Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3924/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanı üzrə İddiaçı ilə qazın alqı-salqı müqaviləsinin bağlanması və xüsusi kod vasitəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda X2 adına abonent hesabı var. İddiaçının və ailə üzlərinin həmin abonentə məxsus qazdan istifadə etməsinə maneçiliklər yaradılır. Ona görə də cavabdeh orqana müraciət edərək onunla qazın alq-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdehin 27 oktyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, R.Rüstəmova ilə bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin öhdəlikləri icra edildiyinə görə müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-2-4/2-R- 42/2023-3560 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 2 ünvanının qaz təchizatı dayandırılmamışdır. Məlumat üçün bildirilmişdir ki, müraciət iddiaçının iştirakı ilə yerində araşdırılmış və müvafiq akt tərtib edilmiş, həmçinin iddiaçı tərəfindən imzalanmışdır. ünvan 2 ünvanında **********10000 nömrəli istehlakçı hesabı üzrə X3 xx.xx.2022-ci il tarixdən X1 Sistemində istehlakçı kimi qeydiyyatdadır. Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında Qazın alqı-satqısı müqaviləsi əsasında satılır. R.Rüstəmova ilə bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqında müqavilənin öhdəliklərinin icrası təmin edilir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etirazında qeyd etmişdir ki, iddiaçının yeni müqavilə bağlanılmasını tələb etdiyi ünvan 1 ünvanı uzun müddət əvvəl Cavabdeh İB tərəfindən qazlaşdırılmış, həmin ünvana abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. Hazırda həmin ünvanda X3 istehlakçı kimi qeydiyyatdadır. Qanunvericilikdə bir ünvanda bir neçə nəfərin istehlakçı kimi qeydiyyata alınması və bir ünvana bir neçə abonent kodunun verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə hesab edilir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddia tələbi müqavilə və istehlak münasibətlərindən irəli gəlir, həmçinin də cavabdeh qurum inzibati orqan olmamaqla yanaşı, tələbdə qeyd olunan məsələlər də cavabdehin inzibati xarakterli fəaliyyətlərindən də irəli gəlmir. Müqavilə və istehlak münasibətləri də öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Qeyd olunan iddia tələblərinin mümkünsüz hesab olunması ilə bağlı Bakı İnzibati Məhkəməsinin çoxsaylı qərardadları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə alaraq İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi qazın alqı-satqısına dair yeni müqavilənin bağıanması və həmin müqavilə əsasında müvafiq abonent kodunun verilməsi ilə, yəni tərəflər arasında mülki hüquqi əqdlərin bağlanması ilə bağlıdır ki, bu halda da iddia mülki xarakter daşımaqdadır. Belə ki, iddiaçı hazırkı iddia ilə cavabdehin onunla hər-hansı əqdin bağlanmasına məcbur edilməsini tələb etməkdədir. Halbu ki, şəxslərlə sonrakı alğı-satqı müqavilələrinin bağlanması təbii inhisar subyekti olan cavabdehin publik vəzifələrinə aid deyildir. Bu isə ümumi hüququn tənzimetmə predmetinə aid olan məsələ kimi qiymətləndirilə bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, qaz sayğaclarının quraşdırılması, istismara qəbul edilməsi, qeydiyyata alınması, Dövlət yoxlamasından keçirilməsi “Qaz təchizatı haqqında” Qanuna, “Qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydalarına” və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun yerinə yetirilməlidir. Məişət qaz sayğaclarının markası, miqdarı, novü və quraşdırılma yerləri layihə-smeta sənədləri əsasında qüvvədə olan normativ texniki sənədlərin tələblərinə riayət edilməklə təyin olunur. Mənzillərdə (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirlməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir. Hər-hansı bir abonent və ya şəxs tərəfindən özbaşına mənzilinin qaz xətti üzərində sayğac quraşdırılması və istismara qəbul edilmiş mövcud sayğacın açılması qəti qadağandır. Bununla yanaşı vahid əmlaka (yaşayış evinə, mənzilə) münasibətdə əlavə qaz sayğacının quraşdırılması üçün qanunvericiliklə müəyyən edilmiş hər-hansı halın iddiaçının evinə münasibətdə mövcudluğu öz təsdiqini tapmadığından və sözügedən məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət mövcud olmadığından, İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edilərək iddianın mübahisəli ünvanın qazlaşdırılması və ya yeni qaz xəttinin çəkilməsi ilə bağlı şəkildə dəqiqləşdirilməsi də iddianın mümkünlüyü baxımından əhəmiyyətsiz olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İşin hallarından da göründüyü kimi, alğı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddialar inzibati məhkəmə araşdırmasının predmeti ola bilməz. Kodun verilməsi isə bilavasitə müvafiq alğı-satqı müqaviləsinin bağlanmasından sonra həyata keçirilən fəaliyyətdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağına uyğun şəkildə məhkəmə tərəfindən əlavə olaraq yardımetmə vəzifəsinin icrası iddianın mümkünlüyünü istisna edən şərtlərin aradan qalxmasına səbəb olmayacaqdır. Həmçinin iddianın mümkünlüyü və məhkəmə aidiyyəti məsələsi müəyyənləşdirilərkən iddia ərizəsinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun həyata keçirilməsi məqsədilə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, prosessual qənaət prinsipindən çıxış edən məhkəmə hesab edir ki, əlavə araşdırma aparılmadan iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi üzrə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanı üzrə İddiaçı ilə qazın alqı-salqı müqaviləsinin bağlanması və xüsusi kod vasitəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6.
Məhkəmə qərarları › İş №2-1(112)-3924/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3924/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver