Məhkəmə qərarları › İş №2-1(112)-3918/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3918/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3918/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ona göndərdiyi xx.xx.202N-ci il tarixli, 4/3- 334 saylı cavab məktubunda göstərilir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Aşağıdakılara əsasən, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyi məhkəmə qaydasında cavabehə həvalə edilməlidir. Belə ki, İddiaçı xx.xx.N968-ci il tarixində Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. İddiaçı hərbi biletinin əsli 2005-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı kəndində yerləşən ona məxsus fərdi yaşayış sahəsinə atılmış mərmi nəticəsində məhv olmuşdur. Ona verilmiş hərbi biletin təkrar surətində isə əvvəlki məlumatlar öz təsbitini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin İddiaçı göndərdiyi xx.xx.202N-ci il tarixli, 9/2-30/N8 saylı arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N6 nömrəli əmrində (əsas: səh-20, sıra -2, əmrdə atasının adı yazılmamışdır) İddiaçı sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli NN nömrəli əmrində (əsas: bənd-3, səh-29, sıra-6, əmrdə adı tam, atasının adı yazılmamışdır) kəşfiyyət qrupunun tərkibində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 27 nömrəli əmrində (əsas: bənd -N, səh-37, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində sıravi İddiaçı Hadrud, Qubadlı, Laçın döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 95 nömrəli əmrində (əsas: bənd-2, səh – 80, sıra -75, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsində olması barədə məlumat vardır. Beləliklə, arxiv arayışına, həmçinin ərizəyə əlavə ediləcək şəkillərə və şahid ifadələrinə əsasən müəyyən etmək olur ki, həqiqətən də, o, N-N3-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mötəbər sübutların olmasına baxmayaraq, onun tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müxtəlif vaxtlarda göndərilmiş müraciətlər əsassız olaraq təmin edilməmişdir. Beləliklə də, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın Ndən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N4 iyul 202N-ci il tarixli 9/2-50N8 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və TƏÖMB (Tər-Tər ərazi özünümüdafiə batalyonu) komandirinin xx.xx.NN-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da hesab edirlər ki, Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli, 4/3-334 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-50N8 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və Tərtər ƏÖMB komandirinin xx.xx.NN-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.N986xx.xx.N988-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, 9/2-50N8 nömrəli arxiv arayışının surətindən görünür ki, iddiaçının xidməti barədə aşağıdakı məlumatlar göstərilmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.Nci il tarixli, N6 nömrəli əmrində (əsas: səh-20, sıra-2, əmrdə atasının adı yazılmamışdır) İddiaçı sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 22 nömrəli əmrində (əsas: bənd-3, səh-29, sıra - 6, əmrdə adı tam, atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 23 nömrəli əmrində (əsas: bənd-N, səh-33, sıra-NN5, əmrdə adı tam, atasının adı yazılmamışdır) sürücü vəzifəsində, sıravi İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək döyüş əməliyyatları bölgəsinə göndərildiyinə görə, əmək haqqının həmin müddətdə üçqat hesablanması barədə məlumat qeyd olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 24 nömərli əmrində (əsas: bənd-N, səh-35, sıra – 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Qubadlı, Cəbrayıl döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 25 nömrəli əmrinə (əsas: bənd-N, səh-35, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Hadrud, Qubadlı döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 27 nömrəli əmrində (əsas: bənd-N, səh-37, sıra-4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərtkibində, sıravi İddiaçı Hadrud, Qubadlı, Laçın döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 47 nömrəli əmrində (əsas: §-2, səh- 53, sıra – NN5, əmrdə atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində olan şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 56 nömrəli əmrində (əsas: bənd-6, səh-59, sıra-N, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı sürücü vəzifəsindən azad edilərək kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. - N nömrəli hərbi hərbi hissə komandirinin xx.xx.N-ci il tarixi, 95 nömrəli əmrində (əsas: bənd-2, səh-80, sıra-75, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsində olması barədə məlumat vardır. Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və TƏÖMB komandirinin xx.xx.NN-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. TƏÖMB komandirinin xx.xx.N0-xx.xx.NN-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilməmişlər. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş N4 aprel 2022-ci i ltarixli, 4/2-2306 nömrəli məktubun surətindən görünür ki, Ağdərə Hospitalının sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı barəsində araşdırma apara bilməmişlər. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 4/2-3386 nömrəli cavab məktubunun surətindən görünür ki, N №- li hərbi hissə komandirinin N may N-ci il tarixli N6 №-li əmrində İddiaçı (əsas: səh 20, sıra 2, əmrdə atasının adı yazılmamışdır) sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 22 №-li əmrində (əsas: bənd 3, səh 29, sıra 6, əmrdə adı tam və atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi Ş. Quliyevin döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 23 №-li əmrində (əsas: bənd N, səh 33, sıra NN5, əmrdə adı tam və atasının adı yazılmamışdır) sürücü vəzifəsində, sıravi İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək döyüş əməliyyatları bölgəsinə göndərildiyinə görə, əmək haqqının həmin müddətdə üçqat hesablanması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun Nci il tarixli 24 №-li əmrində (əsas: bənd N, səh 34, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Qubadlı, Cəbrayıl döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 25 №-li əmrində (əsas: bənd N, səh 35, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Hadrud, Qubadlı döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 27 №-li əmrində (əsas: bənd N, səh 37, sıra 4, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunun tərkibində, sıravi İddiaçı Hadrud, Qubadlı, Laçın döyüş əməliyyatları rayonlarına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-ci il tarixli 47 №-li əmrində (əsas: § 2, səh 53, sıra NN5, əmrdə atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində olan şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N-ci il tarixli 56 №-li əmrində (əsas: bənd 6, səh 59, sıra N, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı sürücü vəzifəsindən azad edilərək kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 avqust N-ci il tarixli 95 №-li əmrində (əsas: bənd 2, səh 80, sıra 75, əmrdə atasının adı yazılmamışdır) kəşfiyyat qrupunda operator-tuşlayıcı vəzifəsində, sıravi İddiaçı döyüş əməliyyatları bölgəsində olması barədə məlumat vardır. Qeyd edirlər ki, Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N - xx.xx.N-ci il, xx.xx.N xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin noyabr N3 may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və Tərtər ƏÖMB komandirinin xx.xx.NNxx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın mövcud olmaması müəyyən edilmiş, həmçinin, məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatına əsasən onun xx.xx.N-ci il tarixdən N3-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq N nömrəli hərbi hissəyə təxliyyə olunması, N4-cü ildə isə N nömrəli hərbi hissədə xidmətini başa vurması hallarının araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktublarından Ağdərə Hospitalının sənədlərinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı barəsində araşdırma aparıla bilməməsi və ümumiyyətlə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-ci il, xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin noyabr N3 – may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti və yaralanması barədə məlumatın aşkar edilməməsi müəyyən edilmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə müvafiq təsdiqedici sənədlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 8N, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar