27 sentyabr 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığı qərarına gəlmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Əlicuvan oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ə/d, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 2, ev 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-8356 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-20, sıra-216) xx.xx.1992-ci il tarixdə Şamaxı RHK-dan çağırılmış, 1971-ci il təvəllüdlü İddiaçı Əlicuvan oğlunun hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-!i əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və və hərbi xidmətini davam etdirmək N №-li hərbi hissəyə keçirilərək (komandirinin əmrinin nömrəsi və tarixi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 74 №-li əmrində (əsas: §-1, səh-14) hərbi komissarlıqlardan həqiqi hərbi xidmətə göndərilmiş bir qrup şəxsi heyətin hərbi hissənin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması və “sıravi” hərbi rütbəsi verilməsi barədə məlumat vardır, N №-li hərbi hissənin xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Adlı siyahılar” qovluğunda (əsas: səh-93, sıra-22) xx.xx.1992-ci il tarixdə Şamaxı RHK-dan çağırılmış, 1971-ci il təvəllüdlü İddiaçı Əlicuvan oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 140 №-li əmrilə (əsas: §-1, bənd-6, səh-1, sıra-2, əmrdə atasının adı “Əlcavar”) çavuş İddiaçı Əlcavar oğlu 10 (ön) gün müddətinə Qubadlı şəhərinə, döyüş əməliyyatları rayonuna ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 152 №-li əmrilə (əsas: §-2, bənd-2, səh-45, sıra-2, əmrdə atasının adı “Əlcuvan” yazılmışdır) çavuş İddiaçı Qubadlı döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 №-li əmrində (əsas: §-3, səh-9, sıra-5, əmrdə atasının adı “Əlicavan" yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında-İddiaçı Əlicavan oğlunun adı qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr 1993-cü il yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlicuvan oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Məktubda qeyd olunmuş N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 168 №-ii əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul 1993-cü il tarixli əmrlərində öz əksini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli, 936 nömrəli məktubunda bildirilmişdir ki, Qobustan rayon Qobustan şəhər sakini, 1971-ci il təvəllüdlü baş çavuş Qurbanov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş dekabr 1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi Keçmiş SSRİ Silahlı qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Ordusunda xidmət etmiş və xx.xx.1993-cü il tarixdə ordu sıralarından tərxis olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, HPxx/xx-12986 nömrəli məktubunda bildirilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-43-37/2-175/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Qobustan rayon Qobustan şəhər sakini, 1971-ci il təvəllüdlü baş çavuş Qurbanov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş dekabr 1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi Keçmiş SSRİ Silahlı qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Ordusunda xidmət etmiş və xx.xx.1993-cü il tarixdə Baş Qərərgah rəisinin xx.xx.1993-cü il tarixli Q/1026 nömrəli sərəncamına əsasən ordu sıralarından tərxis olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-43-37/2-225/2023 nömrəli məktubunda bildirilmişdir ki, Qobustan rayon Qobustan şəhər sakini, 1971-ci il təvəllüdlü baş çavuş Qurbanov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş dekabr 1989-cu il tarixdən xx.xx.1991 -ci il tarixə kimi Keçmiş SSRİ Silahlı qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Ordusunda xidmət etmiş və Baş Qərərgah rəisinin xx.xx.1993-cü il tarixli Q/1026 nömrəli sərəncamına əsasən xx.xx.1993-cü il tarixdə ordu sıralarından tərxis olmuşdur. Hərbi vəzifəlilər Ordu Sıralarından tərxis olduğu zaman bölməyə gəldiyi gün onun hərbi qeydiyyata götürülməsi hərbi bilet və təyinat vərəqəsi əsasında yerinə yetirilir. Odur ki, onun barədə sizin məktubda qeyd olunan Baş Qərərgah rəisinin əmrdən çıxarışının sizin ünvana göndərilməsi mümkün deyil. Əlavə olaraq bildirirəm ki, İddiaçı Azərbaycan Ordusundan tərxis olunması, əmrdən çıxarışların və arxiv arayışının alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İşlər İdarəsinə müraciət etməyinizi Sizdən xahiş edirəm. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-3080 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-20, sıra-216) xx.xx.1992-ci il tarixdə Şamaxı RHK-dan çağırılmış, 1971-ci il təvəllüdlü İddiaçı Əlicuvan oğlunun hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi xidmətini davam etdirmək N №-li hərbi hissəyə keçirilərək (komandirinin əmrinin nömrəsi və tarixi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 74 №-li əmrində (əsas: §-1, səh-14) hərbi komissarlıqlardan həqiqi hərbi xidmətə göndərilmiş bir qrup şəxsi heyətin hərbi hissənin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması və “sıravi” hərbi rütbəsi verilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Adlı siyahılar” qovluğunda (əsas: səh-93, sıra-22) xx.xx.1992-ci il tarixdə Şamaxı RHK-dan çağırılmış, 1971-ci il təvəllüdlü İddiaçı Əlicuvan oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 140 №-li əmrilə (əsas: §-1, bənd-6, səh-1, sıra-2, əmrdə atasının adı "Əlcavar”) çavuş İddiaçı Əlcavar oğlu 10 (ön) gün müddətinə Qubadlı şəhərinə, döyüş əməliyyatları rayonuna ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 152 №-li əmrilə (əsas: §-2, bənd-2, səh-45, sıra-2, əmrdə atasının adı “Əlcuvan” yazılmışdır) çavuş İddiaçı Qubadlı döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 №-li əmrində (əsas: §-3, səh-9, sıra-5, əmrdə atasının adı “Əlicavan” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı Əlicavan oğlunun adı qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr 1993-cü il yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlicuvan oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Məktuba əlavə edilmiş İddiaçı Əlicuvan oğlunun hərbi biletinin kserosurətində qeyd olunmuş N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 168 №-li əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul 1993-cü il tarixli əmrlərində öz əksini tapmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-11268 nömrəli məktubda bildirilmişdir ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4954 nömrəli arayışına əsasən xx.xx.1993-cü ildən sonra hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu kimi 1992-1993-cü illərdə Azərbaycan Ordusunda xidmət etmişdir. Belə ki, arxiv sənədlərində iddiaçının N №-li hərbi hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, xx.xx.1992-ci il tarixli 140 №-li əmrilə 10 gün müddətinə Qubadlı şəhərinə, döyüş əməliyyatları rayonuna ezamiyyətə göndərilərək qazan təminatından çıxarıldığı, hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 152 №-li əmrilə Qubadlı döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulduğu, hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 №-li əmri ilə xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Lakin iddiaçının xx.xx.1993-cü ildən sonrakı hərbi xidməti barədə məlumat yoxdur. Belə ki, N nörməli hərbi hissənin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, eləcə də xidmətini davam etdirməsi üçün göndərildiyi N №-li hərbi hissə komandirinin iyuldekabr 1993-cü il yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda iddiaçının hərbi biletində qeyd edilmiş ordu sıralarından tərxis olunması barədə N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 168 №-li əmri, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin qeyd etdiyi xx.xx.1993-cü il tarixdə Baş Qərərgah rəisinin xx.xx.1993-cü il tarixli Q/1026 nömrəli sərəncamı Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul 1993-cü il tarixli əmrlərində öz əksini tapmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı" na əsasən iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə N dekabr 1993-cü il tarixdən-12 may 1994cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının isə həmin hərbi hissədə N iyul 1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat mövcud deyildir. Beləliklə, iddiaçının hərbi xidmətə qəbulu, xidmət keçməsi barədə müvafiq əmrlər olsa da lakin sonuncu dəfə xx.xx.1993-cü il tarixli əmrdən sonra xidmət keçməsi barədə məlumat, xüsusən də xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi xx.xx.1993-xx.xx.1994-cü il tarixədək dövr üzrə həmin hərbi hissədə xidmət keçməsi, eləcə də iddiaçının xidmətini başa çatdırması, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sübutlar hazırkı iş üzrə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3911/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3911/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver