Məhkəmə qərarları › İş №2-1(112)-3922/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3922/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3922/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X35 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X15 işə cəlb edilməklə torpaq sahəsinin həqiqi yerinin təyin edilmsi və dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən xx.xx.2021-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınan 0.0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin (X3 və X12) malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsi, X10 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,ünvan 3 ünvanında yerləşən, **********9 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,1114 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətindədir. Bildirmək istəyir ki,2018-ci il tarixində torpaq sahəsini əvvəlki htiquq sahibindən alarkən torpaq sahəsinin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m) var idi ki, yol infrastrukturuna da çıxış buradan idi. Həmin ərazi də, onun 0,1114 ha sahəsi ilə bitişik idi, vahid hasar daxilində idi. Ümumi hasar içində olan torpaq sahəsinin yol tərəfdən, yəni Mikayıl Müşviq küçəsi tərəfindən darvazası da var idi. Bir müddət bundan əvvəl torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin giriş-çıxış yolu tanımdığı şəxslər tərəfindən hasara alınıb, onun hasarının içində olub faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi də, hasarla ayrılaraq yeni hasarlı torpaq sahəsinə qatılıb. Onun torpaq sahəsi özbaşına olaraq ortadan hasarlanıb, üstəlik də, yola olan çıxışı tamamilə bağlanıb. Daha sonra aydınlaşdırmışdır ki, mülkiyyətində olan torpaq sahəsi ilə Mikayıl Müşviq küçəsi arasındakı (hansı ki, bura onun əsas yol/yol infrasturukruna çıxış tərəfindədir) və onun hasarının içində olan 0,04 ha torpaq sahəsi X15 ad-soyadlı şəxs tərəfindən öz adına sənədləşdirilmiş,rəsmiləşdirilmişdir. bu səbəbdən giriş-çıxış sahəsi bağlanmışdır. Həmçinin dəqiqləşdirmişdir ki, reyestr orqanı üçün ona müvafiq çıxarış və texniki sənəd verilmişdir. Artıq neçə müddətdir ki, həmçinin, hal-hazırda da, o, öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları X6 adına qanunsuz yollarla sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır və həmin şəxsin adamları məsələnin reyestr orqanında həll edilməsini bildirir. Aydınlaşdırmışdır ki, X6 əldə etdiyi torpaq sahəsinin, həqiqətdə, yerləşmə yeri başqa bir yer olduğu halda, onun torpaq sahəni zorla əlindən almaq, qanuni torpaq sahəsinə istifadə etməsinə ona maneçiliklər yaratmaq üçün bilərəkdən X6 alqısatqı yolu ilə əldə etdiyi torpaq sahəsinin koordinatları onun torpaq sahəsinin qarşısındakı məkana (mülkiyyətində olan torpaq sahəsi ilə nəqliyyat yolu arasına) yerləşdirilmişdir. Dəqiqləşdirmiş ki, X6 texniki sənədlərində saxtakarlıq vardır. Belə ki, vəkil sorğuları ilə arxivlərdən əldə etdiyi məlumatlara əsasən, X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ilkin hüquq sahiblərinin hüquqlarının ilkin qeydiyyatına əsas olmuş Səbail RİH-nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamının sxemi,ümumiyyətlə, arxivlərdə mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, onların reyestr orqanına təqdim etdikləri texniki sənəd saxtadır. Belə ki, başqa bir yerə aid olan texniki sənəd qanunsuz olaraq mübahisəli ərazi üçün istifadə edilmişdir. Belə ki, o, sözügedən həmin sərəncamın qoşma texniki sənədinin (sxem, akt və s.) olub-olmaması ilə bağlı AR Dövlət Arxivinin Bakı Filialına vəkil sorğusu verdirmişdir. 26 oktyabr 2023-cii il tarixli cavab məktubu ilə sərəncamdan çıxarış ona təqdim olunsa da, sərəncama qoşma sənədin olmaması bildirilmişdir. AR Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cii il tarixli məktubunda isə bildirilmişdir ki, həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. Bundan əlavə, Səbail RİH-dən alınmış xx.xx.2023-cii il tarixli məktubda da, deyilir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail RİH-nin arxivində aşkar edilməmişdir. Bildirir ki., mübahisəli torpaq sahəsi ilə bağlı X11 verilmiş, qanuni maraqlarına toxunan çıxarışın verilməsinə əsas olmuş texniki sənədlərin mübahisələndirilməsi üçün məhkəmə aidiyyətinin dəqiqləşdirilməsinə. müvafiq sənədlərin mübahisələndirilməsi üçün baş vermiş qanunsuzluqların kimin təqsirindən - hüquq miiəyyənedici və texniki sənədləri verən orqan,yaxud bu sənədləri qeydiyyata alan orqan tərəfindən baş verməsinin aydınlaşdırılmasına, rəsmiləşdirilmələrin hansı qanunsuz sənədləşmələr əsasında aparılmasının dəqiqləşdirilməsinə zərurət yaranmışdı. Bununla bağlı olaraq, bu ilin sentyabr ayında cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib, Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, Mikayıl Miişviq kiiçəsi 2 ünvanında yerləşən torpaq sahəsi və Mikayıl Müşviq küçəsi arasında yerləşmiş, X15 adına qeydiyyata alınmış torpaq sahəsinin ilkin qeydiyyat sənədlərin hüquqi və texniki sənədlər) barədə, torpaq sahəsinin ölçüsü və koordinatları, döngə nöqtələri barədə (bunlar arayışda göstərilməklə) yazılı məlumat verilməsini, eyııi zamanda da, X11 və ondan əvvəlki hüquq sahiblərinə həmin torpaq sahəsi ilə bağlı verilmiş texniki sənədlərin təkrar nəzərdə keçirilməklə çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılmasını, Səbail RİH- nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsini xahiş etmişdir. Üstündən 40 gündən çox keçməsinə baxmayaraq.cavabdeh orqan ərizəsini təmin etməmiş, X11 və ondan əvvəlki hüquq sahiblərinə həmin torpaq sahəsi ilə bağlı verilmiş texniki sənədlərin təkrar nəzərdən keçirilməklə çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılmasını, Səbail RİH-nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsini, texniki xətaların aradan qaldırılmasını təmin etməmişdir. Əslində, kadastr işlərinin, eləcə də, bu işlərin tərkib hissəsi olan çöl-ölçmə və mərzçəkmə işlərinin aparılması daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanın vəzifəsidir. Kadastr və çöl-ölçmə işləri, koordinat təyini və dəqiqiləşdirilmələri əmlakın qeydiyyata alınması əməliyyatının tərkib hissəsidir. Əgər qeydiyyata alınma zamanı, yaxud bundan sonrakı reyestr-kadastr əməliyyatlarda 3-cü şəxslərlə bağlı (onların hüquqlarına, maraqlarına toxunan) yanlışlıqlar olmuşdursa, bunu, yenə də, kadastr və reyestr orqanı aradan qaldırmalıdır. Çünki, bu işi görən başqa bir orqan yoxdur. Bundan əlavə, son qanunvericilik aktları ilə reyestr və kadastr orqanları birləşdirilmiş, vahid orqana çevrilmişdir. Bu üzdən hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsi ərizəsində göstərilən məsələlərin həllində cavabdeh orqandır. Problemin mahiyyətindən görünür ki, X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin qeydiyyatı zamanı daşınmaz əmlakın dövlət reyestrinə və kadastrına məsul olan cavabdeh orqan rəsmiləşmə apararkən və müvafiq sənədləri tərtib edərkən maraqlarıma toxunan texniki səhvlərə yol vermiş,yanlışlıqlar etmişdir. Hal-hazırda, cavabdeh orqan öz yanlışlıqlarını etiraf etmək istəmir, ərizəsi də cavablandırmaqdan yayınır. Bu üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cababdeh orqanın qeydiyyat zamanı yol verdiyi yanlışlıq odur ki, mülkiyyətində olan torpaq sahəsi ilə Mikayıl Müşfiq küçəsi arasındakı ərazini X6 torpaq sahəsi kimi qeydiyyata alaraq ona hüquqi və texniki sənəd vermişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə sənədləri ilə ona məxsus olmuşdur. Doğrudur, daşınmaz əmlakın dövlət reyestrində bələdiyyə sənədlərinin qeydiyyatı aparılmamışdr. Bu səbəbdən, hesab etmək olar ki, cavabdeh orqan bunu bilməmişdir. Amma aşağıda gətirəcəyim dəlillərlə sübut etməyə çalışacaqdır ki, həmin ərazinin və torpaq sahəsinin X11 heç bir aidiyyəti yoxdur. Bu torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin küçəyə yol infrastrukturuna çıxışı olmaqla, onun faktiki sahiblik və istifadəsində olmuşdur. Əvvala qeyd edir ki, mübahisəli torpaq sahəsi təyinatına görə,yaşayış sahəsi olmamışdır. X6 çıxarışında və texniki sənədində isə bura yaşayış məntəqəsinin torpaq sahəsi kimi qeyd edilmişdir. Bildirir ki,həmin toıpaq sahəsi, eləcə də ona çıxarışla məxsus olan torpaq sahəsi bir zamanlar qeyri-yaşayış (Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmuşdur) təyinatlı olmuşdur. Ona məxsus torpaq sahəsi indi də, eyni təyinatlıdır. Amma, X6 adına rəsmilıəşdirilən torpaq sahəsinin qarşısı yaşayış təyinatlı ola bilməzdi. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Qeyd edir ki, bir zamanlar onun torpaq sahəsində xidmət obyekti olub, bura avtoservis kimi istifadə olunub. X6 adına qeydiyyata alınmış torpaq sahəsi həmin avtoservisə giriş-çıxış ərazisi olub, avtoservisi M.Müşfiq küçəsi ilə bağlayan ərazi olub. Bildirir ki, o, qeyri-yaşayış təyinatlı 0,1114 ha ölçülü öz torpaq sahəsini içindəki 174,7kv.m olan qeyri-yaşayış tikilisi ("Bəhramgür” icarə müəssisəsini) ilə birlikdə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7 almışdır. X19 eyni ölçülü tikili və torpaq sahəsini 2016-cı ildə X16 almışdır. X24 isə buranı xx.xx.2010-cu il tarixində alqı-satqı yolu ilə X8 almışdır. Mustafayeva (Sadıqova) Nailə Əsgər qızı buranı xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə X17 almışdır. Həmin müqavilənin məzmunundan görünür ki, alqı-satqı obyekti "Bəhramgür” icarə müəssisəsinin əmlakıdır. Həmin müqavilənin notariat təsdiqi əməliyyatı sənədlərindən görünür ki, X25 20.08.98-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Avtomotoservis” Tİİ-nin “Bəhrəmgür" icarə müəssisəsinin texniki xidmət məntəqəsini hərracdan satın almış, ona "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. Sözügedən əmlak (0,1114 ha ölçülü öz torpaq sahəsi ilə içindəki 174,7kv.m olan qeyri-yaşayış tikilisi) X13 adına tərtib olunmuş xx.xx.2013-cii il tarixli Texniki Pasportun şərti istinad planından görünür ki, qeyd edilən torpaq sahəsi ilə M.Müşfiq küçəsi arasında heç bir əmlak yerləşmir. Bura boş sahədir. Arxa tərəfində fərdi evlər olduğu halda, ön tərəfi boş sahə kimiyol kənarı ərazi kimi göstərilmişdir. Halbuki, X6 əldə etdiyi torpaq sahəsinin ilkin hüquq sahiblərinin 2000-ci illərin əvvəllərində torpağa mülkiyyət hüququna dair Şəhadətnamələri olmuşdur. Sual olunur ki, necə olmuşdur ki, həmin Şəhadətnamələrdə əks olunan kadastr uçotu məlumatları xx.xx.2013-cü il tarixli Texniki Pasportda əks olunmamışdır. Demək ki, X6 adına aparılan qeydiyyat qanunsuzdur, həmin torpaq sahəsinin X11 heç bir aidiyyəti yoxdur. X6 adına aparılan qeydiyyat əməliyyatları və onun torpaq sahəsinin hüquqi rejimi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusu ilə əldə etdiyi xx.xx.2023-cü il tarixli arayışda bildirilir ki, "Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən X11 məxsus torpaq sahəsinin hüquqi rejimi barədə məlumatın təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Əliyeva İmmi leyla Hüseyn qızının adına Səbail Rayon icra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 461 saylı sahədə yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-20861D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/2-284 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X14 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X14 mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-21328D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. ünvan 6ş xx.xx.2021 -ci il tarixli,4Ə-3333 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X6 adma özgəninkiləşdirilmişdir. Həmin müqaviləyə və X6 Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli, 81-12906 reyestr nömrəli ərizəsinə (600 kv.m torpaq sahəsinin 125 kv.m hissəsinin azalması barədə) əsasən 0.0475 ha torpaq sahəsi üzərində Bahadur Məhəddin oğlunun mülkiyyət hüququ xx.xx.2021 -ci il tarixdə, **********41 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir." Bildirir ki, Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/2-284 reyestr nömrəli alqı-satqı müqaviləsinin notariat əməliyyatı sənədləri tərəfindən əldə edilmişdir. Həmin alqı-satqı işində olan sənədlərdən görünür ki, X3 adına Səbail RİH-nin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 461 saylı sahədə ayrılan (yəni, Mikayıl Müşfiq küçəsi 2 ünvanında deyil) torpaq sahəsi 0.06 ha ölçüdə olmuş, yaşayış məntəqələrinin torpaqları təyinatlı olmuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-20861 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bildirir ki, o, həmin qadının övladları ilə görüşmüşdür. Onlar bildirmişlər ki, mülkiyyətlərində olmuş torpaq sahəsi Mikayıl Müşfiq 2 ünvanında deyil, başqa bir ünvanda yerləşir. Eləcə də, bildirir ki, ünvan 6ş xx.xx.2021-ci il tarixli, 4Ə-3333 reyestr nömrəli alqı-satqı müqaviləsinin notariat əməliyyatı sənədləri də, tərəfindən əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, burada Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461-ci sahə ünvanından söhbət gedir. Hansı ki, bu, tamamilə başqa bir məhəllədir, başqa bir səmtdir. Çünki, mübahisəli torpaq sahəsi (onun mülkiyyətində olan torpaq sahəsinin qarşısı) sənaye və digər təyinatlıdır, həmin Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461-ci sahə ünvanındakı torpaq sahəsi isə yaşayış təyinatlıdır. Ümumiyyətlə, X3 adına torpaq sahəsi ayrılmasına əsas olmuş Səbail RİH-nin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamının sxemi yoxdur, lakin bilinən odur k, həmin sərəncam kollektiv adına verilmişdir, bu kollektivə daxil olan şəxslərə ayrılmış torpaq sahələri ayrı-ayrı olsa da, yanbayan olmuş, bir-birinə bitişik şəkildə bir məhəllədə yerləşmişdir ki, 461-ci sahə də bunlardan biridir. Lakin, bu ünvan Mikayıl Müşfiq 2 ünvanı tərəfi deyil, başqa bir səmtdir. X9 və X18 məxsus Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, yollar kəsilir, eləcə də, qarşı tərəfdə yaşıllıq sahəsi vardır. Bildirirlər ki,M.Müşfiq küçəsi 90-cı illərdən indiyə kimi onun torpaq sahəsi tərəfdən kəsilməmişdir. Yol həmişə birbaşa olmuş, qarşı tərəfində isə yaşıllıq sahəsi deyil, tikililər olmuşdur. X6 adına rəsmiləşdirilən 0,0475 ha sözügedən torpaq sahəsinin bir hissəsi 2018-ci ildən indiyə kimi,yəni 0.1114 ha torpaq sahəsini alqı-satqı yolu ilə əldə etdiyi vaxtdan, eləcə də, 0.1114 ha torpaq sahəsinin əvvəlki sahiblərinin məlumatına əsasən onların və onun faktiki sahiblik və istifadəsində olub,2018-ci ildən bura vahid hasar daxilində olub. Onda bura necə X11 məxsus ola bilər və ya bilərdi. Eləcə də, ondan əvvəlki sahiblər harada idilər ki, onlara məxsusluğu bildirilən torpaq sahəsi onun hasarının daxilində olub. X6 adına rəsmiləşdirilən 0,0475 ha sözügedən torpaq sahəsinin yerləşdiyi məkanla bağlı onun bələdiyyə sənədləri vardır. Bu sənədlər ona verilərkən, həmin sahə onun faktiki sahiblik və istifadəsində olub. X15 həmin torpaq sahəsi ilə bağlı qanunsuz sənədləşmə və rəsmiləşmə işləri apardıqdan sonra ondan xəbərsiz olaraq həmin torpaq sahəsinə sahiblənib, hasarını uçuraraq, oranı zəbt edib. Əgər bu ərazi X4 əvvəlki mülkiyyətçiyə - X18 məxsus idisə, nəyə görə o (X20) mülkiyyətində olduğu müddətdə eləcə də, 2018-2022-ci illərdə torpaq sahəsinin zəbt olunması ilə bağlı aidiyyəti orqanlara və ya məhkəməyə müraciətlər etməmişdir? Axı, 0,0475 ha sözügedən torpaq sahəsinin bir hissəsi (təxminən 300-400 kv.m) 2018-ci ildən onun ümumi hasarının daxilində idi və faktiki sahibliyində, istifadəsində idi? Deməli, bu ərazi,sahə, X1 ərazi,sahə deyildir. ünvan 8 ünvanında avtoxidmət, avtoservisin fəaliyyət göstərməsi Bakı şəhəri, Padamdart qəsəbəsi, M.Müşfiq küçəsi-2 "Avtoxidmət” obyektinin 1997-ci il tarixdə tərtib olunmuş smetası sənədi ilə də, təsdiq olunur. Bu sənədin surəti hazırki ərizəyə əlavə olunmuşdur. Həmin sənəddən görünür ki, obyekt Bakı Avtomotoservis və Ticarət "Bəhramgür” mtiəssisəsinin sahiblik və istifadəsində olmuşdur. Həmçinin görünür ki, obyekt 1984-cü ildən fəaliyyətdə olmuşdur. Bu isə təsdiq edir ki, həmin dövlət müəssisəsinin küçəyə çıxışı fərdi həyət evi tikintisi üçün sərəncamla kimə isə, eləcə də, Vəliyeva İmmileyla ad-soyadlı şəxsə verilə, ayrıla bilməzdi. Onu da, qeyd edir ki, X15 özü Badamdar qəsəbəsində, mübahisəli əraziyə yaxın səmtlərdə yaşayır. O, sorğu verdirərək onun adına Badamdar qəsəbəsində fərdi yaşayış evi olub-olmamasını araşdırmışdır. Məlum olmuş ki, onun Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 13-cü döngə, ev 454 ünvanında fərdi yaşayış evi vardır. Bu ev xx.xx.2007-ci il tarixindən onun mülkiyyətindədir. Bu, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq olunur. Görünən odur ki, bu şəxs ona məxsus torpaq sahəsinin qarşısına göz dikərək buranı saxta yollarla öz adına qanunsuz olaraq rəsmiləşdirmiş, haqsız yollarla əsassız varlanma istəyinə düşmüşdür. Beləliklə,göstərilənlərdən aydın olur ki, cavabdeh orqan X6 adına aparılan qeydiyyat əməliyyatları zamanı yanlışlığa yol vermiş, onun torpaq sahəsinin məkan göstəriciləri yanlış olaraq onun torpaq sahəsin qarşısına yerləşdirilmişdir .Hesab edir ki, müraciəti və dəlilləri əsas tutulmaqla bu yanlışlıq və texniki səhv aradan qaldırılmalı idi, lakin, təəssüf ki, indiyə kimi aradan qaldırılmamışdır. Məlumdur ki, daşınmaz əmlakın dövlət reyestri qanunvericiliyi və mülki qanunvericilik daşınmaz əmlakın qeydiyyatı sənədlərində yol verilmiş yanlışlıqların və texniki səhvlərin aradan qaldırılması normalarını nəzərdə tutmuşdur. Hesab edir ki, bilərəkdən və ya yanlışlıqlardan dolayı yol verilmiş texniki səhvlərin aradan qaldırılması və ya uyğunsuzluqların aradan qaldırılması, hüquqi və texniki sənədlərdəki texniki xətaların düzəldilməsi həmin normaları tətbiq etməklə mümkündür. Məhkəmənin 2-1(112)-16215/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X15 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********70 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş JN-20861D, kod 00400016 nömrəli şəhadətnamə əsasında X3 adına qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış, hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirirlər ki, İddiaçı Yəhya qızının cavabdehlər X11 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 saylı Bakı ərazi İdarəsinə qarşı "çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında e-2(009)-751/2023 saylı mülki iş olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X11 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsindən də, görünür ki, X6 xüsusi mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinə onun heç bir hüquqi sənədi olmamışdır. İddiaçı sadəcə hesab edir ki, əgər onun mülkiyyətində olan 0,1114 ha torpaq sahəsinə yaxın yerləşdiyinə görə həmin torpaq sahəsidə onun olmalıdır. Göründüyü kimi, İddiaçın mübahisəli olan X6 xüsusi mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinə heç bir hüququ olmamışdır. İddiaçı iddia ərizəsində torpaq sahəsinə giriş-çıxış yolunu mübahisələndirmişdir. İddia ərizəsində qeyd etmişdir ki, “2018-ci il tarixində torpaq sahəsini əvvəlki hüquq sahibindən alarkən torpaq sahəsinin əvvəlki giriş-çıxış yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m) var idi ki, yol infrastrukturunada çıxış buradan idi.” Qeyd edir ki, bu məsələyə Mülki Məcəllənin “servitut” institutu ilə tənzimlənir və ümumi məhkəmələr tərəfindən baxılır, inzibati məhkəmələrə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi, İddiaçı 0,0475 ha torpaq sahəsi ilə bağlı Səbail RİH-nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamını mübahisələndirmək hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkil iddianı qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, həmçinin məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-9138/2024 **********38 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-22540/2024 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən X5 adına qeydiyyata alınmış 600 kv.m torpaq sahəsinə və ünvan 10 ünvanda yerləşən torpaq sahəsinə dair İdarənin arxivində olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ,1114 ha sahədən əlavə faktiki istifadəsində olmuş 0,04 ha (400 kv.m) torpaq sahəsinə dair hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, iddiaçının hazırki inzibati məhkəmə icraatında mübahisəli torpaq sahəsi üzərində hüquqların mübahisələndirilməsi üçün subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar