Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3913/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi üzrə tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1975-ci ildən 1979-ci ilədək ali təhsil müddətinin və 07.05.1980-ci il tarixdən 07.07.1981-ci il tarixədək, 07.05.1981-ci il tarixdən 07.07.1981-ci il tarixədək, 20.08.1981-ci il tarixdən 18.09.2000-ci il tarixədək və 08.10.2000-ci il tarixdən 25.12.2006-cı il tarixədək olan sığorta stajının olmasını nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 61 yaşdan, yəni 16.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şifahi vəsatət verərək bildirdi ki, İddiaçı əmək kitabçasına və təhsil haqqında sənədinə (diplom) əsasən 01.01.2006-cı il tarixinədək 24 il 1 ay 24 gün sığorta stajına uyğun olaraq hüququ yarandığı 16.02.2019-cu il tarixindən 28.02.2019-cu il tarixinədək 121.17 manat, 01.03.2019-cu il tarixindən 30.09.2019-cu il tarixinədək 160 manat, 01.10.2019-cu il tarixindən 31.12.2019-cu il tarixinədək 200 manat, 01.01.2020-ci il tarixindən 31.12.2020-ci il tarixinədək 233.20 manat, 01.01.2021-ci il tarixindən 259.78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir. Mübahisə üzrə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05.11.2021-ci il tarixli, ********** nömrəli xidməti məktubundan və çıxarışdan görünür ki, İddiaçı ali təhsil haqqında sənədi (diplom) təqdim edildikdən sonra onun pensiya hüququ yenidən yoxlanılmışdır. Sözgedən şəxsin əmək kitabçasına və təhsil haqqında sənədinə (diplom) əsasən ona 03.11.2021-ci il tarixli qərarla 01.01.2006-cı il tarixədək 24 il 1 ay 24 gün sığorta stajına uyğun olaraq hüququ yarandığı 16.02.2019-cu il tarixindən 28.02.2019-cu il tarixinədək 121.17 manat, 01.03.2019-cu il tarixindən 30.09.2019-cu il tarixinədək 160 manat, 01.10.2019-cu il tarixindən 31.12.2019-cu il tarixinədək 200 manat, 01.01.2020-ci il tarixindən 31.12.2020-ci il tarixinədək 233.20 manat, 01.01.2021-ci il tarixindən 259.78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən 03.11.2021-ci il tarixli qərarla təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından vəsatət təmin edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3913/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3913/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver