Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3920/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X4, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndələri X7 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra mətndə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona 83.468,64 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair 26.10.2021-ci il tarixli, DVX seriyalı, 005853 nömrəli aktının və 83.468,64 manat vergi borcunun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 05.11.2021-ci il tarixli **********0706 №-li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********6497 №-li Tələbnaməsinə əsasən fərdi sahibkar kimi onun tərəfindən malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlərin verilinəsi tələb edilmiş, 26 oktyabr 2021-ci il tarixdə saat 11-50-də cavabdehin əməkdaşları tərəfindən ona məxsus, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan - Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən topdan satış anbarına operativ vergi nəzarəti həyata keçirilmiş, həmin vaxt topdan satış anbarında mal qalığı aşkar edilməmiş və bunun nəticəsi barədə 26.10.2021-ci il tarixli, DVX seriyalı, 005466 №-li akt tərtib edilmişdir. Bundan sonra 26 oktyabr 2021-ci il tarixdə saat 18-30-da cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən ona məxsus, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan - Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən topdan satış anbarına təkrar operativ vergi nəzarəti həyata keçirilmiş, həmin vaxt topdan satış anbarında 686.758,63 manat dəyərində mala 3% ticarət əlavəsi və ƏDV tətbiq etməklə cəmi 834.686,43 manata satılmasının aşkar ticarət əlavəsi və ƏDV tətbiq etməklə cəmi 833.4686,43 manata satılmasınının aşkar edilməsi, vergi ödəyicisi tərəfindən 104.791,83 manat dəyərində malın idxal edilməsi, 372.049,6 manat dəyərində elektron-qaimə təqdim edilməsinin nəticəsi barədə 26.10.2021-ci il tarixli, DVX seriyalı, 005853 №-li akt tərtib edilmişdir. Cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən 26.10.2021-ci il tarixli, DVX seriyalı, 005853 №-li aktla Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ona 83.468,64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla əlaqədar bildirir ki, o, vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını vermişdir, idxal olunmuş malların qanunla müəyyən edilmiş qaydada gömrük rüsumları və əlavə dəyər vergisi, həmçinin idxal olunmuş mallar satılarkən bütün vergi və əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilmiş, onun tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmamış, fərdi sahibkar kimi onun tərəfindən idxal olunmuş mallar elektron qaimə-faktura vasitəsi ilə satılmış və qanunla müəyyən edilmiş qaydada və məbləğlərdə dövlət büdcəsinə vergi borcları və digər ödənişlər tamamilə ödənilmişdir. Ona görə də hesab edir ki, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən 26.10.2021 -ci il tarixli, DVX seriyalı, 005853 №-li aktla ona 83468,64 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdır, obyektiv həqiqəti əks etdirmədiyindən, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq yazıldığına görə cavabdehin 26.10.2021 -ci il tarixli, DVX seriyalı, 005853 №-li aktı və ona qanunsuz tətbiq edilmiş vergi borcu məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı 05.11.2021-ci il tarixli **********0706 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən hesablanmış 83.468,64 manat maliyyə sanksiyasının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edirlər: Uçot-baza məlumatlarına əsasən İddiaçı 17.05.2021-ci il tarixindən vergi ödəyicisi kimi uçota alındığı, 01.06.2021-ci il tarixində “Təsərrüfat mallarının topdan satışı” fəaliyyəti üçün obyekt qeydiyyatı (sahəsi 40 kv metr) barədə ərizə ilə müraciət etdiyi müəyyən olunur. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 25.10.2021-ci il tarixli **********6494 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə 26.10.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 834.686,43 manat dəyərində malların (686758,63 manat dəyərində olan mallara + 3% ticarət əlavəsi + 18% ƏDV tətbiq edilməklə) elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, 26.10.2021-ci il tarixli DVX seriyalı 005852 nömrəli akt tərtib edilmiş, həmin akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı X9 26.10.2021-ci il tarixli arayışda malların 3% ticarət əlavəsi və ƏDV tətbiq edilməklə topdan qaydada satıldığını, eyni tarixli izahatında elektron qaiməfaktura tətbiq etmədən malların satıldığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.11.2021-ci il tarixli **********0706 nömrəli qərarı ilə İddiaçı 42895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin 05.11.2021-ci il tarixli **********979500 nömrəli məktubu ilə İddiaçı qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 09.11.2021-ci il tarixdə saat 12:15də oxunmuşdur. Həmçinin vergi ödəyicisi tərəfindən 17.05.2021-26.10.2021-ci il tarix aralığında 1047971,83 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, elektron qaimə faktura tətbiq olunmaqla 2320,00 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 1091797.82 manat (ƏDV-siz) olduğu, lakin cəmi 372049,6 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edildiyi və operativ vergi nəzarəti zamanı mal qalığının olmadığı (26.10.2021-ci il tarixli DVX seriyalı 005466 nömrəli akt) aşkar olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti illə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Uçot-baza məlumatlarına əsasən İddiaçı 01.06.2021-ci il tarixində “Təsərrüfat mallarının topdan satışı” fəaliyyəti üçün obyekti qeydiyyata (sahəsi 40 kv metr) alınmışdır. Həmçinin iddiaçı iddia ərizəsində təsərrüfat subyektinin (obyektinin) topdansatış anbarı olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndələri X10 və X2 ayrı-ayrılıqda iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasın xahiş etdilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; iddiaçıya məxsus ASAN 4 tərəfindən 31.03.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2arixdə təsdiq olunmuş AR-İİ seriyalı 306432 №-li etibarnamənin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan X8 (Ş/V AZE ********) 3 (üç) il müddətinə 20.05.2024-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Etibarnamədə İddiaçı tərəfindən verilən səlahiyyətlər qismində onu (VÖEN **********) dair Azərbaycan Respublikasının bütün idarə, müəssisə və təşkilatlarında, İqtisadiyyat Nairliyi yanında Dövlət Vergi Xidmətində, Vergilər Departamentində, Gömrük idarəsinin bütün orqanları və s idarə və dövlət orqanlarında təmsil etməyi, adından ərizə verməyi, bank imza və möhür nümunələrində imza etməyi, möhür və ştamp almağı, istənilən növ qərar qəbul etməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Fiziki şəx haqqında məlumatdan görünür ki, İddiaçı 17.05.2021-ci il tarixdə ********** qeydiyat nömrəsi (VÖEN) ilə, vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydə alınmış, 02.06.2021-ci il tarixdə ona **********8 nömrəli ƏDV şəhadətnaməsi verilmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.10.2021-ci il tarixli **********6497 nömrəli tələbnamədə malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesabfakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-cu maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər tələb olunmuşdur. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul olunmuş 25.10.2021-ci il tarixli **********6494 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı məxsus olan obyektdə (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət D/Y STnın Cənubu, X3-Şərq Hissəsi) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına malların elektron qaimə-fatura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 25.10.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək (23.11.2021-ci tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 26.10.2021-ci il tarixli DVX seriyalı 005852 və 005853 №-li aktla fərdi sahibkar İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət NY- ST-nın cənubu X3-Şərq hissəsində yerləşən satış anbarında səlahiyyətli nümayəndə X5 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəticə olaraq Vergi Məcəlləsinin 16.1.3-cü və 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.1.3-cü maddəsinə əsasən 83468,64 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05.11.2021-ci il tarixli **********0706 №-li qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədin təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 83468.64 manat vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********707 №-li tələbnaməsi ilə İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 05.11.2021-ci il tarixli **********0706 saylı qərar əsasında (əlavə hesablanmış vergilər; vaxtında ödənilməmiş (tam ödənilməmiş vergilər; vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər; vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları) büdcəyə ödənilməli olan 83468.64 manat vəsaitin 15.11.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** nömrəli hesabına ödənilməli olması, mühasibat uçotundamühasibatlıqda müvafiq dəyişikliklər edilməsi, mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması tələb olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: - 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; - 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; - 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə,habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı; - 834.686,43 manat dəyərində malların (686758,63 manat dəyərində olan mallara + 3% ticarət əlavəsi + 18% ƏDV tətbiq edilməklə) elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 26.10.2021-ci il tarixli arayışda malların 3% ticarət əlavəsi və ƏDV tətbiq edilməklə topdan qaydada satıldığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malların satıldığını etiraf etmişdir. Qeyd olunan hallara görə İddiaçı 42895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - həmçinin vergi ödəyicisi tərəfindən 17.05.2021-26.10.2021-ci il tarix aralığında 1047971,83 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, elektron qaimə faktura tətbiq olunmaqla 2320,00 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 1091797.82 manat (ƏDV-siz) olduğu, lakin cəmi 372049,6 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edildiyi və operativ vergi nəzarəti zamanı mal qalığının olmadığı (26.10.2021-ci il tarixli DVX seriyalı 005466 nömrəli akt) aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti illə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Uçot-baza məlumatlarına əsasən İddiaçı 01.06.2021-ci il tarixində “Təsərrüfat mallarının topdan satışı” fəaliyyəti üçün obyektinin qeydiyyata (sahəsi 40 kv metr) alındığı müəyyənolunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi yoxlaması materiallarına (83.2.3). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3920/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3920/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver