Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3928/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində eskiz layihəyə uyğun ölçülərdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən iddiaçıya məxsus qeyri - yaşayış binasının, tərəfindən təqdim edilmiş eskiz layihəsinə uyğun ölçülərdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına imtina edilməsinə dair cavabdeh təşkilatın **********5 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunun qanunazidd hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən iddiaçıya məxsus qeyri - yaşayış binasının tərəfindən təqdim edilmiş eskiz layihəsinə uyğun ölçülərdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin iddia tələbləri üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən qeyri - yaşayış binası üzərində eskiz layihəyə uyğun ölçülərdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 13 dekabr 2019-cu ildə qeydiyyatdan keçmişdir. Bəhs edilən daşınmaz əmlakı 18 il bundan əvvəl alqı-satqı yolu ilə əldə etmişdir. Qeyri-yaşayış binasını aldığı zaman onun yalnız bir hissəsi rəsmiləşmiş şəkildə olmuşdur. Həmin dövrdən fasiləsiz olaraq əmlaka sahiblik edir. Mülkiyyətində olan qeyri-yaşayış binası 0,01 ha torpaq sahəsində yerləşməklə 50 kv.m. ölçüdə daşınmaz əmlakın dövllət reyestrində qevdiyyatdan keçmişdir. Faktiki olaraq isə, qeyri-yaşayış binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbəsi 120,4 kv.m., ikinci mərtəbəsi 118 kv.m təşkil edir. İddia tələbləri üzrə cavabdeh təşkilat tərəfindən hüquqların qeydiyyata alınması zamanı yalnışlığa yol verilmiş, qeyriyaşayış binasının ölçüləri tamlıqda qeydiyyatdan keçməmişdir. Halbuki, daşınmaz əmlak iddiaçı tərəfindən alqı - satqı yolu ilə əldə edilən zaman hal-hazırki ölçülərdə olmuşdur. O zaman, qeyri-yaşayış sahələri ilə bağlı qeydiyyat Azərbavcan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həyala keçirilirdi. Sonradan İdarənin Bakı şəhərində fəaliyyət göstərən hissəsi ləğv edilərək Bakı Şəhəri Texniki İnventarlaşdımıa və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi ilə birləşdirilmişdir. Dəfələrlə qeyri-yaşayış binasına dair sənədlərdə yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Son olaraq hal-hazırki iddia tələbləri üzrə cavabdeh təşkilata müraciət edərək, əvvəllər yaranmış hüquqların tanınması qaydasında qevdiyyat aparılmasını xahiş etmişdir. Yerli baxış zamanı tikilinin faktiki ölçülərinin əvvəldən mövcud olması ilə bağlı məlumat versə də, 2019-cu ildə aparılan qeydiyyat zamanı bu yanlışlıq yenə də aradan qaldırılmamışdır. Buna görə 07 dekabr 2020-ci il tarixində ayrıca ərizə ilə cavabdeh təşkilata yenidən müraciət edərək, iddiaçıya məxsus olan qeyri-yaşayış binasının faktiki mövcud olan ölçülərinə uyğun şəkildə qeydiyyat aparılmasını xahiş etmiş, ərizə ********** nömrəsi ilə icraata götürülmüşdür. Lakin ərizənin icra olunması əvəzinə cavabdeh təşkilat tərəfindən **********5 saylı xx.xx.2021-ci il tarixli məktubla ərizənin icrasından imtina edilməsinə dair iddiaçıya cavab məktubu göndərilmişdir. Cavab məktubunda qeyri - yaşayış binasına əlavə inşa edilmiş sahələrinə və əlavə torpaq sahəsinə dair “Daşınmaz amlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilmədiyi səbəb kimi göstərilmişdir. Müraciətinə belə cavab verilməsi qanunsuzdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, müraciətinə səthi yanaşılmış, qeyri – yaşayış sahəsinin yeni dövrdə tikilmiş olması kimi qiymətləndirilmişdir. Halbuki, bəhs edilən qeyriyaşayış binasını mövcud vəziyyətdə 18 il bundan əvvəl əldə etmişdir. Həmin daşınmaz əmlaka dair 2013-ci ildə qüvvəyə minmiş olan qanunvericiliyin tətbiqi yalnışdır. Bəhs edilən daşınmaz əmlak bu maddənin təsirinə düşür və 2006-ci ilin 6 iyul tarixinədək bu əmlakla bağlı müvafiq hiiquqmüəyyənedici sənədlər olmuşdur. Həmin sənədlərin daşınmaz əmlakın dövlət revestrində qeydiyyata alınması zamanı yalnışlığa yol verilmiş olması, yəni qeyri-yaşayış binasının yalnız bir hissəsinin qeydiyyatdan keçirilməsi cavabdeh təşkilatın yol vermiş olduğu nöqsandır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz (münasibət) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********65 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən qeyri yaşayış binasına əlavə inşa edilmiş sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirik ki, qeyri-yaşayış binasına əlavə inşa edilmiş sahələrinə və əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir”. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeyri-yaşayış binasının xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış iddiaçıya məxsus Bakı şəhəri, Q.Qarayev prospektində X5 yaxınlığında yerləşən daşınmaz əmlak qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan qeyri-yaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən qeyriyaşayış binasının eskiz layihəsindən görünür ki, layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmiş “X3” tərəfindən tərtib edilmiş, eskiz layihəsinə əsasən əmlakın 1-ci mərtəbəsinin sahəsi 120.4 kv.m, ikinci mərtəbəsi isə 118 kv.m, ümumi sahəsi 238,4 kv.m-dir olmaqla olçüləri əks olunmuşdur. - xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Q.Qarayev prospektində “Xalqlar Dostluğu” metrostansiyasının cənub-şərq çıxışının yanında yerləşən qeyri-yaşayış sahəsini almışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeyri-yaşayış binasının xx.xx.2003-cü il tarixdə tərtib edilnmiş texniki pasportundan görünür ki, xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış iddiaçıya məxsus Bakı şəhəri, Q.Qarayev prospektində “Xalqlar Dostluğu” metrosunun yanında yerləşən daşınmaz əmlak qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən yanlış olaraq əmlakın sahəsi 50 kv.m göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeyri-yaşayış binasının xx.xx.2003-cü il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış iddiaçıya məxsus Bakı şəhəri, Q.Qarayev prospektində “Xalqlar Dostluğu” metrosunun yanında yerləşən daşınmaz əmlak qeydiyyata alınmışdır və ölçüləri dəqiq göstərilmişdir. Hazırki halda da əmlakın eskiz layihəsinə əsasən əmlakın 1-ci mərtəbəsinin sahəsi 120.4 kv.m, ikinci mərtəbəsi isə 118 kv.m, ümumi sahəsi 238,4 kv.m-dir olmaqla iddiaçı qeydiyyatla baglı cavadehə müraciət etmiş, lakin müraciətinə imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən yanlış olaraq əmlakın sahəsi 50 kv.m göstərilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən qeyri - yaşayış binası üzərində eskiz layihəyə uyğun ölçülərdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanda yerləşən qeyri yaşayış binası üzərində eskiz layihəyə uyğun ölçülərdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3928/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3928/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver