Məhkəmə qərarları › İş №2-1(112)-393/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-393/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-393/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müşərək Cəmiyyəti işə cəlb edilməklə texniki şərtin ləğv edilməsi və əvvəlki texniki şərtin hüquqi qüvvəsinin bərpa edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müşərək Cəmiyyəti işə cəlb edilməklə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, 12010 nömrəli “Texniki şərt” in ləğv edilərək "xxxx" MMMC-nin adına xx.xx.2019-cu il tarixli, 32823 nömrəli “Texniki şərt”in verilməsi ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, "xxxx" MMMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, 32823 nömrəli “Texniki şərt”-in ləğv edilməsi və İddiaçı adına verilmiş 12010 nömrəli “Texniki şərt” in hüquqi qüvvəsinin bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X11 küçəsi 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı atası mərhum X7 tərəfinədn, fərdi sahibkar qismində sonuncunun öz şəxsi vəsaiti hesabına tikilmiş onun ölümündən sonra binanın yarımçıq qalan işləri mərhumun həyat yoldaşı, yəni iddiaçının anası X4 şəxsi vəsaiti hesabına tamamlanmışdır. X7 xx.xx.2011-ci ildə vəfat etdikdən sonra iddiaçı ondan qalan miras əmlakı qanuni vərəsəlik qaydasında qəbul etmişdir (vərəsəlik haqqında şəhadətnamənin surəti əlavə olunur). Sözügedən çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin alıcıları ilə bağlanmış müqavilə öhdəliklərinə uyğun olaraq binanın qazlaşdırılmasının təmin edilməsi üçün iddiaçının müraciəti əsasında Cavabdeh tərəfindən onun adına xx.xx.2019-cu il tarixli, 12010 li "Texniki şərt" verilmişdir. Lakin, sonradan cavabdeh tərəfindən həmin binanın qazlaşdırılmasının təmin edilməsi üçün "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC) adına xx.xx.2019-cu il tarixli, 32823 №li "Texniki şərt" verilərək iddiaçının adına verilmiş 12010 №li "Texniki şərt" ləğv edilmişdir. Belə ki, Cavabdeh tərəfindən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin adına verilmiş 32823 №li texniki şərtin giriş hissəsində qeyd edilmişdir ki, aşağıdakı texniki şərtlər obyektin qaz təchizatının işçi layihəsi "Azəriqaz" İB tərəfindən razılaşdırıldıqdan sonra qüvvəyə minir və "Azəriqaz" İB tərəfindən verilmiş 12010 №li texniki şərt ləğv edilir. Aşağıdakılara əsasən hesab edir ki, İddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli, 12010 №li 'Texniki şərt" in ləğv edilərək "xxxx" MMMC-nin adına xx.xx.2019-cu il tarixli, 32823 №li "Texnikii şərt"in verilməsi ilə bağlı cavabdehin hərəkətləri məhkəmə qaydasında qanunsuz hesab edilməklə, "xxxx" MMMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, 32823 №li "Texnikii şərt" ləğv edilməli və iddiaçının adına verilmiş 12010 №li "Texniki şərt" in hüquqi qüvvəsi bərpa edilməlidir. İddiaçı tərəfindən "Texniki şərt" in ləğv üçün əsas olacaq hər hansı pozuntuya yol verilmədiyi halda Cavabdeh tərəfindən ona verilmiş 12010 №li "Texniki şərt" hər hansı əsas bir hüquqi əsas olmadan ləğv edilmişdir. Qazlaşdırılması nəzərdə tutulan yaşayış binasına, eləcə də yaşayış binasını təşkil edən yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin binada faktiki yaşayan sakinlərin yaxud səlahiyyəti yalnız binanın idarəçilik işlərindən ibarət olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin adına "Texniki şərt" verilə bilməzdi. Belə ki, qeyd etdiyi kimi həmin bina mərhum X7 tərəfindən fərdi sahibkar (fiziki şəxs) qismində inşa edildiyindən həmin bina ondan qalmış miras əmlak hesab edilir və miras əmlak üzərində hər hansı sərəncam vermək və ya onu idarə etmək səlahiyyəti yalnız miras qoyanın vərəsələrinə, o cümələdn iddiaçıya məxsusdur. Təsadüfi deyildir ki, yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı bütün sənədləşmələr mərhum R.N.Rüstəmovun vərəsəsi olan iddiaçının adına rəsmiləşdirilmiş və hazırda iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət olunmuşdur (müvafiq sənədlər əlavə edilir). "xxxx" MMMC hazırda həmin cəmiyyətin sədri olan X3 tərəfindən qeydiyyat orqanına saxta sənədlər təqdim edilməklə, yəni guya sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında saxta imzalardan ibarət olan protokol təqdim edilməklə yaradılmışdır. Həmin faktla bağlı bina Gəncə şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində aparılan cinayət işinin istintaqı zamanı X2 Azərbaycan Respublikası CM-nin 320-ci maddəsilə ittiham elan olunaraq onun barəsində tərtib olunmuş ittiham aktı cinayət işi ilə birlikdə baxılması üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş 32823 №li "Texniki şərt" də texniki şərtlərin alınması üçün müraciət edən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC-nin) adı "xxxx" MMC, yəni məhdud məsuliyyətli cəmiyyət kimi, yəni MMMC deyil, MMC kimi qeyd edilməklə həmin sənədin 2.1-ci bəndində o, qanunsuz və əsassız olaraq sözü gedən yaşayış binasını inşa edən şəxs kimi göstərilmişdir. Bu da onu göstərir ki, cavabdeh həqiqətə uyğun olmayan məlumatları “Texniki şərt”ə daxil etməklə, yəni "xxxx" MMMC-ni yalan olaraq tikinti şirkəti kimi təqdim etməklə binanın qazlaşdırılması səlahiyyətlərinə malik olmayan şəxsə “Texniki şərt”in verilməsi ilə bağlı qanunsuzluğunu gizlətmək məqsədi güdmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3212/2019 saylı, 27 noyabr 2019-cu il tarixli Qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı və X1 qarşı “birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 37,74,34,16,17,20,21,22,25,61,63,64,66 və 86 nömrəli mənzillər üzərində ½ hissədə birgə paylı mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin, İddiaçı cavabdeh X6 qarşı “Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binası və onun məzilləri üzərində onun qanun üzrə vərəsə kimmi tanınması” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1613/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli Qətnaməsindən görünür ki, apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3212/2019 saylı mülki iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-5557/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1613/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli Qətnaməsinin tamamilə ləğv edilərək, iş üzrə iddia tələblərinin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qəntaməsinin tamamilə ləğv edilərək iş üzrə tələblərinin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk və qarşılıqlı iddiaçıların iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materialalrını araşdıraraq hesab etmişdir ki, ilk və qarşılıqlı iddiaçının iddialarından imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkməsinin sözügedən qərarına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin iddiadan imtinası qəbul edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1613/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan "xxxx" MMMC-yə məxsus 10 mərtəbəli yaşayış binasının mənzilləri üzərində vərəsəlik qaydasında mülkiyyət hüquqları hazırda tanınmadığından, belə olan təqdirdə onun sözügedən yaşayış binası ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ müəyyən edilmədiyindən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar