Məhkəmə qərarları › İş №2-1(112)-3915/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3915/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3915/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 27626.65 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 20000 manat məbləğində 2008-ci il buraxılış olan "Toyota Land- Cruiser Prado” markalı (qara rəngli, JTEBK29J980039056 kuzov nömrəli) **-UR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2009-cu il buraxılış olan “İJ 27175“ markalı (ağ rəngli, XWK**********416 kuzov nömrəli) **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2007-ci il buraxılış olan "İJ 27175“ markalı (ağ rəngli, XTK**********7212 kuzov nömrəli) **-HM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 1999-cu il buraxılış olan “Ford Transit” markalı (tünd göy rəngli, WF0LXXBDVLYK20372 kuzov nömrəli) **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 1998-ci il buraxılış olan “Ford Transit” markalı (tünd göy rəngli, WF0LXXGBVLWL25231 kuzov nömrəli) **-KC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 1998-ci il buraxılış olan “Ford Transit" markalı (qırmızı rəngli, WF0LXXGBVLWR02369 kuzov nömrəli) **-MT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2007-ci il buraxılış olan “Ford Transit” markalı (gümüşü metallik rəngli. WFOTXXTTP17L57661 kuzov nömrəli) **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 80000 manat məbləğində siyahıya alınmş əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 27626.65 manat məbləğində borcuna görə ümumilikdə 80000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx/2023-cü il tarixli ******* 1415 saylı Protokol tərtib edilmişdir. Protokol siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 27626.65 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xashiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı olmuşdur. - Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) göndərilən vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş **********8 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 31,248.24 manat, o cümlədən: vergilər üzrə 28,978.80 manat, faizlər üzrə 2,269.44 manat borcu olmuşdur. - İddiaçının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qərarından görünür ki, həmin qərar ilə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlaklarının siyahıya alınması qərara alınmışdır. - İşdə olan xx.xx.2023-cü il tarixli **********5 saylı əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus qiyməti 20000 manat məbləğində olan 1 ədəd "Toyota Land-Cruiser Prado minik” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat məbləğində olan 1 ədəd “İJ 27175 Yük“ markalı **-FP-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat məbləğində olan 1 ədəd “İJ 27175 Yük“ markalı **-HM-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat məbləğində olan 1 ədəd “X2” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat məbləğində olan 1 ədəd “X2” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat məbləğində olan 1 ədəd “Ford Transit” markalı **- MT-*** dövlət qeydiyyat nişanlı və qiyməti 10000 manat məbləğində olan 1 ədəd “X3” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 80000 manat məbləğində əmlakı siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etmiş, lakin protokol və ona əlavə edilmiş siyahını imzalamışdır. - xx.xx.2023-cü il tarixdə Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında tərtib edilmiş aktlardan görünür ki, siyahıya alınmış əmlakın məsul saxlanma üçün vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) təhvil verilmiş, cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki:

1. 2008-ci il buraxılışlı "Toyota Land-Cruiser Prado minik” markalı (qara rəngli, JTEBK29J980039056 ban nömrəli) **-UR-*** dövlət qeydiyyat nişanlı; - 2009-cu il buraxılışlı “İJ 27175 Yük“ markalı (ağ rəngli, XWK**********416 ban nömrəli) **-FP-*** dövlət qeydiyyat nişanlı; - 2007-ci il buraxılışlı "İJ 27175 Yük“ markalı (ağ rəngli, XTK**********7212 ban nömrəli) **-HM-*** dövlət qeydiyyat nişanlı; - 1999-cu il buraxılışlı “X2” markalı (tünd göy rəngli, WF0LXXBDVLYK20372 ban nömrəli) **-HS-*** dövlət qeydiyyat nişanlı; - 1998-ci il buraxılışlı “X2” markalı (tünd göy rəngli, WF0LXXGBVLWL25231 ban nömrəli) **-KC-*** dövlət qeydiyyat nişanlı; - 1998-ci il buraxılış olan “X2" markalı (qırmızı rəngli, WF0LXXGBVLWR02369 ban nömrəli) **-MT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. İddiaçı hazırda cavabdehin dövlət büdcəsinə olan borcunu ödəmədiyini iddia edərək ona məxsus siyahıya alınmış həmin əmlakların satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, əmlakın siyahıya alınması zamanı qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. - maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. - maddə 90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. - maddə 90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur) hərracı vergi orqanının sifarişi əsasında həyata keçirir. - maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. - maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərsə də, cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul etmiş, həmin əmlakın siyahıya alınması barədə protokol tərtib edərək əmlakı məsul saxlanma üçün cavabdehə təhvil vermiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı tələbində haqlıdır. Lakin işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Cavabdeh (VÖEN: **********) 11,07.2023-cü il tarixli **********5 saylı qərar üzrə dövlət büdcəsinə 11464,99 manat borcu vardır. Göründüyü kimi, iddiaçı məhkəmə icraatı zamanı dövlət büdcəsinə olan borcunun bir hissəsini ödəmişdir və onun hazırda 27626.65 manat deyil, 11464,99 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisinin əmlakı onun borcu həddində siyahıya alına bilər. İşdən görünür ki, cavabdehin vergi borcu cəmi 11464,99 manat olsa da, onun ümumilikdə 80000 manat dəyərində olan əmlakı siyahıya alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehin dövlət büdcəsinə olan borcu həddində siyahıya alınmış əmlakının satılması təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 11464,99 manat borcuna görə siyahıya alınmış qiyməti 10000 manat məbləğində 1999-cu il buraxılış olan “Ford Transit” markalı (tünd göy rəngli, WF0LXXBDVLYK20372 ban nömrəli) **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 1998-ci il buraxılış olan “Ford Transit” markalı (tünd göy rəngli, WF0LXXGBVLWL25231 ban nömrəli) **-KC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 1998-ci il buraxılış olan “Ford Transit" markalı (qırmızı rəngli, WF0LXXGBVLWR02369 ban nömrəli) **-MT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 30000 manat məbləğində əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilsin. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar