Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-393/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi və bundan sonra mətndə X6 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 üzrə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********157496 №li qərara əsasən İddiaçı MMC-də həyata keçirdiyi səyyar vergi yoxlaması ilə əlaqədar həmin fakt üzrə məhkəmə mübahisəsi həll edilənədək cavabdeh tərəfindən müəyyən (əlverişsiz) hərəkətlərin edilməməsi və ya dayandırılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 №li, xx.xx.2019-cu il tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********1574496 nömrəli qərara əsasən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmışdır. Həmin qərara uyğun olaraq xx.xx.2018-ci il tarixində “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” akt tərtib olunmuş və xx.xx.2018-ci il tarixli, **********161452 saylı qərar qəbul edilərək, sənədlərin yoxlamaya təqdim edilməsi qərara alınmışdır. Lakin tələb olunan sənədlər daha əvvəl yoxlayıcılara təqdim edilmiş olduğundan və həmin sənədlər İddiaçı MMC-də qalmadığına görə təqdim etmək mümkün olmamışdır. Bundan sonra X6 üzrə Baş İdarəsi İddiaçı MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbinə xx.xx.2019-cu il tarxində baxılaraq, iddia təmin edilmişdir. Cavabdeh olaraq qeyd olunan qətnamə ilə razılaşmadıqları üçün xx.xx.2019-cu il tarixində həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin hazırki iş üzrə cavabdeh X6 üzrə Baş İdarəsi işin nəticəsini gözləmədən, yəni həmin iş üzrə məhkəmə mübahisəsi başa çatmamış, qeyd olunan faktla bağlı “səyyar vergi yoxlaması” ilə əlaqədar hərəkətini davam etdirmişdir. Səyyar vergi yoxlamasının dayandırılması barədə xx.xx.2019-cu il tarixli **********183202 nömrəli, xx.xx.2019-cu il tarixli **********185956 nömrəli qərarların olmasına baxmayaraq, ekspertiza təyin edilmiş və xx.xx.2019-cu tarixində ekspert rəyi verilmişdir. Həmin fakt üzrə məhkəmə mübahisəsi davam etdiyi bir halda cavabdehin “səyyar vergi yoxlaması” ilə bağlı ekspert rəyini almasının və digər hərəkətlərinin qanunsuz olduğunu və həmin hərəkətlərin məhkəmə mübahisəsi həll edilənədək dayandırılmalı olduğunu hesab etmişlər. İş məhkəmənin icraatında olduğu müddətdə X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193623 saylı qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********157496 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2019-cu il tarixli **********160166 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. ”Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********157575 nömrəli tələbnamə poçt vasitəsilə vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş, lakin vergi ödəyicisi xx.xx.2018ci il tarixdə tələbnaməni qəbul etməkdən imtina etmişdir. Qeyd olunmuş tələbnamə xx.xx.2018-ci il tarixdə vergi orqanının elektron ünvanına göndərilmişdir. Tələbnamə ilə müəyyən olunmuş sənədlərin təqdim olunması müddəti bitdikdən sonra vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün xx.xx.2018-ci il tarixli “Sənədlərin və nümunələrin əşyaların verilməsindən imtina olunması haqqında” Akt tərtib olunaraq tanış olması və imzalaması üçün vergi ödəyicisinə təqdim edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin etibarnamə əsasında nümayəndəsi X4 tərəfindən qeyd olunan tələbnamə və xx.xx.2018-ci il tarixli sənədlərin götürülməsi qərarı imzalanaraq, sənədlərin yoxlamaya təqdim olunacağı bildirilmiş, lakin yoxlamaya ancaq kredit müqavilələri təqdim olunmuşdur. Təqdim olunmuş kredit müqavilələrinin təsdiq olunmuş surətləri xx.xx.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilərək götürülmüşdür. Lakin kredit müqavilələrindən başqa hər hansı bir sənəd yoxlamaya təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən imtina edilməs haqqında” akt tərtib olunmuşdur. Yoxlama aparılan zaman vergi ödəyicisi yoxlamaya yalnız kredit müqavillələrinin nüsxələrini təqdim edərək, vergi orqanının baza məlumatlarında olan sənədlərdə başqa heç bir sənədinin olmadığını, heç bir sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Cəmiyyət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirləri əlavə dəyər vergisi və mənfəət vergisi üzrə vergiyə cəlb etmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən orta aylıq dövriyyə 108.840,0 manat və 1 kv.metr üzrə aylıq icarə haqqı 4,94 manat göstərildiyi üçün (real bazar qiymətindən aşağı olduğu üçün) Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən icarə haqları üzrə bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Ona görə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə yoxlamaya ekspert cəlb edilmiş və ekspertiza təyin edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış ekspertiza nəticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə aparılmış dislokasiya işlərinə əsasən 170 sayda mağaza tipli obyektin icarəyə verildiyi müəyyən edilmiş və həmin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri hər bir obyekt üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ekspert rəyinə əsasən hər kv.m üçün 1-ci sırada yerləşən obyektlər 15,0 manat (4546, 0 kv.m), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kv.m), 2-ci sırada yerləşən 15,0 manat (4751,0 kv.m), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kv.m), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kv.m) yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0) və giriş ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kv.m) olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə cəmiyyətin aylıq dövriyyəsi ekspertin verdiyi rəyə əsasən hesablanaraq ƏDV ilə birgə 253.735,0 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövrdə 2017-ci il üzrə cəmiyyətin dövriyyəsinin 2.580.355,92 manat olmalı olduğu halda iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində 1.268.789,75 manat göstərilməklə 1.311.566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olunmuşdur. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694.625,51 manat xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2.006.191,68 manat vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401.238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə 397.844,13 manat kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksiyası, mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyası, ümumilikdə 1.198.623,71 manat əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********193623 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 799.082,47 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; Bakı şəhəri X6 Departamentinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********157496 №li xx.xx.2018-ci il tarixli qərarı ilə 1) İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi: Yoxlama ilə əhatə olunan vergi dövrü: Yanvar 2017-İyun 2018; 2) yoxlamanın keçirilməsinin Bakı şəhəri X6 Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi döyəciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi 1ci dərəcəli müfəttiş X3 tapşırılması; 3) yoxlamanın müddətinin 30 (otuz) iş günü müəyyən edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli **********160166 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlaması idarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli **********157496 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisə yoxlama dövründə faktiki olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı tikinti materialları bazarında şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********181934 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərar çıxarılaraq, xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən tikinti materialları bazarına baxış keçirilmişdir. Baxış keçirilən zaman tikinti materialları bazarında 190 sayda obyekti olduğu, onların ümumi sahələrinin 26.123 kvadrat metr olduğu müəyyən olunmuş, o cümlədən 18 obyekt üzrə ümumilikdə 2.886 kvadrat metr sahənin boş olduğu, 2 sayda obyekt üzrə isə ümumilikdə 1.198 kv. metr obyekt sahəsinin yeni tikili olduğu müəyyən olunaraq, xx.xx.2019-cu il tarixli **********183200 saylı protokolla rəsmiləşdirilmişdir. Nəticə olaraq yoxlama zamanı müəssisəyə məxsus İddiaçı ticarət mərkəzində yoxlanılan dövr üzrə 170 sayda obyektin olması müəyyən edilmiş və həmin obyektlərin ümumi sahəsi 22.039,0 kv. metr təşkil etmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, müəssisə yoxlama dövrü üzrə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə gəlir məbləğinin 1268789,75 manat olduğunu nəzərə alaraq 1 kvadrat metr üzrə orta aylıq icarə haqqının ƏDV-siz 4,79 manat (1268789,75 manat / 22039,0 kvm/ 12 ay=4,79 manat) olması müəyyən edilmişdir. Müəssisə tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqqlarının real bazar qiymətlərinin xx.xx.2017-ci tarixdən xx.xx.2018-ci il tarixədək ekspert rəyinə əsasən hər kvadrat metr üçün 1-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4546,0 kvm), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kvm), 2-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4751,0 kvm), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kvm), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kvm), yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0 kvm) və girişdə ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kvm) olduğu müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə müəssisənin aylıq dövriyəsi ekspertin verdiyi rəy qiymətləri əsas götürülərək hesblandıqda ƏDV-daxil 253735,0 manat (15,0 * 4546,0 kv.m+14,0 * 1764,0 kv.m+15,0 * 4751,0 kv.m +14,0 * 1644,0 kv.m+7,0 * 1482,0 kv.m+7,0 * 7442,0 kv.m +10,0 * 410,0 kv.m) olduğu müəyyən olundu. Belə ki, yoxlanılan dövrdə 2017-ci il üzrə müəssisənin mənfəət dövriyyəsinin 2580355,92 manat ((253735,0 manat / 1,18) x 12ay)) olmalı olduğu halda ödəyici tərəfindən mənfəət vergisi bəyannaməsində 1268789,75 manat göstərilməklə 1311566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olundu. Vergi ödəyicisinin nümayəndəsi tərəfindən yoxlamaya yalnız kredit müqavilələri təqdim olunmuşdur. Təqdim olunmuş kredit müqavilələrinin təsdiq olunmuş surətləri xx.xx.2019-cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən imtina edilməsi haqqında" Akla və xx.xx.2019-cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla rəsmiləşdirilərək götürülmüşdür. Nümayəndə tərəfindən digər sənədlərin "AVİS" uçot baza məlumatlarında olduğunu və əvvəlki yoxlayıcılara təqdim olunduğu üçün onlarda qalmadığını, başqa hər hansı sənədlərinin olmadığını aktda və protokolda qeyd edərək imzalamışdır. Lakin qeyd olunan sənədlərin əvvəlki yoxlayıcılara təqdim olunması barədə heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Beləliklə təqdim olunmuş mənfəət vergisinin xərc maddələri "AVİS" elektron baza məlumatları əasında araşdırılarkən əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə xərclərin 34698,45 manat olmalı olduğu halda 34437,63 manat, Sosial siğorta haqlarının 7633,66 manat göstərilməli olduğu halda 7576,28 manat, Enerji xərclərinin 98654,57 manat göstərilməli olduğu halda 115156,37 manat, su və kanalizasiya xərclərinin 1559,36 manat göstərilməli olduğu halda 1840,0 manat, rabitə xərclərinin 22,60 manat göstərilməli olduğu halda 530,50 manat, bank xidmətləri üzrə xərclərin 233388,24 manat göstərilməli olduğu halda 908441,57 manat, sair xərclərin 0,0 manat göstərilməli olduğu halda 2400,0 manat və digər xərclərin 55,08 manat göstərilməli olduğu halda 255,12 manat göstərildiyi müəyyən olunmuşdur. Qeyd olunmuş xərc maddələri üzrə cəmi xərclərin 376011,96 manat göstərilməli olduğu halda 1070637,47 manat göstərilməsi nəticəsində 694625,51 manat (1070637,47 - 376011,96) xərclərin artıq hesablandığı müəyyən olundu. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694625,51 manat xərclərin artıq göstərildiyi və eyni zamanda 1311566,17 manat mənfəət dövriyyəsinin bəyannamədə göstərilmədən azaldıldığı müəyyən olundu. Beləliklə vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2006191,68 manat (694625,51 + 131 1566,17) vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı MMC-yə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakların yoxlama ilə əhatə olunan dövr üzrə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqının real bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün Bakı şəhəri X6 üzrə Baş İdarəsinin sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən İdarə tərəfindən qoyulmuş dövr üzrə icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: ünvan 1 (İddiaçı MMC-də) 1 kv.m üçün icarə haqqı 1-ci sıra 15 manat, 1-ci sıra üstü 2-ci mərtəbə 14 manat, 2-cı sıra 15 manat, 3-cü sıra 14 manat, arxa hissə 7 manat, yan hissə 7 manat, giriş ön hissə 10 manat. Qeyd olunan ekspertiza rəyinə əsaslanmaqla müəssisədə əlavə dəyər vergisi üzrə 397844,13 manat kənarlaşma aşkar edilmişdir. Yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin, göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyasının, əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin, göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********193623 №-li qərarla cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci il üzrə 236.081,79 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunarq, 236.081,79 manat əlavə dəyər vergisinin hesablanması və 118.040,90 manat maliyyə sanksiyasının tətbiq olunması, 2018-ci il üzrə 161.762,34 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 161.762,34 manat əlavə dəyər vergisinin hesablanması və 80.881,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmış və İddiaçı MMC-yə 799.082,47 manat məbləğində əlavə vergi məbləği hesablanaraq, 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/2784 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı MMC-yə məxsus Bakə şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 1 ünvanda yerləşən İddiaçı tikinti materialları bazarında icarəyə verilmiş mağaza tipli obyektlərin icarə müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə müəssisə tərəfindən ƏDV və mənfəət vergisi üzrə əlavə hesablama müəyyən edilmir. Qeyd olunan ekspertiza rəyində göstərilmişdir ki, iş materiallarında mövcud olan İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən İddiaçı tikinti materialları bazarında icarəyə verilmiş mağaza tipli obyektlərin icarə müqavilələrinə əsasən, 2017-ci ildə müəssisə üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi hesablanır: ümumi gəlir- 146.437,70 manat, cəmi xərclər – 286.841,54 manat, zərər 140.403,84 manat. Göstərilən məlumatlara əsasən müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 140,403,84 manat məbləğində zərərlə fəaliyyət göstərməsi müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi orqanının mübahisələndirilən qərarından da göründüyü kimi, yoxlama zamanı iddiaçı cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Lakin məhkəmə araşdırması zamanı işin araşdırılan hallarından (ekspert rəyindən) müəyyən olunmuşdur ki, 2017-ci il üzrə müəssisənin ümumi gəliri 146.437,70 manat, cəmi xərcləri isə 286.841,54 manat təşkil etmişdir ki, bununla da iddiaçı müəssisə tərəfindən qeyd olunan dövrdə mənfəət vergisinin azaldıldığı sübuta yetirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mübahisələndirilən dövr üzrə hesablanmış ƏDV ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə görə bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında götərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurlarından istifadə edə bilər. Məhkəmə mübahisəsi çərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən özünə məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın icarəsi icarə müqavilələri əsasında müxtəlif dövrlərdə həyata keçirilmiş və qeyd olunan müqavilələrdə təqdim olunuş əmlakın icarə haqqı öz əksini tapmışdır. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqavilələrində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən müəyyən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 №li, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 №li, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-393/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-393/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver