Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3925/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət xidməti) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Firmasına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13- cü Badamdar küçəsində mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 oktyabr 2023 tarixli **********04 saylı məktubu ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (Forma 1) verilməsi ilə bağlı müraciətimin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4- 233 saylı qətnaməsinə əsasən ləğv olunduğundan ərizə icra oluna bilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, imtina məktubu əsassız olduğundan ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh təşkilat cavab məktubunda Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinə istinad etmişdir. Lakin sözügedən qətnamə ilə mülkiyyətimdə olan əmlak üzərində qeydiyyata alınmış hüququm ləğv olunmamışdır. ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış bu günə kimi qüvvədədir. Belə olan halda cavabdeh təşkilatın bu cür cavabı absurddur. Məlum edir ki, bu günə kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi mənim mübahisəsiz istifadəmdədir. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.2ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasınm (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.3cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.1ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
3. İddiaçı firmasına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın ləğv olunub-olunmaması barədə məlumat verilməsi ilə bağlı müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı firmasına məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsinə dair ilkin olaraq İddiaçı firmasının adına Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən 831,9 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixli 369 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və onun yerləşdiyi 5021,5 kv.m torpaq sahəsinə dair özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2006-cı il tarixli 133 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinə əsasən sözügedən şəhadətnamələr etibarsız hesab edilmişdir.
4. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı müraciətə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4- 233 saylı qətnaməsinə əsasən ləğv olunduğundan, müraciətin təmin olunması mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, **********75 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla ətraflı məlumat verilmişdir.
5. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, çıxarış verilir "xxxx" firmasına ondan ötrü ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə İddiaçı firmasının adma daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 147 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********79-12301, qeydiyyat nömrəsi 110710896, qeydiyyat tarixi xx.xx.2007-ci il). Qeyd edilən qeyri-yaşayış binasına dair texniki pasport tərtib edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixdə İdarəyə müraciət etmiş və **********04 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli 1133/4-233 saylı qətnaməsinə əsasən ləğv olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir.
7. Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisəyə dair çıxarışın verilməsinə əsasən olan sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq aşağıdakı sənədlər təqdim edilmişdir: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ündanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5021,5 kv.m. torpaq sahəsinin İddiaçı firması tərəfindən satın alınmasına dair Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satın alınmasına dair xx.xx.2006-cı il tarixli Şəhadətnamə (reyestr kitabı№1, səhifə 56, qeydiyyat nömrəsi №000133); - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsinin (birmətəbəli tikililər) İddiaçı firması tərəfindən satın alınmasına dair Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli Şəhadətnamə (Reyestr kitabı№1, səhifə 62, qeydiyyat nömrəsi№000369); - Qeyd edilən Daşınmaz əmlakın (bir hissəsinin) satılmasına dair xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi.
8. 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021,5 torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələr etibarsız hesab edilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı firmasının direktoru iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, firmanın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2007-ci il tarixdə aparılmış qeydiyyat etibarsız hesab edilməmiş, qeydiyyat qüvvədədir, əmlak kompleksi və altındakı torpaq sahəsi bugünədək mübahisəsiz olaraq firmanın sahibliyində və istifadəsindədir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisənin iddiaçının sahibliyində və istifadəsində olması ilə bağlı hər hansı mübahisə yoxdur.
14. Məhkəmə hazırkı iş üzrə 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli işini nəzərdən keçirmiş və müəyyən edilmişdir ki, 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021,5 torpaq sahəsinin alqısatqısına dair Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələr etibarsız hesab edilmişdir. Qeyd edilən məhkəmə aktı qüvvədədir.
15. Məhkəmə qeyd edir ki, həmin iş üzrə məhkəmə aktı qəbul edilən xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021,5 torpaq sahəsinin bir hissəsi İddiaçı firması tərəfindən satılmış və firmanın mülkiyyətində qalan hissə Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisə olmaqla yeni daşınmaz əmlak yaranmış və həmin daşınmaz əmlak üzərində hüquqlar xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Yəni məhkəmə aktı qəbul edilən zaman vahid (bölünməmiş) daşınmaz əmlakla bağlı şəhadətnamə qüvvədə olmuş, iddiaçı etibarlı sənəd əsasında əmlakın bir hissəsini özgəninkiləşdirmiş, 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsində isə yeni yaranmış daşınmaz əmlakın qeydiyyatı mübahisələndirilməmiş və etibarsız hesab edilməmişdir. 16.Mülki Məcəllədən:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
17. Məhkəmə qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi iş materiallarına əsasən sübut edilmir. Belə ki, yeni daşınmaz əmlak kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisəyə dair hüquqların qeydə alınması (qeydiyyat zamanı qüvvədə olan) etibarlı əqdə və reyestr yazısına əsaslanmış və həmin qeydiyyat ləğv və ya etibarsız hesab edilməmişdir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
19. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 5021,5 torpaq sahəsinə dair İddiaçı firmasının hüquqları xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış və həmin əmlakın bir hissəsi – “B “Buraxılış məntəqəsi” və D – “Anqar (anbar)” yerləşdiyi torpaq sahəsindən 22,5 sot, əsas əraziyə 5x5 metrə yol verilməsi şərtilə özgəninkiləşdirildikdən sonra qalan əmlak (0,27465 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisə) üzərində yaranmış hüquqlar xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Məhkəmə qeyd edir ki, nə ünvan 2 ünvanında yerləşən 831,9 kv.m. qeyri-yaşayış sahəsi və 5021,5 torpaq sahəsinə dair İddiaçı firmasının hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2007-ci il tarixdə aparılmış qeydiyyat (həmin hüquq müvafiq şəhadətnamələr əsasında əmələ gəlmişdir və qeydiyyat aparılan zaman qeyd edilən məhkəmə aktı mövcud olmamışdır), nə də xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən sonra (həmin müqavilə əsasında) əmələ gəlmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı firmasının hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2007-ci il tarixdə aparılmış qeydiyyat 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ləğv və etibarsız hesab edilməmişdir (qətnamə qəbul edilən zaman həmin qeydiyyat(lar) mövcud olmuşdur).
22. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsində yerləşən mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı firmasının hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2007-ci il tarixdə aparılmış qeydiyyat və reyestr yazısı mövcuddur (torpaq sahəsi - 0,27465 ha və üzərindəki tikili - 689,7 kv.m əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur), həmin hüquq daşınmaz əmlaka dair xx.xx.2007-ci il tarixli alqsatqı müqaviləsi əsasında əmələ gəlmişdir, məzmunu dəqiqdir, məzmununun qeyridəqiqliyinə dair hər hansı şübhə yoxdur, həmin qeydiyyat (alqı-satqı müqaviləsi əsasında əmələ gəlmiş hüquq) ləğv və ya etibarsız hesab edilməmişdir və məhkəmə araşdırması zamanı həmin hüququn üzərində hər hansı məhdudiyyətin olduğu müəyyən edilməmişdir.
23. Məhkəmənin qeyd edilən qənaəti həm də 1 saylı yerli İqtsad Məhkəməsinin 1133/4-233 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə bağlı iş üzrə Vəcahət Nuriyevanın Azərbaycan Respublikası Konstitusiya Mehkemesi Plenumunun 10 iyul 2020-ci Qərardadına əsaslanır (Qeyd edilən şəxs xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən əmlakın bir hissəsinin yekun hüquq sahibidir). Həmin qərardadla müəyyən edilir edilir ki: “... Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünürki, 1 sayli Bakı “ASAN Xidmət" mərkəzinin notariat kontorunda bağlanmış 9 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Elşən Hüseynov ünvan 3 ünvanında yerləşən 0,225 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını - 448500 manata Mahur Nuriyevə satmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (bundan sonra - GMDK yanında DƏDRX) Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuşdur. Müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 9 iyun 2014-cü il tarixli arayışa əsasən, daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş 13 iyun 2014cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlak M.Nuriyevin xüsusi mülkiyyətinə keçmişdir. M.Nuriyev 3 iyul 2015-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra onun qanun üzrə vərəsələri arvadı V.Nuriyeva, qızları Sısbra Qubadova, Könül Nuriyeva və Nərmin Nuri vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Sakı şəhəri 38 saylı notariat kontoruna müraciət etdikdə məlum olmuşdur ki, "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yükiülüyünə) dair" dövlət reyestrindən arayışa əsasən vərəsəlik işinin açılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin 14 iyun 2007-cl il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra -Səhiyyə Nazirliyi) Azərbaycan Respublikası Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsinə (bundan sonra -Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi), İddiaçı firmasına və 3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iddiası təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 5021,5 kv.m torpaq sahəsinin və 831,9 kv.m qeyriyaşayış sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "Azərkompozit” firması arasında bağlanmış 1 mart 2006-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də Badamdar qəsəbəsi 1 yaşayış massivində olan 2600,0 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 18 semyabr 2007-ci il tarixli qətnaməsi iiə İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. V.Nuriyeva həmin iş üzrə qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu, lakin işdə iştirak etməyə cəlb edilmədiklərini əsas gətirərək kassasıya qaydasında şikayət verilməsi üçün təqdimat verilməsini Ali Məhkəmədən xahiş etmişdir. Ali Məhkəmənin 27 fevral 2019-cu il tarixli qərardadı ilə V.Nuriyevamn Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələr dair İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsindən təqdimat verilməsinə dair müraciəti əsassız hesab edilərək təmin edilməmişdir. Ali Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra — Mülki Prosessual Məcəllə) 423-cü maddəsində nəzərdə tutulan əsas, yəni qəbul edilmiş məhkəmə aktının müraciət edənlərin maraqlarına toxunması əsası müəyyən edilməmişdir. V.Nuriyeva konstitusiya şikayətində Ali Məhkəmənin 27 fevral 2019-cu il tarixli qərardadı iə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqlarının, eləcə də Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu mədəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə biiən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarım əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). Hazırki konstitusiya işinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azərkompozit" firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də torpaq sahəsinin aiqı-satqı yoiu iiə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı ii tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaması ərizəçilərin qanunla müəyyən edilmiş qaydada əidə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alqı-satqı müqavilələrinin bağlanmasına imkan vermişdir. Alqı-satqı müqaviləsi bağianan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014 ii tarixii döviət reyestrindən çıxarışa əsasən əmiaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair aiqısatqı müaaviiəsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — Mülki Məcəllə) 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində döviət reyestrinin açıqlığı prinsipindən irəii gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamSığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqiıyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamhğı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adma qeydiyyata alınmış hər hansı bir hüququ əidə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın döviət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmiaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Müiki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdın imasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin döviət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, döviət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əidə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 20f8-ci il 18 iyul tarixli Qərarı). V.Nuriyevanm şikayəti üzrə konstitusiya işinin tam və hərtərəfli araşdırılması məqsədilə səlahiyyətli dövlət orqanına müvafiq sorğu göndərilmişdir. Konstitusiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 saylı Yerli iqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə idarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ile bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Burada həmçinin V.Nuriyevanın miras əmlakın vərəsəsi kimi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsində kifayət qədər mülki marağa malik olması və nəticədə bu hüquqların əmələ gəlməsinə hüquqi gözləntisi də nəzərə alınmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələbiər de daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əidə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti oian mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün hallan nəzərə alınmaqla, bu halların ərizəçiyə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Qərarı, № 18768/05, § 103, 2010-CU il). Göstərilənlərə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, ərizəçinin səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin tam həcmdə həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin lİl hissəsinə əsasən, hər kəsin döviət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Nəzərə alınmalıdır ki, bu hüquq nəinki şəxsin öz hüquq və azadlıqlarını qanunauyğun həyata keçirməsinə əlavə təminat yaradır, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasma yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Göründüyü kimi, V.Nuriyevanın öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi imkanı tükənməmişdir...”
24. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyi reyestr yazısının tamlığı və əsaslılığı prezumpsiyasına əsaslanır.
25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
26. X3 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
30. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində İddiaçı firmasının mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İddia tələbində “məhdudiyyət və yüklülüklər haqqında arayış (1 saylı Forma)” kimi ifadə edilmiş sənədin adı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış kimi tanıdılır. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. Məhkəmə eyni zamanda bildirir ki, gələcəkdə (qüvvəyə minən) məhkəmə qərarının icrası cavabdeh tərəfindən real şəkildə təmin edilməli, həmin əmlak üzərinə notariat hərəkətlərinin aparılmasına imkan verən şəkildə icra edilməlidir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın İddiaçı firmasına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva