Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3914/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına salınma barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komisisyasına təqdim edilən siyahıda qeydiyatdan keçən, hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular xx xxxxxxx 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət əsasında evlə təmin olunmalıdırlar. O, xx xxxx 1992-ci ildən xx xxxxxx 2014-cü ilədək, yəni 22 il 4 ay ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Yuxarıda qeyd olunan əsaslarla o, qanuni surətdə evlə təmin olunmalıdır. Bununla əlaqədar cavabdehə yazılı müraciət edrək evlə təmin olunmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi cənab Fikrət Mirzəyev xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, ünvan 1 mənzil 6 ünvanında mənzillə təmin edilmişdir. Göründüyü kimi, onun müraciətinə imtina məktubunda onun evlə təmin olunmaq üçün adının müvafiq siyahıya salınmamasının hüquqi əsasları göstərilmir. O, 22 ildən artıq Silahlı Qüvvələrdə qüsursuz xidmət etmişdir. Bu müddət ərzində o, dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməmişdir. ünvan 1 mənzil 6 ünvanında yerləşən mənzil isə hələ sovet dövründən onun istifadəsində olub və sonradan orada qızı və ailəsi ilə yaşayır. Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011ci il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılan komisisyaya tapşırılıb ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti ilə yanaşı, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Onun yaşayış şəraiti qənaətbəxs deyil. Hazırda həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır. Polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olduğu müddətdə Müdafiə Nazirliyində Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi (1994-2002-ci illər), Azəbraycan Respublikası Hərbi Komissarının müavini (2002-2008-ci illər), Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşe (2008-2004-cü illər) vəzifələrində işləmişdir. Bu məsul vəzifələrin hər birində qüsursuz xidmət etmişdir. İşin bu xüsusatları da, cavabdeh tərəfindən nəzərə alınmayıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, iddiaçı öz iddia ərizəsində qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət keçdiyindən “Azərbaycan Respublikası Silahlı qüvvələrin hərbi qulluqçuların sosial müdafiəsinin güçləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəbdə odur ki, iddiaçı hərbi xidmət keçdiyi müddətdə xx xxxxxx 1991-ci il tarixdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aid olan ünvan 2 ev 56, 6 nömrəli mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1992-ci il tarixli 14 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən keçmiş Sovet Ordusunun mənzil fondu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fonduna keçirilmişdir. Bununla Azərbaycan Respublikası Müdafiə Nazirliyi keçmiş Sovet Ordusunun mənzil-istismar hissələrinin və mənzil fondunun hesab edilmişdir. xx xxxx 1996-cı il tarixdə İddiaçı Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 4, 6 nömrəli mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmuşdur və bu səbəbdən iddiasının təmin edilməsi qanunvericiliyin tələbinə müvafiq deyildir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfidnən verilmiş xx.xx.2018-ci il tarixli, 203 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək H.Əliyev adına AAHM-da kursant, xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə xx.xx.2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən yaşa görə ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 776 nömrəli məktubdan görrünür ki, ididaçının mənzillə təmin edilmə barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, o, ünvan 2 mənzil 6 ünvanında mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməyən və hərbi qulluqçuların mənzil təminatına baxılır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfidən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1845 nömrəli məktubun surətindən görünür ki, istefada olan polkovnik İddiaçı xx xxxxxx 1991-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid ünvan 3 ünvanında yerləşən 3 otaq (46 m2) mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan sözügedən yaşayış sahəsi xx xxxx 1996-cı il tarixində İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İddiaçı xidmət müddəti ərzində yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfidən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1845 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki: - Nəsimi rayonu X6 İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 003218 nömrəli orderinə əsasən Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aid olan Bakı şəhəri, Sarabski küçəsi, ev 56, mənzil 6 İddiaçı ayrılmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1992-ci il tairxli, 14 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən keçmiş Sovet Ordusunun mənzil fondu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Fonduna keçirilmişdir. - ünvan 4 ünvanında yerləşən 6 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 005719 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İşdə olan xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatadan keçmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, istefada olan polkovnik İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Nəsimi rayonu X6 İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 003218 nömrəli orderinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid ünvan 3 ünvanında yerləşən mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan sözügedən yaşayış sahəsi xx xxxx 1996-cı il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı xidmət müddəti ərzində yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona münasibətdə şamil oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X4 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3914/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3914/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver