Məhkəmə qərarları › İş №2-1(112)-3923/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3923/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3923/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi və vəkili X11 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 Xüsusi Şərtlərlə X6rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X18 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2009-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2009-cu ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-cı ildə Beyləqan rayonunda anadan olmuşdur. 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əmək kitabçasından göründüyü kimi xx.xx.1977-ci ildə “X13”nin 3 saylı sexinə biçisi şagirdi qəbul edilmişdir. xx.xx.1977-ci il tarixdə 3-cü dərəcəli fəhlə kateqoriyasına keçirilmişdir. xx.xx.1979-cu il tarixdə bağlayıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1980-cı ildə 5-ci dərəcəli dəri xammalı biçici peşəsinə keçirilmiş və xx.xx.2003-cü il tarixədək həmin peşədə işləmişdir. xx.xx.1990-cı il tarixdə “X13” “X20” ilə birləşmiş, Bakı Xalq Təlabatı Malları İstehsal edən X4 yaradılmışdır. xx.xx.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X1 adı dəyişdirilərək “xxxx” ASC olmuşdur. Cavabdeh tərəfindən ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İdarə xx xxxxxx 2019-cu il tarixli məktubunda imtinanın əsası kimi göstərmişdir ki, əmək kitabçasında xx.xx.1977-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X20”ndə biçici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aid deyildir. Bundan başqa məcburi sosial sığorta haqlarının ödənilib ödənilməməsini müəyyən etmək üçün alınmış cavabda xx.xx.1981-xx.xx.1994-cü il tarixlər arasındakı dövr ərzində əmək fəaliyyəti barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi əsassızdır. O “X20”ndə işləməmişdir. Əmək kitabçasından görünür ki, o “X13”ndə işləmişdir. Həmin müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aiddir. Ona görə də həmin müəssisədə işlədiyi biçici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalının ilkin emalı sahəsinə aiddir. Əmək kitabçası və “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq olunur ki, o, 20 ildən çox müddətdə “X13”ndə dəri xammalı biçicisi peşəsində işləmişdir. Göründüyü kimi onun 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. O, həmin stajı xx.xx.2006-cı il tarixədək topladığından sosial sığorta haqqının ödənilməsi tələb olunmur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm yüngül sənaye hissəsinin(26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəricikləri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmamışdır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında xx.xx.1977-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X20”ndə biçici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aid deyildir. Bundan əlavə cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövrdə “xxxx fabriki”ndə iddiaçının əmək stajını və həmin dövr üçün sözügedən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq iddiaçının şəxsi işində xx.xx.1981-xx.xx.1994cü il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək fəaliyyəti barədə hər hansı məlumatın mövcud olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X14 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Beyləqan rayonunda doğulmuşdur. - İddaçı İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1977-ci ildə X9 3 saylı sexə biçici şagirdi qəbul edilmiş, xx.xx.1977-ci ildə 3-cü dərəcə təyin edilməklə fəhlə kateqoriyasına keçirilmiş, xx.xx.1979-cu ildə bağlayıcı vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə 5-ci dərəcə təyin edilməklə biçici vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə X9 adı dəyişdirilərək Bakı X7i adlandırılmış, xx.xx.1997-ci ildə XTMİE X2 adı dəyişdirilərək “xxxx” ASC olmuş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. - Azərbaycan Respublikası “xxxx” ASC-nin 18-ok-22 №-li, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X17 həqiqətən də xx.xx.1977-ci il (Əmr № 04, xx.xx.1977-ci il) tarixdən xx.xx.2003-cü il (Əmr № 10 KŞ, xx.xx.2003-cü il) tarixədək X10 3 saylı sexində 5ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmişdir. “xxxx” Dövlət Konserninin xx.xx.1990-cı il tarixli, 321 sayl əmrinə əsasən X20 - X13 ilə birləşmiş, Bakı Xalq Tələbatı Malları İstehsal edən X7 yaradılmışdır. xx.xx.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X3 adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixi 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə (səh. 151, sət.50) X12 işlədiyi dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Arayış əmrlər kitabı və T-2 şəxsi uçot vərəqəsi əsasında yazılmışdır. - “xxxx” ASC tərəfindən verilmiş 18-ok-22 №-li, xx.xx.2018-ci il tarixli, 15-18-02 №-li, xx.xx.2019-cu il tarixli, 18-hs-18 №-li, xx.xx.2019-cu il tarixli arayışlardan görünür ki, İddiaçı şəxsi hesaba əsasən 1981-1990, 1994-1998-ci illərdə əmək haqqı almışdır. - “xxxx” ASC-nin 18-kş-06 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X12 “xxxx” ASC-nin 3 saylı sexində işlədiyi dəri xammalı biçicisi peşəsinin iş xüsusiyyətləri aşağıdakı kimidir: Yarımfabrikatların, öncədən soyulmuş, epidermisdən, cod və yumşaq tüklərdən təmizləmiş dərilərin, iri buynuzlu mal-qaranm dərilərinin yan və onurğa hissəsinin - onurğa, boyun və onurğadan qarm altı nahiyəyə qədər olan hissələrin müxtəlif tekstil elementlərinə biçilməsi, iri dəri xammalının dövlət standartlarına və texniki şəraitə uyğun olaraq konturlanması, yəni çəngələrin kallusa bənzər çıxıntılarının və arxa qıc və ayaqların fan formalı hissələrinin çıxarılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7-ci bəndi dəri xammalı biçicisi peşəsinə güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verir. - İdarənin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019cu il tarixli, 19633661 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye hissə (26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçası xx.xx.1977xx.xx.2003-cü arasındakı dövr ərzində “X20”ndə biçici vəzifəsində işlədiyi olunmuşdur. Göründüyü kimi işlədiyi müəssisə dəri xəz xammalının ilkin emalına aid deyildir. Bundan başqa tərəfindən yuxarıda qeyd olunan dövrdə “xxxx fabriki”ndə əmək stajı və həmin dövr üçün sözügedən müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədilə aidiyyəti sorğu verilmiş, cavab olaraq şəxsi işində (T-2 kartda) xx.xx.1981-01.01.94-cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti barədə hər hansı məlumatın olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi “dəri xammalı biçicisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahının XXVİ bölməsinin 26.7-ci bəndinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 26 il 11 ay 14 gün ümumi və güzəştli iş stajı mövcuddur. Göründüyü kimi hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2009-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2009-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X18 X19 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar