Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3912/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya yaşına çatdığı üçün işlədiyi dövrdə pensiyaya çıxandan sonra ona aylara bölünərək ödənilməli olan 22.913,60 manat pulun qanuna müvafiq şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək İİİ qrup əlil olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə təqaüdçüsüdür. 3-cü qrup Müharibə Əlili kimi 574 manat pensiya alır. Səhhəti ilə bağlı ona 3-cü qrup müharibə əlilliyi verildikdən sonra Bakı şəhəri Qaradağ rayonunda yerləşən X4 Bakı Dərin Özüllər Zavodunda 2021-ci il tarixə qədər, yəni 65 yaşına qədər, pensiya yaşına qədər işləmişdir. İşlədiyi müddətdə əmək haqqından tutulmalar nəticəsində, pensiya yaşına çatdıqdan sonra pensiya kimi ödənilməsi üçün nəzərdə sığorta Kapital kartına 23479, 99 (iyirmi üç min dörd yüz, doxsan doqquz) azn manat məbləğində pul vəsaiti yığılmışdır. Həmin vəsaitin yığılmasını DOST Xidmətindən aldığı və iddia ərizəsinə əlavə etdiyi arayışla da təsdiq olunur. Qanuna həmin məbləğ onun pensiyasına əlavə olunmalıdır. Lakin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən ona nəinki hüquqi, heç bir məntiqə sığmayan imtina cavabları verirlər. İddia ərizəsinə əlavə etdiyi axırıncı imtina cavabında göstərilmişdir ki, "Əmək Pensiyaları haqqında" qanunda göstərilən məbləğin əlavə olunması nəticəsində pensiyası nə qədər artsa, həmin məbləğdə də azaldılmalıdır. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, cavabdeh iddiaçıya əsassız imtina cavabları verərək pensiya üçün yığdığı pul kapitilanı mənimsəmək istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, 2-1(112)- 3912/2024 nömrəli iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkar qaydada həll edilmiş, İddiaçı əlilliyə görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği 827.56 manara çatdırılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehin izahatını dinləyərək, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva