Məhkəmə qərarları › İş №2-1(112)-3912/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3912/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3912/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan X6 Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X7, İddiaçı və X3 cavabdehAzərbaycan X6 Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşıiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla X2 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat, X5 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat, İddiaçı məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşlər. Məhkəmənin 04 mart 2020-ci il tarixli, 2-1(112)-1564/2020 saylı qərardadı ilə iddiaçılar X4, İddiaçı və X1 cavabdeh Azərbaycan X6 Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair işdən “ iddiaçıX2 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə iş 2- 1(112)-1564/2020 nömrə ilə, “ iddiaçı X5 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrə ilə, “İddiaçı məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla İddiaçı məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86.400 manat, torpaq sahəsində olan 244,6 kv.m tikilinin sökülməsi üçün 17611 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan X6 Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar